İngilis Dilində İnkar Cümlələri


ingilis dilinde inkar cumleleri

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Dilimizdə bir çox cümlə növləri mövcuddur. Nəqli, sual, və s. bu cümlə növləri istisnasız daimi şəkildə istifadə olunanlardır. Nəqli cümlələr özü təsdiq və inkar olaraq iki yerə bölünməkdədir. İngilis dilində də ana dilimizdəki kimi hər bir cümlə növünü qurarkən müvafiq qaydalara riayət edirik. Çünki, hər dilin özünəməxsus qrammatik qaydaları mövcuddur. Bu gün danışacağımız mövzu isə həyatımızda ən aktual istifadə olunan nəqli cümlə növündən olan inkar cümlələrinin İngilis dilində qrammatik quruluşudur. Gəlin, bu dəfə İngilis dilində inkar cümlələri hansı qaydalara əsasən qurulur, baxaq.

İngilis dilində ən çox istifadə olunan zamanlar;

  • Simple Present Tense (Sadə İndiki Zaman)
  • Simple Future Tense (Sadə Gələcək Zaman)
  • Simple Past Tense (Sadə Keçmiş Zaman)
  • Present Continious Tense (İndiki Davamedici Zaman)

olduğu üçün, bu zamanlar üzərindən inkar cümlələrin necə qurulduğuna nəzər yetirəcəyik. Elə isə, “screenshot” düymələrinizi və ya dəftər, qələminizi hazır tutun.

İngilis Dilində İnkar Cümlələri Necə Qurulur?

İngilis dilində inkar cümlələri təsdiq cümlələrindən fərqli olaraq bir sıra dəyişiklikləri özündə göstərir. Qrammatik mövzuda bir qaydanın saf halını təsdiq cümlələrində görə bilərik, lakin, inkar cümlələrində bir qədər artırmalar, fərqliliklər olur. Bir cümlə üzərindən nümunə gətirərək, zamanından aslı olmadan inkar cümləsinin quruluş qaydasını izah edə bilərik.

  • She didn’t like the theatre. – O, tamaşanı sevmədi.

Bu cümlə ilə yola çıxmış olsaq;

Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Mübtəda + Köməkçi Fel (zamana görə) + not + Xəbər + İkinci Dərəcəli Üzvlər

kimi ümumi quruluşa malik olduğunu demək mümkündür. Gəlin, zamanlara görə dəqiqləşdirək.

İngiliscə Ən Çox İstifadə Olunan Təsdiq Cümlə Nümunələri

Present Continious Tense (İndiki Davamedici Zaman)

  • I’m not studying at the moment. – Mən hal-hazırda dərs oxumuram.
  • My husband is not working now. – Mənim ərim hal-hazırda işləmir.
  • He isn’t speaking right now. – O, indi danışmır.
  • They are not coming here. – Onlar, bura gəlmirlər.
  • You are not talking polite right now. – Sən mədəni danışmırsan hal-hazırda.

Yuxarıdaki nümunələrlə birlikdə İndiki Davamedici Zamanın inkar cümlələrində quruluş qaydası:

Mübtəda + Köməkçi Fel (am / is / are) + “not” + Xəbər + İkinci Dərəcəli Üzvlər

Simple Present Tense (Geniş Zaman)

  • I don’t play football. – Mən futbol oynamıram.
  • She doesn’t watch TV. – O, televizora baxmır.
  • My teacher doesn’t like the noise. – Mənim müəllimim səs xoşlamaz.
  • We never eat hamburgers. – Biz heç vaxt burger yemirik.
  • You are never like the insects. – Sən böcəkləri heç vaxt sevmirsən.

Yuxarıdaki nümunələrlə birlikdə Geniş Zamanın inkar cümlələrində quruluş qaydası:

Mübtəda + Köməkçi Fel (Gizli “do”) + “not” (III şəxslərdə does+not) + Xəbər + İkinci Dərəcəli Üzvlər

Simple Past Tense (Sadə Keçmiş Zaman)

  • We didn’t do anything yesterday. – Biz dünən heç nə etmədik.
  • I didn’t clean my car last week. – Keçən həftə maşınımı yumadım.
  • She didn’t like the theatre. – O, tamaşanı sevmədi.
  • I didn’t read a lot book last year. – Mən keçən il çox kitab oxumadım.
  • He didn’t call her after all. – O, daha sonra ona zəng etmədi.

Yuxarıdaki nümunələrlə birlikdə Sadə Keçmiş Zamanın inkar cümlələrində quruluş qaydası:

Mübtəda + Köməkçi Fel (did) + “not” + Xəbər + İkinci Dərəcəli Üzvlər

Simple Future Tense (Sadə Gələcək Zaman)

  • I won’t read this book. – Mən bu kitabı oxumayacam.
  • We won’t help you. – Biz sənə kömək etməyəcəyik.
  • She won’t go to the cinema. – O, sinemaya getməyəcək.
  • They won’t watch TV. – Onlar, televizora baxmayacaqlar.
  • He won’t drive this car. – O, bu maşını sürməyəcək.

Yuxarıdaki nümunələrlə birlikdə Sadə Gələcək Zamanın inkar cümlələrində quruluş qaydası:

Mübtəda + Köməkçi Fel (will) + “not” + Xəbər + İkinci Dərəcəli Üzvlər

İngilis Dilində İnkar Cümlə ilə Təsdiq Cümlənin Fərqi

Əvvəla, İngilis dilində inkar cümlə ilə təsdiq cümlə arasında məna fərqləri mövcuddur. Quruluş cəhətdən isə inkar cümlələri təsdiq cümlələrinə nəzərən bir az daha mürəkkəblik təşkil edir. Çünki, təsdiq cümlələrin quruluşu qaydanın saf halıdır. İngilis Dilində Təsdiq Cümlələri haqqında daha ətraflı öyrənmək və aralarındaki fərqi anlamaq istəyirsinizsə, verdiyimiz linkə daxil ola bilərsiniz.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Recent Content

İngilis dilinizi təkmilləşdirin

Azərbaycanın 100% müvəffəqiyyət zəmanətli yeganə onlayn ingilis dili kursunu ödənişsiz sınaqdan keçirin.

Ad və Soyadınızı daxil edin!

Hatalı e-posta adresi girdiniz!

Yanlış telefon nömrəsi daxil etmisiniz!

Şifrəniz ən azı 4 simvoldan ibarət olmalıdır!

Zəhmət olmasa tələb olunan sahələri doldurun

Məlumat Mesajı