Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!
Bir çox insan bürclərlə bağlı məlumat sahibidir. Bu məlumatların bir çoxu doğru olsa da bir o qədəri də yanlış ola bilər. Lakin biz bu məqalədə bunlarla bağlı müzakirə aparmaq yerinə bu bürclərin İngilis dilində olan adları, onların səslənişini sizlərlə paylaşacağıq.
Bürclərin İngilis Dilində Yazılış və Tələffüzü
Azərbaycan Dilində Yazılışı |
İngilis Dilində Yazılışı |
İngilis Dilində Tələffüzü |
| Qoç | Aries | Eri:s |
| Buğa | Taurus | Taurus |
| Əkizlər | Gemini | Cemini |
| Xərçəng | Cancer | Kensır |
| Dolça | Aquarius | Akuverus |
| Şir | Leo | Leo |
| Qız | Virgo | Virgo |
| Tərəzi | Libra | Libra |
| Əqrəb | Scorpio | Skorpio |
| Oxatan | Sagittarius | Sagitarus |
| Oğlaq | Capricorn | Keprıkorn |
| Balıq | Pisces | Picıs |
Elementlerə Görə Bürclər
Bürcləri 4 əsas element olaraq qruplaşdırmaq mümkündür. Bu qrupların hər biri 3 bürcü öz kategoriyasına daxil etmişdir. Bu qrupları aşağıda olduğu kimi sıralaya bilərik.
Alov:
Aslan, Qoç, Oxatan. Bu bürclər enerji dolu, coşğulu, həvəsli, güclü ve olduqca dürüstdürlər. Özünə inamları yüksek səviyyədədir. Özlərini daha rahat ifadə etmək, tanıtmaq üçün azadlıq və sərbəstlik istəyərlər. Bundan əlavə alov bürcləri öz iradələrini daha diqqətli və özünə məxsus idare etmə qabiliyyətinə sahibdirlər. Lakin eyni səviyyədə qərarlı olmağı hələ tam olaraq bacarmırlar. Bu bürclər pis niyyətlə heç kəsə yaxınlaşmazlar. Onların səhvlərinin əsas səbəbi sadəcə intizamsızlıq və digər insanlara qarşı düşüncəsiz davrana bilmələridir. Bəzən o qədər istəkli və hətta zorlayıcı olurlar ki fərqində belə olmadan digərlərinin hisslərini incidə bilirlər.
Alov bürcləri həssas, incə, əsasən su və ya torpağın üstün olduğu insanların yanında səbirsizdirlər. Suyun onları söndürəcəyini , torpağın da üstlərini örtəcəyini düşünərlər. Bu səbəblə əsasən bu bürclərin ağırlığını və duyğusallığını həzm edə bilməzlər. Bir digər tərəfdən hava bürcləri, alov bürcünə sahib insanların, onların küləyinə ayaq uyduraraq yeni fikirlərə yönələ biləcəyinə inanarlar. Məhz bu səbəblə alov əsasən hava ilə yola gedən qəbul edilir. Lakin, onu da əlavə etmək lazımdır ki, alov bürcləri hava qrupunun həssas sinir sisteminə sahib olması səbəbi ilə bu qrup tərəfindən çox da səbrli qarşılanmır. Əslində alov bürcləri hava bürclərinin köməyi ilə asan stimullaşdırılmalarına baxmayaraq sürətli nəticə ala bilməyəcəkləri proseslərdən çox sürətlə soyuya bilirlər.
Torpaq:
Qız, Buğa Oğlaq. Bu bürclərdən hər hansıza sizin bürcünüzdürsə , siz də torpaq təbiyyətli bir insansınız. Torpaq bürcü xüsusiyyətlərinin ən əsas olanı, düşüncə olaraq digər bürclərdən daha yetişkin olmaları və daha geniş düşünə bilmələridir. Bu insanlar inamlı, sadiq, səbirli və əzimlidirlər. Bu da onları son dərəcə anlayışlı şəxslər halına gətirir. Buna əlavə olaraq onlara qarşı hörmət edən insanlardan ibarət çevrəyə sahibdirlər . Çünki hərəkətləri ve davranışları lazım olan səviyyədə yerində və düşünülmüşdür.
Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.
Onu da əlavə etmək istərdim ki, torpaq bürcləri yeniliklərə qarşıdırlar və alışdıqları ənənələrə sadiq qalmaqda qərarlıdırlar. Oğlaq, buğa ve qız bürcünə sahib insanlar uşaqlıq və gənclik zamanlarında aldıqları dəyər və hökmləri ömür boyu unutmazlar. Onlar dəyişməmək üçün müqavimət göstərir və çox çətin dəyişirlər. Bu səbəblə torpaq bürcləri, fərqlilik istəyən insanlarla çox rahat ünsiyyət qura bilməzlər.
Hava:
Əkizlər, Tərəzi, Dolça. Bu bürclər, qruplar arasında ən ağıllı bürclərdir. Hava qrupu hər zaman yeni fikirlərə açıq, yenilik və fərqlilik axtarışındadırlar. Onlar ağıllı, çox yönlü, danışmağı sevən, sürətli və gözü açıq şəxslərdir. Şirin davranışları ilə hər istədiklərinə nail ola bilir, bacarıqları ilə çətin vəziyyətdən rahat çıxa bilirlər. Hər hansısa bir məsələdə əvvəlcə məlumat toplamağa üstünlük verərlər. Lazım olan səviyyədə məlumata sahib olduqdan sonra isə planlı bir şəkildə hərəkətə keçərlər. Bu qrup, digər qruplara görə daha az duyğusaldır və hadisələrə daha tərəfsiz yanaşa bilir. Hava bürcləri, özlərini gündəlik həyatta baş verən hadisələrdən uzaq tutmaqda çox bacarıqlıdırlar. Beləcə etdikləri hər şeydə müəyyən bir perspektifə və məntiqə sahibdirlər. Hərkəslə aralarına məsafə qoyarlar. Bunun sayəsində isə hər kəslə işləyə bilirlər və heç kəslə münaqişəyə girməzlər. Hərkəsi uzun müddət dinləyər lakin heç vaxt bunlardan təsirlənməzlər və öz bildiklərini edərlər. İntellektual bacarığa çox önəm verirlər. Hava bürcləri, liderlikləri ilə ön plana çıxmaqda mükəmməl bacarıqlıdırlar.
Su:
Əqrəb, Balıq, Xərçəng. Bir damla su kimi saf, dənizdə qabarmış bir dalğa kimi vəhşi ola bilirlər. İçlərində tufanlar qopar lakin bunu çölə hiss ettirməzlər. Sakit sular dərin olar. Su bürcləri bir mövzünü başa düşməyə və həll etməyə çalışdıqları zaman səssiz və içə qapanıq olurlar. Onları tanımaq və anlamaq zamanla və tədricən olur. Özlərini yavaş-yavaş çevrəsinə açarlar. Su bürcləri digər bürclərə nisbətən daha duyğusaldırlar. Aşiq olduqları zaman güclü və ürəktən sevərlər. Romantik olmaqları isə digər bürclərə nisbətən onları daha həssas edir. Hissləri çox güclüdür və sizin dediklərinizdən çox üz mimiklərinizə, hərəkətlərinizə, səs tonunuza diqqət yetirərək bir çox şeyi anlayarlar.
Su həyatdır və su bürcləri insanlara verdikləri dəyər ilə onlara həyat verir. Su bürcləri xoşbəxtliklərini də, kədərli anlarını da sonuna qədər yaşayan bürclərdir. Ətrafında baş verən hər bir hadisə onların əhvalına müsbət və ya mənfi təsir göstərə bilir. Bəzən dərdlərini düşünməkdən yorulan su bürcləri, hər şeydən uzaq qalaraq dincəlmək istəyərlər. Çox da yaxşı bacarmasalar da bir qədər buna malik olabilirlər. Su bürcləri də onlara sərhəd qoyulmasını sevməzlər. Xəyal qurmaq bacarıqları çox yaxşıdır. Rəssamlıq, musiqiçilik, fotoqraflıq, ədəbiyyat və rəqsə çox böyük maraq bəsləyərlər. Öz kiçik məkanlarının sahibi olub öz işini görmək üçün çox həvəslidirlər. Güclü hissləri vasitəsi ilə maddi olaraq da bir çox şeyə nail ola bilirlər.
Avqust Ayı Üçün Bürclər
Qoç (Mart 21 – Aprel 19)
Eşq planeti və Qoçun cütlər evinin idarəçisi Venera, Avqust boyunca Qoçun günəş xəritəsindəki ehtiyatlı bir bölgədə olacaq. Buna görə Avqust çox da romantik bir dövr sayılmaz. Tam tərsinə, əlaqənizdəki daha ağırlıq təşkil edən dəyərlər məsuliyyət, kooperasiya bacarığı, gündəlik işləri qaydaya salma və birgə çalışa bilmə olacaq. Beləliklə Qoçların cüt həyatı daha praqmatik bir mərhələdən keçəcək. Lakin Qoçların eyni professional sahədə çalışan insanlarla əlaqəyə başlamağı mümkündür və ya onların partnerləri sağlamlıq və ya işlə əlaqəli problemlər yaşaya bilərlər. Ayın sonuna doğru işlər yaxşılaşmağa doğru gedəcək. 2020 Avqust ayı Qoçlar üçün karierləri baxımından əhəmiyyətli bir ay olacağa bənzəyir, çünki Qoçun idarəçisi Mars planeti, zamanının çoxunu Qoçun karier evinin idarəçisi Saturnla birlikdə keçirəcək.
Daha sonra Qoçun iş evində olan Yupiter əgər yaxşı siqnallar versə, sizə təmin edici nəticələr gətirə bilər. Və nəhayət 2020 Avqust ayında Yupiterin yaxınlığında olan Kiçik Xeyirxah – Venera fürsətlər, pul və kooperasiya təmin edəcək. Merkuri də Qoçun iş evindədir və orada normaldan daha çox zaman keçirəcək – 7 Oktyabr 2020 – yə qədər, çünki o özünün retroqrad dövründə olacaq (retroqrad 30 Avqust 22 Sentyabr arasında reallaşacaq). Beləcə Merkuri ilə bağlı işlərdə, intellektual səy, ünsiyyət, sənədləşmə işləri, səyahət vs. işlərdə bunun təsirini hiss edəcəksiniz. Sağlamlıq Avqust 2020 boyunca, Qoçun tibbi evləri çox aktiv vəziyyətdəykən, Qoçlar üçün əhəmiyyətli mövzu olacaq. Müayinələr, tibbi müdaxilə və baxım üçün uyğun bir aydır: xüsusilə daha köhnə və gözardı edilən tibbi problemlər üçün. Həzm, əsəb və tənəffüs sistemlərinizi qoruyun, Avqust ayında hər zamankından daha həssas ola bilərlər!
Buğa (Aprel 20 – May 20)
2020 Avqust ayı eşq və cinsiliyinizi, rəsmi olsun ya da olmasın ənənəvi olandan – ictimai olaraq qəbul edilmiş və sabit vədlə gücləndirilmiş nişanlılıq vəziyyəti – daha çox azad şəkildə ifadə edəcəyiniz bir ay olacaq. Yupiter, Merkuri və Veneranın (Eşq planeti və Buğanın idarəçisi) Buğanın erotizm evində olmasıyla 2020 Avqust ayı, romantikliyinizi azad ifadə edə biləcəyiniz və xəyallarınızı bəzəyən ən çılğın cinsi fantaziyalarınızı hərəkətə gətirə biləcəyiniz bir zaman olacaq. Təcrübə qazanmaq, oynamaq, macəraçı olmaq və təbii ki, aşiq olmaq üçün uyğun zamandır. Bu yol 2020 Avqust boyunca reallaşacaq tranzitləri qiymətləndirmənin ən xoşbəxt yoludur. Ciddi əlaqələrə gəlincə, onları çox ciddi qəbul etməyin. Daha çox tənbəl davranmağa çalışın! 2020 Avqust ayı boyunca Buğalar üçün əylənmək qəti olaraq çalışmaqdan daha cazibədar gələcəkdir. Həyatınızın ən yaxşı tətilindən zövq ala bilərsiniz.
Əgər çalışmaq məcburiyyətində isəniz, əmin olun ki, şahanə nəticələrə çatacaqsınız – əgər işinizdən zövq alırsınızsa. Qabiliyyət və yaradıcılığınız zirvədə olacaq, buna görə özünüzdən əmin bir şəkildə onlardan istifadə edə bilərsiniz! 2020 Avqust ayı yalnız incəsənət fəaliyyətləri üçün deyil, həm də təhsil, işinizdə yüksəlmə, cəmiyyətlə, idmanla və əyləncəylə əlaqədar fəaliyyətlər üçün də mükəmməl bir aydır. Buğaların maliyyə vəziyyətləri sanki böyük ölçüdə başqalarına (partnerlərə, ortaqlara, maliyyə təşkilatlarına vs.) bağlıdır və daha çox maraq tələb edir. Bu sahədəki hər hansı bir qərar uzun vədəli nəticələr də nəzərə alınaraq yaxşı düşünülməlidir. Nəzəri olaraq Avqust 2020 – da Buğaların sağlamlıq problemləri görünmür. Bəzi problemlər olsa belə, onların asanlıqla öhdəsindən gələ biləcəksiniz. Lakin psixoloji tarazlığınız ən yaxşı vəziyyətdə olmayacaqdır, çünki yoluxucu optimizminiz qorxu, narahatlıq və qayğılarla kölgələnəcək. Bu sonuncular xüsusilə maliyyə təhlükəsizliyiniz yoxsa ortaya çıxacaqdır.
Əkizlər (May 21 – İyun 20)
2020 Avqust ayı Əkizlərin əlaqələriylə əlaqədar bəzi risklər daşıyan kompleks bir aydır. Bu risklərin əlamətləri əməkdaşlığınızda, dostluqda və ya eşqdə görülə bilər. Əkizlərin əlaqələr evində 2019 – dan bu günə qədər yerləşmiş olan Saturn işləri daha çətin, daha ciddi və ya kompleks hala gətirəcək. Saturn nə şən, nə də comərd planetdir. Üstəlik Avqust 2020 – də Kiçik Bədbin deyə bilinən, fəlakət, münaqişə və ayrılıq müjdəçisi Mars da ona qatılacaq. Eyni konfiqurasiya ilə daha əvvəl də, Mart – Aprel – May aylarında qarşılaşmışdınız. İndi bunu yığışdırmaq və nəticə çıxarmaq zamanıdır. Nəticələr çıxarmaq, qərarlar vermək və hərəkətə başlamağın tam zamanıdır. Tələskən və ani qərarlardan mümkün olduğunca uzaq dayanmalısınız! Bunlar bir tərəfə, Venera üzündən Əkizlərin istilik və qarşılıqlı təsiri ailə və evlərinə doğru yönələcək.
Xərçəng (İyun 21 – İyul 22)
2020 Avqust ayı Xərçənglər üçün əlaqələr mövzusunda çox da yaxşı bir ay deyil. Xərçəngin cütlər evinin idarəçisi Saturn uyğun mövqedə deyil (bu yeni bir xəbər deyil 2019 – dan bəri belədir) və əlaqənizdə məsuliyyətləri, səyləri və bəlkə də məhdudlaşdırıcı və ya boyun əyməniz lazım olan vəziyyətləri vurğulayacaq. Artıq hadisələr sizin üçün daha açıqlığa qovuşacaq, çünki Mars ortalıqdadır və düşüncəsizcə hərəkət etməyə və qarşıdurmaya meylli hədiyyələriylə məşhurdur. Sevgi və cütlərin ənənəvi planeti Venera da güclü mövqedə olmayacaqdır. Lakin o sizə səyahət, ünsiyyət və ya ortaq intellektual məqsədlər istiqamətində kiçik romantik faydalar təmin edə bilər. Dürüst olmaq lazımdırsa, Avqust 2020 boyunca tələsməyin və özünə inamınız coşub – daşmasın! İş mənasında bu ay Xərçənglər üçün asan ya da xoşbəxt bir ay deyil. Xərçəngin iş evində reallaşacaq Mars – Saturn qovuşması çətin iş, daha çox məsuliyyət, çətin vəziyyətlər və gərgin iş mühiti nəzərdə tutur.
Sərt iş proqramı, hərəkət azadlığınızın məhdudlaşdırılması, xoşagəlməz vəzifələr və ya çətin şərtlərdə çalışmaq lazım gələ bilər. Lakin pul qazandığınızı, irəliləyiş fürsətinizin olduğunu, işlərinizin mükafatlandırıldığını düşünərək rahatlaya bilərsiniz. İntellektual fəaliyyətlər, ünsiyyət, məlumat və səyahət kimi sahələrə bu ay əhəmiyyət verildiyinin fərqinə vara bilərsiniz. Avqust 2020 – dəkı Tam Ay Yengəclərin mali vəziyyətində gözlənilməyən bir şeyi hərəkətə gətirə bilər. Həddindən artıq diqqətli olun! Yengəcin xəstəliklər evində reallaşacaq Mars – Saturn qovuşması altında 2020 Avqust ayı Yengəclərin sağlamlığı üçün kritik ay ola bilər. Eyni zamanda bu ay həyat tərziniz, fiziki görünüşünüz, vücudunuza qulluq və diyet kimi fəaliyyətlər üçün qəti tədbirlər alacağınız bir ay da ola bilər. Lakin hər şey əvvəldən ən incə detalına qədər nəzərdən keçirilməlidir. Güclü tərəfiniz yaxşı ruh halınız olacaq.
Şir (İyul 23 – Avqust 22)
Aslanın cütlər evinin idarəçisi Saturn 2019 – dan bu yana, Aslanın eşq və cinsilik evindədir. İndi 2020 Avqust ayında Saturnun yanında həm də ehtiras planeti Mars olacaq. Saturn – Mars kombinasiyası fövqəladə cinsi təcrübələrə və ya ehtiraslı eşq oyunlarına gətirib çıxaracaq, qovurucu bir erotizm ortaya çıxaracaq. Lakin, Mars və Saturn çətin və kobud planetlərdir. Buna görə sizi alovlu, lakin romantik baxımdan əskik bir ay gözləyir. Və ya daha da pisi, əgər şiddətli təcrübə aclığınızın mühakimənizi bulandırmasına icazə versəniz, çətin vəziyyətdə də qala bilərsiniz. Beləliklə diqqətli olmanız lazımdır, xüsusilə Aslanın əlaqə evində 2 Avqust 2020 – də reallaşacaq olan Bütöv Aydan sonra. Bir şey daha var : Veneranın mövqeyi əlaqələriniz və və pulunuz arasında bağ olduğunu və həddindən artıq pul xərcləməyə meylli olduğunuzu göstərəcək.
Qız (Avqust 23 – Sentyabr 22)
Qızlar üçün 2020 Avqust ayı xoşbəxt bir aydır. Qızın cütlər evinin idarəçisi Yupiter Qız bürcündə olacaq və 5 Avqustdan etibarən eşq və uyğunlaşma planeti – Venera da ona qatılacaq. Daha da gözəli, bu cütlük bütün ay boyunca Qızın idarəçisi Merkuri ilə birlikdə olacaq. Bu konfiqurasiya sizin əlaqənizin diqqətinizin mərkəzində olduğunu və yaxşı istiqamətdə əhəmiyyətli hadisələrin reallaşa biləcəyini göstərir. 2020 Avqust ayında yeni eşq başlaya bilər, ya da hisslərinizin təsdiqlənməsi, barışma, nişanlanma vs. kimi hadisələr həyatınıza rəng qata bilər. Əgər siz onsuz da bir əlaqə içindəysəniz, birlikdə həyat xoşbəxt, uzlaşma, rahatlıqla dolu və xeyir dua verilmiş kimi olacaq. Ailə və evinizlə bağlı kiçik problemlər ola bilər. Sizin şanslı ulduzlarınız (sizin bürcdə bir neçəsi var) professional həyatınızı da yaxşı istiqamətdə dəyişdirəcək.
Tərəzi (Sentyabr 23 – Oktyabr 22)
Tərəzilər Avqust 2020 boyunca əlaqələrində harmoniyanı təmin etməkdə çətinlik çəkəcəklər. Tərəzinin cütlər evinin idarəçisi Mars qəmgin, sərt və praqmatik planet olan Saturnla qovuşacaq. Beləcə romantizmə əlvida deyə bilərsiniz! Hadisələrə yaxşı tərəfindən baxmaq istəyirsinizsə, partnerinizə zaman ayırmağa çalışın, birlikdə bir şeyə nail olmaq üçün güclərinizi birləşdirin – ən yaxşı məqsəd eviniz üçün bir iş görməyə çalışmaqdır. Ciddi mövzularda sakit və ciddi müzakirələr və ya uzun vədəli ortaq strategiyalar dəstəkləniləcəkdir. Eşq planeti Venera da Tərəzilər üçün pis mövqedədir və sizə çox da kömək edə bilməyəcək. Lakin ümidsizliyə düşməyin: 30 Avqust 2020 – də Venera Tərəzi bürcünə girəcək və sonrakı ay daha xoşbəxt olacaqsınız. 2020 Avqust ayı iş mənasında Tərəzilər üçün rahat bir ay deyildir.
Əqrəb (Oktyabr 23 – Noyabr 22)
Avqust ayı eşq üçün mükəmməl bir aydır. Əqrəbin cütlər evinin idarəçisi və geniş mənada eşq planeti Venera, şanslı evdə Böyük Xeyirxah Yupiterlə və səyahət, ünsiyyət planeti Merkuri ilə görüşəcək. Eşqdə şans uzaqlardan gələ bilər və ya siz eşq üçün səyahətə çıxa bilərsiniz. Əqrəblərin əlaqələri intellektual və mədəni cazibə və eyni zamanda kollektiv fəaliyyətlər, ictimai gəzintilər vasitəsiylə dəstəkləniləcək. Dostlarınız sizi biriylə tanış edə bilər, biriylə yenidən görüşməyinizi təmin edə bilər və ya sizə eşq haqqında tövsiyə verə bilər. Əgər onsuz da bir əlaqəniz varsa, Avqust 2020 boyunca sevdiyiniz adamla istədiyiniz kimi əyləncədən zövq ala bilərsiniz. Əqrəbin karier evində Günəşin olmasıyla Avqust 2020 – də ehtiraslarınız maksimuma çatacaq, lakin eyni zamanda onlara çatmanız da mümkün görünür. Siz özünə inamlı və avtoritar olacaq, özünüzü ortaya qoyacaq və ictimai imicinizi gücləndirəcəksiniz. Venera, Yupiter və Merkuri də komanda işlərində əhəmiyyətli irəliləyişlər, dəstəkçilərin köməyi və güclü şəxslərin müdafiəsini təmin edəcək.
Oğlaq (Dekabr 22 – Yanvar 19)
5 Avqust 2020 – də eşq planeti və Oğlağın erotizm evinin idarəçisi, sizin ulduz xəritənizdəki 9 – cu evə daxil olacaq. Əlaqələrdə daha geniş bir dünyagörüşü əldə etməniz və eyni zamanda daha dərin mənalar axtarmaq lazımdır. Sizin uzaq məsafəli və ya xaricdən biriylə gizli əlaqəniz ola bilər, romantik səyahət edə bilər və ya yarı yolda sevdiyinizlə qarşılaşa bilərsiniz. Lakin siz eyni zamanda sevgilinizlə ruhi və ya mədəni təşəbbüslər ala bilər və ya intellektual yaxınlıq üzündən yeni bir əlaqəyə başlaya bilərsiniz. Avqust 2020 boyunca Oğlaqların eşq həyatı maddi dəyərlərdən müstəqil düşünülməyəcək və bu da münaqişə yarada bilər və ya əlaqənizdə narahatlıq ortaya çıxara bilər, çünki Oğlağın cütlər evinin idarəçisi Ayın önünü, Oğlağın pul evində olan Günəş kəsəcəkdir.
Dolça (Yanvar 20 – Fevral 18)
Günəşin Dolçanın cütlər evində olmasıyla Avqust 2020 – də hansı dəyərlərin prioritet daşıyacağı açıqdır. Bəli, eşq həyatı bir nömrəli prioritetiniz olacaq və sevgiliniz də bu ay yaşama səbəbiniz olacaq. Cütlər evinizdəki Günəş sizə romantik açıqlıq qazandıracaq, fəth etmə ehtiyacınızı, paylaşma və mümkün olduğu qədər birlikdə vaxt keçirmə motivinizi hərəkətə gətirəcək. Avqust 2020 – də Dolça – Aslan oxunda ortaya çıxacaq olan Bütöv Ay ‘mən – sən’ uyğunlaşmasını kəskin şəkildə vurğulayacaq, lakin eyni zamanda Dolçaların əlaqələrindəki bəzi zəif nöqtələri də önə çıxara bilər. Dolçanın cütlər evinin idarəçisi Veneranın mövqeyi sizi araşdırmağa və əks etdirməyə dəvət edəcək. Dolçanın karier evinin idarəçisi Mars keçən ay müəyyən mexanizmləri hərəkətə gətirdiyi karier evinizi 2 Avqust 2020 – də tərk edəcək. Lakin Mars yavaşlamayacaq, çünki o Dolçanın 11 – ci evinə keçəcək və sizin ənənəvi idarəçiniz Saturnla görüşəcək. Mars və Saturn qovuşması sizi motivasiya edəcək və müəyyən müvəffəqiyyətlərə imza atmanızı təmin edəcək.
Beləcə Avqust 2020 boyunca professional hədəflərinizə çatmaq üçün lazım olan bütün qaynaqlar: dəstək, qoruma, uyğun vəziyyətlər və şans – sizin tərəfinizdə olacaq. Qrup fəaliyyətləri, ortaqlıqlar və komanda işində xüsusilə müvəffəqiyyətdən zövq alacaqsınız. Avqust 2020 mali olaraq dinamik, lakin riskli olacaq. Dolçaların pul evlərindən birində Merkurinin yaxın retrograd etməyi gözlənilir. Buna görə də əhəmiyyətli qərarları Oktyabr ayına təxirə salmanız tövsiyə edilməkdədir. Avqust 2020 boyunca Dolçalar enerji və dinamizmlə dolu olacaq. Lakin eyni zamanda özünüzü yoracaq, tələsik qərarlar verəcək, üfüqü görə bilməyəcək və ifrata yönələcəksiniz. Güclərinizi bölərək və özünüzü yüksək stressə məruz buraxaraq, hədsiz şəkildə məşğul ola bilərsiniz. Siz eyni zamanda sağlamlığınıza ayıracaq vaxt olmadığını düşünməyə meylli olacaqsınız ki, bu da böyük səhvdir.
Balıqlar (Fevral 19 – Mart 20)
Eşq, xoşbəxtlik, ortaq müvəffəqiyyətlər. Balığın əlaqələr evində iki Xeyirxah, Yupiter və Venera göz qırpdığı zaman Avqust 2020 – nin görünüşü budur. Böyük romantik ehtiyaclarınız ola bilər, lakin ehtiyacınıza uyğun təkliflər də alabiləcəksiniz. Sanki kainat sizin üçün çalışırmışcasına, nəticədə şanslı vəziyyətlərlə qarşılaşacaqsınız. Lakin bu dövrün eyni zamanda sizin və yoldaşınız üçün daha dərin mənası da olacaq və ortaq yolda ikinizin də istiqamətinizi tapmanıza səbəb olacaq. Bu birlikdə xüsusi işlər görmək və daha da yaxınlaşmaq mənasına gəlməkdədir. Bəzi vəziyyətlərdə nadir də olsa fərqliliklər, uyğunlaşmazlıqlar da ortaya çıxa bilər. 2020 Avqust və Sentyabr Balıqlar üçün əlaqələr baxımından xüsusilə əhəmiyyətli aylardır, buna görə şüurlu və məsuliyyətlə yaşanmalıdır. Bu dövrdə Balığın eşq həyatı üçün ünsiyyət əhəmiyyətlidir. Mars və Saturnun Balığın karier evində olmasıyla, 2020 Avqust ayında karierinizlə əlaqədar mərhəmətsiz qərarlar verməli, ciddi addımlar atmalı, təmizlənmək və ya mövqe qazanmaq üçün döyüşməlisiniz.
Zaman tez və müdrikcəsinə, qəti hərəkət etmə zamanıdır, uzun müddətdən bəri düşündüyünüz yeni şeyləri hərəkətə gətirmə zamanıdır. 2020 Avqust ayının ilk iyirmi günündə siz həmişə Balığın iş evində olan və eyni evin idarəçisi Günəşdən kömək alacaqsınız. Müvəffəqiyyətiniz kooperasiya, digərləriylə ortaq iş görmənizə, müştərilərinizə və müxtəlif ictimai qarlılıqlı təsirlərə bağlıdır. Bu cəbhədə çox müvəffəqiyyətlisiniz, lakin Sentyabrda ortaya çıxa biləcək kömək mövzusunda bəzi şeyləri araşdırmaq və dərindən düşünmək lazım gələ bilər. Mali vəziyyətiniz strategiyalarınızı nə qədər yaxşı tətbiq etdiyinizə və professional qərarlarınıza bağlıdır. 2020 Avqust tibbi proseduralar üçün uyğun bir aydır.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.