İngilis Dilini Öyrənməyə Kömək Edən Filmlər


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilini öyrənməyin ən gözəl və əyləncəli metodlarından biri, bəlkə də birincisi film izləməkdir. Dil öyrənmə prosesində dörd əsas “skills” (qabiliyyət, bacarıq)-dan biri olan qulaq asma bacarığı film izləmə yolu ilə inkişaf etdirilə, mükəmməlləşdirilə bilər. İzləyicilər film izləyərək, gündəlik dili də öyrənmiş olurlar ki, bu da real həyatda ünsiyyət zamanı özlərini daha rahat hiss etmələrinə səbəb olur. Bundan əlavə, sözlərin tələffüzlərini düzgün formada eşidib öyrənir və cümlə strukturlarını fərqində olmadan qavrayırlar.

Əgər siz də film izləməyi sevənlərdənsinizsə, bu yazımız məhz sizin üçündür. Elə isə, yaxınlaşın.

Jurassic Park 

Bu filmi demək olar ki, hamı izləyib, izləməyən qalmayıb. Əgər izləməmisinizsə, mütləq izləyin. Bir az qarışıq olan bəzi elmi sözləri əyləncəli formada öyrənmək istəyirsinizsə, bu film şiddətlə tövsiyə edilir. 

Notting Hill 

Tez-tez qarşılaşdığımız fikrimizi qarışdıran suallardan biri də İngilis dilinin hansı versiyasını öyrənmək ilə bağlıdır. İngilis aksentimi, yoxsa Amerikan aksentimi? Əgər siz də bu sual qarşısında qərarsız qalanlardansınızsa, bu filmin hər iki aksenti möhtəşəm romantik komediya janrında izləyiciyə təqdim etdiyini bilim. Film Londonda baş verir, filmin sonu isə insanın daxilində gözəl hisslər oyadır.

The King’s Speech 

Adından da göründüyü kimi film bir kralın nitqi ilə bağlıdır. Kral George’un danışıq terapevti ilə arasındakı dialoqlar həm gülməli, həm də olduqca öyrədicidir. Kral nitqi üzərində çalışarkən, filmin izləyiciləri də bir çox sözün tələffüzünü ən doğru şəkildə öyrənə bilirlər. Hətta istəsəniz, filmi saxlayıb kral ilə birlikdə siz də sözləri tələffüz edə bilərsiniz. Həm gülməli, həm də öyrədici tərəfləri ilə seçilən bu film İngilis dilində dinləmə və anlama bacarıqlarını inkişaf etdirmək istəyənlər üçün mütləq şəkildə vacibdir.

Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

The Queen 

Kral mövzusu ilə davam edək. İngiltərə Kral Ailəsinin şahzadə Diananın ölümünə verdiyi reaksiyanı mövzu olaraq seçən bu filmi izləsəniz cidd şəkildə qorunmuş İngilis aksentini öyrənə bilərsiniz. Dram və bahalı dekorlarla dolu olan bu filmdə kraliça rolunda Helen Mirren çəkilib və çox gözəl aksent istifadə edilib. İngilis aksenti ilə maraqlananlar izləməli olduqları filmlər siyahısına əlavə edə bilərlər. Bundan əlavə, dialoqlar əksər yerlərdə olduqca yavaş baş verir ki, bu da danışıqları anlamağı asanlaşdırır. Bu film sizə həm ingilis dili yönü ilə, həm də tarixi yöndən dünya görüşünüzü inkişaf etdirməsi yönü ilə kömək edəcək.

Due Date

Film, qısa müddət ərzində övladını dünyaya gətirməyə hazırlaşan həyat yoldaşının yanına getməyə çalışan Peter Highmanın başına gələn hadisələrdən bəhs edir. Bu filmdə Peterin yaşadığı situasiyaları izləyərək İngilis dilinizi də təkmilləşdirə bilərsiniz. Filmdə ümumi danışıq dilinin olduqca sadə, axıcı olması, xüsusən də İngilis dilini yeni öyrənməyə başlayan şəxslərin dialoqları izləyə bilməsinə şərait yaradır. Gündəlik danışıq dilinin yer aldığı bu film ilə əylənərək İngiliscə ünsiyyət prosesində istifadə edilən sözləri və sadə terminləri öyrənə bilərsiniz.

Police Academy 

Bu film komediya janrında axtardığınız hər şeyi tapa biləcəyiniz, eyni zamanda da İngilis dilinizi inkişaf etdirəcək filmdir. Bu filmdə Polis Akademiyasında təhsil alan tələbələr ilə şefləri arasında olan macəralar size güldürəcək. Bu filmi bir neçə dəfə original dilində və diqqətlə izləməyə cəhd göstərin. Filmdə daha çox gündəlik dil istifadə edildiyi üçün həm danışıq bacarıqlarınızı, həm də söz ehtiyatınızı artırmağa kömək edəcək. Bundan əlavə, filmdə istifadə edilən sözlər və cümlə strukturları İngilis dilini orta səviyyədə bilməyənlərin və yeni başlayanların belə başa düşə biləcəkləri formadadır. 

Yes Man

Evdən çölə çıxmayan, həyat yoldaşından ayrılmış və özünü bədbəxt hiss edən Carl (Jim Carrey) terapevtik seansdan çıxdıqdan sonra bir proqrama qatılır və “Hər şeyə hə de” prinsipi ilə davranmağa başlayır. Getdikcə həyatı bambaşqa bir vəziyyət alır. Başından sonuna qədər hər bir səhnəsini gülərək izləyəcəyiniz bu film, çətin olan dil öyrənmə prosesinizi asanlaşdıracaq. Eyni zamanda filmin danışıq dili və dialoqları ilə ingilis aksentinizi inkişaf etdirəcək və bu sayədə sürətli danışıqları izləyə, başa düşə biləcəksiniz.

Men In Black 

Men in Black filmində İngilis dili rahat şəkildə başa düşülən və eyni zamanda da bir-biri ilə əlaqə qurula biləcək formada istifadə edilib. Filmdə sadəcə rahat başa düşülən deyil, həm də havalı bir dildən istifadə edilib ☺

Black Sheep 

Yeni Zellandiya qorxu filmləri ilə məşhurdur. Film qurd adamlarla bağlıdır. Əgər Yeni Zellandiya aksenti ilə maraqlanırsınızsa, bu film tam sizə görədir.

Forrest Gump

Filmin baş rolunda Tom Hanks oynayır. Tom Hanks filmdə zehni problemləri olan bir kişini canlandırır və sıradan İngilis dilindən istifadə edir. Eyni zamanda Amerikanın tarixi mövzusunda olan bu film vasitəsi ilə həm tarix, həm də ingilis dili ikisi bir arada öyrənilə bilər. 

Toy Story 

Andy adlı oğlanın hekayəsindən bəhs edən Toy Story filmində Andy’nin oyuncaqları tək qaldıqları zaman həyata dönürlər. Əyləncəli hekayəsi olan bu filmin hədəf kütləsi uşaqlar olduğu üçün filmdə istifadə edilən dialoqlar daha sadə və başa düşülən formadadır. Əgər dil öyrənməyə yeni başlamısınızsa və dil səviyyənizin başlanğıc mərhələsində olduğunuzu düşünürsünüzsə, bu film tam sizə görədir.

Harry Potter

Uşaq kitabı olsa da hər yaşdakı insana xitab edən bu film Harry Potter adlı oğlan və dostları  Hermione Granger ilə Ron Weasleyin başından keçən macəralardan bəhs edir. Uşaqların xoşagəlməz sehrbaz olan Lord Voldemort ilə olan savaşlarından bəhs edən kitab İngilis dilini öyrənmək istəyənlər üçün önəmli yerə sahibdir. Həm istifadə edilən sözlər, həm də cümlə strukturları aşağı səviyyədə İngilis dili bilgisinə sahib olan insanların da anlaya biləcəyi formadadır. Eyni zamanda bu kitabda etimologiyaya da xüsusi yer verilmişdir ki, bu da söz ehtiyatınızı artırmağa kömək edəcəkdir.

Harry Potter filmlər seriyası da kitabdan yola çıxılaraq çəkildiyi üçün bu sayılanlar film izləyiciləri üçün də keçərlidir. 

The Lord of The Rings 

İngilis ədəbiyyatında olduqca böyük bir yerə sahib olan Lord of The Rings seriyası J.R.R. Tolkie-nın bütün dünyada məşhur olan əsəri olaraq tanınmaqdadır. Bu kitabdan yola çıxılaraq filmi də çəkilib. Çox sayda izləyicisi olan bu filmlərin ingilis dilinin öyrənmə prosesində də öz yeri vardır. Bir çox ingilis dili qrammatikasını bu film vasitəsi ilə öyrənə bilərsiniz.

(500) Days of Summer 

Film acıklı bir hikayeden ziyade komedi unsurunun da çok yerinde kullanılmasıyla eğlenceli bir film keyfini sunuyor. Hikaye tarzında anlatılan bir film olduğu için de diyalogları takip etmek bir hayli kolaylaşıyor.

Twilight 

Romantika və macəra dolu olan bu filmin hədəf kütləsi yeniyetmə dövründə olan gənclər olduğu üçün filmdə gündəlik və sadə İngilis dili istifadə edilib. Dialoqlarda tipik Amerikan aksentinin istifadə edilməsinin isə İngilis dili öyrənməyə yeni başlayanlara böyük köməyi dəyəcək.

Finding Nemo

Dil öyrənmə prosesində animasiyaların yaxşı mənada çox böyük rolu var. Sadə İngilis dilinin istifadə edildiyi bu rəngli filmlər ilə İngilis dilini inkişaf etdirmək çox asan və əyləncəli olur. Bu nöqtədə sizlərə tövsiyə edə biləcəyimiz filmlərdən biri də “Finding Nemo”-dur. Bu film sayəsində həm çox sayda sadə cümlə strukturlarını, həm də bir çox balıq adlarını öyrənə bilərsiniz. Görüntü ilə dəstəkləndiyi üçün bu informasiyaları asanlıqla qavraya biləcək, lazım olduğu zaman isə rahat-rahat istifadə edilə biləcəksiniz.

Crazy, Stupid, Love

2011-ci ildə çəkilən “Crazy, Stupid, Love” filmində hamımızın xəyalını qurduğumuz xoşbəxt həyata sahib olan Cal Weaver, həyat yoldaşı bir anda ona xəyanət edib, boşanmaq istədiyi zaman reallıqla üzləşir. Film gülməli və zövq ala biləcəyiniz janrdadır. Filmdə gülməli və gündəlik danışıq dili zarafatlarla birlikdə, qüsursuz Amerika aksenti ilə bir araya gətirilib. Bununla da siz, fərqli strukturları və aksentləri eşidib, tanıya biləcəksiniz. Bundan əlavə filmdə Phrasel Verbs və müasir argo ifadələrdən də istifadə edilib ki, bu da həm söz ehtiyatı, həm də dili istifadə etmək baxımından özünüzü inkişaf etdirməyinizə şərait yaradacaqdır.

The Social Network

Dünyanın ən məşhur sosial tətbiqetməsi olan Facebook və onun qurucusu olan Mark Zuckerbergdən bəhs edən bu filmdə istifadə olunan İngilis dili demək olar ki, hamının hakim olduğu formadadır. Film sayəsində bir çox sözün ingilis dilində qarşılığını öyrənə biləcəyik. 

The Hunger Games 

Film daha çox görüntüyə fokuslandığl üçün dialoqlar çox rahat şəkildə başa düşülür. Film elmdən bəhs etsə də, bu janrdakı digər filmlərə görə dili daha rahat, sadə və axıcıdır. Filmdə istifadə edilən aksent Şimali Amerika aksentidir, dolayısı ilə bu da danışıqları izləməyi asanlaşdırır.

Green Mile

Bu film də yuxarıda sadalanan bəzi filmlər kimi kitabından yola çıxılaraq çəkilmişdir. “Green Mile” filmində Stephen Kingin yazdığı kitabı əsas alınmışdır. Mükəmməl mesajlara yer verilən bu əfsanəvi filmdə fərqli aksentlərdə danışılan İngilis dilini eşidə biləcəksiniz ki, bu da sizə sözlərin fərqli tələffüzünü eşidib, öyrənməkdə, aralarındakı fərqi görməkdə kömək edəcək. Mütləq izlənilməlidir…

Home Alone

Home Alone seriyası olan filmlər, komediya janrında olan filmlərdən biridir. Film, ailəsi Kevini səhvən evdə tək başına buraxaraq tətilə getdikdən sonra, Kevinin başına gələnlərdən bəhs edir. Bu filmin İngilis dilinizə gözlə görüləcək formada müsbət mənalı təsiri olacaqdır. Sadə və başa düşülən dialoqlarla davam edən film, hər səviyyədə olan İngilis dili öyrənmək istəyən şəxslərin hadisələri rahatlıqla izləməsinə imkan verir. Bundan əlavə, bu filmi izləyərək gündəlik istifadə olunan ingiliscə sözləri və cümlə strukturlarını öyrənə bilərsiniz ki, bu da ingiliscə danışığınızı inkişaf etdirəcəkdir.

Bonus:

İngilis dilini inkişaf etdirmək üçün film izləmənin faydaları nələrdir?

Aksentləri öyrənə bilərsiniz

Gündəlik danışıq dili öyrənilir

Fərqli mədəniyyətləri öyrənə bilərsiniz

Qrammatika və söz ehtiyatını inkişaf etdirir

Danışıq və dinləmə qabiliyyətini inkişaf etdirir

Tələffüzü inkişaf etdirmək baxımından olduqca effektivdir

Əyləncəlidir.Yorğun halda belə öyrənməyə davam edə bilərsiniz

Dayandıraraq izləyə bilərsiniz ki, bu da daha çox öyrənməyinizə şərait yaradar

İngilis dilinizi inkişaf etdirmək üçün necə film seçməlisiniz?

Bildiyiniz mövzu olmalıdır

Sadə mövzulu filmlər olmalıdır

Sevilən və bilinən film olmalıdır

Alt yazılı və ya alt yazısız izlənilməlidir

Unutmayın ki, dinləmək oxumaqdan daha çətindir və İngilis dilini öyrənmək üçün oxumaqdan çox dinləmək lazımdır.

Film izləmə metodu ilə İngilis dili öyrənmə prosesində önəmli olan iki nüans var;

  1. Zehniniz qulaq asma və səsləri tam olaraq səlis şəkildə eşitməyə fokuslanmalıdır.
  2. Eşitdiyiniz söz və ifadələrin hansı mənaya gəldiyini bilməlisiniz.

Film izləmək hər nə qədər əyləncəli olsa da çox vaxt eyni filmi iki dəfə ardıcıl izləmək yorucu ola bilir. Yenə də biz sizə filmləri iki dəfə izləməyi tövsiyə edirəm. Çünki bu zaman təkrarçılıq olur ki, bu halda da birinci izləmə zamanı gözünüzdən qaçanların fərqinə vara bilərsiniz. 

Bu yazımızda axtardığınızı tapa bildinizsə, sizə faydalı ola bildiksə, nə xoş bizə ☺

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Recent Content

İngilis dilinizi təkmilləşdirin

Azərbaycanın 100% müvəffəqiyyət zəmanətli yeganə onlayn ingilis dili kursunu ödənişsiz sınaqdan keçirin.

Ad və Soyadınızı daxil edin!

Hatalı e-posta adresi girdiniz!

Yanlış telefon nömrəsi daxil etmisiniz!

Şifrəniz ən azı 4 simvoldan ibarət olmalıdır!

Zəhmət olmasa tələb olunan sahələri doldurun

Məlumat Mesajı