İngilis Dilində Should və Shouldn’t Mövzu İzahı


ingilis dilinde should ve should not

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində ən çox istifadə olunan köməkçi fellərdən olan “should” – yəni, “-malı, – məli” bu günki bloq mövzumuz olacaq. Aktual istifadə olunan fellərdən biri olduğu üçün bunu mütləq öyrənməli və üzərində bir çox praktiklər aparmalısınız. Əslində, qrammatik qaydasına nəzər yetirdikdə olduqca asan, istifadəsi çətinlik törətməyən mövzulardan biridir. Ona görə, bu mövzunu öyrənərkən həm də öyrənməsi sizə zövq verəcəkdir, size yormayacaqdır.

Daha çox məsləhətlərdə, nəsihətlərdə istifadə olunan “should” məcburiyyət bildirən köməkçi felləri “must, have to” ilə qarışdırılır. Lakin, “should” bir şeyin edilib edilməməsi ilə bağlı tövsiyyə rolunu daşıyan mənanı verir. Əlbəttə ki, gündəlik danışıq dilimizdə də bu tərz cümlələri olduqca tez-tez istifadə etdiyimiz üçün “should” istifadə qaydasını da İngilis dilində öyrənmək mütləqdir. Beləliklə, aşağıdaki yazılara keçid ala bilər və “should” istifadə qaydalarına nəzər yetirə bilərsiniz.

İngilis Dilində Should ve Shouldn’t ilə Cümlələr

Yuxarıdaki paraqrafda da qeyd etdiyimiz kimi “should” köməkçi felinin ən çox qarışdırıldığı köməkçi feli “must”-dir. Gəlin, ikisi arasındaki fərqi anladaq ki, cümlə qurarkən hansı köməkçi feline harada istifadə edəcəyinizi müəyyənləşdirə biləsiniz.

Əvvəla, ikisinin də tərcüməsi “-malı, -məli” olaraq keçir. Lakin, İngilis dilində ikisi tamam ayrı mənaları verir. “Must” köməkçi feli qətiyyət bildirir. Yəni, bir şeyi etmək məcburiyyəti varsa, başqa çıxış yolu yoxdursa, bir qayda kimi tətbiq olunursa, bu zaman “must” istifadə olunur. “Should” köməkçi feli isə, daha çox tövsiyyələr üçün istifadə olunur. Bir hərəkətdə qətiyyət olmamalıdır, o hərəkət məsləhət naminə söylənilirsə, “should” istifadə olunmalıdır. Gəlin, nümunələrlə fərqlərə nəzər yetirək.

“Must” ilə Nümunə:

  • But you must help me. – Ancaq, sən mənə kömək etməlisən.
  • You must know that by now. – Bunu indidən bilməlisən.
  • You must tell me! – Bunu mənə deməlisən!
  • You must read this. – Sən bunu oxumalısan.
  • We must not talk during lesson. – Biz dərsdə danışmamalıyıq.
  • We must punish the villain who has caused the ruin of Moscow. – Moskvanın dağılmasına səbəb olan canini cəzalandırmalıyıq.
  • You must have a genius for charity as well as for anything else. – Hər şeydə olduğu kimi xeyriyyəçilik işində də dahi olmalısan.
  • That period when human improvement must end? – İnsan təkminlləşməsinin sona çatması gərəkən dövrdür?
  • So you must be careful not to spend these foolishly. – Beləliklə, siz bunları ağılsızca xərcləməmək üçün diqqətli olmalısınız.
  • He mustn’t be without a stepmother either! – O ögey anasız olmamalıdır!

“Should” ilə Nümunə:

  • Should he buy candy? – O, şəkər almalıdır?
  • Maybe we should go home. – Bəlkə də, biz evə getməliyik.
  • I should have been with them tonight. – Mən bu axşam onlarla olmalı idim.
  • She should wash them, but there wasn’t time. – O, onları yumalıdır, lakin, vaxt yoxdur.
  • “I should think she would be,” agreed Dorothy. – “Məncə o olacağını düşünürəm” dedi Doroti.
  • He rode silently on his small gray horse, indolent answering suggestions that they should attack. – Kiçik boz atına səssizcə mindi, hücum etməli olduğu təkliflərə laqeyd cavab verdi.
  • I should get rid of this and buy something a little more feminine. – Mən bundan yaxamı qurtarmalı və bir az daha qadınsı bir şeylər almalıyam.
  • Her father objected and said that no child of his should be deprived of his food on any account. – Atası etiraz etdi və dedi ki, heç bir uşağı heç bir hesabda yeməkdən məhrum edilməməlidir.
  • Why should we expect that to change? – Niyə bunun dəyişəcəyini gözləməliyik?
  • Why should we give up everything? – Niyə hər şeydən imtina etməliyik?

Diqqət etdinizsə, “should” və “must” olan cümlələri tərcümə etdikdə, tərcümə olaraq heç bir dəyişikliyə uğramır. Hər ikisində də “-malı, -məli” şəkilçiləri ilə tərcümə edilir. Lakin, məna cəhətdən fərqliliklər daşıyır. Belə ki, “must” ilə istifadə olunan cümlələrdə məcburiyyət və qətiyyət vardır, “should” ilə istifadə olunan cümlələrdə isə təxmin etmək, tövsiyyə vermək vardır. Yəni, “should” “must” ilə müqayisədə daha yumuşaq səslənən və daha yumuşaq məna verən köməkçi feldir.

“Should” köməkçi felini cümlədə qurmaq üçün diqqət edilməsi gərəkən müvafiq formullar mövcuddur.

  1. Bu təsdiqdə; Mübtəda + should + Xəbər + İkinci Dərəcəli Üzvlər
  2. İnkar cümlələrində; Mübtəda + should not + Xəbər + İkinci Dərəcəli Üzvlər
  3. Sual cümlələrində; Should not + Mübtəda  + Xəbər + İkinci Dərəcəli Üzvlər

İngiliscə Should ilə Nümunələr

  • He has got a toothache. He should go to dentist. – Onun dişi ağrayır. O, diş həkiminə getməlidir.
  • The weather is rainy. You should take your umbrella. – Hava yağışlıdır. Çətirini almalısan.
  • Connie should be here any minute. – Connie bir neçə dəqiqəyə burada olmalıdır.
  • I should have anticipated this. – Bunu əvvəlcədən düşünməli idim.
  • She should discuss all this with Alex. – O, Alex ilə bütün bunları müzakirə etməlidir.

İngiliscə Shouldn’t ilə Nümunələr

  • Her room is cold. She should not open windows. – Onun otağı soyuqdur. O, pencərə açmamalıdır.
  • Jack is fat. He shouldn’t eat many hamburgers. – Jack kökdür. O, çox hamburger yeməməlidir.
  • You shouldn’t be so hard on yourself. – Özünlə bu qədər sərt olmamalısan.
  • You shouldn’t go either. – Sən də getməməlisən.
  • He shouldn’t question what to do. – O, nəyi edeəcəyini soruşmamalıdır.

İngiliscə Should ilə Sual Nümunələri

  • Should she go to doctor? – O, həkimə getməlidir?
  • Should they do exercise? – Onlar, idman etməlidir?
  • Why shouldn’t I speak? – Niyə danışmayım?
  • Should you go to bed late? – Gec yatmalısan?
  • What should I do to lose weight? – Arıqlamaq üçün nə etməliyəm?

İngiliscə Should İstifadə Olunarkən Diqqət Edilməsi Gərəkənlər

Əvvəla, tövsiyyə və məcburiyyət arasındaki fərqi alamalısınız. Əgər, istifadə edəcəyiniz cümlədə hərəkətin məcburiyyəti, qətiyyəti lazımdırsa, bu zaman “should” istifadə olunmaz. Lakin, bir şeyi təxmin edirsinizsə, “böyük ehtimalla” mənasını verməyə çalışırsınızsa, məsləhət verirsinizsə və cümlədə “… etsəm yaxşı olar.” mənasını vermək istəyirsinizsə, bu zaman, “should” istifadə olunmalıdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Mövzumuzla əlaqəli olan ingilis dilinin digər fellərin istifadə qaydaları ilə bağlı ətraflı məlumat almaq istəyirsinizsə;

  1. İngilis Dilində Would, Should, Could İstifadəsi
  2. Must / Mustn’t İzahı və Nümunələr

bloq yazılarımıza ziyarət edə bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.