İngilis Dilində Ölkə Adları


ingilis dilinde olke adlari

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Ümumiyyətlə, ölkənin adlarını və o ölkədə yaşayan millətləri bilmək olduqca vacibdir. Çünki, gündəlik həyatımızda mütləq ki, ölkə adları, milliyyət adları söhbətimiz daxilində sadalanır. Ona görə də, bir ölkənin adını, paytaxtını, millətini bilmək bizə olduqcca müsbət cəhətlər qatır. Lakin, əgər, təhsil və karyera həyatınız genişlik və prestij təşkil edirsə, onları sadəcə öz dilinizdə bilmək sizə kifayət etməyəcək.

Ələlxüsus, İngilis dili dünyada qlobal avtoritarlıq qazanmış bir dildir. Siz yaxşı məqamlarda təhsil və iş sahibi olmaq istəyirsinizsə, İngilis dilini bilməyiniz mütləq və qaçınılmazdır. Çünki, əgər, İngilis dilini aktual istifadə edirsinizsə, istər normal danışıqda, istərsə də rəsmi məqamlarda mütləq ki, istifadə edəcəyiniz kəlimələr, adlar arasında yer alacaq. Çox sadə bir misalla, nə qədər önəmli olduğunu sizə izah edəcəyik; özünüzü yeni tanışdığınız birinə İngilis dilində təqdim etmək olduqca asan və ilkin mövzulardan biridir. Hər İngilis dilini öyrənməyə başlayan tələbə, ilk olaraq, özünü təqdim etməyi öyrənməkdən başlayır. Bəs, əgər, siz ölkə adlarını, o ölkənin millətini, dilini bilmirsinizsə, söhbət ərəfəsində “where are you from?”, “what is your nationality?” suallarına necə cavab verəcəksiniz? Təəssüf ki, başdan uduzmuş olacaqsınız.

Ona görə də, biz bu dəfəki bloq yazımızda sizin üçün ölkələrin adlarını, dillərini, millətlərini toplayıb sizin üçün siyahı halına gətirdik. Sizə qalan tək bir şey isə, onları mütləq şəkildə öyrənmək və nitqinizə rahatlıqla tətbiq etməkdir. Elə isə, keçid alaq.

İngiliscə Ölkə, Millət, Dil Adları

Ölkə – Millət – Dil

        United Kingdom – British – English: Böyük Britaniya, Britanyalı, İngiliscə
        Scotland – Scottish – English / Gaelic: Şotlandiya – Şotland – İngilis dili
        Northern Ireland – Irish – English:  Şimali İrlandiya – İrlandiyalı – İngilis dili
        Wales – Welsh – English: Galler – Gallerli – İngilis dili
        Denmark – Danish – Danish: Danimarka – Danimarkalı – Danimarka dili
        Finland – Finnish – Finnish: Finlandiya – Finlandiyalı – Finland dili
        Norway – Norwegian – Norwegian: Norveç – Norveçli – Norveç dili
        Sweden – Swedish – Swedish: İsveç – İsveçli – İsveç dili
        Switzerland – Swiss – German / French / Italian: İsviçrə – İsviçrəli – Almanca / Fransızca / İtalyanca
        Estonia – Estonian – Estonian: Estoniya – Estoniyalı – Estoniya dili
        Latvia – Latvian – Latvian: Latviya – Latviyalı– Latviya dili
        Lithuania – Lithuanian – Lithuanian: Litvanya – Litvanyalı – Litvanya dili
        Austria – Austrian – Austrian: Avstriya – Avstriyalı – Avstriya almancası
        Belgium – Belgian – French / Flemish: Belçika – Belçikalı – Fransızca / Flamanca
        France – French – French: Fransa – Fransız – Fransızca
        Germany – German – German: Almanya – Alman – Almanca
        Italy – Italian – Italian: İtalya – İtalyan – İtalyanca
        Netherlands – Dutch – Dutch: Hollandiya – Hollandiyalı – Flemenkcə
        United States – American – English: Amerika – Amerikalı – İngiliscə
        Canada – Canadian – English / French: Kanada – Kanadalı – İngiliscə/Fransızca
        Mexico – Mexican – Spanish: Meksika – Meksikalı – İspan dili
        Ukraine – Ukrainian – Ukrainian: Ukrayna – Ukraynalı – Ukrayna dili
        Russia – Russian – Russian: Rusiya – Rus – Rus dili
        Belarus – Belarusian – Belarusian: Belarusiya – Belarus – Belarus dili
        Poland – Polish – Polish: Poloniya – Poloniyalı – Lehcə
        Czech Republic – Czech – Czech: Çexiya – Çexiyalı – Çex dili
        Slovakia – Slovak / Slovakian – Slovakian: Slovakiya – Slovak – Slovakiya dili
        Hungary – Hungarian – Hungarian: Macarıstan – Macar – Macar dili
        Romania – Romanian – Romanian: Romaniya – Romaniyalı – Roman dili
        Bulgaria – Bulgarian – Bulgarian: Bulqariya – Bulqar – Bulgar dili
        Greece – Greek – Greek: Yunanistan – Yunan – Yunan dili
        Spain – Spanish – Spanish: İspanya – İspan – İspan dili
        Brazil – Brazilian – Portuguese: Brazilya – Brazilyalı – Portuqal dili
        Portugal – Portuguese – Portuguese: Portuqaliya – Portuqal – Portuqal dili
        Australia – Australian – English: Avstraliya – Avstraliya – İngilis dili
        New Zealand – New Zealander – English / Maori: Yeni Zenlandiya – Yeni Zenlandalı – İngiliscə / Maori dili
        Georgia – Georgian – Georgian: Gürcüstan – Gürcü – Gürcü dili
        Israel – Israeli – Hebrew: İsrail – İsrailli – İbrani dili
        Egypt – Egyptian – Arabic: Misir – Misirli – Ərəb dili
        Turkey – Turkish – Turkish: Türkiyə – Türk – Türk dili
        China – Chinese – Mandarin: Çin – Çinli – Çin dili
        Korea – Korean – Korean: Koreya – Koreyalı – Korecə
        Japan – Japanese – Japanese: Yaponya – Yapon – Yapon dili
        Azerbaijan – Azerbaijanian – Azerbaijani: Azərbaycan – Azərbaycanlı – Azərbaycan dili
        India – Indian – Hindi / English: Hindistan – Hind – Hindcə / İngiliscə
        South Africa – South African – Afrikaans: Cənubi Afrika – Cənubi Afrikalı – Afrikan dili

 

İngiliscə Millətlər və Ölkələrlə Bağlı 20 Məşhur Deyim

Qeyd: Ölkə, millət və dillərlə bağlı önyarğılı, irqçi, alçaldıcı deyimlər qəti şəkildə yol verilməzdir.

The French work to live, but the Swiss live to work.

Fransızlar yaşamaq üçün çalışırlar, amma İsveçrəlilər çalışmaq üçün yaşayırlar.

Americans are like a rich father who wishes he knew how to give his son the hardships that made him rich.

Amerikalılar, oğluna onu zəngin edən çətinlikləri necə verəcəyini bilmək istəyən bir zəngin ataya bənzəyir.

The Jews have always been students, and their greatest study is themselves. 

Yəhudilər həmişə tələbə olublar və ən böyük araşdırmaları özləri üzərinədir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Every man has two countries: his own and France.

Hər insanın iki ölkəsi var: öz və Fransa.

Our true nationality is mankind.

Əsl milliyyətimiz insanlıqdır.

The small countries of the world are as important as the big nations.

Dünyanın kiçik ölkələri böyük millətlər qədər vacibdir.

Our country is wherever we are well off.

Ölkəmiz bizim ən yaxşı olduğumuz yerdədir.

If we love our country, we should also love our countrymen.

Ölkəmizi seviriksə, həmyerlilərimizi də sevməliyik.

My fellow Americans, ask not what your country can do for you, ask what you can do for your country.

Amerikalı həmyerlilərim, ölkənizin sizin üçün nə edə biləcəyini soruşmayın, ölkəniz üçün nə edə biləcəyinizi soruşun.

I have no country to fight for; my country is the earth, and I am a citizen of the world.

Mənim üçün mübarizə aparacaq bir ölkəm yoxdur; ölkəm yerdir, və mən dünya vətəndaşıyam.

Nationality is the miracle of political independence; race is the principle of physical analogy. 

Milliyyət siyasi müstəqilliyin möcüzəsidir; irq fiziki bənzətmə prinsipidir.

A model is supposed to represent reality, and in reality, people come in all shapes, sizes, nationality, and colour.

Bir modelin reallığını təmsil edilməsi güman edilir və o reallıqda insanlar hər formada, ölçüdə, milliyyətdə və rəngdə ola bilərlər.

Love has no nationality.

Sevginin milliyyəti yoxdur.

Authors have a nationality; books do not.

Müəlliflərin milliyyəti var; kitabların isə, yox.

People can be only divided into good or bad; their race, religion, nationality don’t matter.

İnsanları yalnız yaxşı ya pisə bölmək olar; irqi, dini, milləti fərq etməz.

I have no problem being with people of different nationalities.

Fərqli millətlərdən olanlarla bir problemim yoxdur.

The fact that the union of different nationalities and denominations resulted from the liberation, this is particularly symbolic and important for our multinational country.

Müxtəlif millətlərin və məzhəblərin birliyinin azad olması nəticəsində meydana gəlməsi, çoxmillətli ölkəmiz üçün xüsusilə simvolik və əhəmiyyətlidir.

French is the language that turns dirt into romance.

Fransız dili ayıbları eşqə çevirən bir dildir.

America – a great social and economic experiment, noble in motive and far-reaching in purpose.

Amerika – böyük bir sosial və iqtisadi təcrübədir, niyyətli və məqsədinə çatan nəcibdir.

We are so bound together that no man can labor for himself alone. Each blow he strikes in his own behalf helps to mold the universe.

Biz elə bir-birimizə bağlıyıq ki, heç kim yalnız özü üçün işləyə bilməz. Hər insanın öz adından vurduğu hər zərbə kainata təsir edir.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.