İngilis Dili Lüğət


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Söz öyrənmək xarici dil öyrənən insanların bəlkə də ən böyük problemlərindən biridir. Qrammatika dərslərində uğur qazanan tələbələrin bir çox qaydaları yaxşı bilməsinə baxmayaraq ingilis dilini, kifayət qədər yaxşı öyrənə və danışa bilmir. Çünki, bir xarici dili öyrənmək üçün qrammatikanı bilmək kifayət deyil. Qaydalarla yanaşı lazım olan sözləri bilmək şərtdir. Xarici dillər arasında tələbatı gündən-günə artan ingilis dili olduğu üçün bu yazımızda sizə ingilis dilində söz əzbərləmə strategiyalarından bəhs edəcəyik.

İngilis dilində söz əzbərləmə strategiyaları arasında hamının bildiyi klassik söz öyrənmə metodlarından yox, sürətli və asan olan metodlardan danışaq. Gəlin əvvəlcə ən təsirli söz öyrənmə metodunu bilmək üçün yaddaşın funksiya və prinsiplərinin nə qədər önəmli olduğunu vurğulayaq. Aparılan elmi araşdırmalar yaddaşın bir məlumatı qeyd edərkən hissiyyat yolu ilə kodlaşdıraraq qeyd etdiyini ortaya çıxarmışdır. Bir məlumatı yaddaşımıza qeyd edərkən birdən çox öyrənmə kanalından istifadə edirik. Təsirli bir öyrənmə üçün bütün duyğu orqanlarının istifadə edilməsi lazımdır. Duyğular arasında öyrənməyə ən çox qatqısı olan hissiyyat görmədir. Öyrəniləcək sözləri sadəcə yazılı formada düşünməyib həm də vizual olaraq yaddaşımızda canlandırdıqda daha tez əzbərləmək mümkündür.

Yadda saxlamaq metodları, bənzətmə, assimilyasiya, əlaqələndirmə və zehində canlandırmadır. Bu üsulları sınaqdan keçirdərək daha tez və təsirli bir şəkildə öyrənə bilərsiniz. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, yeni öyrəniləcək məlumatı daha əvvəl bildiyimiz şeylərə oxşadıb əlaqələndirdiyimiz zaman daha sürətli və uzun müddətli öyrənmə mümkündür. Bu sistem, əslində çox maraqlı və əyləncəli, həm də öyrənilməsi rahat olan bir sistemdir. Birinci mərhələdə sözü lüğətdə axtarıb doğru tərcüməsini tapmaq, sonra isə düzgün tələffüzünü öyrənməkdir. Öyrənəcəyimiz ingilis dilindəki sözün düzgün tələffüzünü öyrənmək üçün ana dili ingilis dili olan birindən dinləmək lazımdır. Növbəti addımda isə əzbərləməyə çalışdığınız sözün öz dilinizdə bənzərini tapmaqdır. Məsələn brain sözünü öyrənərkən brain və beyin sözlərinin ikisinin də b hərfi ilə başladığını və tələffüzlərinin də bənzər olduğunu düşünərək yadınızda saxlaya bilərsiniz. Amma ingilis dilindəki bütün sözlər Azərbaycan dilindəki tərcüməsi ilə oxşar deyil. Qalan sözləri öyrənmək üçün beyninizdə müxtəlif sözlərlə ya da səslərlə calaşdıra bilərsiniz. Məsələn afraid sözünü öyrənmək istəyirsiniz. Qorxarkən aaaa deyə qışqırdığınızı və fraid adında birini çağırdığınızı uydurun beyninizdə. Deyəcəksinzi ki, bunların söz öyrənməyə nə dəxli var. Lakin yaddaş qurğusunun bu şəkildə işlədiyini unutmamaq lazımdır. Elmi araşdırmalar göstərir ki, yaddaş qeyri-adi, məntiqsiz və dəxlisiz hadisələrə önəm verir və beləliklə əzbərlənən sözlərin daha uzun müddət yaddaşda qalmasını təmin edir.

Azərİngiliscə Azərbaycanca-İngiliscə lüğət səhifəmiz başlanğıc səviyyəsindən tutmuş bütün səviyyələrə görə hazırlanan, bütün istifadəçilər üçün nəzərdə tutulmuş və söz öyrənmə prosesini asanlaşdıran bir proqramdır. Bu səhifəmizdə Azərbaycan və ingilis dilində tərcümələr edərək sözlərin tərcüməsini öyrənə və söz əzbərləyə bilərsiniz. Bütün sahələri əhatə edən zəngin söz bazası ilə lüğət səhifəmiz xidmətinizdədir. İngilis dili lüğət səhifəmizlə bağlı sual və düşüncələriniz üçün bizimlə əlaqə saxlamaqdan çəkinməyin.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.