Future Continuous Tense ilə Əlaqəli Cümlələr


Future Continuous Tense

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu dəfə haqqında danışacağımız mövzu “Future Continuous” olacaq və bu mövzu daxilində Future Continuous zamanında istifadə edilmiş təsdiq, inkar və sual cümlələri ilə tanış olacağıq. İngilis dilində yazılmış hər bir cümlənin Azərbaycan dilində olan tərcüməsi də original cümlələr ilə birlikdə verilmişdir.
Future Continuous Tense, dilimizə “gələcək davamedici zaman” olaraq tərcümə edilir və gələcəkdə müəyyən bir zamanda davam etməkdə olan hadisələri bildirmək üçün istifadə edilir.

Future Continuous zamanına aid olan TƏSDİQ cümlələri

Bu zaman forması iki formada düzəldilə bilir və təsdiq cümlələrində ümumi formulu belədir:
Will be + verb + ing və ya am/is/are + going to + verb + ing

Interrupted action in the future
I will be watching TV when she arrives tonight.
Bu axşam onun gəldiyi zaman mən televizora baxacağam.

I will be waiting for you when your bus arrives.
Sənin avtobusunun gələcəyi zaman mən səni gözləyəcəyəm.

I am going to be staying at the Madison Hotel, if anything happens and you need to contact me.
Əgər nə isə baş versə və mənimlə əlaqə saxlamalı olsan, Madison Oteldə qalacağam.

He will be studying at the library tonight, so he will not see Jennifer when she arrives.
O, bu axşam kitabxanada oxuyacaq, ona görə də Jennifer gələndə onu görməyəcək.

Specific time as an interruption in the future
Tonight at 6 PM, I am going to be eating dinner.
Bu axşam saat 6-da axşam yeməyini yeyəcəyəm.

At midnight tonight, we will still be driving through the desert.
Bu gecə gecəyarısında hələ də səhrada irəliləyişdə olacağıq.

Parallel actions in the future
I am going to be studying and he is going to be making dinner.
Mən oxuyacağam və o, nahar edəcək.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Tonight, they will be eating dinner, discussing their plans, and having a good time.
Bu axşam onlar axşam yeməyi yeyəcəklər, planlarını müzakirə edəcəklər və yaxşı vaxt keçirəcəklər.

While Ellen is reading, Tim will be watching television.
Ellen oxuyarkən Tim televizora baxacaq.

While I am finishing my homework, she is going to make dinner.
Mən ev tapşırıqlarımı bitirərkən o, nahar yeməyi hazırlayacaq.

Adverb Placement
You will still be waiting for her when her plane arrives.
Onun təyyarəsinin gəlib çatdığı vaxtda sən hələ də onu gözləyəcəksən.

You are still going to be waiting for her when her plane arrives.
Onun təyyarəsinin gəlib çatdığı vaxtda sən hələ də onu gözləyəcəksən.

Active / Passive
At 8:00 PM tonight, John will be washing the dishes.
Bu axşam saat 8:00-da John qabları yuyacaq.

At 8:00 PM tonight, the dishes are going to be being washed by John.
Bu axşam saat 8:00-da qablar John tərəfindən yuyulacaq.

with mixed verbs
Jane will be at my house when you arrive.
Sən gələndə Jane mənim evimdə olacaq.

Future Continuous zamanına aid olan SUAL cümlələri

Formul: Will + subject + be + verb – ing?

Will they be participating in the next congress?
Onlar növbəti konqresə qatılacaqlar?

Will they be going home today or tomorrow?
Onlar evə bu gün, yoxsa sabah gedəcəklər?

Where will you be working after graduation?
Məzun olduqdan sonra harada işləyəcəksən?

Will we be skiing in the mornings and the afternoons?
Səhər və günortadan sonra xizək sürəcəyik?

Where will you be spending your summer vacation?
Sən yay tətilini harada keçirəcəksən?

Why will the trains be running later on Thursday?
Niyə qatarlar daha sonra Cümə axşamları işləyəcək?

Will the pilot be announcing updates during the flight?
Uçuş zamanı pilot yeniləmələri elan edəcəkmi?

Will he be speaking with his advisor this afternoon?
O, bu gün günortadan sonra müşaviri ilə danışacaqmı?

When will the presenters be making their presentations?
Təqdimatçılar nə vaxt təqdimat edəcəklər?

Who will be helping them for the wedding preparations?
Toy hazırlıqları üçün onlara kim kömək edəcək?

Will you be waiting for her when her plane arrives tonight?
Bu axşam təyyarəsi gələndə onu gözləyəcəksənmi?

I wonder what songs Madonna will be singing at the concert?
Görəsən Madonna konsertdə hansı mahnıları oxuyacaq?

Will we be sleeping in cabins or tents on the camping trip?
Düşərgə gəzintisində kabinlərdə yatacağıq, yoxsa çadırlarda?

Will I be reading any novels written by women this semester?
Bu semestrdə qadınların yazdığı hər hansı romanları oxuyacağam?

How long will your parents be traveling in Europe this summer?
Bu yay valideynlərin Avropaya nə qədər müddətlik səyahət edəcəklər?

Future Continuous zamanına aid olan İNKAR cümlələri

Formulu: Will NOT be + verb + ing

That party will not be participating the elections.
O partiya seçkilərə qatılmayacaq.

We will not be speaking during the presentation.
Biz təqdimat əsnasında danışmayacağıq.

Madonna will not be using a doublor in the her movie.
Madonna, filmdə dublyordan istifadə etməyəcək.

You will not be getting wet if you use an umbrella.
Əgər çətirdən istifadə etsən, islanmayacaqsan.

You will not be waiting for her when her plane arrives tonight.
Bu axşam təyyarəsi gələndə onu gözləməyəcəksən.

You will not be doing much cooking this week.
Bu həftə çox yemək hazırlamayacaqsan..

The children will not be walking to school when it’s snowing.
Uşaqlar qar yağanda məktəbə piyada getməyəcəklər.

My girlfriend will not be reading my emails anymore.
Qız dostum artıq e-maillərimi oxumur.

They will not be telling us much about next week’s test.
Onlar gələn həftəki test haqqında danışmayacaqlar.

She will not be planning any trips until after graduation.
Məzun olduqdan sonra hər hansı bir səyahət planlaşdırmayacaq.

They will not be opening the library until 2:00 pm today.
Onlar bu gün saat 2-yə qədər kitabxananı açmayacaqlar.

He will not be bringing his new girlfriend to the picnic.
Yeni qız dostunu piknikə gətirməyəcək.

I think my daughter will not be sleeping when I get home.
Düşünürəm ki, mən evə çatanda qızım yatmamış olacaq.

You will not be seeing my brother next week in Tokyo.
Sən qardaşımı gələn həftə Tokioda görməycəksən.

They will not be reading about the Cold War for the next two lectures.
Növbəti iki dərsdə Soyuq Müharibə haqqında oxumayacaqlar.

Qrammatik qaydaları nə qədər yaxşı və dərindən öyrənirsinizsə, öyrənin, yenə də yadda saxlaya bilməyənlərdən və danışıq dilinə daxil etməyi bacarmayanlardansınızsa, o zaman https://www.azeringilisce.com/ saytı məhz sizlər üçündür. Burada siz, özünüzə uyğun olan 10, 20, 30 dəqiqəlik danışıq paketlərindən özünüzə uyğun olan birini seçməklə danışıq təcrübəsi qazanacaqsınız ki, bu zaman yeni öyrəndiyiniz qrammatik qaydaları da danışığınıza yerləşdirmək olduqca asan olacaqdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.