İngilis Dilində Bürclər və Xüsusiyyətləri


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis Dilində Bürclər və Xüsusiyyətləri

Müasir dövrdə öz bürcünü və bürcünün xüsusiyyətlərini bilməyən insan nadir tapıntıdır. Yəqin ki, hər biriniz bürcləriniz haqqında çox az da olsa məlumata sahibsiniz. Elə isə, gəlin, birlikdə bürclərin ingilis dilindəki mənalarına baxaq. 

Qoç bürcü – İngiliscə mənası Aries

21 Mart – 20 Aprel tarixləri arasında dünyaya gələn insanlar qoç bürcü olur. Qoç bürcünün müsbət tərəfləri- macərasevər, qabiliyyətli, yüksək enerjili, liderlik, dürüstlük, hazırcavab olmasıdır. Mənfi xüsusiyyətləri isə eqoist, üsyankar, səbirsiz, hiddətli və ani çıxışları sevməsidir. 

Buğa bürcü – İngiliscə mənası Taurus

21 Aprel – 21 May tarixləri arasında dünyaya gələn insanlar buğa bürcü olur. Buğa bürcünün müsbət tərəfləri- etibarlı, dözümlü, qərarlı, istiqanlı və emosional olmasıdır. Mənfi xüsusiyyətləri isə tənbəl, sıxıcı, inadkar, küsəyən olmasıdır.

Əkizlər bürcü – İngiliscə mənası Gemini

22 May – 22 İyun tarixləri arasında dünyaya gələn insanlar əkizlər bürcü olur. Əkizlər bürcünün müsbət xüsusiyyətləri- tez qavrayan, məntiqli, çevik, yeniliklərə açıq olmasıdır. Mənfi xüsusiyyətləri isə dəyişkən, etibarsız, qərarsız olmasıdır.

Xərçəng bürcü – İngiliscə mənası Cancer

23 İyun – 22 İyul tarixləri arasında dünyaya gələn insanlar xərçəng bürcü olur. Xərçəng bürcünün müsbət xüsusiyyətləri- nəzakətli, həssas, mərhəmətli, xəyalpərəst, vətənpərvər, bacarıqlı olmasıdır. Mənfi xüsusiyyətləri isə həddindən artıq romantik, dəyişkən xarakterli, qısqanc, şüphəli olmasıdır.

Şir bürcü – İngiliscə mənası Leo

23 İyul – 22 Avqust tarixləri arasında dünyaya gələn insanlar şir bürcü olur. Bu bürcdən olan insanların müsbət xüsusiyyəti- səxavətli, yaradıcı, fədakar olmasıdır. Mənfi xüsusiyyətləri isə sabit fikirli, tolerantlıq göstərməyən, özündən razı olmasıdır.

Qız bürcü – İngiliscə mənası Virgo

23 Avqust – 22 Sentyabr tarixləri arasında dünyaya gələn insanlar qız bürcü olur. Qız bürcü olan insanların müsbət cəhətləri- analiz edə bilən, diqqətli, dəqiq, hazırcavab olmasıdır. Mənfi xüsusiyyətləri isə həddindən artıq təmizkar, həddindən artıq tənqidçi, hər şeyə maraqlı olmaqdır.

Tərəzi bürcü – İngiliscə mənası Libra

23 Sentyabr – 22 Oktyabr tarixləri arasında dünyaya gələn insanlar tərəzi bürcü olur. Tərəzi burcünün müsbət xüsusiyyətləri- zərif, romantik, diplomatik, incə, idealist, cazibədar, yaxşı tərəfdaş və ağıllı olmalarıdır. Mənfi tərəfləri isə qərarsız, küsəyən, tənbəl və tez təsir altına düşmələridir.

Əqrəb bürcü – İngiliscə mənası Scorpio

23 Oktyabr – 21 Noyabr tarixləri arasında dünyaya gələn insanlar əqrəb bürcü olur. Əqrəb bürcü olan şəxslərin müsbət tərəfləri- cazibəli, güclü, çalışqan, dostluğa önəm verən, qərarlı, anlayışlı, diqqətli və yüksək səviyyədə analiz etmə qabiliyyətlərinin olmasıdır. Mənfi xüsusiyyətləri isə kinli, qısqanc, küsəyən, dikbaş, eqoist, ehtiraslı olmalarıdır. 

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Oxatan bürcü – İngiliscə mənası Sagittarius

22 Noyabr – 21 Dekabr tarixləri arasında dünyaya gələn insanlar oxatan bürcündən olur. Bu bürcdən olan insanların ortaq müsbət cəhətləri- şən, açıq zehinli, fəlsəfəni sevən, azadlığı sevən, şanslı və şən olmalarıdır. Mənfi xüsusiyyətləri isə məsuliyyətsiz, şıltaq, səbirsiz olmalarıdır.

Oğlaq bürcü – İngiliscə mənası Capricorn

22 Dekabr – 21 Yanvar tarixləri arasında dünyaya gələn insanlar oğlaq bürcü olur. Oğlaq bürcünün müsbət tərəfləri- çalışqan, etibarlı, qərarlı, istəkli, səbirli, əzmli, ehtiyatlı, intizamlı, planlı olmaqdır. Mənfi tərəfləri isə dikbaş, bədbin, şüphəli, kinli olmaqdır.

Dolça bürcü – İngiliscə mənası Aquarius 

22 Yanvar – 19 Fevral tarixləri arasında dünyay gələn insanlar dolça bürcü olur. Dolça bürcünün müsbət cəhətləri- humanist, müstəqil, dostluqlara önəm verən, sadiq, vəfalı, intellektual, yeniliyə maraqlı olmaqdır. Mənfi cəhətləri isə üsyankar, mübahisə etməyi sevmələridir.

Balıqlar bürcü – İngiliscə mənası Pisces

20 Fevral – 20 Mart tarixləri arasında dünyaya gələn insanlar balıqlar bürcü olur. Bu bürcdən olan insanların müsbət cəhətləri- şəfqətli, həssas, anlayışlı, nəzakətli olmaqdır. Mənfi cəhətləri isə laqeyd, qətiyyətsiz, utancaq, küsəyən, bədbin olmaqdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.