Broadcast Felinin 2-ci və 3-cü Formları


broadcast felinin ikinci və üçüncü halı

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

📻 İngilis dilini öyrənmək ana dilimizi öyrənmək qədər asan olmaya bilir. Tələbələri çətinliklə üz-üzə qoyan bır sıra qrammatik mövzular vardır. Bu çətinliklər hər bir tələbəyə görə dəyişiklik göstərsə də, çoxluq təşkil edən tələbələrin ortaq problemləri olur. Tədris mərkəzləri isə bu ortaq problemləri aradan qaldırmaq üçün həmin mövzulara daha detallı şəkildə vaxt ayıraraq məlumatları daha asan anlaşılacaq şəkildə tələbələrlə paylaşır. Tələbələr üçün aktual problem halına gələn ingilis dili mövzularından biri də fellərdir. Bəs, nə üçün fellər?

📻 Bildiyiniz kimi ingilis dili qrammatikasında fel nitq hissəsi ana dilimizə görə bir qədər fərqliliklər və qəlizliklər təşkil edir. Zamanlar, fellərin zamanlara görə istifadə olunması, qaydalı və qaydasız fellər vs. Bu xırdalıqların üstəsindən gələ bilmək üçün fel mövzusu tələbələrə maksimal dərəcədə detallı şəkildə anladılmalıdır. Biz də bu problemi aradan qaldırmaq adına aktiv şəkildə gündəlik istifadə olunan fellərin sizlər üçün seçib onları fellərin halları, zamanlarına görə anladacayıq.

📻 Bu günün bloq yazısını “broadcast” – yəni, “yayım etmək, veriliş / televeriliş etmək” felinə ayıracayıq. “Broadcast” felinin 2-ci və 3-cü hallarını sizlərlə birlikdə analiz edəcək və ingilis dili zamanlarına görə “broadcast” kəliməsini təsnif edəcəyik. Broadcast feli tələbələrin bir az marağına səbəb ola bilər. Çünki, bu fel digər fellər kimi nə kökdən dəyişir, nə də ki, “ed” şəkilçisi ilə istifadə olunur. Necə mi? Gəlin, aydın şəkildə izah edək.

📺 Broadcast Felinin İkinci Halı

Broadcast felinin ikinci halı həm boardcast, həm də boradcasted olaraq keçir. Bu felin ikinci halı üçün ən yayğın istifadə olunma forması broadcast-dir. Çox nadir hallarda broadcasted istifadə edilir, lakin ən düzgün istifadə şəkli broadcast olaraq qəbul edilir. Simple Past Tense üçün istifadə etmək mümkündür.

🎬 Broadcast Felinin İkinci Halı ilə Cümlələr

This radio station broadcast on three different frequencies.Bu radio stansiyası üç fərqli tezlikdə yayımlandı.
The president broadcast his message on all stations yesterday.Prezident dünən mesajını bütün stansiyalarda yayımladı.
The concert broadcast live yesterday evening.Konsert dünən axşam canlı yayımlandı.
The interviewer broadcast on radio and television last year.Müsahibə keçən il radio və televiziyada yayımlandı.
Loudspeakers broadcast the football results.Dinamiklər futbol nəticələrini yayımladılar.

📺 Broadcast Felinin Üçüncü Halı

Broadcast felinin üçüncü halı həm boardcast, həm də boradcasted olaraq keçir. Bu felin üçüncü halı üçün ən yayğın istifadə olunma forması broadcast-dir. Çox nadir hallarda broadcasted istifadə edilir, lakin ən düzgün istifadə şəkli broadcast olaraq qəbul edilir. Past Participle və Passive Voice üçün istifadə etmək mümkündür.

🎬 Broadcast Felinin Üçüncü Halı ilə Cümlələr

Radio One has broadcast on this wavelength for years.Radio One illərdir bu dalğa boyu yayımlayır.
State television in Yemen has broadcast a brief message.Yəməndəki dövlət televiziyası qısa bir mesaj yayımladı.
She has broadcast many topic on her channel for so long.Bu müddətdə kanalında bir çox mövzunu yayımladı.
We have broadcast about this issue before.Bu məsələ barədə əvvəllər də məlumat vermişdik.
They had broadcast about it before people know.İnsanlar bilmədən əvvəl bu barədə yayımladılar.

📺 Broadcast Felinin Past Tense ilə İstifadəsi

Broadcast felini müxtəlif zamanlarda istifadə edərkən çaşqınlıq yaşaya bilərsiniz. Çünki, felin bütün hallarında eynidir. Cümlədə broadcast felini görərkən hansı halda olduğunu müəyyənləşdirmək istəyirsinizsə, cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Past Simple zamanının istifadə olunduğu cümlədə broadcast felinin mütləq ikinci halı istifadə olunur. Past Participle cümlələrdə isə broadcast felin üçüncü halı işlədilir. İki nümunə ilə izahımıza aydınlıq gətirək:

Past Simple: I broadcast my last video yesterday.Son videomu dünən yayımladım.
Past Participle: I have broadcast so many topics on my channel.Kanalımda bir çox mövzu yayımladım.

📺 Broadcast Felinin Zamana və Mənsubiyyətə Görə Dəyişməsi

Broadcast feli də digər fellər kimi cümlədə istifadə olunarkən zamana və mənsubiyyətə görə dəyişir. Hər ikisinə görə cümlədə istifadə qaydalarına riayət edib, cümlə quruluş strukturunda yanlışa yol vermək istəmirsinizsə, o zaman, aşağıda həm şəxs əvəzliklərinə, həm də zamana görə təsnif edilmiş broadcast felinin istifadə qaydalarına baxa bilərsiniz.

🎬 Broadcast Feli ilə Present Simple Tense və Şəxs Əvəzlikləri

I broadcast the news to the local population every morning.Hər səhər yerli əhaliyə xəbər yayımlayıram.
You broadcast the news to the local population every morning.Hər səhər yerli əhaliyə xəbər yayımlayırsınız.
We broadcast the news to the local population every morning.Hər səhər yerli əhaliyə xəbər yayırıq.
They broadcast the news to the local population every morning.Hər səhər yerli əhaliyə xəbər yayırdılar.
He broadcasts the news to the local population every morning. (kişi)Hər səhər yerli əhaliyə xəbər yayımlayır.
She broadcasts the news to the local population every morning. (qadın)Hər səhər yerli əhaliyə xəbər yayımlayır.
It broadcasts the news to the local population every morning. (digər)Hər səhər yerli əhaliyə xəbər yayımlayır.

Sual cümləsi ilə:

Do I broadcast everything my followers want?İzləyicilərimin istədiklərini yayımlayıram?

Passive Voice (Məçhul Növ) ilə:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Active Voice: NEXT Radio broadcasts every issues about the government.NEXT Radio hökumətlə əlaqəli hər problem yayımlayır.
Passive Voice: Every issues about the government are broadcast by NEXT Radio.Hökumətlə bağlı hər problem NEXT Radio tərəfindən yayımlanır.

🎬 Broadcast Feli ilə Simple Past Tense və Şəxs Əvəzlikləri

I broadcast the news to the local population last month.Keçən ay yerli əhaliyə xəbər yayımladım.
You broadcast the news to the local population last month.Keçən ay yerli əhaliyə xəbər yayımlamısınız.
We broadcast the news to the local population last month.Keçən ay yerli əhaliyə xəbər yaydıq.
They broadcast the news to the local population last month.Xəbərləri keçən ay yerli əhaliyə yaydılar.
He broadcast the news to the local population last month. (kişi)Keçən ay yerli əhaliyə xəbər yayımladı.
She broadcast the news to the local population last month. (qadın)Keçən ay yerli əhaliyə xəbər yayımladı.
It broadcast the news to the local population last month. (digər)Keçən ay yerli əhaliyə xəbər yayımladı.

Sual cümləsi ilə:

Did I broadcast everything my followers want?İzləyicilərimin istədiklərini yayımladım?

Passive Voice (Məçhul Növ) ilə:

Active Voice: NEXT Radio broadcast every issues about the government last month.Keçən ay NEXT Radio hökumətlə əlaqəli hər problem yayımladı.
Passive Voice: Last month every issues about the government were broadcast by NEXT Radio.Keçən ay hökumətlə bağlı hər problem NEXT Radio tərəfindən yayımlandı.

🎬 Broadcast Feli ilə Present Perfect Tense və Şəxs Əvəzlikləri

I have broadcast the news to the local population before.Xəbəri əvvəllər yerli əhaliyə çatdırmışam.
You have broadcast the news to the local population before.Xəbəri əvvəllər yerli əhaliyə yayımlamısınız.
We have broadcast the news to the local population before.Xəbəri əvvəllər yerli əhaliyə çatdırmışıq.
They have broadcast the news to the local population before.Xəbəri əvvəllər yerli əhaliyə çatdırmışdılar.
He has broadcast the news to the local population before. (kişi)Xəbəri əvvəllər yerli əhaliyə yayımlamışdı.
She has broadcast the news to the local population before. (qadın)Daha əvvəl yerli əhaliyə xəbər yayımladı.
It has broadcast the news to the local population before. (digər)Daha əvvəl yerli əhaliyə xəbər yayımlamışdı.

Sual cümləsi ilə:

Have I broadcast everything my followers want before?Heç əvvəl izləyicilərimin istədiklərini yayımlamışam?

Passive Voice ilə:

Active Voice: NEXT Radio has broadcast every issues about the government before.Əvvəl NEXT Radio hökumətlə əlaqəli hər problem yayımlamışdı.
Passive Voice: Every issues about the government have been broadcast by NEXT Radio.Hökumətlə bağlı hər problem NEXT Radio tərəfindən yayımlanıb.

🎬 Broadcast Feli ilə Simple Future Tense və Şəxs Əvəzlikləri

I will broadcast the news to the local population tomorrow.Xəbəri sabah yerli əhaliyə yayımlayacağam.
You will broadcast the news to the local population tomorrow.Xəbəri sabah yerli əhaliyə yayımlayacaqsınız.
We will broadcast the news to the local population tomorrow.Xəbəri sabah yerli əhaliyə yayımlayacağıq.
They will broadcast the news to the local population tomorrow.Xəbəri sabah yerli əhaliyə yayacaqlar.
He will broadcast the news to the local population tomorrow. (kişi)Xəbəri sabah yerli əhaliyə yayımlayacaq.
She will broadcast the news to the local population tomorrow. (qadın)Xəbəri sabah yerli əhaliyə yayımlayacaq.
It will broadcast the news to the local population tomorrow. (digər)Xəbəri sabah yerli əhaliyə yayımlayacaq.

Sual cümləsi ilə:

Will I broadcast everything my followers want?İzləyicilərimin istədiklərini yayımlayacağam?

Passive Voice (Məçhul Növ) ilə:

Active Voice: NEXT Radio will broadcast every issues about the government tomorrow.NEXT Radio hökumətlə əlaqəli hər problem yayımlayacaq.
Passive Voice: Every issues about the government will be broadcast by NEXT Radio.Hökumətlə bağlı hər problem NEXT Radio tərəfindən yayımlanacaq.

🎬 Broadcast Feli ilə Simple Future Perfect Tense və Şəxs Əvəzlikləri

I will have broadcast the news to the local population when the pademic over.Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbər yayımlamış olacağam.
You will have broadcast the news to the local population when the pademic over.Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbər yayımlamış olacaqsınız.
We will have broadcast the news to the local population when the pademic over.Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbər vermis olacağıq.
They will have broadcast the news to the local population when the pademic over.Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbər yaymış olacaqlar.
He will have broadcast the news to the local population when the pademic over. (kişi)Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbərləri yayımlamış olacaq.
She will have broadcast the news to the local population when the pademic over. (qadın)Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbərləri yayımlamış olacaq.
It will have broadcast the news to the local population when the pademic over. (digər)Pandemiya bitdikdən sonra yerli əhaliyə xəbərləri yayımlamış olacaq.

Sual cümləsi ilə:

Will have I broadcast everything my followers want when I get popular?Məşhur olduqdan sonra izləyicilərimin istədiklərini yayımlamış olacağam?

Passive Voice (Məçhul Növ) ilə:

Active Voice: NEXT Radio will have broadcast every issues about the government.NEXT Radio hökumətlə əlaqəli hər problem yayımlamış olacaq.
Passive Voice: Every issues about the government will have been broadcast by NEXT Radio.Hökumətlə bağlı hər problem NEXT Radio tərəfindən yayımlanmış olacaq.

📺 Broadcast Feli ilə Çalışmalar

Broadcast feli ilə bağlı öyrəndiklərinizdə bir boşluq olmadığını dəqiqləşdirmək istəyirsinizsə, aşağıdaki boşluq doldurmaları həll edərək özünüzü kiçik sınaqdan keçirə bilərsiniz.

1. The interview ___ live across Europe.

2. Since the controversial programme ___ , the BBC’s mailbag has been bulging.

3. This programme ___ with subtitles for the hard of hearing.

4. Local radio stations serving coastal areas often ___ forecasts for yachtsmen.

5. The concert ___ in stereo.

6. Mr Smith hurriedly sought to retract the statement, but it ___ just ___ on national radio.

7. They began ___ in 1922.

8. We ___ on all the major channels.

9. The ___ station has signed off for the night.

10. We ___ live from the ship.

Cavablar: 1. was broadcast, 2. was broacast, 3. will be broadcast, 4. broadcast, 5. will be broadcast, 6. had been broadcast, 7. broadcasting, 8. were broadcasting, 9. broadcasting, 10. will broadcast

📺 Broadcast Feli ilə Çalışmalar PDF

Broadcast felinin birinci, ikinci və üçüncü halı ilə zamana və mənsubiyyətə görə istifadə qaydaları ilə bağlı daha çox praktik qazanmaq istəyirsinizsə və öyrəndiklərinizi yaddaşınızda möhkəmləndirmək istəyirsinizsə, bu zaman yuxarıdaki boşluq doldurmaların kifayət etməyəcəyini düşünərək, sizlər üçün PDF formatında broadcast feli ilə bağlı çalışmalar hazırladıq. Aşağıdaki linkə klikləyərək, PDF-ə baxa bilərsiniz. Uğurlar!

Broadcast Feli ilə Çlışmalar PDF

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.