Buy Felinin İkinci və Üçüncü Halı


buy ikinci və üçüncü halı

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

🔖 Tələbələr ingilis dili qrammatikasını öyrənərkən motivasiyasını düşürəcək bir sıra qəlizliklərlə üz üzə qala bilirlər. Bu qəlizliklər, ingilis dili qrammatikasını öyrənməkdə axsamalar yarada bilir. Mövzumuza verə biləcəyimiz ən ideal nümunə isə ingiliscə fellərdir. İngilis fellər, ana dilimizlə müqayisədə qarşılığı olmayacaq ünsurlarla əhatəlidir. Bu ünsurları yaxşı mənimsəyə bilmək üçün ingilis dili qrammatikası detallı, sağlam və doğru addımlarla öyrənilməlidir ki, tələbələr üçün hər hansı bir məqamda çətinliklər yaratmasın.

🔖 Fellər bildiyiniz üzərə ingilis dilində qaydalı və qaydasız olaraq iki yerə bölünür. Çətinlik, eləcə, buradan başlayır. Çünki, qaydalı felləri öyrənmək asan olsa da, (ikinci və üçüncü halında “ed” şəkilçisini qəbul edən hər bir fel qaydalı fel sayılır) qaydasız felləri öyrənmək olduqca vaxt aparıcıdır. Çünki, qaydasız fellər kökdən dəyişmə xüsusiyyətinə sahibdir və tələbələrin burada qaydasız felləri əzbərləməkdən başqa çarələri qalmır. Bəs, əzbərləməkdən savayı, qaydasız felləri necə daha yadda qalan etmək mümkündür?

🔖 Qaydasız felləri yadda qalan etmək üçün hansı halların hansı cümlələrdə, hansı mənsubiyyətlər və zaman qəlibləri ilə istifadə olunduğunu öyrənmək lazımdır. Bunun üçün, bu gün bloq yazımızda qaydasız fellərdən biri olan “buy” felinin ikinci və üçüncü hallarını sizlərlə birlikdə təsnif edəcəyik. Beləliklə, felin birinci, ikinci və üçüncü hallarını daha detallı şəkildə öyrənəcək və çalışmalarla praktik edərək daha yadda qalan hala gətirəcəksiniz. Giriş məlumatlarla başlayaq:

  • Buy feli sözün öz köküdür və birinci hal şəklində istifadə olunur.
  • Buy feli – almaq – şəklində tərcümə olunur.

💰 Buy Felinin İkinci Halı

Buy felinin ikinci halı: Bought

Qrammatik rolu: Past Simple (Sadə Keçmiş Zaman) cümlələri.

💸 Buy Felinin İkinci Halı ilə Nümunə Cümlələr

  1. The girl bought a nice handbag. / Qız gözəl bir çanta aldı.
  2. I bought a brick of ice cream for Jimmy. / Jimmy üçün bir kərpic dondurma aldım.
  3. I bought it at low price. / Mən onu ucuz qiymətə aldım.
  4. She bought a new white mop. / Yeni bir ağ mop alıb.
  5. I bought it the day it was released. / Çıxardığı gün aldım.

💰 Buy Felinin Üçüncü Halı

Buy felinin ikinci halı: Bought

Qrammatik rolu: Past Participle (Perfect Tense) və Passive Voice (Məçhul Növ) cümlələri.

💸 Buy Felinin Üçüncü Halı ilə Nümunə Cümlələr

  1. They’ve bought themselves a new VCR. / Özlərinə yeni bir videokamera alıblar.
  2. I should have bought it if I had enough money. / Pulum çatsaydı almalı idim.
  3. We should have bought a new lock for the front door. / Ön qapı üçün yeni bir kilid almalı idik.
  4. I have bought two books, you can have either. / İki kitab almışam, siz də ala bilərsiniz.
  5. At that price, you could have bought an original! / Bu qiymətə bir orijinal ala bilərdiniz!

💰 Buy Felinin Past Tense (Keçmiş Zaman) ilə İstifadəsi

Buy felinin ikincə və üçüncü halı eynidir. Cümlələrdə buy felinin ikinci və ya üçüncü halını gördükdə hansı olduğunu müəyyənləşdirmək üçün cümlədə işlədilən zamana baxmalısınız. Sadə keçmiş zamanlar üçün buy felinin ikinci halı istifadə olunur. Past Participle (Perfect Tense) cümlələrdə isə buy felinin üçüncü halı istifadə olunur.

  1. Past Participle: I have bought two books, you can have either. / İki kitab almışam, siz də ala bilərsiniz.
  2. Past Simple: I bought a small bunch of bananas. / Kiçik bir dəstə banan aldım.

💰 Buy Felinin Zamana və Mənsubiyyətə Görə İstifadə Qaydası

Buy felinin həm zamana, həm də mənsubiyyətə (şəxs əvəzliklərinə) görə istifadə qaydalarını öyrənmək istəyirsinizsə, aşağıdaki zamana və mənsubiyyətə görə verilən nümunələrə nəzər yetirə bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

💸 Buy Feli – Present Simple

  1. I buy all vegetables at the market. / Bütün tərəvəzləri bazardan alıram.
  2. You buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alırsan.
  3. We buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alırıq.
  4. They buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alırlar.
  5. He buys all vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alır.
  6. She buys all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alır.
  7. It buys all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alır.

Sual cümləsi ilə:

  1. Do I buy clothes on internet? / İnternetdən paltar alıram?

Passice Voice (Məçhul Növ) ilə:

  1. Active Voice: The Company buys a new project every year. / Şirkət hər il yeni bir layihə alır.
  2. Passive Voice: A new project is bought by the company every year. / Hər il şirkət tərəfindən yeni bir layihə alınır.

💸 Buy Feli – Past Simple

  1. I bought all vegetables at the market. / Bütün tərəvəzləri bazardan aldım.
  2. You bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldın.
  3. We bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldıq.
  4. They bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda aldılar
  5. He bought all vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda aldı.
  6. She bought all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda aldı.
  7. It bought all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda aldı.

Sual cümləsi ilə:

  1. Did I buy clothes on internet? / İnternetdən paltar aldım?

Passice Voice (Məçhul Növ) ilə:

  1. Actoive Voice: The Company bought a new project last year. / Şirkət keçən il yeni bir layihə aldı.
  2. Passive Voice: A new project was bought by the company last year. / Keçən il şirkət tərəfindən yeni bir layihə alindı.

💸 Buy Feli – Present Perfect

  1. I have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazardan almışam.
  2. You have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda almısan.
  3. We have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda almışıq.
  4. They have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alıblar.
  5. He has bought all vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alıb.
  6. She has bought all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alıb.
  7. It has bought all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alıb.

Sual cümləsi ilə:

  1. Have I bought clothes on internet before? / Heç əvvəl internetdən paltar almışam?

Passice Voice (Məçhul Növ) ilə:

  1. Active Voice: The Company has bought a new project before. / Şirkət əvvəl yeni bir layihə alıb.
  2. Passive Voice: A new project has been bought by the company before. / Əvvəl şirkət tərəfindən yeni bir layihə alınıb.

💸 Buy Feli – Simple Future

  1. I will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazardan alacağam.
  2. You will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqsan.
  3. We will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacağıq.
  4. They will buy all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqlar.
  5. He will buy vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alacaq.
  6. She will buy all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alacaq..
  7. It will buy all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alacaq.

Sual cümləsi ilə:

  1. Will I buy clothes on internet again? / İnternetdən yenə paltar alacağam?

Passice Voice (Məçhul Növ) ilə:

  1. Active Voice: The Company will buy a new project next year. / Şirkət gələn il yeni bir layihə alacaq.
  2. Passive Voice: A new project will be bought by the company year. / Şirkət tərəfindən yeni bir layihə gələn il alınacaq.

💸 Buy Feli – Future Perfect

  1. I will have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazardan alacağam.
  2. You will have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqsan.
  3. We will have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacağıq.
  4. They will have bought all vegetables at the market. / Bütün tərəvəzləri bazarda alacaqlar.
  5. He will have bought vegetables at the market. (kişi) / Bütün tərəvəzləri bazarda alacaq.
  6. She will have bought all vegetables at the market. (qadın) / Bütün tərəvəzləri bazarda alacaq..
  7. It will have bought all vegetables at the market. (digər) / Bütün tərəvəzləri bazarda alacaq.

Sual cümləsi ilə:

  1. Will have I bought clothes on internet again? / İnternetdən yenə paltar alacağam?

Passice Voice (Məçhul Növ) ilə:

  1. Active Voice: The Company will have bought a new project when the pervious one will complete. / Şirkət yeni bir layihəni bir öncəki başa çatdıqdan sonra alacaq.
  2. Passive Voice: When the pervious one will complete, a new project will bought by the company. / Bir öncəki başa çatdıqdan sonra yeni bir layihə şirkət tərəfindən alınmış olacaq.

💰 Buy / Bought / Bought – Çalışmalar

Buy feli ilə bağlı çalışmalar həll edərək özünüzü kiçik sınaqdan keçirmək istəyirsinizsə, aşağıdaki boşluq doldurmalardan yararlana bilərsiniz.

1. We agonized for hours about which wallpaper … .

2. No one …  that excuse.

3. Can you … guns in America?

4. She … some eels for dinner.

5. I don’t think some mug … his fake jewelry.

6. Gold will not … anything.

7. Where can I … a ticket?

8. He … me a bag of toffees.

9. He hustled me into … his second-hand computer.

10. … a house is the best hedge against inflation.

Cavablar: 1. to buy, 2. will buy, 3. buy, 4. bought, 5. will buy, 6. buy, 7. buy, 8. bought, 9. buying. 10. buying

💰 Buy / Bought / Bought – Çalışmalar PDF

Buy felinin birinci, ikinci və üçüncü halı ilə zamana və mənsubiyyətə görə istifadə qaydaları ilə bağlı daha çox praktik qazanmaq istəyirsinizsə və öyrəndiklərinizi yaddaşınızda möhkəmləndirmək istəyirsinizsə, yuxarıdaki boşluq doldurmaların kifayət etməyəcəyini düşünərək, sizlər üçün PDF formatında buy feli ilə bağlı çalışmalar hazırladıq. Aşağıdaki linkə klikləyərək, PDF-ə baxa bilərsiniz. Uğurlar!

Buy / Bought / Bought – Çalışmalar PDF

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.