İngilis Dili Səviyyələri Hansılardır?


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dili səviyyələri hər kurs ya da təhsil qurumu tərəfindən müxtəlif adlarla tanınsa da ümumilikdə aşağıdakı kimi düşünülə bilər.

Beginner Səviyyəsi: Bu səviyyədə ingilis dili bilən adamlar sadəcə bəzi təməl sözləri və mənalarını bilirlər. Bu səbəbdən beginner səviyyəsində olanların ingilis dilini başa düşməsi və bu dildə danışması çətindir.

Elementary Səviyyəsi: Beginner səviyyəsindən bir pillə yuxarı səviyyə olan Elementary səviyyəsində olanlar bəsit ingilis dili şablonlarını bilirlər. İngilis dilində söz bazası Beginner səviyyəsinə görə daha çox olub, asan təməl qəliblər üzrə qurulan cümlələri çətinlik çəkmədən anlaya bilirlər.

Pre-Intermediate səviyyəsi: Bu qrupda olanlar daha çox söz bazası və daha çox şablonlara hakimdirlər. Qarşısında yavaş yavaş danışılan bir çox mövzunu rahatlıqla anlaya bilər və çətinlik çəkmədən cavablaya bilirlər.

İntermediate Səviyyəsi: Bu qrupda olan insanlar səviyyə qrupunun tam ortasındadırlar.Daha çox söz və daha çox qəliblərə hakim olduqlarından başa düşməkdə Pre-intermediate səviyyəsindəkilər kimi rahatdırlar. Ancaq danışmağa gəldikdə isə, pre-intermediate səviyyəsindən çox daha yaxşı vəziyyətdədirlər.

Upper-Intermediate Səviyyəsi: Bu dil səviyyəsi Advanced səviyyəsindən əvvəlki və intermediate səviyyələrinin sonuncusu olmaqla yanaşı özündvn əvvəl gələn bütün səviyyələrdən daha üstündür. Bu dil səviyyəsindəkilər özlərinv daha çox güvvnir vv ana dili ingilis dili olan insanlar ilə axıcı danışa bilirlər. Bu qrupdakı insanlar xaricə rahatlıqla gedib gələ bilərlər.

Advanced Səviyyəsi: Söz və qrammatika biliklərinin ən üst pillədə olan səviyyə qrupudur. Bu səviyyədə olanlar ingilis dilindv axıcı danışa bilir, qarşısındakının nə qədər sürətli danışmasından asılı olmayaraq başa düşə bilir və rahatlıqla ingilis dilində kitablar oxuya bilərlər.

Bu səviyyələr xaricində bir də ümumi Avropa Qruplaşdırması (The Common European Framework) olaraq adlandırılan qruplaşdırma vardır. Bu qruplaşdırma proqramında səviyyələr primitiv dərəcəli istifadəçilər üçün A1 və A2, orta səviyyədəki istifadəçilər üçün B1 və B2, yüksək səviyyədəki istifadəçilər üçün C1 və C2 olaraq müəyyən edilir.

Aşağıda yuxarıda göstərilən dil səviyyələrinin ümumi Avropa Qruplaşdırılmasındakı qarşılıqlarını görə bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Primitiv Səviyyə: (A1, A2): Beginner və Elementary

Orta səviyyə (B1, B2): Pre-intermediate və intermediate

Yüksək səviyyə (C1,C2): Upper-intermediate və Advanced

Azərİngiliscə Təhsil Səviyyələri

Starter 1 və Starter 2 səviyyələri: Beginner səviyyəsi olub, bu səviyyədəki tələbələrimizə asan sözlər və cümlə quruluşları Azərbaycan dilində videolarla da dəstəklənərək öyrədilməkdədir. Azərİngiliscə təkbətək canlı dərslərin verildiyi bir sistem olub ilk dərsdən etibarən tələbələr müəllimlərinə qarşılıq verməyə başlamaqdadır.

Beginner 1, Beginner 2, Beginner 3 və Beginner 4 səviyyələri: Elementary səviyyəsi olub, bu səviyyədəki tələbələrimiz söz və cümlə quruluşları öyrədilməkdədir. Bu səviyyədən etibarən təlvbələr gündvlik danışıq mövzuları barədə danışmağa davam edirlər.

Intermediate1, İntermediate 2, Intermediate və Intermediate 3 svviyyələri: Intermediate səviyyəsi olub, danışığın daha axıcı hala gələ bilməsi üçün gündəlik danışıqlardan fərqli cümlə quruluşları ilə davam edilir.

İntermediate 4, Intermediate 5, Intermediate 6 səviyyələri: Intermediate səviyyəsi olub, danışığın daha axıcı olması üçün gündəlik danışıqlar fərqli cümlə quruluşları ilə davam edilir.

Intermediate7, Intermediate 8 və Intermediate 9 səviyyələri: Upper-Intermediate səviyyəsi olub, danışıqlar daha da axıcılaşmış və bir çox sözlər unudulmayacaq bir şəkildə öyrənilmişdir.

Advanced 1 və Advanced 2 səviyyələri: Advanced səviyyəsi olub, bu səviyyədə tələbələrimiz dərslərində danışıqlarını daha da axıcılaşdırmaqdadırlar.

(*): Aparılan araşdırmalar danışıq yoluyla öyrənilən sözlərin daha gec unudulduğunu və ehtiyac anında daha rahat xatırlanıldığını göstərmişidir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.