Be Felinin V2 və V3 Formları


be felinin v2 və v3 formları

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

📖 Tələbələr ingilis dilini həvəslə öyrənməyə başlasa da ingilis dili qrammatikasının ana dilimizdə qarşılığı olmayan mövzuları ilə rastlaşanda motivasiyaları düşməyə başlayır. Bu mövzular doğru şəkildə öyrənilmədikdə tələbələrin ingilis dilinə olan sevgilərini öldürə bilər. Ona görə də, ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın. Bəs, ingilis dili qrammatikasının çətinliyi deyəndə nəyi nəzərdə tuturuq? Əlbəttə ki, felləri…

📖 Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

📖 Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “be” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz.

  • Tərcüməsi: “Be” felinin tərcüməsi – “olmaq”-dır.
  • Formu: “Be” felinin özü birinci haldadır.

🐝 Be Felinin İkinci Halı (V2)

“Be” felinin ikinci halı “was / were” olaraq keçir. Bəs, bir felin ikinci halı nə üçün iki cür yazılır?

Çünki, be felini cümlədə keçmiş forması ilə yazarkən mənsubiyyətlərə diqqət yetirmək lazımdır. Birinci, ikinci və üçüncü şəxsin təkində “was” istifadə olunur. Birinci, ikinci və üçüncü şəxsin cəmində isə “were” istifadə olunur. İki nümunə ilə izahımızı daha aydın hala gətirək:

  • Birinci şəxsin təki: When I was young, I admired clever people. – Mən gənc olanda ağıllı insanlara heyran idim.
  • Birinci şəxsin cəmi: When we were young, we admired clever people. – Biz gənc olanda ağıllı insanlara heyran idik.

🍯 Be Felinin İkinci Halı ilə Nümunə Cümlələr

  • Rome was not built in a day. – Roma bir gündə tikilmədi.
  • He was born with a silver spoon in his mouth. – Ağzında gümüş qaşıqla anadan olub.
  • If the pills were pleasant, they would not be gilded. – Həblər xoş olsaydı, zərlənməzdilər.
  • Cars and buses were set ablaze during the riot. – Qiyam zamanı avtomobillər və avtobuslar alovlandı.
  • They were brought up against unexpected delays. – Gözlənilməyən gecikmələrə qarşı tərbiyə edildi.

🐝 Be Felinin Üçüncü Halı (V3)

“Be” felinin üçüncü halı “been” şəklində yazılır. Şəxsin təkinə və cəminə görə dəyişmir, hər iki halda da eyni şəkildə istifadə olunur.

🍯 Be Felinin Üçüncü Halı ilə Nümunə Cümlələr

  • Nothing great in the world has been accomplished without passion. – Dünyada heç bir möhtəşəm heç bir şey ehtiras olmadan həyata keçirilməyib.
  • The group has been notoriously fickle in the past. – Qrup əvvəllər məlum olduğu kimi dəyişkəndir.
  • It has been alleged that Jack stole the money. – Jack’in pulu oğurladığı iddia edildi.
  • This actress has been divorced from her husband. – Bu aktrisa ərindən boşanıb.
  • I am not now that which I have been. – İndi olduğum kimi deyiləm.

🐝 Be Felinin Past Tense ilə İstifadəsi

Be felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən əsas diqqət edilməsi gərəkən nüans cümlədə istifadə olunan zamana görə doğru formu seçməkdir. Be felinin ikinci halı sadə keçmiş zaman üçün istifadə olunarkən, be felinin üçüncü halı Past Participle cümlələr üçün istifadə olunur. Əlbəttə ki, ikinci halını da istifadə edərkən zamandan savayı, işlədilən şəxsin təki və ya cəmi olduğuna diqqət yetirmək lazımdır. Nümunə ilə daha yadın hala gətirək:

  • Sadə keçmiş zaman (felin ikinci halı): O liberty, how many crimes have been committed in thy name! – Ey azadlıq, sənin adınla nə qədər cinayətlər törədildi!
  • Past Participle (felin üçüncü halı): That was the best ice-cream I ever tasted. – Bu, indiyə qədər daddığım ən yaxşı dondurma idi.

🐝 Be Felinin Zamana və Mənsubiyyətə Görə Dəyişməsi

Be felinin cümlədə həm zamana həm də mənsubiyyətə görə dəyişməsini aşağıda verilən bir neçə zaman qəlibləri nümunələri ilə analiz edək.

🍯 Present Tense ilə Be Feli

İngilis dilində istifadə edəcəyiniz “be” felinin geniş zamanda istifadəsi zaman və mənsubiyyətə görə kökdən dəyişimə uğrayır. Yəni, “to be” felini cümlədə əsas fel kimi istifadə etmək istəyirsinizsə, və cümlədə istifadə edəcəyiniz zaman qəlibi geniş zamandırsa (Present Tense), bu zaman “to be” feli “am, is, are” şəklində dəyişimə uğrayır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • Birinci şəxsin təki: I – am
  • İkinci və üçüncü şəxslərin təki: He, She. It – is
  • Birinci, ikinci və üçüncü şəxslərin cəmi: We, They / istisna: İkinci şəxsin təki: You – are

Present Tense ilə Cümlələr:

  • I am an engineer. – Mən mühəndisəm.
  • You are an engineer. – Sən mühəndissən.
  • We are engineer. – Biz mühəndisik.
  • They are engineer. – Onlar mühəndisdirlər.
  • She is an engineer. – O, mühəndisdir.
  • He is an engineer. – O, mühəndisdir.
  • It is a cat. – O, pişikdir.

Be felinin sözü gedən tense ilə sual cümləsi:

  • Am I enough clever? – Yetərincə ağıllıyammı?

Be felinin sözü gedən tense ilə Passive Voice (Məçhul Növ) ilə cümlə nümunəsi:

  • Active Voice (Məlum Növ): All humans are equal. – Bütün insanlar bərabərdir.
  • Passive Voice (Məçhul Növ): All humans are created equal. – Bütün insanlar bərabər hüquqlu yaradılıb.

🍯 Simple Past ilə Be Feli

Yuxarıdaki paraqrafda bildirdiyimiz kimi be felinin ikinci halı “was, were” formasını alır. Bu zaman, cümlələr aşağıdaki kimi qrammatik qaydalara əsasən qurulur:

  • I was in England last year. – Keçən il İngiltərədə idim.
  • You were in England last year. – Keçən il İngiltərədə idiniz.
  • We were in England last year. – Keçən il İngiltərədə idik.
  • They were in England last year. – Keçən il İngiltərədə idilər.
  • She was in England last year. – Keçən il İngiltərədə idi. (qadın)
  • He was in England last year. – Keçən il İngiltərədə idi. (kişi)
  • It was in England last year. – Keçən il İngiltərədə idi. (digər)

Be felinin sözü gedən tense ilə sual cümləsi:

  • Was I enough clever? – Yetərincə ağıllı idimmi?

Be felinin sözü gedən tense ilə Passive Voice (Məçhul Növ) ilə cümlə nümunəsi:

  • Active Voice (Məlum Növ): All humans were equal. – Bütün insanlar bərabər idi.
  • Passive Voice (Məçhul Növ): All humans were created equal. – Bütün insanlar bərabər hüquqlu yaradılmışdı.

🍯 Present Perfect ilə Be Feli

  • I have been employed at this job for five years. – Beş ildir bu işdə işləyirəm.
  • You have been employed at this job for five years. – Beş ildir bu işdə çalışırsınız.
  • We have been employed at this job for five years. – Beş ildir bu işdə çalışırıq.
  • They have been employed at this job for five years. – Beş ildir bu işdə çalışırlar.
  • She has been employed at this job for five years. – Beş ildir ki, bu işdə çalışır. (qadın)
  • He has been employed at this job for five years. – Beş ildir ki, bu işdə çalışır. (kişi)
  • It has been employed at this job for five years. – Beş ildir ki, bu işdə çalışır. (digər)

Be felinin sözü gedən tense ilə sual cümləsi:

  • Have I enough clever? – Yetərincə ağıllı imişəm?

Be felinin sözü gedən tense ilə Passive Voice (Məçhul Növ) ilə cümlə nümunəsi:

  • Active Voice (Məlum Növ): All humans have been equal. – Bütün insanlar bərabər idi.
  • Passive Voice (Məçhul Növ): All humans have been created equal. – Bütün insanlar bərabər hüquqlu yaradılmışdı.

🍯 Future Tense ilə Be Feli

  • I will be thy friend, but not thy vice’s friend. – Mən sənin dostun olacağam, amma müavininin dostu deyiləm.
  • You will be thy friend, but not thy vice’s friend. – Sən mənim dostum olacaqsan, amma köməkçinin dostu deyilsən.
  • We will be thy friend, but not thy vice’s friend. – Biz sənin dostun olacağıq, ancaq müavinin olmayacağıq.
  • They will be thy friend, but not thy vice’s friend. – Onlar sənin dostun olacaq, ancaq köməkçinin dostu olmayacaqlar.
  • He will be thy friend, but not thy vice’s friend. – O sənin dostun olacaq, ancaq köməkçinin dostu deyil. (kişi)
  • She will be thy friend, but not thy vice’s friend. – O sənin dostun olacaq, ancaq köməkçinin dostu deyil. (qadın)
  • It will be thy friend, but not thy vice’s friend. – O sənin dostun olacaq, ancaq köməkçinin dostu deyil. (digər)

Be felinin sözü gedən tense ilə sual cümləsi:

  • Will I enough clever? – Yetərincə ağıllı olacağam?

Be felinin sözü gedən tense ilə Passive Voice (Məçhul Növ) ilə cümlə nümunəsi:

  • Active Voice (Məlum Növ): All humans will equal. – Bütün insanlar bərabər olacaq.
  • Passive Voice (Məçhul Növ): All humans will be created equal. – Bütün insanlar bərabər hüquqlu yaradılacaq.

🍯 Future Perfect ilə Be Feli

  • I will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu məni ürəkləndirmiş olacaq.
  • You will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu səni ürəkləndirmiş olacaq.
  • We will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu bizi ürəkləndirmiş olacaq.
  • They will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu onları ürəkləndirmiş olacaq.
  • He will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu onu ürəkləndirmiş olacaq.
  • She will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu onu ürəkləndirmiş olacaq.
  • It will have been heartened by the telephone opinion poll published yesterday. – Dünən yayımlanan telefon rəy sorğusu onu ürəkləndirmiş olacaq.

Be felinin sözü gedən tense ilə sual cümləsi:

  • Will have I enough clever? – Yetərincə ağıllı idimmi?

Be felinin sözü gedən tense ilə Passive Voice (Məçhul Növ) ilə cümlə nümunəsi:

  • Active Voice (Məlum Növ): All humans will have been equal. – Bütün insanlar bərabər idi.
  • Passive Voice (Məçhul Növ): All humans will have been created equal. – Bütün insanlar bərabər hüquqlu yaradılmış olacaq.

🐝 Be (am, is, are) / Was, Were / Been ilə Çalışmalar

Aşağıda verilən boşluq doldurmaları həll edərək, bir az əvvəl öyrəndiyiniz yenilikləri təkmilləşdirə və daha yadda qalan edə bilərsiniz.

1. Where … you last night?

2. You … very remiss in fulfilling your obligations.

3. When was the last time you … home?

4. How … the weather yesterday?

5. Her books … translated into 24 languages.

6. There is much … said on both sides.

7. … you in the party last week?

8. Friendship should not … all on one side.

9. What may be done at any time … done at no time.

10. Music … played on a phonograph.

Cavablar: 1. were, 2. have been, 3. were, 4. was, 5. have been, 6. to be, 7. were, 8. be, 9. will be, 10. will be

🐝 Be (am, is, are) / Was, Were / Been ilə Çalışmalar (PDF Formatında)

Öyrəndiklərinizə daha yaxşı yiyələnmək istəyirsinizsə və yuxarıdaki boşluq doldurmaların kifayət olmadığını düşünürsünüzsə, sizin üçün hazırladığımız PDF formatı ilə testlərə göz ata bilərsiniz. Testlərə daxil olmaq üçün aşağıdaki linkə klikləməyiniz kifayətdir. Uğurlar!

Be Feli ilə Çalışmalar PDF

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.