Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!
Bir çox insan kimi sizin də görəsən ingilis dilini necə öyrənə bilərəm kimi suallarla qarşı-qarşıya qaldığınızı bilirik. Yaxşı bəs ingilis dilini öyrənmək nə üçün bu qədər önəmlidir?
Hamımızın yaşadığı bu zaman texnologiyanın limitləri aşdığı və əlaqənin dünyanın hər nöqtəsindən rahatlıqla əldə edilə biləcəyi bir dövrdür. Belə ki, dünyanın bir ucundan digər ucuna səsli ya da görüntülü qoşulmaq üçün sadəcə 1-10 saniyə arasında müddətin olması kifayətdir. İnsanlar heç tanımadıqları insanlarla tanış olub iş görə bilirlər. Bu rabitənin ortaq vasitəsi internet və ingilis dilidir.
Hal-hazırda istifadə olunan üsul nədir?
İngilis dilinin əhəmiyyəti barəsində səhifələrcə yazılar yazıla bilər. Lakin bizim əsas mövzumuz bu olmadığı üçün ingilid dilinin hal-hazırda necə vacib olduğunu yuxarıda qısa da olsa qeyd etməyə çalışdıq. Əsas mövzu isə budur: İngilis dili necə öyrənilməlidir və edilən səhvlərdən necə nəticə çıxarıla bilər?
Ölkəmizdə hal-hazırda kurslar da daxil olmaqla demək olar ki bütün məktəblərdə istifadə olunan üsul klassik olaraq adlandırdığımız dil öyrənmə üsuludur. Bu metodla dərs alan şagirdlər eyni zamanda qrammatik qəlibləri də öyrənmək məcburiyyətindədirlər. Bundan sonra, yavaş-yavaş söz öyrənməyə təşviq edilir.
Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.
Ancaq nə sözlər, nə də qrammatik qəliblər tamamilə öyrənilə bilməz. Çünki, edilən bütün əməliyyatlar əzbər üzərində qurulub. Bunu bir misalla izah etmək lazım gələrsə, velosiped sürməyi öyrənmək istəyən bir insana əvvəlcə pedal, zəncir, sükan və təkərlər öyrədildikdən sonra pedalı bu şəkildə fırladacaqsan deyə əzbərlətməyə oxşayır. Lakin, öyrəndiyini düşünən insan velosipedə mindiyi andan etibarən əzbərlədiyi bütün şeyləri unudacaq və böyük ehtimalla sürməyi bacarmayacaq.
əlbəttə, aralarında bacaranlar da çıxa bilər, eynilə klassik təhsil metoduyla ingilis dilini öyrənib müvəffəqiyyət qazana bilənlər kimi. Ancaq, bu olduqca aşağı bir faizdir və müvəffəqiyyət sistemə yox, tələbəyə aiddir.
İngilis Dili ən Məhsuldar Şəkildə Necə Öyrənilə Bilər?
Hələ də ingilis dilini necə öyrənə bilərəm sualına tam cavab ala bilmədik. Cavab əslində ana dilini öyrəndiyimiz metodda mövcuddur. Hamımız ana dilimizi öyrənmişik. Bəs necə öyrəndik? Valideynlərimiz və ya böyüklərimiz məgər bizə qrammatikamı öytətdilər? Cavab əlbəttə ki, xeyrdir. Hər şeydən əvvəl sözləri öyrənirik. Öyrəndiyimiz sözlərlə bəzən çox mənalı bəzən də mənasız və gülməli cümlələr qururuq. Və beləliklə bu müddət 6-7 yaşına qədər bu şəkildə davam edir.
Bu yaşlara gəlib çatdığımızda hamımız məntiqli cümlələr qurub, daha sonra da məktəbə başlayırıq. Artıq bundan sonra məktəbdə bizə öyrəndiyimiz sözlərlə necə qəliblər hazırlamağı öyrədirlər.
İngilis dili təhsili də bu şəkildə olmalıdır. Klassik metodlarla öyrənilən ingiliscə sözlər və qəliblər müəyyən bir müddət sonra unudulacaq və xatırlanmaq istəndiyində hansısa bir nöqtəyə sabit baxaraq beynimizin içində o məlumatları axtaracağıq. Qısacası, ingilis dili istifadə edilərək və danışaraq öyrənilməlidir.
Azer İngilisce Niyə Avantajlıdır?
Yuxarıda qeyd etdiyimiz kimi bir dili öyrənmək üçün o dili öyrənməyə başladığınız andan etibarən işlətmək lazımdır. Azer İngilisce sistemində, sistemə ilk daxil olduğunuz andan etibarən ana dili ingilis dili olan bir müəllimlə gündəlik olaraq danışaraq sizə verilən günlük 10 yeni sözü öyrənib, cümlə içərisində işlətməyə başlayacaqsınız.
Bundan əlavə müəllimlər etdiyiniz səhvləri həmin dəqiqə düzəldib sizə özəl hazırlanmış səhifənizə yazırlar. Qatıldığınız dərslər çəkilirək xüsusi olaraq sizin üçün hazırlanmış tələbə səhifənizə yüklənir. Bunun sayəsində inkişafınızı özünüz izləyə bilərsiniz. İndividual dərs aldığınız üçün dərslər repetitor dersleri kimi maraqlı keçəcək və müəlliminiz sadəcə sizlə maraqlanacaq.
Azərİngiliscə ən məhsuldar ingiliscə danışmaq yoludur.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.