Build Felinin İkinci və Üçüncü Halları


build felinin ikinci və üçüncü halları

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

🔨 İngilis dili qrammatikasının tələbələrə çətinlik yaradan mövzularından biri də fellərdir. Çünki, ingilis dilində fellər ana dilimizdən müqayisədə bir sıra fərqliliklərə sahibdir. Hansı ki, azərbaycanca qarşılığı olmayan müvafiq qaydaları ilə tələbələrin daha çox çalışması və üzərində durması gərəkən qrammatik mövzulardan birinə çevrilir. Bəs, ingilis dilində fellər deyəndə nəyi nəzərdə tuturuq? Yəni, ingilis dili qrammatikasında fel nələri əhatə edir?..

🔨 İngilis dili qrammatikasının feli, əvvəla, qaydalı və qaydasız fellərdən ibarətdir. Bu qaydalı və qaydasız fellərin zamana və mənsubiyyətə görə təsnifi vardır, hansı ki, ya sözün sonuna şəkilçi əlavə edilir, ya da ki, sözün özü kökdən dəyişir. Qaydalı fellər “ed” şəkilçisi qəbul edir. Qaydasız fellər isə, kökdən dəyişimə uğrayır. Buna görə də, qaydasız felləri öyrənmək nisbətən daha çox vaxt alır. Lakin, öyrənmə müddətinizi asanlaşdırmaq və öyrəndiklərinizi daha yadda qalan etmək üçün bu bloq yazısında qaydasız fellərin istifadə olunma qaydaları ilə tanış ola bilərsiniz.

🔨 Eləcə, bu gün “build” qaydasız felinin zamana və mənsubiyyətə görə birinci, ikinci və üçüncü hallarının istifadəsini sizlərə öyrədəcəyik. Giriş məlumatlarla başlamış olarsaq:

  • Tərcüməsi: Build felinin tərcüməsi – tikmək, inşa etmək – olaraq keçir.
  • Halı: Sözün özü (build) birinci haldadır.

🧱 Build Felinin İkinci Halı

Build felinin ikinci halı built olaraq kökündən dəyişir. Simple Past Tense üçün istifadə olunur.

🔧 Build Felinin İkinci Halı ilə Cümlələr

  • Tom built a bookcase. / tərcüməsi: Tom kitab şkafı düzəltdi.
  • He built his house on rock. / tərcüməsi: O, evini qayanın üstündə tikdi.
  • She built the doll’s house from a kit. / tərcüməsi: O, ukla evini dəstdən düzəltdi.
  • They built a raft of logs. / tərcüməsi: Onlar, kündlərdən bir sal düzəltdilər.
  • They built a retaining wall around the pond. / tərcüməsi: Onlar, göletin ətrafında bir istinad divarı düzəltdilər.

🧱 Build Felinin Üçüncü Halı

Build felinin üçüncü halı eyni şəkildə built olaraq keçir. Past Participle və Passive Voice cümlələr üçün idealdır.

🔧 Build Felinin Üçüncü Halı ilə Cümlələr

  • She has built these scraps of metal into a sculpture. / tərcüməsi: O, metal qırıntılarını bir heykəl düzəltdi.
  • We have built a strong relationship with you. / tərcüməsi: Biz sizinlə möhkəm bir əlaqə qurduq.
  • The show has built up a cult following. / tərcüməsi: Şou izləyənlərini tapdı.
  • They have built the national network. / tərcüməsi: Onlar, milli şəbəkəni qurdular.
  • George and his company have built another space station. / tərcüməsi: George və şirkəti başqa bir kosmik stansiya inşa etdilər.

🧱 Build Felinin Past Tense ilə İstifadəsi

Build felinin Past Tense cümlələri ilə istifadə edərkən diqqət etməniz gərəkən bir neçə nüans var. Əvvəla, build felinin ikinci və üçüncü halları eynidir, buna görə də, cümlədə hansı halın istifadə olunduğunu anlamaq üçün cümlədə işlədilən zamana diqqət yetirməlisiniz. Simple Past Tense zaman strukturunun istifadə olunduğu cümlələrdə build felinin ikinci halı, Past Participle strukturunun istifadə olunduğu cümlələrdə isə build felinin üçüncü halı işlədilir. Gəlin, nümunələrlə izahımıza aydınlıq gətirək:

  • Past Participle: They have built canals to irrigate the desert. / tərcüməsi: Səhranı suvarmaq üçün kanallar qurdular.
  • Simple Past Tense: She built a new doll house for her daughter. / tərcüməsi: O, qızı üçün yeni bir gəlincik evi tikdirdi.

🧱 Build Felinin Zamana və Mənsubiyyətə Görə Dəyişməsi

Bilirsiniz ki, cümlədə işlədilən fellər sadəcə zamana görə deyil, mənsubiyyətə görə də dəyişə bilir. Hər ikisini tətbiq etmək üçün və cümlələrdə yanlışlığa yol verməmək üçün build felinin həm zamana, həm də mənsubiyyətə görə dəyişməsini bir neçə tense-lərlə nümunələndirəcəyik.

🔧 Build Feli ilə Simple Present Tense

  • Mən: If I build it the costumers will come. / tərcüməsi: Mən tiksəm, müştərilər gələcək.
  • Sən / Siz: If you build it the costumers will come. / tərcüməsi: İnşa etsən(iz) müştərilər gələcək.
  • Biz: If we build it the costumers will come. / tərcüməsi: İnşa etsək, müştərilər gələcək.
  • Onlar: If they build it the costumers will come. / tərcüməsi: Tiksələr müştərilər gələcək.
  • O (kişi): If he builds it the costumers will come. / tərcüməsi: İnşa etsə müştərilər gələcək.
  • O (qadın): If she builds it the costumers will come. / tərcüməsi: Əgər o inşa etsə, müştərilər gələcək.
  • O (digər): If it builds it the costumers will come. / tərcüməsi: İnşa edərsə, müştərilər gələcək.

Sual cümləsi aşağıdaki strukturu izləyir:

  • Do I build a tiny comfortable house in the forest? / tərcüməsi: Meşədə balaca rahat bir ev tikirəm?

Passive Voice (Məçhul Növ) cümləsi üçün aşağıdaki struktur izlənir:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • Active Voice (Məlum Növ): Builders build a tiny comfortable house in the forest. / tərcüməsi: İnşaatçılar meşədə kiçik rahat bir ev tikirlər.
  • Passive Voice (Məçhul Növ): A tiny comfortable house is built by builders. / tərcüməsi: Kiçik rahat bir ev inşaatçılar tərəfindən tikilir.

🔧 Build Feli ilə Simple Past Tense

  • Mən: I built a pool in the backyard. / tərcüməsi: Həyətdə bir hovuz tikdim.
  • Sən / Siz: You built a pool in the backyard. / tərcüməsi:Həyətdə bir hovuz inşa etdin(iz).
  • Biz: We built a pool in the backyard. / tərcüməsi: Həyətdə bir hovuz tikdik.
  • Onlar: They built a pool in the backyard. / tərcüməsi:Arxa həyətdə bir hovuz tikdilər.
  • O (kişi): He built a pool in the backyard. / tərcüməsi:Həyətdə bir hovuz tikdi.
  • O (qadın): She built a pool in the backyard. / tərcüməsi:Həyətdə bir hovuz tikdi.
  • O (digər): It built a pool in the backyard. / tərcüməsi: Həyətdə bir hovuz tikdi.

Sual cümləsi aşağıdaki strukturu izləyir:

  • Did I build a tiny comfortable house in the forest? / tərcüməsi: Meşədə balaca rahat bir ev tikdim?

Passive Voice (Məçhul Növ) cümləsi üçün aşağıdaki struktur izlənir:

  • Active Voice (Məlum Növ): Builders built a tiny comfortable house in the forest. / tərcüməsi: İnşaatçılar meşədə kiçik rahat bir ev tikdilər.
  • Passive Voice (Məçhul Növ): A tiny comfortable house was built by builders. / tərcüməsi: Kiçik rahat bir ev inşaatçılar tərəfindən tikildi.

🔧 Build Feli ilə Present Perfect Tense

  • Mən: I have built hotels in the most unlikely places. / tərcüməsi: Ən çətin yerlərdə otellər tikmişəm.
  • Sən / Siz: You have built hotels in the most unlikely places. / tərcüməsi: Ən çətin yerlərdə otellər tikmisən(niz).
  • Biz: We have built hotels in the most unlikely places. / tərcüməsi: Ən az ehtimal olunan yerlərdə otellər tikmişik.
  • Onlar: They have built hotels in the most unlikely places. / tərcüməsi: Ən az ehtimal olunan yerlərdə otellər tikdilər.
  • O (kişi): He has built hotels in the most unlikely places. / tərcüməsi: Ən çətin yerlərdə otellər tikib.
  • O (qadın): She has built hotels in the most unlikely places. / tərcüməsi: Ən çətin yerlərdə otellər tikib.
  • O (digər): It has built hotels in the most unlikely places. / tərcüməsi: Ən çətin yerlərdə otellər tikib.

Sual cümləsi aşağıdaki strukturu izləyir:

  • Have I built a tiny comfortable house in the forest? / tərcüməsi: Meşədə balaca rahat bir ev tikmişəm?

Passive Voice (Məçhul Növ) cümləsi üçün aşağıdaki struktur izlənir:

  • Active Voice (Məlum Növ): Builders have built a tiny comfortable house in the forest. / tərcüməsi: İnşaatçılar meşədə kiçik rahat bir ev tikiblər.
  • Passive Voice (Məçhul Növ): A tiny comfortable house has been built by builders. / tərcüməsi: Kiçik rahat bir ev inşaatçılar tərəfindən tikilib.

🔧 Build Feli ilə Future Tense

  • Mən: I will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacağam.
  • Sən / Siz: You will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacaqsan(sınız).
  • Biz: We will build immunity to the offending words. / tərcüməsi: Təhqiramiz sözlərə qarşı toxunulmazlıq yaradacağıq.
  • Onlar: They will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacaqlar.
  • O (kişi): He will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacaq.
  • O (qadın): She will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacaq.
  • O (digər): It will build immunity to the offending words. / tərcüməsi: Təhqir edən sözlərə qarşı toxunulmazlıq yaradacaq.

Sual cümləsi aşağıdaki strukturu izləyir:

  • Will I build a tiny comfortable house in the forest? / tərcüməsi: Meşədə balaca rahat bir ev tikəcəyəm?

Passive Voice (Məçhul Növ) cümləsi üçün aşağıdaki struktur izlənir:

  • Active Voice (Məlum Növ): Builders will build a tiny comfortable house in the forest. / tərcüməsi: İnşaatçılar meşədə kiçik rahat bir ev tikəcəklər.
  • Passive Voice (Məçhul Növ): A tiny comfortable house will be built by builders. / tərcüməsi: Kiçik rahat bir ev inşaatçılar tərəfindən tikiləcək.

🔧 Build Feli ilə Future Perfect Tense

  • Mən: By the boss’s confirmation, I will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etdirmiş olacağam.
  • Sən / Siz: By the boss’s confirmation, you will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etmiş olacaqsan(sınız).
  • Biz: By the boss’s confirmation, we will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il içində tikmiş olacağıq.
  • Onlar: By the boss’s confirmation, they will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etmiş olacaqlar.
  • O (kişi): By the boss’s confirmation, he will have built the restaurant within a year. / tərcüməsi:Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etmiş olacaq.
  • O (qadın): By the boss’s confirmation, she will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etmiş olacaq.
  • O (digər): By the boss’s confirmation, it will have built the restaurant within a year. / tərcüməsi: Patronun təsdiqi ilə restoranı bir il ərzində inşa etmiş olacaq.

Sual cümləsi aşağıdaki strukturu izləyir:

  • Will have I built a tiny comfortable house in the forest? / tərcüməsi: Meşədə balaca rahat bir ev tikmiş olacağam?

Passive Voice (Məçhul Növ) cümləsi üçün aşağıdaki struktur izlənir:

  • Active Voice (Məlum Növ): Builders will have built a tiny comfortable house in the forest. / tərcüməsi: İnşaatçılar meşədə kiçik rahat bir ev tikmiş olacaqlar.
  • Passive Voice (Məçhul Növ): A tiny comfortable house will have been built by builders. / tərcüməsi: Kiçik rahat bir ev inşaatçılar tərəfindən tikilmiş olacaq.

🧱 Build / Built / Built Feli ilə Çalışmalar

Bir az əvvəl öyrəndiklərinizi təkmilləşdirmək istəyirsinizsə, sizinlə paylaşacağımız kiçik boşluq doldurma çalışması ilə praktik edə bilərsiniz.

1. Tom … a wall around his house.

2. The bridge … by the Romans.

3. The soldiers occupied the … .

4. Mary wants … his dream house.

5. A famous architect … this house.

6. I live in the house my father … .

7. I … this dog house all by myself.

8. No one lives in that … anymore.

9. The owners … a gift shop and a tastefully laid out caravan site.

10. Today, we … a very successful business.

Cavablar: 1. built, 2. was built, 3. building, 4. to build, 5. built, 6. built, 7. built, 8. building, 9. have built, 10. have built

🧱 Build / Built / Built Feli ilə Çalışmalar PDF

Yuxarıda həll etdiyiniz çalışmanın yetərsiz qalacağını düşünürsünüzsə, aşağıda verdiyimiz linkə daxil olaraq sizin üçün hazırladığımız build felinin birinci ikinci və üçüncü halı ilə zamana və mənsubiyyətə görə dəyişimlərini əhatə edən testi həll edə bilərsiniz. Uğurlar!

Build / Built / Built Feli ilə Çalışmalar PDF

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.