İngilis Dilində “Whose” İstifadəsi: Mövzu İzahı


ingilis dilinde whose movzu izahi

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu yazımızda cümlələrdə qrammatik mövqe daşıyan “whose” kəliməsinin mənası, istifadə olunma qaydaları ilə sizi tanış edəcəyik. “Whose”-u əvəz edən istifadə növlərinin mövcud olmasına baxmayaraq, onları da yazımızda nümunə gətirəcək və onlarla “whose” arasındaki fərqi sizə anladacağıq.

Nisbi əvəzlikləri olaraq adlandırılan, İngilis dilində tam adı “Relative Pronouns” olub, kateqoriyasına daxil olan “whose” tərcümə olaraq “kimin” qarşılığını verir. Müasir qrammatikada həm insanlar, həm də heyvanlar üçün istifadə olunur. Cümlədə verilən əsas subyektin və ya obyektin əlamətlərini ona bağlamaq məqsədilə istifadə olunan bağlayıcıdır. Subyekt / obyekt istifadə olunduqdan sonra “whose” deyilərək əlamətləri yazılır.

“Whose” ilə Bağlı Cümlələr

  • The girl whose eyes are green will come tomorrow. – Gözləri yaşıl olan qız sabah gələcək.
  • The man whose son is a doctor will come to us tomorrow. – Oğlu həkim olan adam sabah yanımıza gələcək.
  • The student whose uncle is in America received a letter from his. – Amerikada dayısı olan tələbə ondan məktub aldı.
  • I met the boy whose friend lives at Icharishahar yesterday. – Dünən İçərişəhərdə yaşayan dostumla görüşdüm.
  • The teacher whose students are very clever is very happy. – Şagirdləri çox ağıllı olan müəllim çox xoşbəxtdir.

Diqqət yetirdinizsə, cümlədə əsas sözü gedən subyekt və ya obyektin əlamətlərini, onun haqqında olan məlumatı və ya onun dəqiq kim və ya nə olduğundan bəhs edən bir ünsuru “whose” bağlayıcısı ilə bağlayırıq.

Bu tərz cümlələrin quruluşunu isə 4 şəkildə etmək mümkündür.

  1. “Gözləri yaşıl olan qız sabah gələbək.” cümləsini düşünün. Bu birinci növdür. Yəni, “whose” ilə istifadə.
  • The girl whose eyes are green will come tomorrow. – Gözləri yaşıl olan qız sabah gələcək.
  1. “Nominative Relative Pronoun” olan “who” ya da “have” sahib olmaq felini əlavə edərək yazmaq mümkündür.
  • The girl who has green eyes will come tomorrow. – Gözləri yaşıl olan qız sabah gələcək.
  1. “With” ədatı ilə istifadə oluna bilər.
  • She girl with green eyes will come tomorrow. – Yaşıl gözlü qız sabah gələcək.
  1. Bu növdə “adjective”-lərin (sifətlərin) istifadə olunmasını xatırlayın. Əlaməti bildirən kəlimənin sonuna “ed” şəkilçisi artılır. Unutmayın ki, bu növün istifadəsi sadəcə anadan gəlmə daşınılan əlamətlər üçün istifadə oluna bilər. Sonradan olunan özəlliklər üçün istifadə olunmaz. Məsələn, “sarı saçlı qız, uzun burun adam” üçün demək olar, lakin, “yaşıl ayaqqabılı uşaq, qırmızı papaqlı qız” üçün demək olmaz.
  • The green eyed girl will come tomorrow. – Yaşıl gözlü qız sabah gələcək.

4-cü növün istifadəsinə də “Adjective Clauses” (Sifət Tamlamaları) deyilir.

“Whose” və Adjective Clauses (Sifət Tamlamaları) ilə Bağlı Cümlə Nümunələri

big headed boyyekə baş adam
long legged manuzun ayaqlı adam
five roomed housebeş otaqlı ev
two doored cariki qapılı maşın
long tailed catuzun quyruqlu pişik

 

Siyahıya baxsanız, hamısı anadan gəlmə, bəri başdan o ünsurlara sahib olunan şəxsləri və ya əşyaları göstərir. Deməli, sadəcə bu tərz əlamətlər üçün “ed” istifadə edə bilərik. Bunun üçün həm “whose” ilə həm də sifət tamlaması ilə cümlə nümunələrinə baxıb fərqi ayırd edək:

  • The boy whose hair is black has gone to London. – Saçı qara olan oğlan Londona getdi.
  • The boy who has black hair has gone to London. – Saçı qara olan oğlan Londona getdi.
  • The boy with black hair has gone to London. – Qara saçlı oğlan Londona getdi.
  • The black haired boy has gone to London. – Qara saçlı oğlan Londona Getdi.

Oğlan anadan gəlmə qara saçlara sahibdir, bu onun anatomik özəlliyidir və ona görə də, cümləni 4 növlə də qurmaq mümkündür.

Lakin, gəlin, qırmızı ayaqqabılı oğlan deyək:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  • The boy whose shoes are red drank water. – Qırmızı ayaqqabısı olan oğlan su içdi.
  • The boy who has red shoes drank water. – Qırmızı ayaqqabısı olan oğlan su içdi.
  • The boy with red shoes drank water. – Qırmızı ayaqqabılı oğlan su içdi.

4-cü növü istifadə etmək mümkün deyil. Çünki, qırmızı ayaqqabı oğlanın anatomik özəlliyi deyil.

Bundan əlavə, insanlarda “whose” ilə istifadə edilərkən, əşyalarda “which” ilə istifadə olunur. Lakin, yuxarıda da qeyd etdiyimiz kimi müasir qrammatikada canlı və cansızlarda da “whose” görməyiniz mümkündür.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.