İngilis Dilində Təsdiq Cümlələri


ingilis dilinde tesdiq cumleleri

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində qrammatik mövzuları öyrənərkən mütləq şəkildə cümlələr üzərindən nümunələr gətiririk. Nümunələr nəqli, sual, və s. cümlələri olur. Nəqli cümlələr təsdiq və inkar olaraq iki yerə bölünür. Bu gün isə bir qrammatik mövzu üzərindən cümlə nümunələri göstərmək yerinə, nəqli təsdiq cümlələrini – yəni bir cümlə növünü İngilis dilində müxtəlif zamanlara görə anladacağıq. Təsdiq cümlələrin İngilis dilində yazılma qaydasını aşağıdakı zamanlara görə öyrənəcəksiniz:

  • Simple Present Tense (Sadə İndiki Zaman)
  • Simple Future Tense (Sadə Gələcək Zaman)
  • Simple Past Tense (Sadə Keçmiş Zaman)
  • Present Continious Tense (İndiki Davamedici Zaman)

Qeyd edək ki, bu zamanlar İngilis dilində ən çox və ən aktual istifadə olunan zamanlardır.

İngilis Dilində Təsdiq Cümlələri Necə Qurulur?

İngilis dilində ən asan cümlə quruluş növü təsdiq cümlələrə aiddir. Təsdiq cümlələr bir qrammatik mövzuda mövcud qaydaların saf halını təşkil edir. Sual, inkar cümlələrində isə bir sıra dəyişikliklər olur. Yəni, təsdiq cümlələr verilən qaydaların ən sadə halı ilə tətbiq olunanıdır. Zamanında aslı olmadan bir nümunə ilə ümumi təsdiq cümlənin quruluş qaydasını, gəlin, sizə açıqlayaq.

  • We are playing tennis. – Biz tenis oynayırıq.

Verilən cümlədə ümumi quruluşa baxsaq, deyə bilərik ki, təsdiq cümlələrində;

Mübtəda + Köməkçi Fel (zamana görə) + Xəbər + İkinci Dərəcəli Üzvlər

olduğunu deyə bilərik. İndi isə zamanlara görə cümlə təhlillərinə baxıb quruluşlarını müəyyən edək.

İngiliscə Ən Çox İstifadə Olunan Təsdiq Cümlə Nümunələri

Present Continious Tense (İndiki Davamedici Zaman)

  • I’m reading a book now. – Hal-hazırda kitab oxuyuram.
  • We are playing tennis. – Biz tenis oynayırıq.
  • She is writing a letter. – O, məktub yazır.
  • He is sleeping now. – O, indi yatır.
  • They are drinking milk. – Onlar, süd içir.

Yuxarıdaki nümunələrlə birlikdə İndiki Davamedici Zamanın təsdiq cümlələrində quruluş qaydası:

Mübtəda + Köməkçi Fel (am / is / are) + Xəbər (+ing) + İkinci Dərəcəli Üzvlər

Simple Present Tense (Geniş Zaman)

  • I do my homework everyday. – Mən hər gün ev tapşırığımı edirəm.
  • We go to the cinema every weekend. – Biz hər həftəsonu sinemaya gedirik.
  • I like to read the book. – Kitab oxumağı sevirəm.
  • They watch TV every evening. – Onlar, hər axşam televizora baxırlar.
  • He plays footbal. – O, futbol oynayır.

Yuxarıdaki nümunələrlə birlikdə Geniş Zamanın təsdiq cümlələrində quruluş qaydası:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Mübtəda + Xəbər (“to be” halı, III şəxslərdə +s) + İkinci Dərəcəli Üzvlər

Simple Past Tense (Sadə Keçmiş Zaman)

  • I studied my lesson yesterday. – Mən dünən dərs oxudum.
  • My friend lived Gabala for two years. – Dostum 2 il Qəbələdə yaşayıb.
  • She travelled a lot last month. – O, keçən ay çox səyahət etdi.
  • The rain stopped. – Yağış dayandı.
  • They listened to her carefully. – Onlar, ona diqqətlə qulaq asırdı.

Yuxarıdaki nümunələrlə birlikdə Sadə Keçmiş Zamanın təsdiq cümlələrində quruluş qaydası:

Mübtəda + Xəbər (+ed / qaydasız fel) + İkinci Dərəcəli Üzvlər

Simple Future Tense (Sadə Gələcək Zaman)

  • I will go to the cinema tomorrow. – Mən sabah sinemaya gedəcəm.
  • We will visit the museum next week. – Biz gələn həftə muzeyə ziyarət edəcəyik.
  • She will read the book. – O, kitabı oxuyacaq.
  • They will play the tennis. – Onlar, tenis oynayacaq.
  • He will come with us. – O, bizimlə gələcək.

Yuxarıdaki nümunələrlə birlikdə Sadə Gələcək Zamanın təsdiq cümlələrindəquruluş qaydası:

Mübtəda + Köməkçi Fel (will) + Xəbər + İkinci Dərəcəli Üzvlər

İngilis Dilində Təsdiq Cümlə ilə İnkar Cümlənin Fərqi

İngilis dilində təsdiq cümlələr, əlbəttə ki, ilkin olaraq, məna cəhətdən inkar cümlələri ilə fərqlənir. Digər fərqlənməsi isə quruluşudur. İnkar cümlələrin quruluşu bir sıra dəyişiklikləri özündə göstərir. İngilis Dilində İnkar Cümlələri haqqında daha ətraflı məlumat toplayıp, ikisi arasında fərqi anlamaq istəyirsinizsə, linkə klikləyə bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.