İngilis Dilində Sahiblik – Possessive Pronouns Mövzu İzahı


possessive pronouns sahiblik

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dili öyrənmə prosesində hər kəsin bilməli olduğu mövzulardan biri əvəzliklərdir. Lakin, İngilis dilində əvəzliklər Azərbaycan dilinə müqayisədə bir sıra fərqliliklərə sahibdir. Azərbaycan dilində əvəzliklər dediyimizdə ağlımıza ilk növbədə işarə əvəzlikləri, şəxs əvəzlikləri kimi qruplaşmaları gəlir. İngilis dilində də əvəzlik mövzusunu əhatə edən işarə əvəzlikləri, şəxs əvəzlikləri vardır, lakin özündə bir sıra fərqliliklər göstərir. İngilis dili əvəzliklərin  qruplaşmalarına baxsaq, Azərbaycan dilinə nəzərən əlavələr, fərqliliklər görə bilərik, hansı ki, ana dilimizdə tam qrammatik qarşılığı yoxdur. Lakin, sizin ən rahat anlayacağınız yaxın mənaları ilə anladacağıq. Elə isə, dəftər və qələminiz ilə növbəti paraqraflara keçid ala bilərik, və yaxud önəmli olan qisimlərin ekran görüntüsünü almağı unutmayın.

Pronoun (Əvəzlik) Nədir? Sahiblik Əvəzlikləri ilə Əvəzliklər Arasındaki Əlaqə Nədir?

Əvvəla, İngilis dilində “Pronoun” olaraq keçən əvəzlik, bütün əsas nitq hissələrinin yerinə işlənən vəzifəyə sahibdir. Yəni, cümlədə əsas anladılanın yerinə istifadə edilməsi üçün əvəzliklərdən istifadə olunur. Bu əvəzliklər, işarə, şəxs, və sahiblik olaraq müxtəlif kateqoriyalara bölünür. Sahibliyi bildirən əvəzlikləri (Possessive Pronouns) bir növ qayıdış əvəzliklərinə bənzətmək olar.

“Possessive Pronoun”s yəni, İngilis dilində sahiblik bildirən əvəzliklər haqqında bilinməsi gərəkən ən önəmli nüans; İngilis dili əvəzliklərində “Possessive Adjectives” (Sahiblik Sifət) kateqoriyası mövcuddur. Bu quruluş ilə “Possessive Pronouns” (Sahiblik Əvəzliyi) qarışdırmamaq lazımdır. Çüki, “Possessive Adjectives”-in əksinə, “Possessive Pronouns”-dan sonra isim istifadə olunmur. Bunun təməl səbəbi isə, “Possessive Pronouns” istifadə olunan cümlədə əşyanın və ya hadisənin kimə aid olduğu bəri başdan bilinir.

İndi isə ümumi bir tabel ilə İngilis dilində mövcud olan əvəzliklərə baxaq.

Subject Pronouns

Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

(Şəxs Əvəzlik)

Object Pronouns

(Obyekt Əvəzlik)

Possessive Adjectives

(Sahiblik Sifət)

Possessive Pronouns

(Sahiblik Əvəzliyi)

I – Mən Me – məni My – mənim Mine – mənimki
You – sən You – səni Your – sənin Yours – səninki
He / she / It – O Him / her / it – onu His / her / its – onun His / hers / its – onunki
We – biz Us – bizi Our – bizim Ours – bizimki
You – siz You – sizi Your – sizin Yours – sizinki
They – onlar Them – onları Their – onların Theirs – onlarınki

 

Diqqət etdinizsə, “Possesive Adjectives” mənsubiyyətə bənzəyir. Digər bir tərəfdən, “Possessive” kateqoriyalarına yiyəlik hal şəkilçisi qəbul etmiş şəxs əvəzlikləri demək də mümkündür. Lakin, bunlar sadəcə bir bənzətmədir. Azərbaycan dili əvəzlik mövzusunda tam olaraq bu kateqoriyalara qarşılıq yoxdur. Bənzətmə ilə öyrənməyiniz isə, işinizi asanlaşdıracaqdır.

Daha yaxşı anlamağınız üçün hər bir bölümün üzərindən keçməkdən fayda var.

Subject Pronouns (Subyekt Əvəzlik) – Şəxs Əvəzlikəri

Tərcümə olaraq “Subyekt Əvəzliklər” kimi keçsə də, Azərbaycan dilində tam qarşılığı şəxs əvəzliklərdir. Burada müəmmalı qalacaq və ya ana dilimizdən fərqlənəcək bir məqam yoxdur. Sadəcə onu qeyd etmək lazımdır ki, təməl əvəzliklər olaraq keçir və digər əvəzliklərin kökü sayılır. Daha aydın başa düşülməsi üçün bir neçə nümunəni göz ardı etməyəcəyik;

  • We gave them a head start in the race. – Biz onlara yarış üçün başlanğıc verdik.
  • You told Jerry that his score was among the best; that made him feel better. – Sən Jerrynin xalının ən yaxşılar arasında olduğunu söylədin; bu onu daha yaxşı hiss edirdi.
  • She lost weight by cutting out junk food. – O, zərərli yeməkləri kəsərək arıqladı.

Object Pronouns (Obyekt Əvəzliklər)

Ad qismində tam olaraq qarşılığı olmasa da, tabeldə bu əvəzliklərin təsirlik hal şəkilçisini qəbul etdiyini söyləyə bilərik. Bəzi cümlələri tərcümə edərkən yönlük hal şəkilçiləri ilə də qarşılaşmağımız mümkün ola bilər. Bir neçə nümunə ilə;

  • Bob took her to work Monday. – Bob onu bazar ertəsi işə apardı.
  • Will you please tell them to come in? – Zəhmət olmasa, onlara içəri girmələrini deyə bilərsən?
  • He told you a lie about where he was Saturday. – O, şənbə günü harada olduğu ilə bağlı sənə yalan danışdı.

Possessive Adjectives (Sahiblik Sifət) – Mənsubiyyət

Bu qismə nəzər yetirdiyimizdə, Azərbaycan dilində tam qarşılığının mənsubiyyət olduğunu görə bilərik. Mənsubiyyət kimi sahibliyi bildirir və cümlərə işlədilərkən mütləq mənsubiyyətdən sonra isim yazılmalıdır. Yəni, aid olduğu şey bildirilməlidir. Nümunə ilə anladaq;

  • My computer is not working as fast as it worked in the beginning. – Mənim kompüterim əvvəlki kimi sürətli işləmir.
  • Our father told us not to quarrel with anyone. – Bizim atamız bizə dedi ki, heç kimlə mübahisə etməyək.
  • Your cycle has been stolen yesterday. – Dünən velosipediniz oğurlandı.
  • Your child is not doing well in school. – Sizin uşağınız məktəbdə yaxşı deyil.
  • We are concerned about his performance. – Biz onun çıxışından narahatıq.

Possessive Pronouns (Sahiblik Əvəzliyi)

“Possessive Pronouns” sahibkarlığı bildirən əvəzliklərdən biridir. Azərbaycan dilində qarşılığı qayıdış əvəzliyi ola bilər. Bu kateqoriyada əsas diqqət edilməsi gərəkən ünsur, bunları istifadə edərkən “Possessive Adjectives”-dən fərqli olaraq, istifadəsindən sonra isim tələb etmir. Aid olunan şey əvəzliyin özündən sonra isim olaraq istifadə edilməz. Aid olunan şey mübtəda rolunda çıxış edirsə, bu zaman yenə “Possessive Pronouns” istifadə olunar. Dediyimiz kimi hər bir əvəzliyin kökü “Subject Pronouns”-dan gəlir. Ayrı bir tabeldə “Possessive Pronouns”-u göstərmiş olsaq;

Subject Pronouns

(Şəxs Əvəzlik)

Possessive Pronouns

(Sahiblik Əvəzliyi)

Azərbaycan Dilində Tərcüməsi
I Mine Mənimki
You Yours Səninki
He / she / It His / hers / its onunki
We Ours bizimki
You Yours sizinki
They Theirs Onlarınki

 

Possessive Pronouns (Sahiblik Əvəzliyi) ilə Cümlə Nümunələri

  • Is this pen mine or yours? – Bu qələm səninkidir, ya mənimki?
  • I didn’t have an umbrella. Sue gave me hers. – Mənim çətirim yox idi. Sue özünkünü verdi.
  • It is our problem. Not theirs. – Bu sənin problemindir. Onlarınki deyil.
  • The kids are yours and mine. – Uşaqlar sənin və mənimdir.
  • The house is theirs and its paint is flaking. – Ev onlarındır və boyası qabarıqlıdır.
  • The money was really theirs for the taking. – Pul götürmək üçün həqiqətən onlarınki idi.
  • We shall finally have what is rightfully ours. – Nəhayət, həqiqətən bizimkini əldə edəcəyik.
  • Their mother gets along well with yours. – Onların anası səninki ilə yaxşı yola gedir.
  • What’s mine is yours, my friend. – Mənim olan, sənindir, dostum.
  • The dog is mine. – İt mənimdir.

Qeyd: Bəzi cümlələri Azərbaycan dilinə tərcümə edərkən əvəzlikləri tabeldə yazıldığı kimi istifadə etmirik. “Ki” şəkilçisini istifadə etmədən də sadəcə “mənim, sənin, onun və s.” deməklə kifayətlənmək olur.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Recent Content

ingilis dilinizi təkmilləşdirin

100% müvəffəqiyyət zəmanəti ilə Azərbaycanın yeganə onlayn ingilis dili kursunu pulsuz sınaqdan keçirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Məlumat Mesajı