İngilis Dilində Ən Çox İstifadə Olunan Sual Qəlibləri və Cümlələr


ingilis dilinde sual qelibleri interrogative sentences

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində sual cümlələri qrammatik adı ilə “Interrogative Sentences” olaraq keçir. İki yerə bölünür; 1. Yes-No, 2. W-H sual cümlələri. Bu sual cümlələrinin öz kateqoriyasında müxtəlif qəliblər vardır və bu qəliblərin istifadəsi yerinə, qaydalarına görə dəyişkənlik göstərir. (İngiliscə Do, Does mövzuları kimi, və s.) “Yes-No” sualları adından da görüldüyü kimi cavabları “bəli, xeyr” olan, ucu qapalı suallardır. Sadəcə, “bəli” və ya “yox” cavabını tələb edir. “W-H” sualları isə, sual əvəzlikləri ilə düzələn sual tipləridir. Bu dəfəki bloq yazımızda sual əvəzlikləri ilə düzələn sual tiplərinin quruluşunu, qaydalarını sizə anladacağıq. İlkin olaraq isə, “W-H” sual növündə hansı sual əvəzliklərinin yer aldığına baxaq.

İngilis Dilində W-H Sual Əvəzlikləri Nədir?

İngilis dilində sual növlərindən biri olan “W-H” özündə 8 sual qəlibini təşkil edir. What, Why, When, Who, Whose, Which, Where, How olmaq üzərə, 8 yerə ayrılır və hər biri fərqli quruluşlara, mənalara malik olan sual qəlibləridir. Gəlin, hamısına bircə-bircə izahatları ilə nəzər yetirək.

What – Nə

Nə olduğunu soruşmaq üçün istifadə olunur. Nümunə:

  • What is your favorite traditional Azerbaijani food? – Ən sevdiyin milli Azərbaycan yeməyi nədir?

Cavab: My favorite traditional Azerbaijani food is rice. – Mənim ən sevdiyim milli Azərbaycan yeməyi aşdır.

  • What did you do last summer? – Keçən yay nə etdiniz?

Cavab: We went to Guba to visit our relatives last summer. – Keçən yay Qubaya qohumlarımızı ziyarət etməyə getdik.

Əgər, “what”  qəlibindən sonra bir isim gəlirsə “hansı?” mənasını verir.

  • What colour is your favourite colour? – Sənin ən sevdiyin rəng nədir?

Cavab: My favorite colour is green. – Mənim sevdiyim rəng yaşıldır.

Əgər, “what” qəlibindən sonra “time” sözü gəlirsə, “nə vaxt?” mənasını daşıyar.

Nümunə:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • What time is your bus arriving to the coach station? – Sənin avtobusun avtobus dayanacağına nə vaxt çatır?

Cavab: My bus is arriving to the coach station at 10:00 a.m. – Mənim avtobusum avtobus dayanacağına saat 10:00-da çatır.

  • What time is your mother coming from work? – Anan işdən nə vaxt gəlir?

Cavab: My mother is coming from work at 17:30. – Anam işdən saat 17:30-da gəlir.

Why – Niyə

Niyəsini, səbəbini soruşmaq istədiyinizdə istifadə edilməlidir. Nümunə:

  • Why did you eat my meal? – Niyə yeməyimi yedin?

Cavab: I ate your meal because i was very hungry. – Sənin yeməyini yedim, çünki, çox ac idim.

  • Why did you come to the school late? – Məktəbə niyə gec gəldin?

Cavab: I came to school late because I had to go to doctor in the morning. – Məktəbə gec gəldim, çünki, səhər həkimə getməli idim.

When – Nə vaxt

Nə vaxt olduğunu soruşduqda və saatı ilə dəqiq cavab almaq ehtiyacı duymadığınızda istifadə edilməlidir. Nümunə:

  • When will you go on holiday? – Nə vaxt tətilə gedəcəksiniz?

Cavab: We will go on holiday when my parents get their annual permit. – Biz tətilə anam və atam illik icazələrini aldıqda gedəcəyik.

  • When will you finish the Project? – Layihəni nə vaxt bitirəcəksən?

Cavab: I will finish the Project at the end of next year. – Mən layihəmi gələn ilin axırlarına doğru bitirəcəm.

Who – Kim

Kim olduğunu soruşduqda istifadə edilir. Nümunə:

  • Who is going to be our literature teacher next year? – Gələn il ədəbiyyat müəlliməmiz kim olacaq?

Cavab: Ms.White is going to be our literature teacher next year. – White xanım bizim gələn il ədəbiyyat müəlliməmiz olacaq.

  • Who is your best friend? – Sənin ən yaxın dostun kimdir?

Cavab: My best friend is John. – Mənim ən yaxın dostum Johndur.

Whose – Kimin

Kimin olduğunu, əşyanın sahibliyini soruşduqda istifadə olunur. Nümunə:

  • Whose mother is engineer? – Kimin anası mühəndisdir?

Cavab: Celine’s mother is engineer. – Celinenin anası mühəndisdir.

  • Whose mobile phone is grey? – Kimin telefonu bozdur?

Cavab: Henry’s mobile phone is grey. – Henrynin telefonu bozdur.

Daha ətraflı öyrənmək istəyirsinizsə, İngilis Dilində “Whose” İstifadəsi: Mövzu İzahı linkinə klikləyə bilərsiniz.

Which – Hansı

Hansı olduğunu soruşduqda istifadə olunur. Nümunə:

  • Which one do you prefer? – Hansına üstünlük verərsən?

Cavab: I prefer the green one. – Yaşıl olana üstünlük verərəm.

  • Which bus goes to the city center from the park? – Parkdan şəhər mərkəzinə hansı avtobus gedir?

Cavab: The bus with number 3 goes to the city center from the park. – Parkdan şəhər mərkəzinə  3 nömrəli avtobus gedir.

Where – Harada

“Haradadır” deyə soruşmaq istədikdə istifadə olunur. Nümunə:

  • Where did you spend your holiday last year with your family? – Keçən yay tətilinizi ailənizlə harada keçirmişdiniz?

Cavab: I spent my holiday in Lankaran with my family last year. – Keçən yay yay tətilimi ailəmlə birlikdə Lənkəranda keçirmişdik.

  • Where were you during the conference yesterday? – Dünən konferans ərəfənsində harada idin?

Cavab: I was at the library and making some research for my project during the conference yesterday. – Dünən konferans ərəfəsində kitabxanada layihəmlə bağlı araşdırma aparırdım.

How – Necə

Necə olduğunu soruşmaq üçün istifadə olunur.

  • How do you go to school? – Məktəbə necə gedirsən?

Cavab: I take the bus with number 65 to go to school. – Məktəbə getmək üçün 65 nömrəli avtobusa minirəm.

  • How did you make that cake? – O keksi necə bişirdin?

Cavab: Firstly, I added all the ingredients to the bowl and then put the cake to the oven. – İlk öncə, məhsulları bir qaba əlavə etdim və daha sonra sobaya qoydum.

Bundan əlavə, “how” ilə istifadə olunan “much” və “many” qəlibləri də vardır ki, fərqli sual tiplərini təşkil edir. İkisi də “nə qədər?” mənasını verir, lakin aralarında fərqliliklər vardır. Bunun üçün How Much / How Many İstifadəsi linkin’ daxil olub, məlumat əldə edə bilərsiniz.

İngiliscə Sual Qəlibləri İstifadə Olunarkən Diqqət Edilməsi Gərəkənlər

İngiliscə “W-H” sual qəliblərini nümunələrlə ətraflı araşdırdıq. İndi isə, bu sual tiplərini qurarkən diqqət etməmiz gərəkən nüanslara göz ataq.

İngilis sual nümunələri ilə bir sual cümləsi qurarkən, sual verən şəxs mövzudan izahat gözləyir. Başqa sözlə, suala “bəli” və ya “xeyr” deyə cavab verilmir. Ancaq sualda istifadə olunan İngiliscə sual qəlibinə uyğun olaraq qarşınızdakı şəxsə cavab verə bilərsiniz.

“What time?” ilə “when?” sual qəlibləri əsasən eyni mənaya malik görünsə də, aralarında bir az fərq var. “What time?” sualı verildikdə, sual verən şəxs səndən dəqiq vaxtı soruşacaq. Başqa sözlə, sualı verən şəxsə “səhər 10-da” kimi bir cavab verməlisiniz. Cavabınızda saatı göstərən dəqiq vaxt olmalıdır. Ancaq “when?” sualını verəndə “keçən il, sabah, gələn il” kimi ümumi vaxt ifadələri ilə cavab verməlisiniz. Dəqiq saatı göstərən vaxta ehtiyac duyulmur.

“What …(color, animal, vs.)” daha çox nəyi sevdiyini öyrənmək üçün soruşulur. “Which” isə, seçim məqsədli istifadə olunan qəlibdir. Məsələn, 2 və daha artıq bir şey üzərində seçim etmək üçün sual veriləcəksə, “which” deyilməlidir.

İngilis Dilində Təsdiq və İnkar Cümlələri

Cümlə dedikdə, ağıla istisnasız təsdiq, inkar və sual cümlələri gəlir. Sual cümlələrinin burada açıqca izahını verdikdən sonra, digər cümlə növlərindən ikisi olan İngilis Dilində Təsdiq Cümlələriİngilis Dilində İnkar Cümlələrinə nəzər yetirməyinizdə fayda var.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.