İngilis dilində zamanlar


ingilis-dili-zamanlar

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Məlum məsələdir ki, İngilis dilinin ən vacib qrammatik qaydalarından biri, hətta birincisi zamanlar mövzusudur. İngilis dilində zamanları doğru şəkildə mənimsəməklə və yetəri qədər söz ehtiyatına sahib olmaqla dialoqlar qura bilər, diskussiyalarda iştirak edə bilərik. Sizlər üçün bu dəfəki mövzumuzda İngilis dilində olan bütün zaman formalarını bir araya gətirdik. “Başa düşmürəm”, “öyrənə bilmirəm” kimi bütün stereotiplərinizin üzərindən bu mövzumuzu oxuduqdan sonra xətt çəkəcəksiniz. Bu yazımızda siz tanış olacaqsınız;

  • İngilis dilində zaman qəlibləri haqqında ilkin məlumatlar
  • İngilis dilində Present Tense (indiki zaman) necə istifadə edilir?
  • İngilis dilində Present Simple Tense (indiki sadə zaman)
  • İngilis dilində Present Continuous Tense (indiki davamedici zaman)
  • İngilis dilində Present Perfect Tense (indiki bitmiş zaman)
  • İngilis dilində Past Tense (keçmiş zaman) necə istifadə edilir?
  • İngilis dilində Past Tense qəlibləri nələrdir?
  • İngilis dilində Past Simple (keçmiş sadə zaman)
  • İngilis dilində Past Continuous (keçmiş davamedici zaman)
  • İngilis dilində Past Perfect (keçmiş bitmiş zaman)
  • İngilis dilində Past Perfect Continuous (keçmiş bitmiş davamedici zaman)
  • İngilis dilində gələcək zaman necə istifadə edilir?
  • Future Tense aid cümlə nümunələri

İngilis dilində zaman qəlibləri haqqında ilkin məlumatlar

Simple Present Tense, indiki zamanda sıradan hal alan hərəkətlər, keçmiş zamanda başa çatmış və ya gələcək zamanda reallaşacaq hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Continuous Tense, tamamlanmamış və ya davam etməkdə olan hərəkətlərdən bəhs etmək üçün istifadə edilir. Perfect Tense, müəyyən bir zaman nöqtəsində bitmiş olan hərəkətlər üçün istifadə edilir. Perfect Continuous Tense, uzun müddət ərzində davamlı olaraq baş verən hərəkətlər üçün istifadə edilir.

Sadə zaman (Simple Tense) formalarının düzəldilməsi: Present Simple Tense: 1st form of Verb + s(es) Past Simple Tense: 2nd form of Verb Future Simple Tense: shall/will + 1st form of Verb

Davamedici zaman (Continuous Tense) formalarının düzəldilməsi: Present Continuous Tense: is/am/are + 1st form of Verb + ing Past Continuous Tense: was/were + 1st form of Verb + ing Future Continuous Tense: shall/will + 1st form of Verb + ing

Bitmiş zaman(Perfect Tense) formalarının düzəldilməsi: Present Perfect Tense: has/have + 3rd form of Verb Past Perfect Tense: had + 3rd form of Verb Future Perfect Tense: shall/will have + 3rd of Verb

Bitmiş davamedici zaman (Perfect Continuous Tense) formalarının düzəldilməsi: Present Perfect Continuous: has/have + been + 1st form of Verb + ing Past Perfect Continuous: had + been + 1st form of Verb + ing Future Perfect Continuous: shall/will have been + 1st form of Verb + ing

İngilis dilində Present Tense necə istifadə edilir?

Present Tense, indiki və bəzən də gələcək zaman haqqında danışarkən istifadə edilir. Present Tense-n 4 forması mövcuddur. Bunlar aşağıdakılardır; Simple present tense – indiki sadə zaman Present continuous tense – indiki davamedici zaman Present perfect tense – indiki bitmiş zaman Present perfect continuous tense – indiki bitmiş davamedici zaman

Present simple: I work – mən işləyirəm. Present continuous: I am working – mən hal-hazırda işləməkdəyəm. Present perfect: I have worked – mən işlədim. Present perfect continuous: I have been working – mən işləyirdim.

Present Tense-n müxtəlif formalarından aşağıdakı hallarda istifadə edirik:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

İndiki zaman haqqında danışarkən: London is the capital of Britain – London Britaniyanın paytaxtıdır. He works at McDonald’s – o, McDonald’s-da işləyir. He is working at McDonald’s – o, McDonald’s-da işləməkdədir. He has worked there for three months now – o, orada üç ay işləyib. He has been working there for three months now – artıq üç aydır ki, o, orada işləməkdədir.

Gələcək zaman haqqında danışarkən: The next train leaves this evening at 17.00 – Növbəti qatar bu axşam saat 17.00-da yola düşür. I’ll phone you when I get home – evə çatanda sənə zəng edəcəyəm. He is meeting Peter in town this afternoon – o, bu günortadan sonra Peter ilə şəhərdə görüşəcəkdir. I’ll come home as soon as I have finished work – işimi bitirən kimi evə gələcəyəm. You will be tired out after you have been working all night – bütün gecəni işlədikdən sonra yorulacaqsan.

Keçmiş haqqında danışarkən:

  • Nağıl danışarkən:

Well, it’s a lovely day and I’m just walking down the street when I see this funny guy walking towards me. Obviously he has been drinking, because he’s moving from side to side … Hə, çox xoş bir gündür və bu gülməli oğlanın mənə tərəf getdiyini gördüyüm zaman küçədə gəzməkdəyəm. Aydındır ki, o içki içir, çünki o, o yana, bu yana hərəkət edir …

  • Oxuduğumuz, eşitsiyimiz və ya gördüklərimizi qısaca izah edərkən:

I love Ian Rankin’s novels. He writes about this detective called Rebus. Rebus lives in Edinburgh and he’s a brilliant detective, but he’s always getting into trouble. Mən Ian Rankinin romanlarını çox sevirəm. O, Rebus adlı bu detektiv haqqında yazır. Rebus Edinburqda yaşayır və o, parlaq bir dedektivdir, amma başı həmişə problemə girir.

Present Simple Tense – indiki sadə zaman

Quruluşu V1 + s (es) şəklindədir və aşağıdakı hallarda Simple Present Tense istifadə edilir.

  • Təlimat vermək üçün
  • Cədvəllər, planlar və proqramlar üçün
  • Hər zaman doğru olan bir reallıqdan bəhs etmək üçün
  • Xəbərlər, kitablar və hekayələr danışarkən istifadə edilir
  • Düşüncələri, hissləri, fikirləri və inancları ifadə etmək üçün
  • Gündəlik olaraq rutin formasında tətbiq etdiyimiz hərəkətlər üçün
  • Gələcəkdə planlaşdırılan bir hərəkət və ya bir hadisə haqqında danışıq zamanı

Nadirən baş verən hadisələr haqqında uyğun zaman zərflərindən istifadə etməklə bu zaman formasında danışa bilərik

İndiki sadə zamanın qurulması:

Cümlədə subyektin tək forması və ya təkdə olan əvəzlik istifadə edildiyi zaman xəbər indiki sadə zamanda “-s” şəkilçisi vasitəsi ilə düzəldilir. Nümunə üçün; This person goes to the library often – Bu şəxs kitabxanaya tez-tez gedir. When does the flight to Seychelles depart from Mumbai airport? – Seyşel adalarına olan uçuş Mumbay hava limanından nə vaxt qalxır? I always wake up at 6 am – Mən həmişə səhər 6-da oyanıram. We agree with most of your plan – Biz sizin planınızın çoxu ilə razıyıq. I like chocolates – mən şokoladları sevirəm.

Present Continuous Tense – indiki davamedici zaman

Hal-hazırda davam etməkdə olan hərəkətləri izah etmək üçün bu zaman formasından istifadə edilir. Başqa sözlə, danışıq əsnasında davam etməkdə olan və hələ tamamlanmamış bir hərəkəti ifadə etməkdədir. Aşağıdakı hallarda Present Continuous Tense istifadə edilir.

  • Yuxarıda da qeyd edildiyi kimi danışıq zamanı davam etməkdə olan hərəkəti bildirmək üçün
  • Gələcək zamanda baş verməli olan hərəkət haqqında konkret zaman göstərilmədən danışıldığı zaman
  • Gələcək zamanda baş verməsi planlaşdırılan və ya düşünülən hərəkət haqqında danışıldığı zaman
  • Hərəkətin tez-tez baş verdiyini göstərmək üçün “always” kimi zaman zərfləri ilə birlikdə istifadə edilir
  • Dəyişən vəziyyətlərdə istifadə edilir

Present Continuous Tense-n qurulması:

 “to be” köməkçi felinin indiki zaman forması və felin indiki zaman forması + ing vasitəsi ilə düzəldilir. Nümunə üçün; The noise is beginning to give me a headache – Səs-küy mənə başağrısı verməyə başlayır. I am complaining to his mother about him – Mən onun haqqında anasına şikayət edirəm. Why aren’t you doing your homework, Ravi? – Niyə ev tapşırığını etmirsən, Ravi?

Present Perfect Tense – indiki bitmiş zaman

Present Perfect Tense təkrarlanan hərəkətlər üçün istifadə edilir, hansı ki, konkret zaman forması bu hərəkətlər üçün önəmli deyil və hadisə keçmişdə başlayıb, lakin hələ də bitməyib, davam etməkdədir. Bu növ hərəkətlər böyük ehtimal ki, biz onun haqqında danışdığımız dəqiqələrdə bitəcəkdir. Aşağıdakı hallarda indiki bitmiş zaman formasından istifadə edirik.

  • Keçmişdə başlayan və bu günə qədər davam edən hadisələr üçün
  • Hadisənin vaxtının hələ bitmədiyini göstərmək üçün
  • Keçmişdə və ya yaxın keçmişdə tamamlanmış olan hərəkətləri bildirmək üçün
  • “This is the first” və ya “second time” və s. kimi ifadələrlə başlayan cümlələrdə istifadə edilir.

Present Perfect Tense-n qurulması

Present Perfect Tense strukturunu qurmaq üçün ismin təkdə və ya cəmdə olmasından asılı olaraq “have” və ya “has” kimi köməkçi fellərinin Present Simple formasına ehtiyacımız var. Bu köməkçi fellər isə özündən sonra felin keçmiş zaman formasını tələb edir. Belə ki, Present Perfect zamanının formulu have/has + past participle şəklində olacaqdır. Nümunə üçün; We have known each other for a very long time – biz bir-birimizi uzun zamandır ki, tanıyırıq. There have been many contenders for this role – bu rol üçün bir çox iddiaçı var. Has there ever been a war during your lifetime? – sənin ömrün boyunca heç müharibə olubmu? I have just eaten – mən elə indicə yedim. We have had the same car for 8 years – 8 ildir ki, avtomobilimiz eynidir.

İngilis dilində Past Tense (keçmiş zaman) necə istifadə edilir?

Adından da göründüyü kimi, keçmiş zaman felləri keçmişdə meydana gələn bir hadisəni və ya hərəkəti və ya vəziyyəti bildirmək üçün istifadə edilir. Hər bir zamanın hadisənin və ya hərəkətin nə vaxt başlayıb, nə vaxt tamamlanmasından bəhs edən dörd müxtəlif yönü vardır. Beləliklə, keçmiş zaman formasının aspektləri aşağıdakılardır: Simple Past Tense – Keçmiş sadə zaman Keçmiş zamanda başlayan və bitən hərəkətlər üçün Past Simple Tense istifadə edilir. Məs, dünən kinoya baxdım. Past Continuous Tense – keçmiş davamedici zaman Keçmiş zamanda başlayan və keçmişdə müəyyən zaman müddətində davam edən hadisələri göstərmək üçün bu zaman formasından istifadə edilir. Məs, dünən kinoya baxırdım. Past Perfect Tense – keçmiş bitmiş zaman Keçmişdə baş verən hadisədən daha əvvəl baş tutan hadisə haqqında danışmaq üçün bu zaman formasından istifadə edilir. Məs, dünən sizə getdim. Getməzdən əvvəl də anama baş çəkdim. Past Perfect Continuous Tense – keçmiş bitmiş davamedici zaman Past Perfect Continuous Tense,  keçmiş zamanda başlayan və keçmişdəki hər hansı bir zaman nöqtəsinə qədər bir müddət davam edən hadisələri göstərmək üçün istifadə edilir. Məsələn, 5 il əvvəl yeni evə köçənə qədər 7 il idi ki, o evdə yaşayırdıq.

İngilis dilində Past Tense qəlibləri nələrdir?

Simple Past Tense = Subject + V2 və ya Subject + V + ed Past Continuous Tense = Subject + was/were + Verb + ing Past Perfect Tense = Subject + had + V3 Past Perfect Continuous Tense = Subject + had + been + V + ing

Past Simple Tense – keçmiş sadə zaman

Past Simple Tense, keçmişdə baş vermiş və ya mövcud olan bir şeyi göstərmək və ya təsvir etmək üçün istifadə olunur. Bu zaman formasının istifadə edildiyi situasiyalar aşağıdakılardır:

  • Tamamlanmış və konkret vaxtı məlum olmayan hadisələri açıqlamaq və təsvir etmək üçün
  • Təkrar-təkrar və daimi olaraq baş verən hadisənin necə baş verdiyini izah etmək üçün
  • Keçmişdə olan psixoloji vəziyyəti və ya keçmişdə hiss edilən hər hansı bir duyğunu izah etmək üçün
  • Keçmişdə sürətli formada ard-arda meydana gələn hadisələri izah etmək üçün

Past Simple zaman formasının felinin düzəldilməsi: Fellər qaydalı və qaydasız olmaqla iki yerə ayrılır və keçmiş zaman formaları da qaydalı və qaydasız olmasından asılı olaraq müxtəlif formalarda düzəldilir. İngilis dilində qaydalı fellərin Past Simple Tense formasını düzəltmək üçün felin sonuna “-ed” şəkilçisi əlavə edilir. Sonu “e” ilə bitən sözlər üçün isə “-d” şəkilçisi əlavə edilir. Məs, dance – danced, plan – planned. Qaydasız fellərin Past Simple Tense forması isə adından da göründüyü kimi vahid bir qaydaya tabe deyil. Bəziləri kökdən dəyişərkən (become – became, begin – begun), digərləri (put, cut, set) indiki zaman forması ilə eyni şəkildə qalır. He worked at the Cheesecake Factory – O, çizkeyk fabrikində işləyib. I often brought my lunch to school – mən naharımı tez-tez məktəbə gətirirdim.

Past Continuous Tense -keçmiş davamedici zaman

Bu zaman formasını başa düşmək üçün Azərbaycan dilindən yola çıxmalıyıq. Məsələn, “mən dünən marketə gedirdim” və ya “dünən dolu yağmırdı” kimi cümlələri İngilis dilində yazarkən Past Continuous Tense formasından istifadə edilir, qısacası, Past Continuous Tense, keçmişdə davam edən bir hadisəni göstərmək üçün istifadə olunur. Bu zaman formasının istifadə edildiyi digər hallar aşağıdakılardır;

  • Birinin bir hadisənin və ya situasiyanın ortasında olduğunu göstərmək üçün istifadə edilir. Məsələn, I was calling him when he came home – o evə gələndə mən ona zəng edirdim (onu axtarırdım).
  • Bir hərəkətin reallaşdığı zaman başqa bir hərəkətin də icra edildiyini göstərmək üçün istifadə edilir. Məsələn, While they were painting the door, I was painting the windows – onlar qapının boyayarkən, mən pəncərələri boyamaqda idim.
  • Keçmişdə baş verərkən yarım qalan bir hərəkəti bildirmək üçün istifadə edilir. Məsələn, While he was working on his laptop, he fell asleep – O, dizüstü kompyuterində işləyərkən yuxuya getdi.

Past Continuous Tense formasının düzəldilməsi: Past Continuous Tense to be felinin keçmiş zaman forması olan was/were və indiki zaman felinin sonuna –ing əlavə etməklə düzəldilir. Bu iki zaman forması birlikdə işlənərək, keçmişdə davamedici formada baş verən hərəkəti göstərmək üçün istifadə edilir.

Past Perfect Tense – keçmiş bitmiş zaman

Dialoqdakı və ya cümlədəki Past Perfect Tense bir hadisədən əvvəl baş verən bir başqa hadisədən bəhs etmək üçün istifadə edilir. Azərbaycan dilində düşünsək, “evdən çıxmazdan əvvəl telefonla danışdım” cümləsində həm evdən çıxmağım, həm də telefonla danışmağım – hər ikisi keçmişdə baş vermis hadisələrdir. Ancaq telefonla danışmağım ilk əvvəl baş verdiyi üçün İngilis dilində bu hissəni Past Perfect Tense ilə qururuq. Aşağıdakı hallarda Past Perfect Tense istifadə edilir;

  • keçmişdə baş vermiş və tamamlanmış bir hadisəni göstərir. Meenu had borrowed money from the bank to buy her new car. Meenu yeni avtomobilini almaq üçün bankdan pul götürmüşdü.
  • keçmişdə müəyyən bir vaxtdan əvvəl baş vermiş bir hadisə və ya hərəkəti təsvir etmək üçün. We had cleaned up the terrace before the watchman arrived. Mühafizəçi gəlməmişdən əvvəl terası təmizləmişdik.
  • bir fəaliyyət başlamazdan əvvəl keçmişdə baş vermiş başqa bir hərəkəti təsvir etmək üçün istifadə edilir. We had reached their house after the dinner was over. Biz yemək bitdikdən sonra onların evinə çatdıq.
  • Keçmişdə baş verən hadisəni təsvir etmək üçün istifadə edilir. Their wives had become good friends at the wedding. Onların həyat yoldaşları toyda yaxşı dost olmuşdular.
  • Bu zaman formasının ən vacib istifadə şəkli keçmişdə baş verən iki hadisədən hansının daha əvvəl reallaşdığını göstərmək üçün istifadə edilir. I had read those books that you bought for me – mənim üçün aldığınız o kitabları oxumuşdum.

Past Perfect Tense formasının qurulması The past perfect tense “have” (keçmiş zaman forması had) və s. kimi köməkçi fellərin keçmiş zaman forması və felin keçmiş zaman formasının birlikdə işlənməsi ilə düzəldilir.

Present Perfect Continuous Tense – keçmiş bitmiş davamedici zaman

Bu zaman formasının məntiqi Present Perfect Tense ilə eynidir. Həm Present Perfect Tense, həm də Present Perfect Continuous Tense yaxın keçmişdə baş verən və təsiri hələ də davam edən hadisələr üçün istifadə edilir. Present Perfect Continuous zaman formasının məqsədi hər hansı bir hadisənin müəyyən müddətdir davam etdiyini göstərmək üçün istifadə edilir. It has been raining – yağış yağırdı və ya It has been raining for 3 days – 3 gün idi ki, yağış yağırdı. Present Perfect Continuous zaman formasının istifadə halları aşağıdakılardır:

  • Keçmişdə başlayan və gələcəkdə davam edən hadisələr haqqında danışmaq üçün
  • Keçmişdə başlayan və indi sonra çatan, yəni yaxın zamanlarda tamamlanmış və ya bitmiş hadisə haqqında məlumat vermək Zaman haqqında məlumat verilmədiyi hallarda

Present Perfect Continuous Tense formasının düzəldilməsi Present Perfect Continuous Tense formasının iki hissəsi bunlardan ibarətdir: “to be” felinin Present Perfect Tense forması, yəni cümlənin subyektindən asılı olaraq ‘have been’ və ya ‘has been’ və felin indiki zaman forması + “-ing”.

Present Perfect Continuous Tense aid bəzi nümunələr; My hands are very dirty as I have been painting the walls. Divarları boyamaqda olduğum üçün mənim əllərim çox çirklidir.

They have been trying to contact her. Onlar onunla əlaqə qurmağa çalışmaqdadırlar.

I have been working for them for the last seven months. Son yeddi aydır ki, mən onlar üçün işləməkdəyəm.

İngilis dilində gələcək zaman necə istifadə edilir?

Adından da göründüyü kimi, bu zaman forması gələcəkdə edilməsi planlaşdırılan hadisələr üçün istifadə olunur. İngilis dilində gələcəyə istinad etməyin müxtəlif yolları var, bunlar aşağıdakılardır:

  • Future Progressive Tense
  • Simple Future Tense
  • Future Perfect Tense
  • Future Perfect Progressive Tense

Bu gələcək zaman formalarının hər biri ilə bağlı yazının davamında məlumat əldə edə bilərsiniz.

Keçmiş və indiki zamanlarda zamanı bildirmək üçün felləri bir-biri ilə uyğunlaşdırır və ya birləşdiririk. Ancaq gələcək zamanın zamanı müəyyən etmək üçün öz fel forması yoxdur.  Bu səbəblə də “auxiliary verbs” və “modal  auxiliary verbs” adlandırılan köməkçi fellərə ehtiyac duyulur.

Modal Auxiliary Verbs

Modal auxiliary fellər və ya modal auxiliaries gələcək zaman üçün olduqca vacibdir. Birincisi, bu fellər hər hansı bir hərəkətin reallaşma ehtimalını göstərir, ikincisi isə bu fellər olmadan gələcək zamanı qura bilmərik. Gələcək zaman üçün istifadə edilən əsas “modal auxiliary”-lər aşağıdakılardır. can, could, may, might, must, shall, should, will, would Gələcək zaman üçün adətən shall və will istifadə edilir.

Auxiliary Verbs Auxiliary verbs və ya auxiliaries bütün zaman formaları üçün vacibdir. Adlarının çətin olmasına baxmayaraq, istifadələri olduqca asandır. Onların to be, have, do olmaqla bir neçə növü vardır.

  • To be: am, are, is, be, been, being, was, were
  • Have: had, has, have, having
  • Do: do, did, does

Verbs Adətən, cümlənin feline zamana görə uyğunlaşdırmaq üçün feldə kökdən və ya şəkilçi vasitəsilə müəyyən dəyişikliklər olur. Ancaq gələcək zaman formaları üçün bu mümkün deyil. Bu səbəbdən də gələcək zamanı formalaşdırmaq üçün fellərlə birlikdə modal sözlərdən istifadə edilir ki, aşağıda nümunə olaraq modal söz və felin birlikdə necə işləndiyini görə bilərsiniz.

  • Base Verb: run, hear
  • Future Simple: will run, will hear
  • Future Continuous: will be running, will be hearing
  • Future Perfect: will have run, will have heard
  • Future Perfect Continuous: will have been running, will have been hearing

Simple Future Tense Subject + modal + Base Verb. Gələcəkdə hər hansı bir zamanda baş verəcək bir şey (bir fəaliyyət və ya hadisə kimi) danışmaq üçün və eyni zamanda bir dəfə baş verəcək bir şey haqqında danışmaq üçün sadə gələcəyi istifadə edə bilərsiniz. Bundan əlavə aşağıdakı hallarda da bu zaman formasından da istifadə edilir.

  • Haqqında dəqiq məlumatlı olduğumuz hadisələr haqqında danışmaq üçün 
  • Xəbərdarlıq etmək və ya kortəbii bir qərar vermək üçün
  • Hər hansı bir şeyin hazır olduğunu göstərmək üçün
  • Kimisə dəvət etmək və ya təklif etmək üçün istifadə edilir.

Future Continuous/Progressive Tense “will be” + [present participle] Future Continuous və ya Future Progressive Tense gələcəkdə davam etməkdə olan hadisələr haqqında bəhs etmək üçün istifadə edilir.  Bu zaman formasının felinin strukturu iki hissədən ibarətdir: “to be” felinin sadə gələcək zaman forması və  indiki zamanda olan fel + “-ing”. Future Progressive Tense, bu kimi situasiyalarda istifadə edilir: gələcək zamanda özümüzlə bağlı danışmaq, gələcəkdəki hadisələri təxmin etmək, gələcəkdəki hadisələrlə bağlı suallar, gələcək zamanda mütəmadi olaraq meydana gələn hadisələrə istinad etmək.

Future Perfect Tense “will have” + [past participle] Future Perfect Tense, yuxarıda izahı verilən iki zaman formasından daha mürəkkəbdir. Future Perfect Tense, gələcək zamanda tamamlanacaq hər hansı bir hal və hərəkəti izah etmək üçün istifadə edilir. Future Perfect Tense felinin quruluşu iki hissədən ibarətdir. “to have” felinin gələcək sadə zaman forması olan will have və əsas felin keçmiş zaman forması.

Future Perfect Progressive Tense “will have been” + [present participle] Gələcək zamanda davam edəcək və tamamlanacaq hal və hərəkətləri izah etmək üçün istifadə edilir. Gələcək zamandakı hadisənin və ya hərəkətin nə vaxt başladığını və nə qədər müddətdir davam etdiyini göstərmək üçün bu zaman formasından istifadə edilir. Adətən “since” və “for” sözlərindən istifadə edilir. Future Perfect Progressive Tense, iki hissədən ibarətdir: indiki zamanda olan əsas felin –ing ilə işlənmiş forması və köməkçi fel ‘will have been’

Future Tense aid cümlə nümunələri

Future Simple Tense Cümlə quruluşu Təsdiq: Subject + will + V1 + object İnkar: Subject + will + not + V1 + object Sual: Will + subject + V1 + object?

I will sing different kinds of songs, especially modern. Özəlliklə, müasir mahnılar olmaqla müxtəlif növdə mahnılar oxuyacağam.

It’s nice outside. I won’t drive today. I’ll walk or ride my bike. Bu gün hava gözəldir. Maşın sürməyəcəyəm. Ya gəzəcəyəm, ya da velosiped sürəcəyəm.

My boyfriend and his best friend are going to join us for dinner. Oğlan dostum və onun ən yaxın dostu axşam yeməyi üçün bizə qoşulacaqlar.

Maybe we’ll stay in and watch television tonight. Ola bilər ki, bu axşam orada qalıb televizora baxaq.

Will it be windy tomorrow morning? Sabah səhər hava küləkli olacaq?

Will your boss approve your vacation request? Müdirin sənin tətil istəyini təsdiqləyəcəkmi?

I will not attend the program because of my busy schedule. İş vaxtım çox olduğuna görə proqrama qatılmayacağam.

I will arrange all the necessary materials for the program. Proqram üçün bütün lazımi materialları hazırlayacağam.

She should pass the exam, I’m not worried. O, imtahandan keçməlidir, mən narahat deyiləm.

Your children will be the future of this country. Sənin övladların bu ölkənin gələcəyi olacaq.

Because of the train strike, the meeting won’t take place at 9 o’clock. Qatarların tətili səbəbi ilə görüş saat 9-da baş tutmayacaqdır.

You can’t carry this luggage yourself. I will help you. Bu baqajı özünüz apara bilməzsiniz. Sənə kömək edəcəyəm.

Future Progressive Tense Cümlə quruluşu: Təsdiq: Subject + will be + present participle of verb (-ing) + object İnkar: Subject + will not be   + present participle of verb (-ing) + object Sual: Will + subject + be + present participle of verb (-ing) + object?

I will be working all night in the restaurant, so please take care of the kids. Mən bütün gecəni restoranda işləyəcəyəm, xahiş edirəm uşaqların qayğısına qalın.

When the sun comes out tomorrow, winter will seem like a distant memory. Sabah günəş çıxan zaman qış uzaq bir xatirə kimi görünəcəkdir.

This time tomorrow I will be playing with my kids. Sabah bu vaxtda mən uşaqlarım ilə oynayacağam.

At the concert tomorrow, Ben will be singing while Sarah will be dancing. Sabah konsertdə Sarah rəqs edərkən Ben mahnı oxuyacaq.

I will be working hard next week while you will be relaxing on the beach. Gələn həftə sən sahildə istirahət edərkən mən çox çalışacağam.

The dogs could be barking loudly when you arrive. Sən gələn zaman itlər yüksək səslə hürməkdə ola bilərlər.

In September, we will be enjoying all the fruit we planted last March. Sentyabr ayında, keçən il Martda əkdiyimiz bütün meyvələrin dadını çıxaracağıq.

I won’t be using the computer for the next few hours. Mən bir neçə saat ərzində kompyuterdən istifadə etməyəcəm.

Will you be calling? – sən zəng edəcəksən?

Future Perfect Tense Cümlə quruluşu Təsdiq: Subject + will + have + past form of main verb + object İnkar: Subject + will + not + have + past form of main verb + object Sual: Will + subject + have + past form of main verb + object?

By September, Jenny will have taken over that role. Sentyabr ayına qədər Jenny bu rolu üzərinə götürmüş olacaq.

The rain will not have stopped before the competition starts. Yarışma başlamazdan əvvəl yağış dayanmayacaq.

You won’t have sold a single car by tomorrow if you stay here. Əgər burada qalsan, sabaha qədər heç bir maşın satmamış olacaqsan.

They will have painted the fence before I have a chance to speak to them. Onlarla danışmaq şansım olmadan onlar hasarı boyamış olacaqlar.

I hope that, when I leave this planet, I will have touched a few people in a positive way. Ümid edirəm ki, bu planeti tərk edəcəyim zaman bir neçə insana müsbət bir şəkildə toxunmuş olaram.

Jane will have traveled the world by the time she turns 30. Jane 30 yaşına çatdığı zaman dünyanı dolaşmış olacaq.

They will have lived in 10 states before they move to New York. Onlar Nyu-Yorka köçməzdən əvvəl 10 əyalətdə yaşamış olacaqlar.

He will have taken the exam already, so he won’t need to study more. O, imtahana girmiş olacaq, bu səbəbdən də daha çox oxumasına ehtiyac qalmayacaq.

Will you have gone to the concert of the realistic songs before I come? Mən gəlməmişdən əvvəl real mahnılar konsertinə getmişdinmi?

I’m afraid that he’ll not have repaired his bike by then. Qorxuram ki, o vaxta qədər velosipedini düzəldə bilməyəcək.

Future Perfect Continuous Tense

Cümlə quruluşu Təsdiq: Subject + will have been + present participle form of Verb + ing + object İnkar: Subject + will + not + have been + present participle form of Verb + ing + object Sual: Will + subject + have been + present participle form of Verb + ing + object?

He will have been driving since noon, so he will need a rest. O, günortadan bəri maşın sürəcəyi üçün dincəlməyə ehtiyacı olacaq.

They will have been living in that house for 10 years this March. Bu mart ayında 10 il olacaq ki, onlar o evdə yaşayırlar.

If it rains again tomorrow, then it will have been raining for three days. Sabah yenə yağış yağsa, üç gün boyunca yağış yağmış olacaq.

They will have been driving for ten hours by the time they arrive in Scotland. Şotlandiyaya gəldikləri zaman 10 saatdır maşın sürməkdə olacaqlar.

Jane will have been working for 12 hours, so I don’t think she will want to cook. Jane 12 saatdır maşın sürməkdə olacaq, ona görə də düşünmürəm ki, o yemək bişirmək istəyəcək.

By the time the boat arrives, they will have been living without proper food for two weeks. Qayıq gəldiyi zaman uyğun qidalar olmadan iki həftədir yaşamaqda olacaqlar.

Shops that will have been running for three or two years by then will have to close down. O vaxta qədər iki və ya üç ildir işləməkdə olan dükanlar bağlanmalı olacaqdır.

Will you have been going to the concert of the realistic songs before I come? Mən gəlməmişdən əvvəl real mahnıların konsertinə getməyə hazırlaşırdın?

He will not have been running his business since April. Aprel ayından etibarən işini davam etdirməyəcək.

Beləliklə, geniş şəkildə izahını verdiyimiz və sizin üçün faydalı olduğunu düşündüyümüz bir yazımızın daha sonuna gəldik. Əgər siz də sadəcə qrammatika ilə kifayətlənmək istəməyənlərdənsinizsə, o zaman danışıq qabiliyyətinizi inkişaf etdirə və online danışıq dərslərinə qatıla biləcəyiniz https://www.azeringilisce.com/ saytı məhz sizlər üçündür.

Düşüncələrinizi bizimlə paylaşmaqdan çəkinməyin.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.