İngilis Dilində Başsağlığı Mesajları


ingilis dilində başsağlığı mesajları

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

💬 Əgər bloqumuzun mütəmadi oxuyucusunuzsa, indiyə qədər ingilis dilində yazıla biləcək müxtəlif mövzular haqqında mesajları sizlərə öyrətdiyimizi mütləq bilərsiniz. İngilis dilində səviyyənizdən aslı olmadan müxtəlif mövzularla bağlı dialoqlarla tanış olmalı və dialoqlar çərçivəsində kiçik mətnli mesajlar yaza bilməyi öyrənməlisiniz. Əgər, sizə qeyd etdiyimiz nüansları diqqətə alsanız, o zaman, ingilis dilindən yazı yaza bilmə qabiliyyətinizin sürətli şəkildə inkişaf edəcəyini görə bilərsiniz.

💬 Hər mövzulardan sizlərə gündəlik danışığı, mesaj yaza bilmə bacarığını öyrədə bilmək üçün səy göstəririk. Bu gün isə, sizə öyrədəcəyimiz mövzulardan biri ingilis dilində “Expressing Condolence” başlığı ilə keçən başsağlığı verməklə bağlı mesajların necə yazıldığını öyrədəcəyik. Mövzunun sizin qulağınıza maraqlı səsləndiyini hiss edə bilirik! Bəs nə üçün başsağlığı vermək ilə bağlı mesajlar?

💬 İngilis dilində gündəlik minimum A2 səviyyəsindən gündəlik danışığa sahib olmaq, gün ərzində istifadə oluna biləcək sözləri və danışıla biləcək mövzuları ingilis dilində qarşı tərəf ötürə bilmək qabiliyyətinə malik olmaq deməkdir. Gündəlik həyatımızda sıx-sıx rastlamadığımız və rastlamaq istəmədiyimiz mövzulardan biri olan baş sağlığı vermək ingilis dilində bilinməsi gərəkən mövzulardandır. Əgər, siz ən az A2 səviyyəsində danışığa və ya anlayışa sahibsinizsə, ingilis dilində başsağlığı verməyi və ingilis dilində başsağlığı mesajları yazmağı bilməlisiniz. Elə isə, addım-addım bu mövzuda hansı kəlimələrdən yararlanacağınızı və necə istifadə edəcəyinizi sizlərə anladaq!

🥀 İngilis Dilində Başsağlığı Necə Verilir?

Ümumiyyətlə, bir yaxınımıza və ya bir sevdiyimizə başsağlığı verərkən içimizdəki kədəri əks etdirəcək kəlimələri istifadə etməyə cəhd göstərməliyik. Əlbəttə ki, içimizdə daşıdığımız qəmi qarşı tərəfə bədən dilimizlə əks etdirə bilərkən, bəzən, bunları kəlimələrə tökə bilmək nitqimizin tutulmasına səbəb olur. Ona görə də, qəlbən keçən sözləri və cümlələri istifadə edərək içdənliyimizi göstərməli oluruq.

Xarici bir tanışınıza verə biləcəyiniz baş sağlığının daşıdığı duyğular da eyni şəkildə olmalıdır. Kədəri əks etdirə biləcək və sevdiyiniz şəxsin hər zaman yanında olmağınızı bildirəcək dəstək və təsəlli xarakterli cümlələrlə başsağlığınızı verə bilərsiniz. Bunun üçün ingilis dilində istifadə olunan xüsusi qəliblər, frazalar və söz birləşmələri mövcuddur. Sadaladıqlarımızı isə sizə 5 cümlə nümunəsi ilə ötürə bilərik:

  • I’m deeply shocked to hear of the death of your friend and I would like to offer my deepest sympathy. – Dostunuzun ölümünü eşidəndə çox şok oldum və ən dərin içdənliyimi bildirmək istəyirəm.
  • Please accept my deepest and most heartfelt condolences at this time. – Xahiş edirəm bu anda ən dərin və ürəkdən gələn başsağlığımı qəbul edin.
  • We know words aren’t much comfort at a time like this. But we’d like you to know we are thinking of you we send our deepest sympathy. – Sözlərin belə bir zamanda çox rahat olmadığını bilirik. Ancaq sənin haqqında düşündüyümüzü bilmək istərdik, ən dərin içdənliyimizi göndəririk.
  • I’m saddened by your loss. I know your friend is in the Heaven now. – Sənin itkinə görə kədərləndim. Bilirəm, sənin dostun cənnətdədir.
  • God took you in his loving arms. Because God only takes the best. – Allah səni sevgi dolu qucağına aldı. Çünki, Allah yalnız ən yaxşısını alır.

🥀 İngilis Dilində “Başınız Sağolsun” Necə Deyilir?

İngilis dilində “başınız sağolsun” cümləsi öz xüsusi qəlibi ilə sıx-sıx deyilməkdədir. Bunun üçün istifadə olunan ən yayğın və “başınız sağolsun” cümləsinin tam tərcüməsi yerinə keçən “my condolences to you” cümləsidir.

🥀 İngilis Dilində Ölüm İl Dönümü Mesajları

Vəfat edən şəxslə bağlı verilən başsağlıqları zamanından aslı olmadan yaxın bir vaxt çərçivəsində deyildiyi kimi il dönümündə də mütləq deyilməlidir. Dünyasını dəyişməsindən 1 il ötmüş şəxsin sevdiklərinə və tanıdıqlarına il dönümü ilə bağlı deyə biləcəyiniz cümlələri aşağıdaki kimi sıralaya bilərik:

  • May loving memories ease your loss and bring you comfort. – Sevilən xatirələr itkinizin ağrısını azaltsın və sizə rahatlıq gətirsin.
  • Saying goodbye to someone we love is heartbreaking. May you find comfort in all the special memories shared with (name of deceased). – Sevdiyimiz biri ilə vidalaşmaq ürək ağrıyır. (Mərhumun adı) ilə paylaşılan bütün xüsusi xatirələrdə rahatlıq tapa bilərsiniz.
  • Words cannot express my sadness. May the comfort of God help you through this difficult time. – Sözlər kədərimi ifadə edə bilmir. Allahın rəhmi bu çətin anlarda sizə kömək etsin.
  • May there be comfort in knowing that someone so special will never be forgotten. – Bu qədər xüsusi birinin heç vaxt unudulmayacağını bilmək rahatlıq versin.
  • Wishing you peace to bring comfort, courage to face the days ahead and loving memories to forever hold in your heart. – Rahatlıq gətirməyiniz üçün dinclik, önümüzdəki günlərlə üzləşmək üçün cəsarət və ürəyinizdə əbədi qalmağı sevən xatirələr diləyirəm.
  • May He who knows your sorrow bring peace, comfort, and healing to your soul. – Kədərinizi bilən (Allah) ruhunuza dinclik, rahatlıq və şəfa versin.
  • Words seem inadequate to express the sorrow felt by the loss of (name of deceased). My heart is with you. – Sözlər, (mərhumun adı) itirməyin kədərini ifadə etmək üçün qeyri-kafi görünür. Ürəyim sizinlədir.
  • Someone as special as (name of deceased) will never be forgotten. He/she will remain in our hearts forever. – (Mərhumun adı) qədər xüsusi biri heç vaxt unudulmayacaq. O, qəlbimizdə əbədi qalacaqdır.
  • I pray that in the midst of your sorrow you find comfort in all the joyful memories shared. – Kədərin içində bölüşdüyün bütün sevincli xatirələrdə rahatlıq tapmağın üçün dua edirəm.
  • Although no words can really help to ease the loss you bear, just know that you are very close to Him in every thought and prayer. – Heç bir söz həqiqətən çəkdiyiniz itkini azaltmağa kömək edə bilməsə də, hər düşüncə və duada ona (Allaha) çox yaxın olduğunuzu bilin.

🥀 İngilis Dilində “Allah Rəhmət Eləsin” Necə Deyilir?

Bildiyiniz üzərə, “Allah rəhmət eləsin” cümləsi bir az daha dinə dayanan və dinə bağımlılığı bildirən başsağlığı vermə şəklidir. Əlbəttə ki, ingilis dilində də başsağlığı vermək yuxarıda verdiyimiz nümunələrlə qalmayıb “Allah rəhmət eləsin” kimi dini baxımdan yaxınlığı olan cümlələrin qarşılığı ilə də başsağlığı vermək mümkündür. Bunun üçün istifadə olunan ən yayğın bir neçə cümlələri sizin üçün aşağıdaki kimi qeyd edə bilərik:

  • May God bless (name of deceased)’s soul.
  • May God rest him / her.
  • I.P (Rest in Peace)

Bu üç nümunə birə-bir tərcümə ilə eyni cümləni bizə verməsə də, məna olaraq tamamilə “Allah rəhmət eləsin” şəklində keçir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

🥀 İngilis Dilində Vəfat Mesajı Nümunələri

Görüşə bilmədiyiniz və üz-üzə gələ bilmək imkanına sahib ola bilmədiyiniz sevdiklərinizin yaxını ilə bağlı vəfat xəbəri gəldikdə, bu zaman, edə biləcəyiniz ən doğru hərəkət onlar üçün vəfat mesajı atmaqdır. Onları daima düşündüyünüzü və kədərinizin ən az onlar qədər içdən olduğunu bildirmək adına mərhumun adına vəfat mesajı ata bilərsiniz. Əlbəttə ki, qarşı-qarşıya olmadığınız üçün sevdikləriniz ilə paylaşdığınız kədəri sadəcə ekran qarşısından cümlələrə tökə bilmək olduqca çətindir, lakin, hisslərinizi olduğu kimi paylaşa bilmək adına doğru kəlimələr seçəcəyinizdən əmin olun. Bunun üçün ingilis dilində vəfat mesajlarına yazıla biləcək xüsusi kəlimələr vardır. Bu kəlimələrə diqqət edin ki, bilmədiyiniz bir sözü yanlışlıqla yazaraq səhv başa düşülməyə və qəlb qırıqlığına səbəb olmayın.

  • We will all miss (name of deceased); she touched so many of our lives. – Hamımız (mərhumun adı) üçün darıxacağıq; həyatımızın bir çoxuna toxundu.
  • I can’t imagine how you must be feeling. – Necə hiss etdiyini təsəvvür edə bilmirəm.
  • We love you and we want you to know we’re thinking of you. – Səni sevirik və səni düşündüyümüzü bilməyinizi istəyirik.
  • I just wanted to say that if you need to talk, I’m here for you. – Sadəcə demək istərdim ki, danışmağa ehtiyacınız varsa, sizin üçün buradayam.
  • We’re always here for you, if you need anything. – Bir şeyə ehtiyacınız varsa, həmişə sizin üçün buradayıq.
  • I don’t know what to say, except that I’m so sorry. There are no words. – Çox təəssüfləndiyimdən başqa nə deyəcəyimi bilmirəm. Söz yoxdur.
  • (Name of deceased) was such a kind and thoughtful human. He / she’s going to be missed so much. – (Mərhumun adı) olduqca mehriban və düşüncəli bir insan idi. O, çox darıxılacaq.
  • This must be so hard for you. – Bu sizin üçün çox çətin olmalıdır.
  • We all loved (name of deceased). She / he had a way of making people smile. We’re going to miss her. – Hamımız (mərhumun adı) sevirdik. İnsanları gülümsəməyin bir yolu var idi. Biz onun üçün darıxacağıq.
  • I wish I had the right words for you. All I can say is that I’m here if you need someone to listen. – Kaş ki, sənin üçün doğru sözlər olsaydı. Bircə onu deyə bilərəm ki, qulaq asacaq birinə ehtiyacınız varsa, buradayam.

🥀 İngilis Dilində Cənazədə Deyilə Biləcək Cümlələr

İngilis dilində danışarkən, əgər, advanced səviyyəsində bir ingilis dilin danışanı deyilsinizsə, cənazədə mərhumun sevdikləri və tanıdıqları ilə dialoq qurarkən bir sıra çətinliklərlə üz-üzə qala bilərsiniz. Nə kimi çətinliklər olduğu sualı ağlınızda yarandısa, bu suala seçəcəyiniz sözlərin doğru və içdənliyi olması gərəkdiyini qeyd edə bilərik. Bilirsiniz ki, ana dilində başsağlığı vermək üçün tək səy göstərməmiz gərəkən ünsur sevgimizi və bütün hisslərimizi sevdiyimiz qarşı tərəfə olduğu kimi əks etdirməkdir və bunun üçün həssas və doğru kəlimələr seçirik. Bu diqqəti həmçinin ingilis dilində danışarkən də göstərməlisiniz.

Əsas olaraq da, əgər, sizin ana diliniz azərbaycancadırsa, bu zaman başsağlığı vermək üçün ana dilinizdə söyləməniz gərəkən cümlə ingilis dilində qarşılığını tapmaya bilər. Ona görə də, ingilis dilində cənazədə deyə biləcəyiniz cümlələri bilməli və başsağlığı ərəfəsində istifadə olunması gərəkən həssas sözcükləri hər zaman nəzərinizdə tutmalısınız.

  • I feel honored and blessed to have known your friend. I will miss her / him terribly. – Dostunu tanıdığım üçün qürurlu və xoşbəxt hiss edirəm. Onun üçün çox darıxacağam.
  • Your friend was a kind soul. Our world has lost a good one. – Dostun mehriban bir ruha sahib idi. Dünyamız yaxşı birini itirdi.
  • I will treasure my memories of your friend. I loved her / his sense of humor. – Dostunuzla bağlı xatirələrimi qoruyacağam. Mən onun yumor hissini çox sevirdim.
  • We are deeply pained by this sudden loss. Our thoughts and prayers are with you. – Bu qəfil itki bizi çox incitdi. Düşüncələrimiz və dualarımız sizinlədir.
  • We’ve lost a wonderful friend. Please don’t hesitate to reach out if I can help in any way. – Gözəl bir dostumuzu itirdik. Xahiş edirəm hər hansı bir şəkildə kömək edə bilsəm, müraciət etməkdən çəkinməyin.
  • I will never forget his / her smile. My sincere condolences. – Gülüşünü heç vaxt unutmayacağam. Səmimi başsağlığı verirəm.
  • We are grieving the loss of your friend and keeping you in our thoughts. – Dostunuzun itkisinə kədərlənirik və sizi düşüncələrimizdə saxlayırıq.
  • We share in your loss with love and friendship. – İtkinizə sevgi və dostluqla şərik oluruq.
  • I worked with your friend. The office won’t be the same without him! My sincerest sympathy. – Sənin dostunla işləmişəm. Onsuz ofis eyni olmayacaq! Ən dərin içdənliyim səninlədir.
  • I am saddened to hear about the loss of your friend. I know how special she / he was to you. – Dostunuzun itkisini eşidəndə kədərləndim. Sizin üçün nə qədər xüsusi olduğunu bilirəm.

🥀 İngilis Dilində Başsağlığı Məktubu Nümunəsi

Əgər, sevdiyinizdən uzaqdasınızsa və ona hisslərinizi anladacaq və kədərinizi paylaşacaq onun yanında olduğunuzu bildirəcək uzun bir məktub yazmaq istəyirsinizsə və qısa mesajların, qısa cümlələrin kifayət etməyəcəyini düşünürsünüzsə, bu zaman aşağıdaki verəcəyimiz nümunə sizin xeyrinizə ola bilər:

📜 İngiliscəsi:

We are experiencing the deep sorrow of losing our dear friend. We wish mercy from God and our condolences to his family and relatives. Let the beauties of heaven permeate our souls, let us not erase the love of God from our hearts, let us know faith as a philosophy of life, let us see our place with what we do when we die. May God have mercy on the deceased deceased and give patience to you. May Allah grant long lives to those who are left behind. Even though our hearts are sad and our eyes are teary today, even if our dear’s life is over, let God put him in heaven. Rest in peace.

📜 Azərbaycancası:

Əziz dostumuzu itirməyin dərin kədərini yaşayırıq. Allahdan rəhmət diləyirik və ailəsinə və yaxınlarına başsağlığı diləyirik. Cənnət gözəllikləri ruhumuza nüfuz etsin, Allah sevgisini qəlbimizdən silməyək, inamı həyat fəlsəfəsi kimi tanıyaq, etdiyimizlə bu dünyadan köçdüyümüz zaman yerimizi görək. Allah mərhuma rəhmət eləsin və sizə səbr versin. Allah geridə qalanlara uzun ömür versin. Bu gün ürəyimiz kədərli və gözlərimiz yaş olsa da, əzizimizin yaxşı ömrü bitsə də, Allah onu cənnətə qoyacaqdır. Qəbri nurla dolsun. Sizdə çox sağ olun.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.