İngilis Dilində Passive Voice Nədir?


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu yazımızda İngilis dilində istifadə edilən “Passive Voice”-dən bəhs edəcəyik. Yazı içərisində Passive Voice-n necə düzəldilməsi haqqında məlumatları tapacaq, eyni zamanda sizlərin mövzunu daha yaxşı başa düşə bilməyiniz üçün hazırladığımız çox sayda nümunələri görəcəksiniz. Bu nümunələri detallı formada incələməyiniz sizin üçün faydalı olacaqdır. Hazırsınızsa, başlayaq.

İngilis dilində aktiv və passiv olmaqla iki növ “voice” var. Active Voice-də hərəkəti icra edən məlum ikən, Passive Voice-də bu haqqda heç bir məlumat olmur. Bundan əlavə, Passive Voice hərəkəti həyata keçirən şəxs və ya obyektdən daha çox, bir hərəkəti icra edən insan və ya obyekti vurğulamaq üçün istifadə edilir. 

Nümunə:

The passive voice is used frequently. (we are interested in the passive voice, not in who uses it.)

Passive Voice tez-tez istifadə edilir. (Önəmli olan Passive Voice-i kimin istifadə etməyi yox, istifadə edilməsidir).

The house was built in 1654. (we are interested in the house, not in who built it).

Ev 1654-cü ildə tikilib. (evin tikilməsi ilə maraqlanırıq, kimin tikdiyi ilə yox).

The road is being repaired. (we are interested in the road, not in the people who are doing the repairs.)

Yol təmir olunur. (yolun təmir olunması ilə maraqlanırıq, kimin təmir etdiyi ilə yox).

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Bəzən isə hərəkətin kim tərəfindən edildiyini bilmədiyimiz zaman, ya da demək istəmədiyimiz zaman Passive Voice-dən istifadə edirik.

Nümunə:

I noticed that a window had been left open.

Pəncərənin açıq qaldığını gördüm.

Every year thousands of people are killed on our roads.

Hər il yollarımızda minlərlə insan öldürülür.

All the cookies have been eaten.

Peçenyelərin hamısı yeyilib.

My car has been stolen!

Maşınım oğurlanıb.

Passiv Voice çox vaxt rəsmi mətnlərdə istifadə olunur. Active Voice istifadə edilməsi yazını daha asan oxunmasını təmin edir. Aşağıda cümlələrin aktiv və passiv formalarının qarşılaşdırılması ilə tanış ola bilərsiniz.

Passive: A great deal of meaning is conveyed by a few well-chosen words.

Active: A few well-chosen words convey a great deal of meaning.

Passiv: Çox yaxşı seçilmiş bir neçə söz ilə çox böyük məna ifadə edilir.

Aktiv: Yaxşı seçilmiş bir neçə söz böyük anlam ifadə edər.

Passive: Our planet is wrapped in a mass of gases.

Active: A mass of gases wrap around our planet.

Passiv: Planetimiz qaz kütləsinə sarılıb.

Aktiv: Planetimizin ətrafını kütləvi qaz bürüyür.

Passive: Waste materials are disposed of in a variety of ways.

Active: The city disposes of waste materials in a variety of ways.

Passiv: Tullantı materialları müxtəlif yollarla yox edilir.

Aktiv: Şəhər tullantı materiallarını müxtəlif yollarla atır.

Həm Passiv Voice istifadə edəib, həm də hərəkəti kimin və ya nəyin yerinə yetirdiyini ifadə etmək istəyiriksə, o zaman cümlədə söz önündən istifadə edirik. Hərəkəti kimin həyata keçirdiyini bildiyimiz zaman Passive Voice yerinə Activ Voice istifadə edilməsi daha məqsədə uyğundur.

Passive: “A Hard Day’s Night” was written by the Beatles.

Active: The Beatles wrote “A Hard Day’s Night”.

Passiv: “Çətin Günün Gecəsi” Beatles tərəfindən yazılıb.

Aktiv: Beatles “Çətin Günün Gecəsi”-ni yazıb.

Passive: The movie ET was directed by Spielberg.

Active: Spielberg directed the movie ET.

Passiv: ET filminin rejissoru Spielberg idi.

Aktiv: Spielberg ET filminə rejissorluq edib.

Passive: This house was built by my father.

Active: My father built this house.

Passiv: Bu ev atam tərəfindən tikilib.

Aktiv: Atam bu evi tikib.

Nümunələrdən göründüyü kimi aktiv cümlənin tamamlığı, passiv cümlənin mübtədası olur.

İngilis dilində PASSIVE VOICE-n düzəldilmə qaydası:

İngilis dilində passive voice iki elementdən ibarət olur:

‘to be’ felinin uyğun forması + past participle

Affirmative: The house was built in 1899.

Təsdiq: Ev 1899-cu ildə tikilib.

Negative: The house wasn’t built in 1899.

İnkar: Ev 1899-cu ildə tikilməyib.

Interrogative: Was the house built in 1899?

Sual: Ev 1899-cu ildə tikilib?

Negative Interrogative: Wasn’t the house built in 1899?

İnkar-sual: Ev 1899-cu ildə tikilməyib?

Cəm halında isə;

Affirmative: These houses were built in 1899.

Təsdiq: Bu evlər 1899-cu ildə tikilib.

Negative: These houses weren’t built in 1899.

İnkar: Bu evlər 1899-cu ildə tikilməyib.

Interrogative: Were these houses built in 1899?

Sual: Bu evlər 1899-cu ildə tikilib?

Negative Interrogative: Weren’t these houses built in 1899?

İnkar-sual: Bu evlər 1899-cu ildə tikilməyib?

TO CLEAN felinin PASSIVE VOICE ilə birlikdə işlənməsi:

Subject + to be (conjugated) + past participle + rest of sentence

Simple present – İndiki zaman

The house is cleaned every day.

Ev hər gün təmizlənir.

Present continuous – İndiki davamedici zaman

The house is being cleaned at the moment.

Ev hal-hazırda təmizlənir.

Simple past – Keşmiş zaman

The house was cleaned yesterday.

Ev dünən təmizləndi.

Past continuous – Keçmiş davamedici zaman

The house was being cleaned last week.

Ev keçən həftə təmizlənirdi.

Present perfect – İndiki bitmiş zaman

The house has been cleaned since you left.

Sən ayrıldıqdan bəri ev təmizləndi.

Past perfect – Keşmiş bitmiş zaman

The house had been cleaned before they arrived.

Ev onlar gəlməzdən əvvəl təmizlənmişdi.

Future – Gələcək zaman

The house will be cleaned next week.

Ev gələn həftə təmizlənəcək.

Future continuous – Gələcək davamedici zaman

The house will be being cleaned tomorrow.

Ev sabah təmizlənəcək.

Present conditional – İndiki şərtli zaman

The house would be cleaned if they had visitors.

Onların qonaqları olsaydı ev təmizlənərdi.

Past conditional – Keçmiş şərtli zaman

The house would have been cleaned if it had been dirty.

Ev kirli olsaydı təmizlənərdi.

Infinitive – məsdər

The house must be cleaned before we arrive.

Ev biz çatmazdan əvvəl təmizlənməlidir.

PASSIVE VOICE-in məsdərlərlə birlikdə istifadəsi

Məsdər Passive Voice adətən, modal fellərdən və bir çox feldən sonra istifadə edilir. Məsələn;

You have to be tested on your English grammar.

Sən İngilis dili qrammatikasını test etdirməlisən.

John might be promoted next year.

Ola bilər ki, John gələn il irəliləsin.

She wants to be invited to the party.

O, partiyə dəvət olunmaq istəyir.

I expect to be surprised on my birthday.

Ad günümdə sürpriz gözləyirəm.

You may be disappointed.

Ola bilər ki, məyus olasan.

PASSIVE VOICE-in gerund ilə birlikdə istifadəsi

Gerundlar (-ing) adətən söz önlərindən və fellərdən sonra istifadə edilirlər.

The children are excited about being taken to the zoo.

The children are excited to be taken to the zoo.

Hər iki cümlənin mənası: Uşaqlar zooparka aparılma mövzusunda sevinclidirlər.

Most film stars hate being interviewed.

Most film stars hate to be interviewed.

Hər iki cümlənin mənası: Əksər film ulduzları müsahibələrə nifrət edir.

Cats like to be pampered.

Cats like being pampered.

Hər iki cümlənin mənası: Pişiklər əzizlənməyi sevir.

“TO BE BORN” ifadəsinin Passive Voice ilə birlikdə işlədilməsi:

“To be born” passiv formadadır və ümumən keçmiş zamanda daha çox istifadə edilir. Bəzi hallarda isə, indiki və gələcək zamanlarda da işlənə bilər. Nümunə;

I was born in 1976. – Mən 1976-cı ildə doğulmuşam.

Where were you born? – Sən harada doğulmusan?

Around 100 babies are born in this hospital every week. – Hospitalda hər həftə təxminən 100 körpə doğulur.

We don’t know on exactly which day the baby will be born. – Biz uşağın hansı gün doğulacağını dəqiq olaraq bilmirik.

Qeyd: Passiv formada bəzən “to be” – olmaq felinin əvəzinə “to get” ya da “to have” istifadə edilə bilər.

Bunlara diqqət etmək lazımdır!

Aktiv cümləni passiv cümləyə çevirərkən, əvvəlcə aktiv cümlənin tamamlığını tapmaq lazımdır. Daha sonra isə bu tamamlıq passiv cümlədə mübtəda olaraq istifadə edilməlidir. Amma tamamlığı axtararkən çox diqqətli olmaq lazımdır. Bəzi tamamlıqlar özlərindən əvvəl və ya sonra gələn sifətlərdən ayrılmır. Buna misal olaraq;

Aktiv forma: Somebody has painted the statue in the park between the stadium and the museum.

Passiv forma: Stadion ilə muzey arasında yerləşən heykəli kimsə boyayıb.

Bu cümləyə diqqətlə baxdığımız zaman tamamlığın sadəcə “the statue” olmadığını görərik. The statue in the park between the stadium and the museum” bütünlükdə tamamlıq olaraq düşünülməlidir. Buna görə də cümlənin passiv forması aşağıdakı kimi olacaqdır.

Aktiv forma: The statue in the park between the stadium and the museum has been painted.

Passiv forma: Stadion ilə muzey arasında yerləşən parkdakı heykəl boyanıb.

  • Əgər bir cümlədə iki tamamlıq varsa, o zaman indirect object-i, yəni feldən ikinci olaraq təsirlənən tamamlığı passiv cümlənin mübtədası rolunda düşünmək daha məqsədəuyğun olacaqdır.

Aktiv forma: My parent gave me book – valideynim mənə kitab verdi. 

Passiv forma: I was given a book – mənə kitab verildi. 

Buna baxmayaraq, direct object, yəni feldən birbaşa olaraq təsirlənən tamamlıq da passiv cümlənin mübtədası olaraq istifadə edilə bilər. Bu halda isə, söz önləri mövzusunda diqqətli olmaq lazımdır.

Passiv form: A book was given to me – kitab mənə verildi.

  • Söz önü ilə düzəldilmiş fellərin olduğu bir cümləni passiv cümləyə çevirərkən, söz önü  felin sonunda gəlməlidir.

           Aktiv forma: They were looking for the pet – onlar ev heyvanı axtarırdılar.

           Passiv forma: The pet was being looked for – ev heyvanı axtarılırdı.

        Aktiv forma: You should blow up the tyres before every trip – hər səyahətdən əvvəl təkərləri şişirtməlisən.

       Passiv forma: The tyes should be blown up before every trip – hər səyahətdən əvvəl təkərlər şişirdilməlidir.

  • Say, believe, think, know, find kimi fellərlə düzəldilən passiv cümlələrdə diqqətli olmaq lazımdır. Bu növ fellər istifadə edildiyi zaman, adətən cümlələr iki formada passiv vəziyyətə gətirilə bilər. Buna misal olaraq aşağıda bir neçə cümlə verilmişdir.

Aktiv forma: People say that this man is a thief – insanlar bu adamın oğru olduğunu deyir.

Passiv forma: It is said that this man is a thief – bu kişinin oğru olduğu deyilir.

Passiv forma: This man is sait to be the thief – bu kişinin oğru olduğu deyilir.

Aktiv forma: Everybody knows he was rich – Varlı olduğunu hamı bilir.

Passiv forma: It is known that he was rich – onun varlı olduğu bilinir.

Passiv forma: He is known to hve been rich – onun varlı olduğu bilinir.

Aktiv forma: They thought we were happy – Onlar xoşbəxt olduğumuzu düşünüblər.

Passiv forma: It was thought that we were happy – xoşbəxt olduğumuz düşünülüb.

Passiv forma: We were throught to have been happy – xoşbəxt olduğumuz düşünülüb

Aktiv forma: People believe he has killed his wife – xalq onun həyat yoldaşını öldürdüyünə inanır.

Passiv forma: It is believed that e has killed his wife – həyat yoldaşını öldürdüyünə inanılır.

Passiv forma: He is believed to have killed his wife – həyat yoldaşını öldürdüyünə inanılır.

  • İçində any, anybody, anything olan inkar cümlələri passiv formaya çevirərkən any-lər no-a çevrilir.

Aktiv forma: They did not bring any flowers – onlar heç gül gətirmədilər.

Passiv forma: No flowers were brought – heç gül gətirilmədi.

Aktiv forma: They haven’t arrested anybody – onlar heç kimi həbs etmədilər.

Passiv forma: Nobody has been arrested – heç kim həbs edilmədi.

Aktiv forma:  He didn’t do anything – o heç nə etmədi.

Passiv forma: Nothing was done – heç nə edilmədi.

  • Nobody və no one ilə başlayan cümlələrin passiv halı iki tipdə düzəldilir.

Aktiv forma: Nobody can lift this rock – bu qayanı heç kim qaldıra bilməz.

Passiv forma:The rock can’t be lifted (by anybody) – bu qaya heç kim tərəfindən qaldırıla bilməz.

Passiv forma: The rock can be lifted by nobody – bu qaya heç kim tərəfindən qaldırıla bilməz.

İlk cümlədə by-dan istifadə etmək vacib olmasa da, ikinci cümlədə şərtdir.

Aktiv forma: Nobody has used this computer – bu kompyuteri heç kim istifadə etməyib.

Passiv forma: This computer hasn’t been used (by anybody) – bu kompyuter heç kim tərəfindən itifadə olunmayıb.

Passiv forma: This computer has been used by nobody – bu kompyuter heç kim tərəfindən itifadə olunmayıb.

  • Who ilə başlayan və mübtədanın kim olduğunu soruşan sual cümlələrinin də passiv forması iki şəkildə düzəldilir.

Aktiv forma: Who killed the man? – kişini kim öldürdü?

Passiv forma: Who was the man killed by? – kişi kim tərəfindən öldürüldü?

Passiv forma: By whom was the man killed? – kişi kim tərəfindən öldürüldü?

Beləliklə, bu mövzumuzun da sonuna gəldik. 

Gördüyünüz kimi, bir neçə qısa qaydaları yadda saxlamaqla rahat şəkildə cümlələrin passiv formasını yarada bilərik. Ancaq hər nə qədər asan görünsə də gündəlik danışıqda cümlələrin passiv formasından istifadə etmək bizim üçün çətin gəlir. Çünki qarşılıqlı danışıq zamanı cümlə üzərində düşünməyə çox da zamanımız olmur. Elə bu səbəbdəndir ki, mövzunu hər nə qədər yaxşı bilməyimizdən asılı olmayaraq vaxt keçdikcə bildiklərimizi də unuduruq. Yaxşı olar ki, siz də öz-özlüyünüzdə aktiv formalı cümlələr quraraq, onları passiv formaya keçirəsiniz. Bu, sizin mövzunu daha yaxşı mənimsəməyinizə kömək edəcəkdir. Sonrasında isə mümkün olduqca aktiv cümlələr ilə yanaşı, passiv formalı cümlələrdən də istifadə etməyə çalışın. Bu, mövzunu unutmağınızın qarşısını alacaqdır.

Sizin üçün faydalı olduğumuzu ümid edir, zehin açıqlığı diləyirik.


Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.