İngiliscə Be Able To İstifadəsi və Mövzu İzahı


ingiliscə-be-able-to-istifadəsi-və-mövzu-izahı

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilini daha akademik üslubla istifadə edə bilmək üçün ingiliscə bildiyiniz təməl qrammatik və lüğətin daha təkmilləşdirilmiş formalarını istifadə etməlisiniz. Təhsil və ya karyera həyatınızda ingiliscə mühüm rol oynayırsa, bu zaman, həmin məqamlarda orta məktəbdən öyrəndiyiniz ingiliscəni istifadə etməniz etik olmayacaqdır və kifayət etməyəcəkdir. Bu kimi durumlarda çətinlik və utancaqlıq çəkməmək üçün ingiliscənizi gələcək həyatınız üçün özünüzə kifayət edəcək səviyyədə inkişaf etdirməlisiniz.

İngiliscədə bəzi təməl qrammatik mövzular və kəlimələr vardır ki, onları rəsmi məqamlarda istifadə etmək düzgün çıxmaz. Rəsmi məqamların özünə məxsus dili və qrammatik üslubu vardır, hansı ki, ingilis dilinizi akademik səviyyədə orada nümayiş etdirməlisiniz. Buna görə də, bu gün sizlərə, əslində, ingiliscə öyrənərkən lap ilkin dövrlərdən keçdiyiniz “can” mövzusunun daha akademik üslubu olan “be able to” öyrədəcəyik. Burada söylədiyimiz cümlədən, artıq, “be able to” qəlibinin nə mənaya gəldiyini az-çox təxmin edə bilmisiniz. İndi isə, daha ətraflı qrammatik qaydaları və bol nümunələri ilə sizləri “be able to” qəlibini tanış edək.

📝 Be Able To Mənası Nədir?

“Be able to” strukturu “can” modal felinə bənzər bir məna daşıyır. Bəzi hallarda bir-birinin əvəzinə istifadə oluna bilsə də, aralarında bəzi fərqlər də var. “Can” qəlibi daha sadə nitq üçün istifadə olunsa da, “be able to” daha rəsmi danışıqlar üçün istifadə oluna biləcək tərzdə qəlib feldir.

“be able to” quruluşu “-ə bilmək, edə bilmək” deməkdir. İstifadə olunduğu cümlələrdə səriştə və ya bacarıq mənasını verir. Bu mənada “can” quruluşuna son dərəcə bənzəyir. Bununla birlikdə, “can” quruluşu, hazırda tutulan səlahiyyətlərə istinad edilərkən istifadə olunur. Buna görə istifadə sahəsi məhduddur. Məsələn, gələn il alacağınız bir ixtisas haqqında danışarkən, “can” ifadəsini istifadə edə bilməzsiniz. Bu hallarda, “be able to” ifadəsini istifadə etməlisiniz. Bunu söyləmək səhv olmaz; “be able to” istifadə sahələri baxımından daha genişdir. “Can” ifadəsinin istifadə edilə bilmədiyi bir çox yerdə istifadə edilə bilər.

📝 Be Able To İstifadəsi və Nümunə Cümlələr

“Be able to” iki parçadan ibarətdir:

  • Be
  • Able to

“Be” olan tərəf cümlədə “olmaq” mənasına gəlir. Sadəcə “am, is, are” və ya “was, were” şəklində istifadə oluna bilər və ya hamısı birlikdə də cümlədə yazıla bilər. (məs: I was able to / I was be able to)

“Able to” ifadəsi “etmək, bir şeyi etməyə uyğun olmaq” mənasına gəllir və heç bir zaman cümlədə istifadəsi dəyişməz.

Neqativ cümlələrdə: Cümlənin ümumi qrammatik quruluşu olduğu kimi qalır, sadəcə, inkarlıq bildirən “not” qəlibi köməkçi felə əlavə olunur. (məs: You weren’t able to / You weren’t be able to)

Sual cümlələrində: Digər sual cümlələrində cümlə üzvlərinin sırası necədirsə, eynilə burada da cümlə üzvləri sırası bildiyimiz şəkildə düzəlir. Köməkçi fel mübtədanın başına keçir və “be able to” olduğu yerdə (mübtədadan sonra) qalır. (məs: Does she able to? / Does she be able to?)

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

📝 Be Able To ilə Təsdiq Cümlələri

  • I was able to surprise my teacher yesterday. – Dünən müəllimimi təəccübləndirə bildim.
  • I was able to see the teacher well from my seat yesterday. – Dünən oturacağım yerdən müəllimi yaxşı görə bildim.
  • When I finish the advanced level English class I will be able to speak like a native speaker. – Qabaqcıl səviyyədə ingilis dili dərsini bitirdikdə anadili kimi danışa biləcəyəm.
  • I will be able to attend the class next week. – Qabaqcıl səviyyədə İngilis dili sinifini bitirdikdə anadili kimi danışa biləcəyəm.
  • I will be able two speak french fluently. – Fransız dilində səlis danışa biləcəyəm.

📝 Be Able To ilə İnkar Cümlələri

  • I wasn’t able to join the meeting. – İclasa qoşula bilmədim.
  • You mustn’t be able to kill people. – İnsanları öldürə bilməməlisən.
  • Ali is not able to help me. – Əli mənə kömək edə bilmir.
  • My girlfriend was not able to finish her project homework on time. – Sevgilim layihə ev tapşırığını vaxtında bitirə bilmədi.
  • I was not able to play football. – Futbol oynaya bilmədim.

📝 Will Be Able To İstifadəsi və Nümunə Cümlələr

“Will be able to” gələcək zaman üçün istifadə olunur və bir hərəkətən gələcək zamanda edilə biləcəyini göstərir. Hərəkətin gələcək zamanda icra olunmasına imkan və şərait yaranacağını göstərmək məqsədli cümlələrdə “will be able to” istifadə olunur. (məs: I will able to / I will be able to)

Negativ cümlələrdə: Köməkçi fel kimi istifadə etdiyimiz “will” normal gələcək zamanda neqativ cümlə qurarkən necə “not” qəlibini alaraq “won’t” inkarlıq bildirən köməkçi feli formalaşdırırsa, burada da eyni qayda tətbiq olunur. (məs: You won’t able to / You won’t be able to)

Sual cümlələrində: Hər sual cümləsində köməkçi fel mübtəda əvvəlinə – yəni, başa gəldiyi kimi burada da, köməkçi fel kimi istifadə etdiyimiz “will” cümlənin başına gəlir və “be able to” olduğu yerdə qalır. (məs: Will he able to? / Will he be able to?)

📝 Will Be Able To ilə Təsdiq Cümlələri

  • Then I don’t think she will be able to wash your car. – O zaman sizin avtomobilinizi yuya biləcəyini düşünmürəm.
  • I will be able to find a way to deceive you. – Səni aldatmağın bir yolunu tapa biləcəm.
  • You and I will be able to share our love openly one day. – Sən və mən bir gün sevgimizi açıq şəkildə bölüşə biləcəyik.
  • Then he will be able to conquer the galaxy. – O zaman qalaktikanı fəth edə biləcək.
  • Pretty soon, they will be able to spread their wings again. – Tezliklə, yenidən qanadlarını aça biləcəklər.

📝 Will Be Able To ilə İnkar Cümlələri

  • But I won’t be able to visit you all the time. – Ancaq səni hər zaman ziyarət edə bilməyəcəyəm.
  • I’m sure you won’t be able to get along with people. – Əminəm ki, insanlarla dil tapa bilməyəcəksiniz.
  • And with practice, she won’t be able to make his life even longer. – Və təcrübə ilə həyatını daha da uzun müddətə davam etdirə bilməyəcək.
  • Because I won’t be able to play that in my head over and over. – Çünki bunu başımda dəfələrlə oynada bilməyəcəm.
  • I’m sure if he won’t be able to feel that I’m alive. – Əminəm ki, mənim yaşadığımı hiss edə bilməyəcək.

📝 Might Be Able To İstifadəsi və Cümlə Nümunələri

“Might be able to” məna olaraq digərlərindən bir az daha fərqliliklər daşıyır. Belə ki, “might” bilirsiniz ki, “may” modal feli ilə demək olar ki, eyni funksiyanı daşıyan ehtimallıq bildirən feldir. “Might” ingiliscədə “bəlkə” mənasını verir və “be able to” ilə istifadə olunduqda, şəxsin hərəkəti icra etmə imkanına sahib ola bilmə ehtimalından bəhs edir. Yəni, X şəxsi bir hərəkəti icra edə biləcək imkana bəlkə sahib ola bilər. “Might” ilə istifadə olunduqda artıq burada mənaca faktiki olaraq, gələcək zamandan bəhs edirik.

Cümlədə düzülüş qaydasında isə digərlərindən heç bir fərqlillik təşkil etmədən, mübtədadan sonra “might” modal feli və “be able to” qəlibi gəlir. Lakin, buradaki əsas nüanslardan biri, “be” olmadan istifadə etmək cümlədə natarazlıq yaradır, ona görə də, “be able to” “might” ilə birlikdə bütöv istifadə olunur. (məs: I might be able to)

Neqativ Cümlələrdə: Cümlədə istifadə etdiyimiz modal fel “might” “not” inkarlığı ilə birlikdə “might not” şəklində istifadə olunur, qısaldılmış forması yoxdur. (məs: She might not be able to)

Sual Cümlələrində: “Might not be able to” qəlibini sual cümlələrində istifadəsinə rastlanmamışdır və istifadəsi doğruluq bildirmir.

📝 Might Be Able To ilə Təsdiq Cümlələri

  • He might be able to come today. – O, bu gün gələ bilər.
  • I might be able to finish work today. – Bu gün işi bitirə bilərəm.
  • She might be able to come with us tonight. – O, bu gecə bizimlə gələ bilər.
  • They might be able to talk in our meeting. – Onlar, görüşümüzdə danışa bilərlər.
  • I might be able to call you tomorrow. – Sabah sizə zəng edə bilərəm.

📝 Might Be Able To ilə İnkar Cümlələri

  • And I might not be able to pay you today. – Və bu gün sənə pul verə bilməyəcəyəm.
  • But, if the caller doesn’t use the same service again, I might not be able to follow him in real-time. – Ancaq, zəng edən yenə eyni xidmətdən istifadə etməzsə, onu real vaxt izləyə bilməyəcəyəm.
  • If you not give me access to the antenna control logs, I might not be able to figure out where he was looking. – Anten nəzarət jurnallarına girişimi verməsən, hara baxdığını anlaya bilməyəcəyəm.
  • She might not be able to give you an answer. – Bəlkə sənə cavab verə bilməyəcək.
  • You thought perhaps I might not be able to negotiate for better accommodations. – Bəlkə daha yaxşı yerlər üçün danışıqlar apara bilməyəcəyimi düşündün.

📝 Should Be Able To İstifadəsi və Nümunə Cümlələr

“Should be able to” qəlibi bir hərəkətin icra olunma bilmə imkanına sahib olunması gərəkdiyini göstərir. “Should” bildiyiniz üzərə, “edilməli” mənasını daşıdığı üçün “be able to” qəlibi ilə birlikdə istifadə olunduqda həm imkan həm də məcburiyyət ilə birlikdə məna daşımış olur. Cümlə düzülüş qaydası standartdır. “be” olmadan bu qəlibin istifadəsini görmədiyiniz demək olar ki, çox nadir hallardadır. Buna görə də, qəlib tam şəkildə (shoul be able to) istifadə olunur. (məs: He should be able to)

⛔ Neqativ cümlələrdə: Cümlədə istifadə etdiyimiz “should” modal felinə “not” inkarlığı əlavə edilərək “shouldn’t” neqativliyini formalaşdırırıq və “be able to” qəlibi olduğu kimi yerindəcə qalır. Sıx-sıx rastlaşa biləcəyiniz cümlə növü deyildir. (məs: You shouldn’t be able to)

Sual Cümlələrində: Bu qəlib ilə sual cümlələri çox nadir olsa da, “should” modal felini cümlənin başına gətirməklə və “be able to” qəlibini olduğu kimi saxlamaqla sual cümləsini qurmaq mümkündür. (məs: Should I be able to?)

📝 Should Be Able To ilə Təsdiq Cümlələri

  • They should be able to work with anyone. – Hər kəslə işləyə bilməlidirlər.
  • Okay, she should be able to feel your hand again. – Aydındır, əlini yenidən hiss edə bilməli.
  • Then he should be able to mate with Kyle Reese in this timeline. – Sonra bu zaman cədvəlində Kyle Reese ilə cütləşməyi bacarmalıdır.
  • But they think that I should be able to sense his location. – Ancaq, düşünürlər ki, onun yerini hiss edə bilməliyəm.
  • But you should be able to share, at least. – Amma, heç olmasa paylaşmağı bacarmalısan.

📝 Should Be Able To ilə İnkar Cümlələri

  • From that, you should not be able to be a troublemaker. – Bundan, problem yarada bilməməlisən.
  • Now that you’ve slept, you shouldn’t be able to think about something. – Artıq yatdığın üçün bir şey haqqında düşünə bilməməlisən.
  • The Prosecutor should not be able to initiate investigations. – Prokuror istintaq başlata bilməməlidir.
  • You should not be able to unlock a workstation without logging on first. – Əvvəlcə giriş etmədən bir iş stansiyasının kilidini aça bilməməlisiniz.
  • You should not be able to offer remote assistance. – Uzaqdan kömək təklif edə bilməməlisiniz.

📝 Be Able To Bacarıqlarda İstifadə Nümunələri

“Be able to” qəlibini “can” kimi bacarıqlarda da istifadə etməyiniz mümkündür. Bacarıqlar üçün istifadə edərkən istifadə etdiyiniz zaman dilimi sizin cümlədə nə demək istədiyinizlə bağlıdır, ona görə də, “be able to” qəlibini bacarıqlar üçün istifadə edərkən spesifik olaraq istifadə edəcəyiniz bir zaman dilimi (tense) yoxdur.

  • You will be able to speak perfect French very soon. – Çox yaxında mükəmməl Fransızca danışa biləcəksiniz.
  • I have been able to drive since I was twenty. – İyirmi yaşımdan bəri sürə bilirəm.
  • I would like to be able to swim like a fish. – Balıq kimi üzməyi bacarmaq istərdim.
  • I would like to be able to speak Chinese. – Çin dilində danışmaq istərdim.
  • I am able to ride a bicycle. – Velosiped sürməyi bacarıram.
  • They aren’t able to earn money. – Onlar, pul qazana bilmirlər.
  • He isn’t able to paint the wall. – O, ivarı boyaya bilmir.
  • They are able to paint the drawings. – Onlar, rəsmi boyaya bilirlər
  • I will be able to speak English at the end of this course. – Bu kursun sonunda ingilis dilində danışa biləcəyəm.
  • They will be able to use a plane when they become a pilot. – Pilot olduqdan sonra təyyarədən istifadə edə biləcəklər.

📝 Have Been Able To ilə Nümunə Cümlələr

  • I have been able to visit them regularly. – Onları mütəmadi ziyarət edə bilmişəm.
  • I have been able to go to bed at night Without anything conscience. – Gecələr vicdan sızıltım olmadan yatmağı bacardım.
  • I feel I understand how our ancestors would have been able to survive here. – Hiss edirəm ki, əcdadlarımız burada necə sağ qalardılar.
  • Then I never would have been able to pass the FBI physical. – O zaman FTB-ni fiziki cəhətdən heç vaxt keçə bilməzdim.
  • You should have been able to sniff this one out. – Bunu iyləməyini bacarmalı idin.
  • If he hadn’t followed you outside you wouldn’t have been able to kill him. – Səni çöldə izləməsəydi, onu öldürə bilməzdin.
  • I wouldn’t have been able to convey so little information. – Bu qədər az məlumat ötürə bilməzdim.
  • They might have been able to do it earlier. – Bunu əvvəllər edə bilərdilər.
  • Because that money wouldn’t have been able to revive our hope that disappeared. – Çünki bu pullar yox olan ümidimizi canlandıra bilməzdi.
  • I have been able to run eight miles in sixty minutes since 1983. – 1983-cü ildən bəri altmış dəqiqə ərzində səkkiz mil qaça bilirdim.

📝 Be Able To ilə Sual Nümunələri

  • Were you able to use a smartphone? – Bir smartfon istifadə edə bildinizmi?
  • Where were you able to buy a dress? – Paltar haradan ala bildin?
  • How was he able to speak Italian? – O, italyanca necə danışa bildi?
  • What will you able to do after this course? – Bu kursdan sonra nə edə biləcəksiniz?
  • When will you be able to play football? – Nə vaxt futbol oynaya biləcəksiniz?
  • Will you be able to buy that car? – O maşını ala biləcəksinizmi?
  • Are you able to run? – Qaça bilirsən?
  • Is he able to walk fast? – O, sürətli yeriyirmi?
  • Where is she able to drive the car? – O, maşını harada idarə edə bilər?
  • What are they able to do? – Onlar, nə edə bilərlər?

📝 Tək Səfərlik Hallarda Be Able To Necə İstifadə Olunur?

“Can” modal feli ilə ifadə etdiyimiz qabiliyyətlər daima sahib olunan qabiliyyətlərdir. Misal üçün; “Bir quş uça bilər” deyəndə “can” modal felini istifadə etməliyik. Çünki “uçmaq” quşun hər zaman edə biləcəyi bir hərəkətdir. Bununla birlikdə, yalnız bir dəfə mövcud olan bacarıq və hərəkətlərdən bəhs edərkən “be able to” ifadəsi istifadə olunur. Misal üçün; “Ronaldo üç qol vurdu” cümləsində “üç qol vurmaq” Ronaldonun həmişə sahib olduğu bir imkan deyil. Buna görə də, bu ifadə ingilis dilində səslənəndə “be able to” ifadəsini istifadə etmək daha məqsədəuyğun olar. Bu cümləni ingilis dilinə aşağıdakı kimi tərcümə edə bilərik;

  • Ronaldo was able to / was be able to score three goals. – Ronaldo 3 qol ata bildi.

📝 Was / Were ilə Be Able To Necə İstifadə Olunur?

“Was / were” ilə “be able to” ifadəsinin istifadəsində heç bir fərqlilik yoxdur. “Was / were” köməkçi feli ile “be able to” istifadə edərkən “be” istifadə olunmur. Yəni; “was / were able to” kimi istifadə olunur. Cümlədə verdiyi məna isə bir hərəkətin keçmişdə edildiyinə / edilə bildiyinə dair söz edilməsidir.

  • I wasn’t able to join the call. – Zəngə qoşula bilmədim.
  • My friend was not able to finish her dinner on time. – Dostum axşam yeməyini vaxtında bitirə bilmədi.
  • Were you able to catch the bus? – Avtobusa minə bildiniz?

“Was / were” istifadəsi haqqında ətraflı məlumata sahib olmaq istəyirsinizsə, Was / Were İstifadəsi bloq yazımızdan faydalana bilərsiniz.

📝 Be Able To PDF Mövzu İzahı

“Be able to” mövzu izahına ətraflı şəkildə ingilis dilində də aşina olmaq istəyirsinizsə, o zaman mütləq sizinlə paylaşacağımız PDF qovluğuna göz atmalısınız.

➡ İngiliscə Be Able To Mövzu İzahı – klikləyin

📝 Can, Could və Be Able To Fərqi Nədir?

“Can” ilə “be able to” arasındaki məna fərqi isə; “can” daha çox bir hərəkətin bacarıla bilməsindən bəhs edərkən, “be able to” həm də bir hərəkətin icra olunması üçün var olan imkan və şəraitdən bəhs edir. Əslində, “can” istifadəsi burada məhdudlaşır deyə bilərik. Çünki, “can” daha çox bacarıq üçün istifadə olunarkən, “be able to” edilməsi üçün imkan olan hərəkətlərin icralarında da bəhs edir və artıq, burada “be able to” qəlibinin istifadəsi genişləyir.

“Could” isə bildiyiniz üzərə, “can” modal felinin keçmiş halıdır və “be able to” ilə “can” arasında mövcud olan fərqləri eyni şəkildə “could” da daşıyır.

“Can, could” modal fellərinin istifadə qaydalarını ətraflı şəkildə öyrənmək istəyirsinizsə, Can və Could Mövzu İzahı: Can və Could İstifadəsi bloq yazımıza klikləyə bilərsiniz.

📝 Digər Modal Fellər ilə Be Able To Arasındaki Fərq Nədir?

Aralarında kəskin bir fərq yoxdur. Faktiki olaraq, “be able to” digərlərinə nəzərən daha geniş istifadə olunma imkanına sahibdir. Və digər modal fellərlə birlikdə “be able to” qəlibinin istifadə edilməsi bizim üçün müxtəlif mənalar yarada bilir, bu da müxtəlif formalarda – ələlxüsus, akademik üslubda cümlə qura bilməyə imkan yaradır. İngiliscə digər modal fellər haqqında daha ətraflı məlumata sahib olmaq üçün İngilis Dilində Modal Fellər bloq yazımıza müraciət etmənizdə fayda var.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.