Become Felinin İkinci və Üçüncü Formları


become felinin ikinci və üçüncü formları

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

📚 Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

📚 Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

📚 Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “become” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

  • Become feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.
  • Become feli – olmaq, halına gəlmək, dönüşmək – şəklində tərcümə olunur.

📝 Become Felinin İkinci Halı

Become felinin ikinci halı became şəklində yazılır. Simple Past Tense üçün istifadə olunur.

📐 Become Felinin İkinci Halı ilə Nümunələr

Melissa quickly became adept at predicting his moods.Melissa tez bir zamanda ruh halını proqnozlaşdırmaqda usta oldu.
The desire to laugh became a compulsion.Gülmək arzusu məcburiyyətə çevrildi.
They became pawns in the political battle.Siyasi döyüşdə piyada oldular.
The storm became stronger that night.Fırtına o gecə daha da gücləndi.
Her son became a doctor and that is why she is so proud of him.Oğlu həkim oldu və bu səbəbdən də, o, onunla qürur duyur.

📝 Become Felinin Üçüncü Halı

Become felinin üçüncü halı birinci halı ilə eynidir, become olaraq yazılır. Cümlələrdən ayıra bilməyiniz üçün cümlədə istifadə olunan zaman qəliblərini müəyyənləşdirməlisiniz. Üçüncü hal Perfect Tense və Passive Voice cümlələri üçün keçərlidir.

📐 Become Felinin Üçüncü Halı ilə Nümunələr

People have become indifferent to the suffering of others.İnsanlar başqalarının əzablarına laqeyd qaldılar.
Women have become more assertive in the past decade.Son on ildə qadınlar daha iddialı oldular.
Many voters have become disenchanted with the government.Bir çox seçici hökumətdən narazı qaldı.
His dream has become a reality.Onun xəyalı bir reallığa çevrildi.
She has become very popular after her first single.İlk singlindən sonra çox populyar oldu.

📝 Become Felinin Past Tense ilə İstifadəsi

Become felini keçmiş zaman qəlibləri ilə istifadə edərkən felin neçənci halını istifadə edəcəyinizi yaxşı bilməlisiniz. Cümlələrdə istifadə olunan zaman qəliblərini bir-birindən ayırd edə bilmək üçün köməkçi fellərə baxmağınız kifayət edir. Mübtəda + Köməkçi Fel + Fel (ikinci və ya üçüncü hal) + İkinci Dərəcəli Üzvlər qaydasına diqqət etsəniz, felin ikinci və üçüncü halları ilə rahatlıqla cümlələr qura bilərsiniz.

  • She has become a lot more tolerant and communicative. – O, çox tolerant və ünsiyyətcil oldu.

Burada istifadə olunan köməkçi feldən bariz şəkildə bilinir ki, Perfect Tense cümləsidir və məlumdur ki, Perfect Tense cümlələrində become felinin üçüncü halı istifadə olunur.

📝 Become Felinin Zaman və Mənsubiyyətə Görə Təsnifi

Become felini cümlədə istifadə edərkən zaman qəlilblərinə və mənsubiyyətə görə dəyişkənliklərini öyrənmək istəyirsinizsə, aşağıda verilən bir neçə zaman qəlibləri və şəxs əvəzlikləri ilə nümunələrinə nəzər yetirə bilərsiniz.

Qeyd: Become felinin Passive Voice (Məçhul Növ) cümlə növü yoxdur. Become feli, subyektin dolaysız şəkildə özünün icra etməsi gərəkən bir hərəkət olduğu üçün, məçhul subyekt tərəfindən əsas subyektə hərəkət icra edilə bilməz.

📐 Become Present Tense İstifadəsi

I wants to become a professional cook.Professional bir aşpaz olmaq istəyirəm.
You wants to become a professional cook.Peşəkar bir aşpaz olmaq istəyirsən.
We wants to become a professional cook.Professional bir aşpaz olmaq istəyirik.
They wants to become a professional cook.Professional bir aşpaz olmaq istəyirlər.
He wants to become a professional cook.Professional bir aşpaz olmaq istəyir. (kişi)
She wants to become a professional cook.Professional bir aşpaz olmaq istəyir. (qadın)
It becomes an annual event.İllik bir tədbir halına gəlir. (Digər)

Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • Does some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilirmi?

📐 Become Past Simple Tense İstifadəsi

I became reconciled to the loss of wife.Mən həyat yoldaşı itkisi ilə barışdım.
You became reconciled to the loss of wife.Sən həyat yoldaşı itkisi ilə barışdın.
We became reconciled to the loss of wife.Biz həyat yoldaşı itkisi ilə barışdıq.
They became reconciled to the loss of wife.Onlar, həyat yoldaşı itkisi ilə barışdılar.
He became reconciled to the loss of wife.O, həyat yoldaşı itkisi ilə barışdı.
She became reconciled to the loss of husband.O, həyat yoldaşı itkisi ilə barışdı.
It became an annual event.Bu illik bir tədbir oldu.

Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:

  • Did some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrildimi?

📐 Become Present Perfect Tense İstifadəsi

I have become very profitable.Çox qazanclı oldum.
You have become very profitable.Çox qazanclı oldunuz.
We have become very profitable.Çox qazanclı olduq.
They have become very profitable.Çox qazanclı oldular.
He has become very profitable.Çox qazanclı oldu. (kişi)
She has become very profitable.Çox qazanclı oldu. (qadın)
It has become an annual event.Bu illik bir tədbir halına gəldi. (digər)

Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:

  • Have some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilibmi?

📐 Become Future Tense İstifadəsi

I will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacağam.
You will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacaqsınız.
We will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacağıq.
They will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacaqlar.
He will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacaq.
She will become more sociable and friendly next year.Gələn il daha ünsiyyətcil və mehriban olacaq.
It will become an annual event.Bu illik bir tədbir olacaq.

Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:

  • Will some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevriləcəkmi?

📐 Become Future Perfect Tense İstifadəsi

Waving to the exultant crowds, I will have become a legend.Coşğun izdihama əl yelləyərək mən əfsanə olmuş olacağam.
Waving to the exultant crowds, you will have become a legend.Coşğun izdihama əl yelləyərək sən əfsanə olmuş olacaqsan.
Waving to the exultant crowds, we will have become a legend.Coşğun izdihama əl yelləyərək biz əfsanə olmuş olacağıq.
Waving to the exultant crowds, they will have become a legend.Coşğun izdihama əl yelləyərək onlar əfsanə olmuş olacaqlar.
Waving to the exultant crowds, he will have become a legend.Coşğun izdihama əl yelləyərək o, əfsanə olmuş olacaq.
Waving to the exultant crowds, she will have become a legend.Coşğun izdihama əl yelləyərək o, əfsanə olmuş olacaq.
It will have become an annual event.Bu illik bir tədbir olmuş olacaq.

Become felinin qeyd edilən zaman qəlibi ilə sual cümləsi aşağıdaki qaydaları izləyir:

  • Will have some contructions become law? – Bəzi konstruksiyalar qanuna çevrilmiş olacaqmı?

📝 Become / Became / Become ilə Çalışmalar

Öyrəndiklərinizi təkmilləşdirmək istəyirsinizsə, aşağıdaki boşluq doldurmanı həll edərək praktik əldə etmiş olacaqsınız.

1. He often _____ sad when he watches a film.

2. He _____ a new person since he left her.

3. She _____ more and more anxious before he finally said yes.

4. He _____ director soon.

5. He _____ used to his new life when he had to move again.

6. I ______ used to living in Canada.

7. They _____ more and more anxious these past few days.

8. Jack _____ familiar with the account before the manager arrived.

9. It _____ perfectly normal by the end of next week.

10. If he _____ director, I will become vice-president.

Cavablar: 1. becomes, 2. has become, 3. had been becoming, 4. is going to become, 5. was becoming, 6. am becoming, 7. have been becoming, 8. had become, 9. will have become, 10. becomes

📝 Become / Became / Become ilə Çalışmalar PDF

Daha çox çalışmalarla praktik qazanmaq və öyrəndiklərinizi daha sağlam şəkildə mənimsəmək istəyirsinizsə, sizin üçün hazırladığımız PDF formatlı become birinci, ikinci və üçüncü formları ilə bağlı testi aşağıdaki linkə klikləyərək keçid alıb həll edə bilərsiniz.

Become / Became / Become Feli ilə Çalışmalar PDF

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.