Can və Could Mövzu İzahı: Can və Could İstifadəsi


can ve could movzu izahi

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində bir digər aktual istifadə olunan köməkçi fellər “can” və “could”-dur. İngilis dilində “can” mövzusu nə qədər asan görünsə də, zamanlara görə dəyişimi və zamanlara görə dəyişdikcə istifadə şərtlərinin dəyişməsi də tələbələrdə bir qədər çətinlik yaradır. Ona görə də, bu bloq yazımıza diqqətlə yanaşmağınızda fayda var.

İngilis dilində “can” və “could” dediyimiz köməkçi fellər qrammatik adı ilə əslində modal fellərdir. Modal mövzusunun izahı müxtəlif modal fellərdən ibarət ola bilər, çünki, İngilis dilində bir sıra müxtəlif modal fellər mövcuddur. Lakin, biz bu səfər “can” modal feli, “can”-in ikinci halı “could” modal feli və üçüncü halı da olan “could have” modal felini ətraflıca izah edəcəyik. Odur ki, gözünüz aşağıdaki paraqraflarda olsun.

Can və Could Arasındaki Fərq Nədir?

Əvvəla, “can” və “could” ikisi də eyni sözdür. Tərcüməsi edə bilmək, bacara bilməkdir. Lakin, “can” geniş zamanda ikən, “could” keçmiş zamanı bildirir. Tərcümə olaraq aralarındaki fərq zamanlara bağlıdır. İndi isə, gəlin, istifadə olunarkən verdikləri mənadaki fərqliliklərə baxaq.

 Can

“Can” köməkçi felini bir bacarıqdan, ehtimalı ola biləcək bir hadisələdən, icazələrdən bəhs edərkən istifadə edirik.

  • I can speak Italian. – İtalyanca danışa bilirəm.

Bu cümlədə “can” modal feli bir bacarıqdan bəhs edir. Yəni, İtalyan dilində danışa bilmək bacarığından bəhs olunur. Bir digər alternativi ilə “I know how to speak in Italian. – İtalyan dilində necə danışılır, bilirəm.” mənasını verir.

  • There can be some temporary side effects. – Bəzi keçici əks təsirlər görünə bilər.

Bu cümlədə isə bir hadisənin, bir vəziyyətin ola biləcəyindən bəhs edilir. Yəni, ehtimal var ki, orada danışılan, sözü keçən vəziyyət reallaşa bilsin.

  • You can park here. – Buraya park edə bilərsən.

Sözü keçən “can” modal felinin buradaki istifadəsində bir şeyin icazəsinin olduğunu qeyd edir. “You are permitted to park here. – Buraya park etmək icazən var.” anlamını qatar. Burada “may” köməkçi feli də istifadə oluna bilər, çünki, bu tərz durumlarda İngilis dilində “may, might” istifadəsi də uyğun görülür.

Could

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

“Could” köməkçi feli isə, yuxarıda verilənləri keçmiş zamanda deyə bilmək üçün istifadə olunur. Eyni zamanda, ehtimallardan bəhs edilə bilər.

  • We could be in for a dry July. – Bu iyul ayı quraq keçə bilər.

Bu iyun ayının quraq keçmə ehtimalı ola bilər. Bir digər tərəfdən, “may, might” istifadə oluna bilər. Lakin, “can” istifadə oluna bilməz. Çünki, buradaki cümlə ilə yuxarıdaki əks təsir ehtimalını qeyd edən cümlə arasında fərq var.

Yuxarıda əks təsirlərin ola biləcəyini bildirən cümlə müəyyən səbəblər nəticəsində ehtimal ola biləcəyini qeyd etsə də, iyul ayının quraq keçəcəyini bildirən cümlə sadəcə bir təxmin, bir fərziyyədir.

Bənzərliklər

“Can” və “could” modal feli istək və tələblər üçün istifadə oluna bilər.

  • Can / Could you pass me the salt? – Duzu verə bilərsən?

Bu nümunədə istifadə olunan hər iki modal fel də, əslində, “Please pass me the salt – Zəhmət olmasa duzu ver.” mənasına gəlir. Sadəcə, burada “could”-un istifadəsi cümləyə bir az daha nəzakət qatır.

“Can” həmçinin;

“Can” köməkçi felinin gözləmləmək mənasında istifadəsi olduqca yayğındır. Bu nə mənaya gəlir? Nümunəyə göz ataq.

  • I can see three boys under the tree. – Ağacın altında 3 oğlan görürəm. (görə bilirəm.)
  • Cats can see six to eight times better in dim light than humans. – Pişiklər qaranlıq işıqda insanlardan 6 yaxud 8 qat daha yaxşı görürlər. (görə bilirlər.)
  • I can hear my heart beat in my ear when quiet. – Səssizlik olduqca qəlbimin qulağımda atdığını eşidirəm. (eşidə bilirəm.)

“Can” İnkarı

“Can” köməkçi felinin inkarını bildirən “cannot” və ya qısaltması “can’t”-dir. Daha çox “can’t” yazı tərzi yayğın olsa da, rəsmi yazışmalarda “can not” istifadə olunmalıdır. “Can” verdiyi mənanı inkar halında tam tərsini verir. Yəni, imkan, ehtimal hallarını tamamilə tərsinə çevirir. İmkansızlıq, ehtimalın olmadığı mənasına gəlir.

  • You cannot smoke here. – Burada sigara içemezsiniz.
  • This can not be happen. – Bu ola bilməz.

“Could” İnkarı

Eyni şəkildə, “could” köməkçi felinin inkar halında yazılışı “could not” və ya “couldn’t”-dır. Ehtimalları, imkanları tərsinə çevirir.

  • They couldn’t see me behind the sunset glare of the glass door. – Şüşə qapıdaki batan günəşin əksindən məni görə bilmirdilər.
  • We could not complete your request. – İstəyinizi tamamlaya bilmədik.

Qeyd:

“Can” ve “could” köməkçi fellərinin təsdiq halında bəzi durumlarda “may, might” ilə əvəzlənə bilər demişdik. Lakin, inkar halında bu mümkün deyil, çünki, tamamilə fərqli mənalar verə bilər.

  • That man you saw on the bus today can’t be James. – Bu gün avtobusda gördüyüm James ola bilməz.
  • That man you saw on the bus today may not be James. – Bu gün avtobusda gördüyüm James olmaya bilər.
  • This cannot be true. – Bu, doğru ola bilməz.
  • This may not be true. – Bu, doğru olmaya bilər.

Can və Could Cümlə Nümunələri

Can

  • That device can track where you are at any time. – Bu cihaz hər an harada olduğunuzu izləyə bilər.
  • I can do it. – Bunu edə bilərəm.
  • I can take care of myself. – Özümə diqqət edə bilərəm.
  • You can spend it with a free conscience. – Rahat vicdanla xərcləyə bilərsiniz.
  • Dear friend, I can do nothing. – Əziz dostum, mən heç nə edə bilmərəm.

Could

  • I never thought I could do it. – Heç vaxt edə bilməyəcəyimi düşünməmişdim.
  • I wish you could hear yourself talking. – Kaş ki, özünüz danışmağınızı eşidərdiniz.
  • We could say he has excellent taste. – Onun əla zövqə sahib olduğunu söyləyə bilərdik.
  • He could not resist looking at them once more. – Bir daha onlara baxmağa dözə bilmədi.
  • I guess we could say he hasn’t been around much. – Güman edirəm ki, onun çox ətrafda olmadığını deyə bilərdik.

Could və Couldn’t Cümlə Nümunələri

  • “I could eat something,” said Dorothy. – “Mən bir şey yeyə bilərdim” dedi Dorothy.
  • No, so I could get over it. – Yox, üstəsindən gələ bilərdim.
  • Pierre wished to reply, but could not get in a word. – Pierre istədi ki, cavab versin, amma tək kəlimə belə ala bilmədi.
  • “I couldn’t sleep,” she said. – O, “yata bilmədim.” dedi.
  • You couldn’t see a thing. – Sən heç nə görə bilmədin.
  • They both couldn’t be there all the time. – Onlar, ikisi də həmişə burada ola bilmədi.

Could Have və Couldn’t Have İzahı və Cümlə Nümunələri

Could have “can” modal felinin üçüncü halıdır. “Couldn’t” isə, “could have” modal felinin inkar formasıdır. Müxtəlif istifadə növləri mövcuddur.

  1. Keçmişlə bağlı ehtimalı bildirir.
  • “Where’s John?” “I don’t know, but he could have gone to the garden.” – “John haradadır?” “Bilmrəm, bağçaya getmiş ola bilər.”
  1. “Keçmişdə ola bilərdi, amma olmadı” mənasını verə bilər.
  • Why did you play with that gun? You could have killed yourself. – Niyə bu silahla oynadın? Özüü öldürə bilərdin?
  1. “Keçmişdə edə bilərdin, (gücün çatardı) amma etmədin” mənası ilə istifadə oluna bilər.
  • You could have bought a house last year. Why didn’t you? – Keçən il bir ev ala bilərdin. Niyə almadın?
  1. Keçmişdə imkansız olduğunu düşündüyümüz hadisələr üçün istifadə edə bilərik.
  • I couldn’t have left the key at home. I had it when I went out. – Açarı evdə qoymuş ola bilmərəm. Çölə çıxanda məndə idi.

Can və Could Sual Nümunələri

Can

  • Can you see the birds flying? – Quşların uçuşunu görürsən? (görə bilirsən?)
  • Can you climb a tree? – Ağaca çıxa bilirsən?
  • Can’t you see that I am angry? – Görmürsən, əsəbiyəm?
  • Can I have a chocolate cake please? – Şokoladlı keks ala bilərəm?
  • Can you give me your number? – Nömrəni verə bilərsən?

Could

  • If you had a chance, could you do that? – Şansın olsaydı, onu eliyərdin?
  • Could you help me fix my computer? – Kompyuteri təmir etməyimə kömək edə bilərsən?
  • Could you phone my mother? – Anama zəng edə bilərsən?
  • Could have this happened to us if we went there too? – Əgər, biz də oraya getsəydik, bu bizim də başımıza gələ bilərdi?

Anlatdıqlarımızdan əlavə, ingilis dilində modal fellər haqqında daha ətraflı məlumat almaq istəyirsinizsə, İngilis Dilində Would, Should, Could İstifadəsi bloq yazımıza keçid ala bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.