Future Simple Tense ilə Əlaqəli Cümlələr


Future Simple Tense

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu dəfə haqqında danışacağımız mövzu “Future Simple Tense” olacaqdır və bu mövzu daxilində Future Simple zamanında istifadə edilmiş təsdiq, inkar və sual cümlələri başlıqları altında hər bir başlıqda 15 cümləni incələyəcəyik. Eyni zamanda hər bir cümlənin altında onların Azərbaycan dilində olan qarşılıqları ilə də tanış ola bilərsiniz. Gələcək zamandakı arzuları, reallaşacaq hadisələri, ümumi olaraq gələcək zamanda icra etməyi planlaşdırdığımız bütün hərəkətləri ifadə etmək üçün “Future Simple Tense” adlandırılan zaman formasında istifadə edirik və bu zaman forması Azərbaycan dilinə “Sadə gələcək zaman” olaraq tərcümə olunur.
Qeyd: Qrammatik mövzularda bu zaman formasının adı həm Future Tense, həm də Future Simple Tense olaraq istifadə edilir. Hər ikisi doğrudur.

Future Simple Tense iki formada düzəlir: “Will” modal sözü və “going to” köməkçi feli vasitəsi ilə. Bu iki qaydanın ümumi strukturu aşağıdakı kimidir:
Subject + Auxiliary verb + main verb
Subject + Will + base or first form of verb

Future Simple zamana aid olan TƏSDİQ cümlələri

“Will” hərəkətin könüllü olaraq icra edildiyi zaman istifadə edilir:
I will send you the information when I get it.
Mən məlumatı əldə edəndə sizə göndərəcəyəm.

You will help him later.
Daha sonra ona kömək edəcəksən.

John Smith will be the next President.
John Smit növbəti prezident olacaq.

I will call you when I arrive.
Gəldiyim zaman sənə zəng edəcəm.

I will translate the email, so Mr. Smith can read it.
E-poçtu tərcümə edəcəm, ona görə də cənab Smith onu oxuya bilər.

If I am elected President of the United States, I will make sure everyone has access to inexpensive health insurance.
Əgər Amerika Birləşmiş Ştatlarının prezidenti seçilsəm, hər kəsin ucuz tibbi sığorta imkanlarına sahib olmasını təmin edəcəyəm.

“Be going to” gələcəyə aid planlardan bəhs etmək üçün istifadə edilir:
You are going to meet Jane tonight.
Bu axşam Jane ilə görüşməyə gedəcəksən.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

I am going to be an actor when I grow up.
Böyüyəndə aktyor olacağam.

They are going to drive all the way to Alaska.
Onlar Alyaskaya qədər gedəcəklər.

Michelle is going to begin medical school next year.
Mişel gələn il tibb məktəbinə başlayacaq.

The year 2222 is going to be a very interesting year.
2222-ci il çox maraqlı bir il olacaq.

He is going to spend his vacation in Hawaii.
O, tətilini Havayda keçirməyə hazırlaşır (keçirəcək).

The movie “Zenith” is going to win several Academy Awards.
“Zenith” filmi bir çox Academy mükafatı qazanacaqdır.

Aktiv və Passiv formalarda
Sally is going to make a beautiful dinner tonight.
Sally bu axşam gözəl axşam yeməyi hazırlayacaq.

A beautiful dinner is going to be made by Sally tonight.
Bu axşam Sally tərəfindən gözəl bir axşam yeməyi hazırlanacaq.

Future Simple zamana aid olan İNKAR cümlələri

Future Simple zamanın inkar formasının düzəldilməsinin ümumi formulu:
Subject + Auxiliary verb + NOT + main verb
Subject + Will + NOT + base form of verb

She is not going to spend her vacation in Hawaii.
O, tətilini Havayda keçirməyəcək.

She will not go to England next week.
O, gələn həftə İngiltərəyə getməyəcək.

They are not going to buy the house.
Onlar evi satın almayacaqlar.

The student will not appear in the exam this year.
Tələbə bu il imtahana girməyəcək.

We will not shift to a new home next month.
Gələn ay yeni bir evə köçməyəcəyik.

She will not buy a laptop at the end of this month.
O, bu ayın sonunda notebook almayacaq.

The girls are going to sing ‘Amazing Grace’ now.
Qızlar indi ‘Amazing Grace’ mahnısını oxuyacaqlar.

We will not work on important projects next month.
Gələn ay əhəmiyyətli layihələr üzərində işləməyəcəyik.

He will not give me a book as a gift on my birthday.
O, doğum günümdə mənə hədiyyə olaraq bir kitab verməyəcək.

I will not attend the program because of my busy schedule.
Məşğul cədvəlim səbəbi ilə proqrama qatılmayacağam.

I promise I will not tell him about the surprise party.
Söz verirəm ki, sürpriz parti haqqında ona danışmayacağam.

Alice will not help us decorate for the party.
Ziyafət üçün dekorasiyada Alice bizə kömək etməyəcək.

We won’t celebrate our anniversary by flying to New York.
Biz Nyu-Yorka uçaraq ildönümümüzü qeyd etməyəcəyik.

If you don’t finish the bid, the boss won’t give you a raise.
Əgər təklifi başa çatdırmasan, müdir sənə artım verməyəcəkdir.

Make sure you arrive on time tomorrow because the bus will not wait for you.
Avtobus sizi gözləməyəcəyi üçün sabah vaxtında gələcəyinizdən əmin olun.

Future Simple zamana aid olan SUAL cümlələri

Future Simple zamanın sual formasının düzəldilməsinin ümumi formulu:
Auxiliary verb + subject + main verb + object
Will + subject + base form of verb + object

Will they send him an invitation card?
Ona dəvətnamə göndərəcəklər?

Will they go to America the next year?
Gələn il Amerikaya gedəcəklər?

Are you going to move to Europe?
Sən Avropaya köçəcəksən?

Will they send me an offer?
Onlar mənə bir təklif göndərəcəklər?

Who are you going to invite to the party?
Ziyafətə kimləri dəvət edəcəksən?

Is he going to watch the film tonight?
O bu axşam filmə baxmağa gedəcək?

Am I going to feel bad about my decision?
Qərarıma görə pis hiss edəcəyəm?

Will you bring some fruit for me?
Mənim üçün bir az meyvə gətirəcəksən?

Will they plan about starting a business?
Onlar bir işə başlamağı planlaşdırırlar?

Will you go to the concert of realistic songs?
Real mahnılar konsertinə gedəcəksən?

Who is going to make John’s birthday cake?
John’un doğum günü tortunu kim hazırlayır?

When are we going to meet each other tonight?
Bu axşam bir-birimizlə nə vaxt görüşəcəyik?

Are you going to participate in the race tomorrow?
Sabah yarışa qatılacaqsınızmı?

Will you help me move this heavy table?
Bu ağır masanın yerini dəyişməyə kömək edəcəksən?

Will Aileen complete her novel this October?
Aileen romanını bu ilin oktyabrında tamamlayacaqmı?

Qeyd: Əgər Future Simple zaman formasının necə istifadə edildiyini başa düşməyinizə baxmayaraq, hələ də gündəlik danışıq lüğətinizə əlavə edə bilməmisinizsə, o zaman https://www.azeringilisce.com/ saytı məhz sizlər üçündür. Belə ki, burada siz, özünüzə uyğun olan 10, 20, 30 dəqiqəlik danışıq paketlərindən birini seçməklə danışıq təcrübəsi qazanacaqsınız ki, bu zaman yeni öyrəndiyiniz qrammatik qaydaları və yeni sözləri danışığınıza yerləşdirmək düşündüyünüzdən daha asan hal alacaqdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.