İngilis Dilində Bəsit Cümlələr və Tərcümələri


İngilis Dilində Bəsit Cümlələr və Tərcümələri

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

💭Hər bir tələbə ingilis dilini öyrənməyə ən asan mərhələdən başlayır. Dil öyrənmək uzun və səbr gərəkdirən bir yol olduğu üçün dil öyrənməyə başlamazdan əvvəl həqiqətən istədiyinizə və səbrli olduğunuza əmin olmalısınız. O zaman, öyrənəcəyiniz dildən daha çox biliklərə yiyələnə biləcəksiniz.

💭İngilis dilini öyrənməyə, əksər hallarda, A1 səviyyəsindən başlayırlar. A1 səviyyəsində öyrənilən mövzular isə, rənglər, rəqəmlər, heyvanların adları və təməl qrammatik qaydalar kimi bəsit mövzular olur. Ona görə də, hər bir tələbə A1 səviyyəsində ikən tədrisə səbrsiz yanaşa bilir. Lakin, A1 səviyyəsində olmaq o demək deyil ki, sadəcə kəlimələr və təməl qaydalar öyrənilir. Təməl danışıq, yazı qaydaları və dialoqlar da bu mərhələdə öyrədilir. İngilis dilindən zövq almağa sövq edən əsas ünsur danışıq qabiliyyətinin inkişaf etdirilməsidir. İngilis dilində danışmaq üçünsə B2 və C1 səviyyəsində olmaq höküm deyil! İngilis dilini öyrənməyə yeni addımlar atarkən də danışıqlar, yazılar və üzərində praktikalar apara bilərsiniz. Bunun üçün isə, sizə ingilis dilində bəsit cümlələr lazım olacaq.

💭İngilis dilində bəsit cümlələr, demək olar ki, A1-A2 mərhələlərini əhatə edir və burada istifadə olunan qrammatik qaydalar və kəlimələr çox tələbəyə artıq tanışdır. İngilis dilini yeni öyrənməyə başlayarkən eyni zamanda danışığınızı və yazınızı da inkişaf etdirmək istəyirsinizsə, bu zaman, ingilis dilində bəsit cümlələr və tərcümələri üzərində işləyə bilərsiniz! Elə isə, başlayaq…

📌 İngilis Dilində Bəsit Cümlə Nədir?

Soruşacaqsınız ki, bəs, bəsit cümlə nədir? İngilis dilində bəsit cümlə dedikdə nələri nəzərdə tutursunuz? Gəlin, sizə belə aydınlıq gətirək: İngilis dilində cümlələrdə sadəcə baş üzvlərin və nadir hallarda ən çox 1-2 ikinci dərəcəli üzvlərin istifadə olunduğu, təməl qrammatik qaydaları daşıyan asan cümlə növləridir. İkinci dərəcəli üzvlər aslı olduğu baş üzvdən əvvəl və ya sonra gəlir. Bu cümlə növlərini tələbələr ilkin mərhələlərdə qurmağı öyrənirlər. Nümunələr ilə izahımızı tamamlayaq:

  • This is a man. – Bu adamdır.
  • The flower is nice. – Bu çicək gözəldir.
  • He plays football. – Əli həkimdir.

Cümlələrin izlədiyi qrammatik düzülmə qanununa görə: Mübtəda + Xəbər

Bəsit cümlələri ismi və feli cümlələr şəklində qruplaşdıra bilərik.

📌 İngiliscə Dilində Bəsit İsmi Cümlələr və Tərcümələri

İsmi cümlələrin xəbəri fel olmur, hərəkət bildirmir. İsmi xəbər şəklində olur və xəbərin özü nitq hissəsi kimi ismə aid olur. Lakin mənsubiyyət şəkilçiləri ilə xəbər halına gəlir. Nümunələrlə aydınlaşdıraq:

  • Kanan is a teacher. – Kənan müəllimdir.
  • Lion is wild. – Aslan vəhşidir.
  • This school is small. – Bu məktəb balacadır.
  • That cat is white. – O pişik ağdır.
  • Fidan is a girl. – Fidan qızdır.
  • Orxan is a handsome boy. – Orxan yaraşıqlı oğlandır.
  • It is a book. – Bu kitabdır.
  • It is a good journal. – Bu yaxşı jurnaldır.
  • That is a chair. – O, stuldur.
  • That is a red table. – O, qırmızı masadır.

📌 İngilis Dilində Bəsit Feli Cümlələr və Tərcümələri

Feli cümlələrdə xəbərlər nitq hissəsi kimi felə aid olur və sözün kökü hərəkəti bildirir. Cümlədə bir hərəkət icra olunur. Gəlin, nümunələrə nəzər yetirək:

  • I play tennis. – Mən tennis oynayıram.
  • He plays football. – O, futbol oynayır.
  • She want a car. – O, maşın istəyir.
  • I drink milk. – Mən süd içirəm.
  • l go to cinema. – Kinoya gedirəm.
  • You have a dog. – Sənin itin var.
  • We go to the shopping everyday. – Hər gün alış-verişə gedirik.
  • They have colorful pencils. – Onların təngarəng qələmləri var.
  • l hate chesee. – Pendirə nifrət edirəm.
  • l helped grandfather. – Babama kömək etdim.

📌 İngilis Dilində Bəsit Sual Cümlələri və Tərcümələri

İngilis dilində verilən bəsit sual cümlələri bəhs edilmək istənən zamanın köməkçi felləri başa gələrək qaydalara uyğun şəkildə verilməkdədir. Nəqli cümlələrin sual cümləsinə dönüşdüyü qaydada olduğu kimidir:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • Are these new pens? – Bunlar yeni qələmlərdir?
  • Do you play football? – Futbol oynayırsan?
  • Does she go to the cinema? – O, sinemaya gedir?
  • Did you see the plane? – Təyyarəni gördünmü?
  • Do you know this subject? – Bu mövzunu bilirsinizmi?
  • Are you happy? – Sən xoşbəxtsən?
  • Does your sister live in Boston? – Bacınız Bostonda yaşayır?
  • Am I okay? – Mən yaxşıyam?
  • Is your mom German? – Anan Almandır?
  • Do you like English? – İngilis dilini sevirsən?

📌 İngilis Dilində İş Həyatı üçün Bəsit Cümlələr

İş həyatında istifadə olunacaq bir sıra bəsit cümlələr vardır. İngilis dilini akademik səviyyədə bilməsəniz belə, istifadə olunan təməl və bəsit cümlələri ağlınızda tutmağınızda fayda var, çünki, hər an lazım ola biləcək potensialda olan sıx-sıx istifadə olunan cümlələr siyahısındadırlar.

  • I would like to inform you. – Sizə məlumat vermək istəyirəm.
  • Would you please let us know. – Xahiş edirəm bizə bildirin.
  • Awaiting your reply. – Cavabınızı gözləyirəm.
  • Thank you in advance. – Əvvəlcədən təşəkkürlər.
  • Please hold on the line. – Xahiş edirəm xəttə gözləyin.
  • Could you speak more slowly, please? – Xahiş edirəm daha yavaş danışa bilərsiniz?
  • Could you explain that in another way, please? – Xahiş edirəm başqa bir şəkildə izah edə bilərsinizmi?
  • Sorry, I interrupted you. – Bağışlayın, mən sizə mane oldum.
  • Please go on. – Xahiş edirəm davam edin.
  • The ball is on your court. – Top sizin meydanınızdadır. (Söz sizdədir.)

📌 İngilis Dilində Sevgi Həyatı üçün Bəsit Cümlələr

Sevdiklərinizi bəsit və bir o qədər qəlb oxşayan sözlərlə sevindirmək və günlərini xoş etmək istəyirsinizsə, bu zaman ingilis dilində ən sıx istifadə olunan asan cümlələri nəzərinizdə saxlamalısınız.

  • I love you how you are. – Səni olduğun kimi sevirəm.
  • I feel so empty inside without you. – Sənsiz özümü boşluqda hiss edirəm.
  • My heart beats for you! – Mənim qəlbim sənin üçün döyünür!
  • In a lie world you are my real one. – Yalan dünyada tək gerçəyim sənsən.
  • My darling don’t forget me… – Əzizim, məni unutma…
  • I miss you. – Sənin üçün darıxıram.
  • You are the sun that always shine. – Səni hər zaman parlayan günəşsən.
  • Always be my love! – Daima sevgilim ol!
  • You are the angeI of my dreams. – Sən röyalarımın mələyisən.
  • You’re too important for me. – Sən mənim üçün çox önəmlisən.

📌 İngilis Dilində Məktəb Həyatı üçün Bəsit Cümlələr

İngilis dili ilə ən çox üz-üzə qaldığınız məqamlar məktəblərdə baş verir. Məktəbdə ingilis dilində keçirilərkən bir çox mövzularla tanış olursunuz. Bəs məktəbdə öyrəndiyiniz ingilis dilini tətbiqə keçirsəniz necə olar, heç düşündünüzmü? Dəhlizdə ingilis dili müəlliminizlə rastlaşarkən ona ingilis dilində bir şey demək və ya dərs ərəfəsində ingilis dilində bir cümlə qurmaq sizin ingilis dilinə olan həvəskarlığınızı göstərəcəkdir. Odur ki, məktəb daxilində istifadə oluna biləcək bəsir ingiliscə cümlələri sizlər üçün sıralayırıq.

  • We learn to read and write in school. – Oxumağı və yazmağı məktəbdə öyrənirik.
  • The bell is ringing, we should go to class. – Zəng çalır, dərsə getməliyik.
  • Can I borrow your pencil? – Qələmini borc ala bilərəmmi?
  • What is your favorite subject? – Ən çox sevdiyiniz mövzu nədir?
  • Breaktime is over, let’s go to the classroom. – Tənəffüs bitdi, gəlin sinif otağına gedək.
  • What class is next? – Növbəti dərs nədir?
  • I am going to the canteen. – Mən yeməkxanaya gedirəm.
  • Teacher, may I open the window? – Müəllim, pəncərəni aça bilərəm?
  • May I ask a question? – Sual verə bilərəmmi?
  • I don’t understand can you repeat please? – Anlamıram, xahiş edirəm təkrarlaya bilərsiniz?

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.