“Azeringilis” Niyə İngilis Dili Kurslarından Daha Yaxşıdır?


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu yazımızda “Azeringilis” İngilis dili öyrənmə platformasından bəhs edəcək, bu platforma ilə İngilis dili kursları arasındakı fərqlərin nə olduğunu açıqlayacaq və bununla bağlı ağlınızda olan sualları cavablandıracağıq. Beləliklə, çox uzatmadan keçək əsas mövzumuza.

İlk əvvəl onu qeyd edək ki, budplatformada dərslərə başlamadan əvvəl İngilis dili səviyyəniz mütəxəssislər tərəfindən ölçülür. Bu, dialoq şəklində reallaşır və dialoq təxminən 3 və ya 5 dəqiqə davam edir. Bu müsahibədə sizə müxtəlif suallar verilir ki, bunun vasitəsi ilə də danışıq səviyyəniz müəyyən edilir. Beləliklə, siz nə öz səviyyənizdən yuxarı, nə də öz səviyyənizdən aşağı dərslərə qatılmaq məcburiyyətində olmursunuz. Məlum məsələdir ki, dərsin çətinlik səviyyəsi bizim ümumi dil səviyyəmizdən yuxarı olduğu halda öyrənmə prosesində çətinlik yaşayırıq. Əks halda isə dərslər çox asan olduğu üçün sıxıcı hal alır və dilə qarşı soyuqluq formalaşır. 

Bundan sonra isə müəyyən edilən danışıq səviyyəsinə görə abunəliyiniz tamamlanır və təhsil proqramınız formalaşdırılır. Sistemə giriş üçün onlayn kursant olaraq ehtiyac duyacağınız istifadǝçi adınız və şifrəniz e-mailinizə göndəriləcəkdir. Bu saytdakı olan sizin şəxsi profiliniz, yəni panelinizin köməkliyi ilə öz uğurlarınızı izləyə bilirsiniz. Sonrakı mərhələlərdə Skype vasitəsilə səviyyənizə uyğun formada hazırlanmış 10, 20, 30 dəqiqəlik gündəlik onlayn dərslər vasitəsi ilə təhsil ala bilirsiniz.

“Azeringilis” Azərbaycanın ən effektiv İngilis dili öyrədən saytıdır! Kurslardan fərqli olaraq “Azeringilis”-in rəhbərliyi ilə İngilis dilini öyrənmək mükəmməldir.

Yaxşı, bəs “Azeringilis”-in İngilis dili kurslarından fərqi nədədir? Bu platformanı İngilis dili kurslarından fərqləndirən 7 möhtəşəm özəllik ilə tanış olaq.

Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Dərs vaxtını özünüz təyin edə bilirsiniz

Əgər tələbəsinizsə, ya da işləyən birisisinizsə, o zaman vaxt təyini sizin üçün ən başlıca problemlərdən biridir. Məlum məsələdir ki, bu situasiyada günün sadəcə müəyyən bir hissəsi sizin üçün uyğun olacaq. Bu halda isə kursla ortaq yol tapmaq elə də asan başa gəlmir. Bundan əlavə, axşam evə yorğun halda gələn birisi olaraq, evinizin rahatlığında,  istədiyiniz gün və saatda İngilis dilinizi inkişaf etdirə biləcəksiniz.

Ana dili İngilis dili olan pedaqoqlar vasitəsi ilə öyrənmək avantajı

Xarici dil öyrənmə prosesində ən önəmli məqam dili ana dili İngiliscə olan mütəxəssislər ilə birlikdə öyrənməkdir. Çünki ana dili Azərbaycan dili olan müəllimlər sizə xarici dili bir yerə qədər öyrədə biləcəklər. Bir dildə hər hansı bir sözün müxtəlif mənaları ola bilər ki, bunu da ancaq o dilin real danışanları, o dili təmiz bilən şəxslər bilir və size daha doğru yönləndirəcəklər. Bu səbəbdən də “Azeringilis” sizə xarici dilli pedaqoq xidməti də verir ki, kurslardan fərqli olaraq burada Amerika və ya İngiltərəyə getməyinizə ehtiyac qalmadan ana dili İngilis dili olan müəllimlərlə ünsiyyətdə ola, dilin detallarını öyrənə, söhbət edib, suallar verə biləcəksiniz.

İrəliləyişinizi addım addım izləmə imkanı

Sistemdə yaradılan öz şəxsi paneliniz vasitəsi ilə hər dərsin səsyazmasını dinləyə, səhvlərinizi düzəldə, dilinizi təkmilləşdirə bilərsiniz. Bunun vasitəsilə, səhvlərinizi daha dəqiq görə biləcəksiniz. Eyni zamanda kurslardakı müəllim şərhindən fərqli olaraq, buradakı şərhlər və səhvlər sistemdə qaldığı üçün müxtəlif zamanlarda onları təkrar-təkrar görə, səhvlərinizin üzərində işləyə bilərsiniz.

Əyləncəli metodlar vasitəsi ilə tədris

Bu platforma vasitəsilə siz sadəcə danışığınızı inkişaf etdirmirsiniz, eyni zamanda İngilis dilindəki digər bacarıqlar sayılan dinləmə, yazma və oxuma bacarıqlarınızı da inkişaf etdirirsiniz, həm də kurslardan fərqli olaraq ən əyləncəli metodlarla.

Proqramın sürətini müəyyən etmə fürsəti

Hər hansı bir kursa başlayarkən dil səviyyəmiz hər nə olursa olsun, siz yenə də kursun müəyyən etdiyi proqramla ayaqlaşmaq məcburiyyətində olursunuz. Bu, bəziləri üçün asan ikən, bəziləri üçün çətin olur. Məlum məsələdir ki, gün ərzində işdə, dərsdə olub, axşam saatlarını da kurs üçün ayıran birinin dərs oxumağa limitli vaxtı qalır. Halbuki, sadəcə kursa gedib, dil öyrənməyə fokslanmış birinin isə bütün günləri dərsləri yerinə yetirmək üçün uyğun olduğundan, həmin şəxslərin sürətli proqramı çatdırması daha asan olur. Həmçinin vaxtə bol olan biri üçün də dərs sürətinin yavaş olması olduqca sıxıcı və yorucu ola bilər. “Azeringilis” sizə bu nöqtədə də rahatlıq təşkil edir. Platforma vasitəsi ilə öyrənmə proqramınızı öz işlərinizə və vaxtınıza görə nizamlaya bilərsiniz.

Danışıq klublarında istədiyiniz qədər danışma fürsəti

Bir dili öyrənməyin olmazsa olmazlarından biri, hətta deyərdik ki, birincisi o dildə danışmaqdır. Platforma sizə günlük 10, 20 və 30 dəqiqəlik paketlər təklif edir. Dil səviyyənizin və ehtiyacınızın nə qədər müddət olduğunu müəyyən etdikdən sonra, bu paketlərdən hər hansı birini seçə və nizamlı şəkildə hər gün danışıqlara qatıla bilərsiniz. Bu danışıqlara isə harada olmağınızdan asılı olmayaraq qatıla bilirsiniz. Dil öyrənməyə kursda başladığımız zaman adətən, danışıq dərsləri başqa günlərdə təşkil edilir, yəni bizim əsas qrupumuzdan əlavə, bütün tələbələrlə birlikdə iştirak edə biləcəyimiz hər hansı bir həftə sonunda danışıq klubları hazırlanır. Bu halda isə təkrarən vaxt problem ilə üzləşirik. “Azeringilis”-in isə bizim üçün təşkil etdiyi bu möhtəşəm dərslərə, hər yerdən – yoldan, məktəbdən, universitetdən, işdən qatıla bilirik. Sözün əsl mənasında bizdən cəmi bir telefon qədər uzaqda olur. Həftənin hər günü keçirilən bu canlı dərslərin nəticəsi olaraq özünüzdəki bu müsbət yönümlü dəyişikliyi mütləq şəkildə fərq edəcəksiniz. Beləliklə, sonrakı dərsləri səbrsizliklə gözləyəcəksiniz. 

Qiymətləndirmə və şərhlər

Hər dərsin sonunda işinin mütəxəssisi pedaqoqlar tərəfindən sizin üçün mp3 formatında hazırlanan qiymətləndirmə və şərhləri profilinizdə görə bilərsiniz. Elə həmin gün dərs səhifəsinə əlavə edilən dərsi necə yerinə yetirdiyiniz, bundan əlavə növbəti dərs üçün nəyi necə etməli olduğunuzla bağlı məsləhətlər də yer alır. Həmçinin növbəti dərs üçün öyrənməli olduğunuz sözlər də burada yer alır.

Təhsilinizin hər mərhələsində işinin mütəxəssisi olan konsultantlarımızın köməkliyi ilə irəliləyişinizi yaxından izləyəcəksiniz, dolayısı ilə dərslərdən ən yüksək formada faydalanmanız təmin ediləcəkdir.

Bir yazımızın daha sonuna gəldik. Bu dəfə də sizin üçün faydalı olduğumuzu ümid edir, ağlınızdakı sualların bir qismini belə cavablandıra bildiksə, nə xoş bizə ☺

Suallarınızla bağlı bizimlə əlaqə yaratmaqdan çəkinməyin.

Qeyd: Haqqında bəhs etdiyimiz sayt: www.azeringilisce.com


Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Recent Content

İngilis dilinizi təkmilləşdirin

Azərbaycanın 100% müvəffəqiyyət zəmanətli yeganə onlayn ingilis dili kursunu ödənişsiz sınaqdan keçirin.

Ad və Soyadınızı daxil edin!

Hatalı e-posta adresi girdiniz!

Yanlış telefon nömrəsi daxil etmisiniz!

Şifrəniz ən azı 4 simvoldan ibarət olmalıdır!

Zəhmət olmasa tələb olunan sahələri doldurun

Məlumat Mesajı