Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!
İngilis dilində ən çox üzərində durulan mövzulardan biri də fellərdir. Fellər cümlələrin əsasını təşkil edir. Cümlələrdə istifadə olunan sözləri cümlə üzvlərinə ayırdığımızda cümlənin kökünü təşkil edən cümlə üzvünün xəbər olduğunu görmək qaçınılmazdır. Xəbər cümlənin baş üzvü olduğu üçün cümləni onsuz təsəvvür etmək mümkün deyil. Hətta, mübtədanın iştirakı olmadan sadəcə ismi xəbər istifadəsi ilə cümlə qurmaq mümkündür, lakin xəbər istifadə etmədən cümlə qurmaq imkansızdır. Xəbərləri təşkil edən və nitq hissəsi kimi onu əvəz edən fellərdir. Fellər sadə tərifi ilə hərəkət bildirir. Azərbaycan dilində olduğu kimi ingilis dilində də olduqca müxtəlif və çox sayda fellər vardır. Biz isə sizə bu fellərin gündəlik həyatda ən aktual istifadə olunanlarını bölüşəcəyik və fellər haqqında bir sıra sizə lazım olan məlumatları verəcəyik. Təqdim edəcəyimiz İngilis dilində fellərin siyahısı tərcümələri ilə birlikdə qalmayacaq, oxunuşlarını da sizlərlə paylaşaraq asanlıqla öyrənməyinizə imkan yaradacayıq. Bundan əlavə, İngilis Dilində Ən Çox İstifadə Olunan 1000 Kəlimələ və Cümlələrin Siyahısına verdiyimiz linkdən baxa bilərsiniz.
İngilis Dilində Ən Çox İstifadə Olunan Fellərin Siyahısı
İngiliscə Fellər | Oxunuşu | Tərcüməsi |
accept | ek-sept | qəbul etmək |
achieve | e-çiv | nail olmaq |
act | ekt | hərəkət etmək, davranmaq |
add | ed | əlavə etmək |
admit | ed-mit | qəbul etmək, etiraf etmək |
affect | a-fekt | təsir edir |
afford | e-ford | ödəmək |
agree | eg-ri | razılaşmaq, qoşulmaq |
aim | eym | hədəfləmək |
allow | e-lav | icazə vermək |
answer | en-sır | cavab |
appear | a-pi-ır | görünür |
apply | ep-lay | tətbiq etmək |
argue | ar-gü | mübahisə |
arrange | a-reync | təşkil etmək, redaktə etmək |
arrive | e-rayv | gəlmək, çatmaq |
ask | esk | soruşmaq, istəmək |
attack | a-tek | hücum |
avoid | e-voyd | çəkinmək |
be | bi | olmaq |
beat | biit | məğlub etmək |
become | bi-kam | olmaq, çevrilmək |
begin | bi-gin | başlamaq |
believe | bı-liv | inanmaq |
bend | bend | meyl etmək |
bet | bet | bəhsə girmək |
bid | bid | təklif vermək |
bite | bayt | dişləmək |
bleed | bı-liid | qanamaq |
blow | bı-lov | zərbə |
break | bı-rek | qırılmaq, tabe olmamaq (qayda) |
breed | bı-riid | istehsal etmək, çoxaltmaq |
bring | bı-ring | gətirmək |
build | bild | qurmaq, inkişaf etdirmək |
burn | börn | yandırmaq |
burst | börst | partlamaq |
buy | bay | almaq |
call | kol | zəng etmək |
catch | keç | tutmaq |
choose | çuuz | seçmək |
come | kam | gəlmək |
cost | kost | başa gəlir (büdcə) |
creep | kı-riip | dırmaşmaq, sürünmək |
cut | kat | kəsmək |
damage | de-mıc | zərər vurmaq |
dance | dens | rəqs etmək |
deal | di-ıl | mübarizə |
decide | di-sayd | qərar |
deliver | dı-li-vır | çatdırmaq |
demand | di-mend | dava |
deny | di-nay | inkar etmək |
depend | di-pend | asılı olmaq |
describe | dis-kı-rayb | müəyyənləşdirmək, təsvir etmək |
design | di-zayn | Dizayn etmək |
destroy | dis-tı-roy | məhv etmək |
develop | di-va-lop | inkişaf etmək |
die | day | ölmək |
dig | dig | qazmaq, eşələmək |
do | du | etmək |
draw | dı-rov | çəkmək (rəsm) |
dream | dı-riim | xəyal etmək |
drink | dı-ring | içmək |
drive | dı-rayv | (vasitə) sürmək |
eat | iit | yemək |
end | end | sona çatmaq |
enjoy | en-coy | zövq almaq |
examine | eg-za-mın | yoxlamaq |
exist | eg-zist | mövcud olmaq |
expect | eks-pekt | ümid etmək, zənn etmək |
experience | eks-pi-ri-ıns | təcrübə qazanmaq |
explain | eks-pı-leyn | izah etmək |
express | eks-pı-res | ifadə etmək |
fall | fol | düşmək |
feed | fiid | bəsləmək |
feel | fi-ıl | hiss etmək |
fight | fayt | dalaşmaq |
find | faynd | tapmaq |
fly | fı-lay | uçmaq |
fold | fold | qatlanmaq |
follow | fo-lov | təqib etmək |
force | fors | məcbur etmək |
forbid | for-bid | qadağan etmək |
forget | for-get | unutmaq |
forgive | for-giv | bağışlamaq |
freeze | fı-riiz | dondurmaq |
get | get | almaq, əldə etmək |
give | giv | vermək |
go | qo | getmək |
grow | qı-rov | böyümək |
hang | henq | aşmaq |
have | hev | var, sahib olmaq |
hear | hi-ır | eşitmək |
help | help | kömək etmək |
hide | hayd | gizlətmək |
hit | hit | vurmaq |
hold | hold | tutmaq, gözləmək |
hurt | hört | təəssüflənmək, incimək |
keep | kip | saxlamaq |
know | nov | bilmək |
lay | ley | yatmaq |
lead | liid | idarə etmək, rəhbərlik etmək |
lean | liin | əyilmək |
leave | liiv | buraxmaq |
lend | lend | borc vermək |
let | let | icazə vermək |
lie | lay | yalan danışmaq |
like | layk | bəyənmək |
live | liv | yaşamaq |
look | luk | baxmaq, |
lose | luuz | itirmək |
make | meyk | etmək |
manage | me-nıc | idarə etmək |
mark | mark | işarə etmək |
matter | me-tır | vacib olması, dəyərli olması |
may | mey | mümkün etmək |
mean | miin | demək, məna vermək |
meet | miit | görüşmək |
mention | men-şın | qeyd etmək |
mind | maynd | qayğısına qalmaq |
miss | mis | darıxmaq |
move | muv | hərəkət etmək |
need | niid | ehtiyacı olmaq |
notice | no-tis | qeyd etmək, |
obtain | ob-teyn | əldə etmək, təmin etmək |
occur | o-kür | görünür |
offer | o-fır | təklif etmək |
open | o-pın | açmaq |
order | or-dır | istiqamət vermək, |
own | ovn | mənimsəmək |
pass | pes | keçmək |
pay | pey | ödəmək |
perform | pör-form | qüvvəyə minir |
pick | pik | seçmək |
place | pı-leys | yerləşmək, sığışdırmaq |
plan | pı-len | planlaşdırmaq |
play | pı-ley | oynamaq |
put | put | qoymaq |
quit | ku-it | imtina etmək, çıxmaq |
reach | riiç | çatmaq |
read | riid | oxumaq |
realize | ri-ı-layz | dərk etmək, fərqinə varmaq |
receive | ri-siiv | almaq |
recognize | re-kıg-nayz | tanımaq |
record | ri-kord | qeyd etmək, record etmək |
reduce | re-duğs | miqdarını azaltmaq |
reflect | rif-lekt | əks etdirir |
refuse | re-füz | rədd etmək |
regard | ri-gard | saymaq |
release | rı-lis | buraxmaq |
remain | ri-meyn | qalmaq |
remember | ri-mem-bır | xatırlamaq |
remove | ri-muv | aradan qaldırmaq |
repeat | ri-piit | təkrarlamaq |
replace | ri-pı-leys | yer dəyişdirmək |
reply | rip-lay | cavab vermək |
report | ri-port | hesabat vermək |
represent | ri-pı-ri-zent | təqdim etmək |
require | ri-ku-a-yır | lazım olmaq |
rest | rest | istirahət etmək |
return | ri-törn | geri qayıtmaq |
reveal | ri-vi-ıl | öyrənmək |
ring | ring | zəng (telefon və ya zəng) |
rise | rayz | yüksəlmək |
roll | rol | rulonlamaq |
run | ran | qaçmaq |
say | sey | demək, söyləmək |
see | si | görmək |
seem | siim | görünür |
sell | sel | satmaq |
send | send | göndər |
set | set | qurmaq |
settle | se-tıl | məskunlaşmaq |
shake | şeyk | silkələmək |
shine | şayn | parlamaq |
shoe | şuu | nallamaq |
shoot | şuut | vurmaq |
show | şov | şou göstərmək |
shrink | şı-rink | azalmaq |
shut | şat | qapatmaq, bağlamaq |
sing | sing | oxumaq |
sink | sink | batmaq |
sit | sit | oturmaq |
ski | sı-ki | xizək sürmək |
slap | sı-lep | yumruqlamaq |
slay | sı-ley | qırıb-çatmaq |
slice | sı-lays | doğramaq |
slide | sı-layd | sürüşmək |
slip | sı-lip | fırlatmaq |
sleep | sı-liip | yatmaq |
speak | sı-piik | danışmaq |
spend | si-pend | sərf etmək |
spill | si-pil | tökmək |
spread | sı-pi-red | nurlandırmaq, saçmaq |
stand | sı-tend | durmaq |
start | sı-tart | başlamaq |
steal | sı-ti-ıl | oğurlamaq |
stick | sı-tik | yapışmaq |
sting | sı-ting | incidir |
stink | sı-tink | boyanma |
swear | sı-ve-ır | and içmək |
sweep | sı-viip | süpürmək |
swim | sı-vim | üzmək |
swing | sı-ving | yellənmək |
take | teyk | almaq |
talk | tolk | danışmaq |
teach | tiiç | öyrətmək |
tear | te-ır | göz yaşı |
tell | tel | demək, danışmaq, söyləmək |
think | tink | düşün |
throw | tı-rov | atmaq |
touch | ta-uç | toxunmaq |
train | tı-reyn | öyrətmək |
travel | tı-re-vıl | səyahət etmək |
treat | tı-riit | müalicə etmək, rəftar etmək |
try | tı-ray | cəhd edin |
turn | törn | qayıtmaq |
understand | an-dır-sı-tend | başa düşmək |
use | yuuz | istifadə etmək |
visit | vi-zit | ziyarət |
vote | vo-ot | səs vermək |
wait | veyt | gözləmək |
walk | volk | gəzmək |
wake | veyk | oyan |
want | vant | istəmək |
warn | vorn | xəbərdarlıq edin |
wear | ve-ır | köhnəlmək |
win | vin | qazanmaq |
wish | viş | arzulamaq |
work | vörk | işləmək |
worry | vöri | narahat |
write | rayt | yazmaq |
İngilis Dilində Fellərlə Cümlə Nümunələri
“Can, will, should, would, could, may, must” kimi dəstəkləyicilərdən sonra fellər olduğu kimi sadə halı ilə istifadə olunur.
- I can come tonight. – Bu gecə gələ bilərəm.
- I must write this down. – Bunu mütləq yazmalıyam.
- I will wear a white dress. – Ağ bir libas geyinəcəyəm.
Və yaxud Geniş Zaman dediyimiz “Simple Present Tense”-də fellər istifadə olunduqda yenə sadə halları ilə qalır.
- I work everyday. – Hər gün işləyirəm.
- I always win at Blackjack. – Blackjack-də həmişə qazanıram.
- I think about her all the time. – Hər zaman onu düşünürəm.
İngilis Dilində Fellərlə Bağlı Digər Mövzular Nələrdir?
İngilis dilindı fellər hər dild olduğu kimi bütün məqamlarda olduğu kimi yazılmır. Cümlədə istifadə qaydalarına görə ingilis dilində felləri işlədərkən müvafiq dəyişikliklər göstərə bilər. Zamana görə, cümlə növünə görə və s. kimi amillər əsasında fellər sadə halı ilə yazılmaya bilir. İndi isə bu dəyişkənliklər hansı şərtlər altında özünü göstərir, buna baxaq.
- Şəxsə Görə
İngilis dilində feli istifadə edərkən fel Geniş Zamanda şəxsən aslı olaraq dəyişkənlik göstərə bilir. “I, we, you”-da fellərin sadə halları ilə istifadə olunmasına baxmayaraq, “he, she, it”-də fellərin sonuna “s, (es, ies)” şəkilçisi əlavə olunur. Bu sadəcə nəqli cümlələr üçün keçərlidir. Sual və inkar cümlələrində “s” şəkilçisinin yerini köməkçi fel olan “do, does” əvəz edir.
Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.
- Felin Halları (I, II, III)
İngilis dilində fellərin 3 halı olur. Siyahıda verdiyimiz fellər sadə, yəni 1-ci halıdır. Onlar, geniş zamanlarda istifadə olunur. 2-ci halı isə keçmiş zamanda istifadə olunan fellərdir. 3-cü hal, Perfect Tense-lər və Passive Voice üçün idealdır. Fellər qaydalı və qaydasız olaraq iki yerə bölünür və bunu felin 3 halını da təqdim edən siyahıda görmək mümkündür. Qaydalı fellər 2-ci və 3-cü hallarında “ed” şəkilçisi əlavə edir. Qaydasız fellər isə 2-ci və 3-cü hallarda kökdən dəyişir. Yəni, qaydasız fellər 1-ci halı ilə 2-ci və 3-cü hallarını müqayisə etsəz köklü dəyişim görərsiniz. Bu da fellərin dəyişkənlik göstərən situasiyalarından biridir.
- Zaman görə
İngilis dilində fellər İndiki Davam Edici Zamanda istifadə olunarkən “ing” şəkilçisi əlavə edir. Burada cümlənin növündən aslı olmayaraq, (nəqli, sual, inkar) İndiki Davam Edici Zamanda istifadə olunan fellərin hamısına şəkilçi əlavə olunur digər qalan amillər olduğu kimi yazılır.
İngilis Dilində fellər Sadə Keçmiş Zamanda istidə olunanda əgər fel qaydalı feldirsə, sadəcə “ed” şəkilçisi əlavə edir özünə. Bu isə, sadəcə nəqli cümlə üçün keçərlidir. Sual və inkar cümlələrində qaydalı felə artırılan “ed” şəkilçisini köməkçi fel olan “did” əvəz edir.
Gələcək zamanlarda heç bir dəyişiklik göstərmir. “Will” dəstəkləyicisi ilə və sadə halı ilə istifadə olunur.
İngilis Dilində Fellərə Əlavə Olunan Şəkilçilərin Nümunələri
Yuxarıda da qeyd etdiyimiz kimi fellər müəyyən situasiyalarda dəyişkənlik göstərə bilər və bu dəyişkənlik nəticəsində fellər kökdən dəyişə bilər, ya da müvafiq şəkilçilər əlavə oluna bilər. İngilis dilində felin halları qaydalı və qaydasız olaraq iki yerə bölündüyü üçün həm “ed” şəkilçisini qəbul etmə imkanına sahibdir, həm də felləri kökdən dəyişə bilmək xüsusiyyətinə sahibdir. Gəlin, bunlarla bağlı bəzi nümunələri gözdən keçirək.
- A bouquet of flowers was presented to the chief guest. – Baş qonağa bir buket çiçək təqdim edildi.
- She accepted the job offer. – O, iş təklifini qəbul etdi.
- John visited his friend for a while and then went home. – John, bir müddətlik dostunu ziyarət etdi və daha sonra evə geri döndü.
- I’ll play this song on my guitar. – Mən bu mahnını gitarımda ifa edəcəyəm.
- The boys were dancing in the corridor. – Uşaqlar dəhlizdə rəqs edirdilər.
- The teacher reads a book to her students then asks them questions about the story. – Müəllim tələbələrə kitab oxuyur və hekayə haqqında onlara suallar verir.
- The horse trotted along the trail. – At cığır boyu gəzdi.
- Phil is playing with a ball. – Phill top ilə oynayır.
- The postman is asking for your signature. – Poçtalyon imzanızı istəyir.
- The moon revolves around the earth. – Ay yer ətrafında dövrə vurur.
Qaydasız Fellər və Nümunə Cümlələr
- be / was, were / been
- Tom was in New York yesterday. – Tom dünən Nyu York-da idi.
- I’ve been at this job for a long time. – Çoxdandır bu işdə idim.
- She’ll be at the party next weekend. – O, gələn həftəsonu yığıncaqda olacaq.
- beat / beat / beaten
- We beat the home team yesterday. – Dünən ev sahibi komandasını məğlub etdik.
- I’ve never beaten Tom at chess. – Tom-u heç vaxt şahmatda məğlub etməmişəm.
- Do you think you could beat him? – Düşünürsən ki, onu döyə bilərdin?
- become / became / become
- Jason has become an excellent doctor. – John əla həkim oldu.
- I’ll become your friend if you move here. – Əgər, bura köçsən sənin dostun olacağam.
- The situation became a problem for Bob. – Situasiya Bob üçün problemə çevrildi.
- begin / began / begun
- They haven’t begun the play yet. – Onlar, hələ oyuna başlamadılar.
- I began to work early this morning. – Bu səhər işə tez başladım.
- She’ll begin to explain in a moment. – O, bir anda açıqlamağa başladı.
- bend / bent / bent
- He bent the branch until it broke. – O, budağı qırılana qədər əydi.
- The flag pole bends in the wind. – Bayraq dirəyi küləkdə əyilir.
- I’ve bent the nail in the board. – Lövhədə dırnağımı əydim. (əzdim)
Bunlarla yanaşı, ingilis dilində fellərin hallarını daha detallı bir şəkildə öyrənib, məlumat almaq istəyirsinizsə, bloqumuzun paylaşdığı fellərin halları ilə bağlı yazılara müraciət edə bilərsiniz.
Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.