İngilis Dilində Would, Should, Could İstifadəsi


WOULD SHOULD COULD

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində “auxiliary verb” (köməkçi fel) adlanan “Should”, Would“” və “Could”un istifadəsi, əsasən İngilis dilini təzəlikcə öyrənməyə başlayanlar üçün çox çətin və keşməkeşli bir hal alır. Daha sadə izah etsək, should, would və could, İngilis dilində istifadə etdiyimiz “Shall”, “Will” və “Can”in keçmiş zaman formasıdır. Ancaq, bu üç kəlimənin istifadə yerləri bu qədər deyil. Bu üç kəlimə, İngilis dilində cümlələr içində başqa bir çox mənada və vəzifədə də istifadə edilir.

Would nədir?

Would köməkçi felini düzgün istifadə etdiyimizdən hər zaman əmin olmalıyıq. Bəzən would yerinə will istifadə etməli olduğumuz məqamlar olur. Bu səbəblə harada will, harada would istifadə etməliyik bunları bilmək lazımdır.Would hər zaman will kəliməsinin keçmişi deyil. Olduğu məqamlar var, olmadığı məqamlar var.Əsasən turizm alanında istifadə olunan would sözü xahiş və ya təklif cümləsində istifadə olunduğu zaman, like sözü də əlavə olunduğu zaman “sınız mı?”, “siniz mi?” mənasını verir. Would sözünü istifadə etdiyimiz bir digər məqam isə fərziyyə cümlələridir. Would like / would love sözlərinin hər biri  eyni vaxtda istəyirəm deməyin incə bir varyantıdır.

 

Will harada və nə vaxt istifadə edilir?

Will, gələcək zamanda istifadə olunduğu zaman cümlədə öz yerini tapar.

  •         They will have two extra meetings this afternoon. – Bugün axşam üstü əlavə iki iclasları olacaq.
  •         I will be thirty next year. – Gələn il otuz yaşında olacam.

Bədahətən, öz – özünə baş verən qərar və hadisələrdə də bu köməkçi fel`dən istifadə edirik.

  •         Somebody is ringing the bell. I’ll (I will) go and see.  – Qapı döyülür. Gedib qapıya baxacam.
  •         What will you drink? Well, I’ll have a cup of coffee. – Nə içmək istəyirsən? Qəhvə içmək istəyərəm.

Bir şəxsdən bizim üçün bir şey etməsini istəyəndə, ona gələcək ilə bağlı bir sual yönəldəndə will istifadə etmək lazımdır.

  •         Will you tell Jane that we expect her for dinner?  – Jane’ə onu süfrədə gözlədiyimizi deyəcəksən mi?
  •         Will you copy these files and print them for all the students, please? – Bu sənədlərin kopyasını çıxardaraq bütün tələbələrə paylaya bilərsən mi?

Söz verdiyimiz zaman, bir müvzuda mühakimə edərkən və ya fərziyyə fikir bildirdiyin zaman da will`dən istifadə edirik.

  •         I will always remember you. – Səni hər zaman xatırlayacam.
  •         Can’t you do this task? Don’t worry, dad will soon come and help you. – Bu işi görə bilməzsən? Narahat olma, atam yaxın zamanda gələcək və sənə kömək edəcək.
  •         Those people won’t (will not) tell you the truth. – Bu insanlar sənə doğruları danışmayacaqlar.

Will Tip 1 şərti cümlələrdə də istifadə edilir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  •         We will go fishing at the weekend if the weather is good. – Hava yaxşı olsa balıq tutmaqa gedərik.
  •         You will pass the exam if you study well. – Yaxşı hazırlaşsan imtahanı keçəcəksən.

“Would”un istifadə edildiyi digər məqamlar:

Xahiş cümlələrində istifadə oluna bilər. 

  • Would you like any tea?  –  Çay istəyirsiniz mi?
  • Would you like anything else?  –  Başka hər hansısa bir şey istəyirsiniz mi?

“Who”, “What”, “Where”, “When”, “Why” və “How” suallarını verərkən istifadə oluna bilər.

  • How would you do that?  –  Bunu necə edərdin?
  • What would you do if…  –  Əgər… olsaydı nə edərdin?
  • When would we have time to do that?  – Bunu üçün haçan vaxtımız olacaq?
  • Who would want to wait in that line? – O növbədə gözləməyi kim istəyər ki?

Fərziyyə cümlələrində istifadə oluna bilər.

  • If I had a lot of money I would like to own a farm one day.  –  Əgər, bir gün çox pulum olsa bir ferma sahibi olmaq istəyərəm.
  • I would love to buy a boat one day.  –  Bir gün bir gəmi sahibi olmaq istəyərəm.

Sual verərkən istifadə oluna bilər.

  • Would you like fries or salad?  –  Kartof qızartması mı, yoxsa salat mı yemək istəyirsiniz?
  • Would you like to join us tonight?  –  Bu axşam bizə qoşulmaq istəyərsən mi?

Should nədir?

İngilis dilində Giving advice olaraq adlandırılan cümlələr qarşımızda olan şəxsə nəsihət vermək və ya tövsiyyə vermək mənasında istifade edilir. Bu cür cümlələri İngilizs dilində Should / Shouldn’t  sözlərindən istifadə edərək qurmaq olar. Should ilə qurulan cümlələr Azerbaycanca olaraq “Məlisən, malısan” kimi bir mənaya gəlir.

Giving Advice: İngilis dilində qarşımızda olan bir şəxsə təklif və ya tövsiyyə məqsədli, Should ve Shouldn’t`dan əlavə Why don’t you……. və How about….. kimi quruluşları da istifadə edə bilərik.

Should ve shouldn’t ‘un qarşımızda olan bir şəxsə, o şəxsin ettiyi bir şeyin doğru və ya səhv olduğunu düşündüyümüz şeyləri tövsiyyə edərkən istifadə edirik.

Misal:

  • You should study very hard to get a sufficient points from your mathematics exam. – Riyaziyyat imtahanından lazım olan qiyməti almaq üçün hazırlaşmalısan.
  • You shouldn’t smoke cigarettes , it is very harmful for your health. – Siqaret çəkməməlisən. Sağlamlığın üçün çox zərərlidir.

Should – Etsən yaxşı olar  / Should – etməsən yaxşı olar mənalarında istifadə olunur.

Misal:

  • You should go to bed, you have to wake up early tomorrow.  – Yatsan yaxşı olar. Sabah, tezdən oyanmaq məcburiyyətindəsən.
  • You shouldn’t call your girlfriend so much, otherwise you will receive huge telephone bill. – Sevgilinə bu qədər çox zəng etməsən yaxşı olar. Yoxsa telefon borcun çox gələcək.

Bəzən də qarşımızda olan şəxsə, bəhsi gedən bir mövzu ilə bağlı fikrimizi bildirmək üçün istifadə edirik. Bu tərz cümlələr əsasən “ I think və ya I don’t think ”  kimi söz birləşmələri ilə başlayır.

Misal:

Fatimə dostu Aidə yə belə deyir:

  • I don’t have any boy friend. – Heç oğlan dostun yoxdur, Aidə.
  • I think you should go more out. – Məncə daha çox çölə çıxmalısan.

Və ya Aidə bu cür cavab verər:

  • I don’t think you should worry about it. – Məncə bununla bağlı narahat olmamalısan.

“Should”un istifadə edildiyi digər məqamlar:

1 – Şərti bir hadisə zamanı, yəni, olması lazım olan bir hadisə ilə bağlı bir cümlə qurarkən istifadə olunur.

John should be here by 2.00 PM.  –  John’un saat 2 radələrində burada olmağı şərtdir.

He should be bringing Jennifer with him.  –  O, özü ilə bərabər Jenifferi də gətirməlidir.

2 – Sual cümlələrində istifadə olunur.

Should we turn left at this street?  –  Bu küçədən sonra sola dönmək lazımdır?

Shouldn’t you be getting ready for work?  –  Sən iş üçün hazırlanmağa başlamalı deyilsən?

3 – Məcburiyyət bildirən, fikir və tövsiyyə verən cümlələrdə istifadə olunur.

You should stop eating fast food!  –  Fast food yeməyi tərgizməlisən!

You should go for walks more often.  –  Daha çox gəzintilərə çıxmalısan.

We should go to the park tomorrow.  –  Sabah parka getmək lazımdır.

He should go to the pharmacy first thing in the morning.  –  Sabah o hər şeydən öncə aptekə getməlidir.

Could nədir?

Could “can”ın keçmiş zaman halıdır. Bütün şəxslər üçün dəyişiklik görməmiş halı “could” olaraq istifadə edilir.

Mənfi cümlələrdə istifadə etmək üçün sonuna mənfilik bildirən “not” əlavə edilir. Qısaltması couldn’t olaraq yazılır. Bu cümlələrdə fel`in hər zaman ilk halından istifadə edilir. 

  • I could swim when I was 4 years old.  Dört yaşımda olduğum zaman mən üzə bilirdim.
  • My father couldn’t finish his work last night.  Atam dünən axşam işini bitirə bilmədi.

Keçmiş zamanda olmuş və bacarıq bildirən cümlələrdə couldbe able to birbirinin yerinə istifadə edilə bilər və aralarında hər hansısa bir fərq yoxdur.

  • I could ride a bicycle when I was six. Altı yaşım varkən velosiped sürə bilirdim.
  • Was your grandfather able to drive a car when he was young? – Baban gənc olduğu zamanlarda maşın sürə bilirdi?

Lakin, keçmişdə bir dəfəyə məxsus olmaq üzrə, çalışılaraq edilən işlərdə bacarıq ifadə etmək üçün could istifadə edilməz, be able to və ya managed to istifadə edilər. 

  • The table was very heavy. But the woman was able to lift it. – Masa çox ağır idi lakin qadın onu qaldıra bildi.
  • It was to foggy yesterday. Were you able to drive to school? – Dünən hava çox dumanlı idi. Dərsə gedə bildin mi?

Bu iki cümlədə could istifadə edilməz. Çünki bəhs edilən hadisələr keçmişdə olan əsas şeylərdən və ya bacarıqlardan bəhs etmir. Yalnızca bir dəfəyə məxsus olan və çətinliklərə baxmayaraq bunun edildiyindən bəhs olunub.

Keçmiş zamanda mənfi cümlə və suallarda olan bacarıqları ifade etməkdə couldn’t və ya weren’t/wasn’t able to istifadə olunur. Mənfi cümlələrdə əsasən olan işlər və ya bir dəfəyə məxsus olmaq üzrə edilən işlər kimi bir fərqlilik yoxdur.

  • My brother couldn’t swim when he was 10. – Qardaşım 10 yaşında olduğu zamanlar üzə bilmirdi.
  • My brother wasn’t able to swim when he was 10. – Qardaşım 10 yaşında olduğu zamanlar üzə bilmirdi.
  • Couldn’t the boy open the door this morning? – Oğlan bu səhər qapını açmadı?
  • Wasn’t the boy able to open the door this morning? – Oğlan bu səhər qapını açmadı?

Gördüyünüz kimi yukarıda olan iki cüt cümlə arasında məna olaraq her hansısa bir fərq yoxdur.

“Could”un istifadə edildiyi digər məqamlar:

1 – Ehtimal və məsləhət cümlələrində istifadə oluna bilər.

  • Whose journal is this? – It could be Nelly’s journal.  –  Bu gündəlik kimə aiddir? – Nelly’nin olma ehtimalı var.
  • Could “A” be the answer? – Its definitely not “B” or “D”.   –  Cavab “a” bəndi olabilər mi? – Bilmirəm lakin“c” və ya “d” olmadığına əminəm.

2 – Xahiş cümlələrində istifadə oluna bilər.

  • Could you please move this box?  –  Xahiş etsəm bu qutunu itələyə bilərsiniz mi?
  • Could you please pass the paper?  –  Zəhmət olmasa kağızı uzada bilərsiniz mi?

Vacib !

Could ilə verilən bir suala yenə could’la cavab versəniz, sizdən istənilən şeyi əslində edə biləcəyinizi lakin bunu etmək istmədəyinizi demiş olarsınız. Bu səbəblə əgər sizə verilən bir could sualına müsbət cavab vermək istəsəniz, bu zaman siz could yerinə can sözündən istifadə etməlisiniz.

Mənfi Misal: – Could you please move this box? – I could, but I’m really busy right now.   –  Xahiş etsəm bu qutunu itələyə bilərsiniz mi? – Bəli, lakin hal hazırda doğurdan da çox məşğulam.

Müsbət Misal: – Could you please move this box? – Sure, I can.  –  Xahiş etsəm bu qutunu itələyə bilərsiniz mi? – Əlbəttə, itələyə bilərəm.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.