İngilis Dilində Ad Günü Mesajları


ingilis dilində ad günü mesajları

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

💭 İngilis dilində danışdığınız xarici dostlarınız varsa, danışıq üçün praktikanızı artıracaq bir çox mövzularınız var deməkdir. İngilis dilində hansı səviyyədə olsanız belə, xarici bir dostun olması dil inkişafına böyük təsir göstərir. Onunla birlikdə yeni kəlimələr, frazalar öyrənir və biliklərinizə yeniliklər qatırsınız. Siz həmin insanla səmimi və yaxın dostsunuzsa, o zaman, ilin ən həyacan verici anı sizin üçün yaxınlaşır… Dostunuzun ad günü!

💭 Dostunuzun ad günü gəldikdə onu ən könüldən arzularınızla və ürəkdən səmimiyyətinizlə xoş sözlərlə birlikdə təbrik etmək istəyərsiniz. Ana dilinizdə bunu etmək olduqca asandır, hisllərinizi kəlimələrə tökərək onlara olan sevginizi əksiksiz şəkildə bildirirsiniz… Bəs, dostunuz xaricidirsə? Bu zaman duyğularınızı əks etdirə biləcək kəlimələri tapa biləcəksinizmi? Baxın, bu mövzuda çətinlik hiss edirsinizsə, bu bloq yazısı əsl sizə görədir!

💭 Burada sevdiklərinizə ünvanlaya biləcəyiniz bir-birindən müxtəlif ingilis dilində ad günü mesajlarını topladıq. İçlərindən ən sevdiyiniz təbrik mesajlarını bir qırağa qeyd edə bilər və hətta xarici dostunuz yoxdursa belə ingilis dilini bilən sevdiklərinizə ingiliscə ad günü təbriki edə bilərsiniz, beləliklə təbriklər arasında öz fərqinizi qoymuş olacaqsınız! Elə isə, təbrik mesajlarına keçid alaq.

  • 🎂 Many happy returns! – Neçə belə xoşbəxt yaşlara!
  • 🎂 You are my dear, my dear friend you were born. – Sən mənim doğulan ən, ən əziz dostumsan.
  • 🎂 Happy Birthday to you. All of the best wishes for you. – Ad günün mübarək. Sənin üçün ən yaxşını arzulayıram.
  • 🎂 You are a gift from Allah. It is good that I love you, I love you so much! – Allah tərəfindən bir hədiyyəsən. Yaxşı ki, səni sevirəm, səni çox sevirəm!
  • 🎂 I want to wish you a happy birthday. – Sənə xoş ad günü arzulayıram.
  • 🎂 I am very happy that it is part of my life. – Həyatımın bir parçası olduğun üçün çox xoşbəxtəm.
  • 🎂 Wishing you every happiness on your special day. – Ad günündə hər bir xoşbəxtliyi arzulayıram.
  • 🎂 Happy birthday. Good you were born. – Ad günün mübarək! Yaxşı ki, doğulmusan.
  • 🎂 May all your wishes come true. Happy Birthday! – Ümid edirəm, bütün arzuların çin olar. Ad günün mübarək!
  • 🎂 Wishing you a day filled with happiness and a year filled with joy. Happy birthday! – Xoşbəxtliklə və əyləncə ilə dolu il arzu edirəm. Ad günün mübarək!
  • 🎂 Health success, happiness, love with you, always be with me! – Sağlıq, uğur, xoşbəxtlik, sevgi səninlə olsun, sən də mənimlə ol!
  • 🎂 Today, your birthday is a special day for us because we have a special friend like you. – Bu gün sənin ad günündür və bizim üçün özəl gündüre çünki, sənin kimi özəl bir dostumuz var.
  • 🎂 The day you were born I’m sure there was another star in the sky. Nice My love for years! – Sənin doğulduğun gün mən əmin oldum ki, səmada bir ulduz daha var imiş. Neçə belə illərə, sevgilim!
  • 🎂 Wishing you every happiness this special day brings. Have a wonderful birthday! – Bu günün verdiyi hər bir xoşbəxtliyi sənə arzu edirəm. Gözəl ad günü keçir!
  • 🎂 Hey sweety I wish you happy birthday, many happy returns. Haaaaapppy birthday! – Şirinim, sənə xoş ad günü arzulayıram, neçə belə illərə. Aaaad günün müübarəəək!
  • 🎂 Bring all the beauties you wish for a new age with surprises you never expected. Happy New Year! – Bütün arzuladığın gözəlliklərə heç təxmin etmədiyin sürprizlərlə yeni yaşında sahib ol! Ad günün mübarək!
  • 🎂 How do you expect me to remember your birthday, when you never look any older? – Heç yaşlanmazkən ad gününü xatırlamağımı gözləyirsən?
  • 🎂 Happy birthday! Wishing you a new beginning for every day and a happy ending for every night. – Ad günün mübarək! Hər günün üçün yeni başlanğıclar və hər gecən üçün xoşbəxt bitişlər arzu edirəm!
  • 🎂 My only darling I started with you now my love turned into a big love fire. I love you. Happy Birthday. – Əziz sevgilim, səninlə başlayan sevgim indi böyük bir eşq alovuna dönüşdü. Səni sevirəm. Ad günün mübarək.
  • 🎂 I can not recollect value, but I can add some good memorabilia to them. Happy New Year my love. – Dəyərləri yenidən toplaya bilmərəm, lakin, onlara gözəl bir xatirə əlavə edə bilərəm. Ad günün mübarək, sevgilim.
  • 🎂 I can not thank you a thousand times. You are my life light. The only reason for my existence is that you are happy with your birthday. – Sənə dəfələrlə təşəkkür edə bilmərəm. Həyatımın işığısan. Mənim varlığımın tək səbəbi sənin ad gününlə birlikdə xoşbəxt olmağındır.
  • 🎂 Before the clock strikes twelve let me take the opportunity to let you know that you have grown a year more. Happy birthday. – Saat on ikidən əvvəl, fürsətdən istifadə edib bir il daha böyüdüyünü bildirim. Ad günün mübarək.
  • 🎂 We are friends as long as we share the same sky, even though they are hidden miles away. Happy birthday my dear friend. – Bir neçə mil məsafələrdə gizlənsək də, eyni səmanı paylaşdığımız müddətdə dostuq. Əziz dostum, ad günün mübarək.
  • 🎂 With wishes just for you, Happy birthday, have a super sonic day. Wishing you every happiness on your special day. – Arzularım sizinlə olsun, ad gününüz mübarək, super gün keçirin. Hər bir xoşbəxtliyi özəl gününüzdə sizə arzu edirəm.
  • 🎂 Life is for those who do laugh, do deserve love, do not forget loyalty, and know how to stay true to friendship. Happy birthday my dear friend. – Həyat gülməyi bilənlər, sevgiyə laiq olanda, sadiqliyi unutmayanlar və dostluqda dürüst qalanları bacaranlar üçündür. Ad günün mübarək, əzizim.
  • 🎂 It’s so complete with you. You are me, I am you. Your birthday is the day I was born. Good thing is that you’re born!  – Səninlə hər şey tamamdır. Sən mənsən, mən sənəm. Sənin ad günün mənim doğulduğum gündür. Ən yaxşı şey sənin dünyaya göz açmandır!
  • 🎂 I may be far away from you, But you are the only resident of my only heart… So I am wishing a great Birthday to the only resident of my heart. May you live in my heart forever. Happy Birthday. – Səndən uzaq ola bilərəm, amma sən ürəyimin tək sakinisən. Mən də qəlbimin tək sakininə gözəl ad günü arzulayıram. Ümid edirəm qəlbimdə sonsuzadək yaşayarsan. Ad günün mübarək.
  • 🎂 Friends are like stars, you can’t always see them but you know that they are there for you, and thinking of you. Happy birthday. – Dostlar ulduzlara bənzəyir, onları hər zaman görə bilməzdən, lakin bilərsən ki, onlar hər zaman oradadır və səni düşünürlər. Ad günün mübarək.
  • 🎂 Kick off ur shoes, take a break, Dance & Shake, light the candles, cut the cake. Make it a day, that’s simply Great! Happy B’Day. – Ayaqqabılarını çıxart, ara ver, rəqs et və sallan, şamları yandır və tortu kəs. Gününü gün elə və bu sadəcə əladır! Ad günün mübarək.
  • 🎂 On your birthday, I would like to give you some words of wisdom. Smile while you still have teeth: Many many happy returns of the day. – Ad günündə sənə bir müdrik söz vermək istərdim. Hələ dişləriniz varsa gülümsəyin: Neçə belə yaşlara!
  • 🎂 Wishing you a happy birthday. – Xoş ad günü arzulayıram.
  • 🎂 May all your wishes come true. Happy birthday! – Ümidvaram, bütün arzuların gerçəkləşər. Ad günün mübarək!
  • 🎂 Happy birthday! I hope this is the beginning of your most wonderful year ever! – Ad günün mübarək! Ümid edirəm bu il ən gözəl ilinin başlanğıcı olar!
  • 🎂 I wish you a wonderful birthday! I hope you have an amazing day and lots of fun! Enjoy this day, you deserve it! – Gözəl ad günü arzulayıram! Arzu edirəm gözəl və bol əyləncəli gün keçirərsiniz! Gününüzdən zövq alın, buna laiqsiniz!
  • 🎂 Sending your way a bouquet of happiness…To wish you a very happy birthday! – Sizə buket dolusu xoşbəxtlik göndərirəm… Xoş ad günləri arzulamaq adına!
  • 🎂 Many years ago on this day, God decided to send an angel to earth. The angel was meant to touch lives and that happened! Happy birthday my sweet angel! – İllər öncə bu gün Allah dünyaya bir mələk göndərdi. Mələk həyatlara toxunmaq üçün gəlmişdi və bu gerçəkləşdi! Ad günün mübarək, mənim şirin mələyim!
  • 🎂 Wishing you a day that is as special in every way as you are. Happy Birthday. – Özün kimi özəl bir gün arzu edirəm sənə. Ad günün mübarək.
  • 🎂 I wish you happiness, health and so many good things in your life. Happy Birthday! – Xoşbəxtlik, sağlamlıq və bir çox gözəl şeylər arzu edirəm həyatınıza! Ad gününüz mübarək!
  • 🎂 You’re older today than yesterday but younger than tomorrow, happy birthday! – Dünəndən yaşlısan, lakin, sabahdan daha gəncsən, ad günün mübarək!
  • 🎂 Happy birthday to one of the few people whose birthday I can remember without a Facebook reminder. – Ad gününü Facebook-dan xatırladığım şəxsin ad gününü təbrik edirəm.
  • 🎂 As you get older three things happen. The first is your memory goes, and I can’t remember the other two. Happy birthday! – Yaşlandıqca 3 şey baş verir. Xatirələrin gedir və digər ikisini xatırlamıram. Ad günün mübarək!
  • 🎂 You are only young once, but you can be immature for a lifetime. Happy birthday! – Bir dəfə gənc olursan, lakin ömür boyu uşaq ruhlu qala bilərsən! Ad günün mübarək!
  • 🎂 Count your life by smiles, not tears. Count your age by friends, not years. Happy birthday! – Həyatını göz yaşlarınla deyil gülüşlərinlə say. Yaşını illərinlə deyil, dostlarınla say. Ad günün mübarək!
  • 🎂 A wish for you on your birthday, whatever you ask may you receive, whatever you seek may you find, whatever you wish may it be fulfilled and always. Happy birthday! – Ürəyinizdən nə keçirsə onu əldə etməyinizi, nə axtarırsınızsa onu tapmağınızı, nə arzulayırsınızsa onunla dolmağınızı ad gününüz və hər zaman üçün arzulayıram. Ad gününüz mübarək!
  • 🎂 May you be gifted with life’s biggest joys and never-ending bliss. After all, you yourself are a gift to earth, so you deserve the best. Happy birthday. – Həyatın ən böyük sevincləri və bitməz səadəti sizə nəsib edilsin. Axı özünüz yer üzünə bir hədiyyəsiniz, buna görə ən yaxşısına layiqsiniz. Ad gününüz mübarək.
  • 🎂 Set the world on fire with your dreams and use the flame to light a birthday candle. Happy Birthday! – Xəyallarınızla dünyanı alovlandırın və alovdan bir ad günü şamını yandırın. Ad gününüz mübarək!
  • 🎂 My birthday wish for you is that you continue to love life and never stop dreaming. May beauty and happiness surround you, not only on your special day, but always. – Ad gününüz üçün arzum budur ki, həyatı sevməyə davam edin və xəyal qurmağı heç vaxt dayandırmayın. Gözəllik və xoşbəxtlik sizi yalnız xüsusi gününüzdə deyil, hər zaman əhatə etsin.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.