İngilis Dilində Günlər, Aylar, Fəsillər


ingilis dilinde gunler aylar fesiller

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Gündəlik həyatımızda günlər, ayların istifadəsinin nə dərəcədə önəmli olduğunu sizlərə xatırlatmaq istərdik. Habelə, günlər və aylarla yanaşı, fəsilləri bilmək belə bizim üçün müxtəlif asanlıqlar və müsbət cəhətlər qazandırır. Çünki, bu anlayışlar həyatımızda elə bir önəmli mərtəbəyə sahibdir ki, həyatımızın hər bir sahəsində, söhbət edərkən, işdə, məktəbdə, nə isə planlayarkən, yazı yazarkən, və s. istifadə etdiyimiz və bilməmiz gərəkən nüanslardır.

Məsələn, biz əgər işimiz üçün həftəlik cədvəl planlayırıqsa, həftənin günlərini bilməyimiz qaçınılmazdır ki, düzgün plan tətbiq edə bilək.  Bir iclas təşkil edəcəyiksə bunu iclasa qatılacaq insanlara bildirmək üçün ayın tarixini mütləq təyin edib, bildirməlisiniz. Diqqət edirsinizsə, çəkdiyimiz nümunələr həm gündəlik həyatımızı, həm təhsil həyatımızı, həm də karyera həyatımızı əhatə edən geniş mövzulardır. Bəs, desəniz ki, fəsillər nə üçün önəmlidir, onları bilməyimiz bizə nə kəsb edəcək? Əlbəttə ki, fəsilləri bilmək də yaşamımıza maksimal dərəcədə təsir göstərir. Çox sadə bir nümunə ilə, bayramları bizim üçün bayram edən, Yeni İlə, Novruz Bayramına spesifik aura qatan o bayramların gerçəkləşdiyi fəsllərdir. Təsəvvür edin, Novruz Bayramını qış fəslində qeyd etsək, bizə Novruz Bayramının abu-havasını verərdimi? Əlbəttə ki, yox. Çünki, elə Novruz Bayramı özü yaz fəslinin xəbərçisidir.

Elə isə, çox uzatmadan sizə günləri, ayları, mövsümləri detallı bir şəkildə anlatmağa keçid alaq.

 

Həftənin Günləri

Bildiyiniz kimi 5 günü həftə içi, 2 günü həftə sonu adlandırılaraq ümumi olaraq həftə 7 gündən ibarətdir. Və unutmayın ki, ingilis dilində həftə sözünün özü kiçik hərflə, günləri isə hər zaman böyük hərflə başlayar.

Azer İngilisce ilə ingilis dilinizi təkmilləşdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

  • Week – həftə
  • Weekdays – həftə içi
  • Weekend – həftə sonu
  1. Monday (Mon): bazar ertəsi
  2. Tuesday (Tue): çərşənbə axşamı
  3. Wednesday (Wed): çərşənbə
  4. Thursday (Thu): cümə axşamı
  5. Friday (Fri): cümə
  6. Saturday (Sat): şənbə
  7. Sunday (Sun): bazar

Qeyd: Mötərizə içində yazılanlar qısaldılmasıdır, müəyyən məqamlarda qısaltmalarını istifadə etməyiniz mümkündür.

 

Həftənin Günləri ilə Bağlı Cümlələr

  • What does week mean in english? – İngilis dilində həftə nə deməkdir?
  • It is a period of seven days. It is divided into two, like weekday and weekend. – 7 gün period deməkdir. İki yerə ayrılır, həftə içi və həftə sonu.
  1. She will come on Tuesday.– O, çərşənbə axşamı gələcək.
  2. I went to the movies last Wednesday. – Keçən həftənin çərşənbə günü kinoya getdim.
  3. I haven’t seen her since last Thursday. – Onu keçən həfətnin çərşənbə axşamından bəri görmədim.
  4. I will be free for dinner next Friday. – Gələn həftənin cümə günü şam yeməyi üçün uyğun olacam.
  5. I always go walking on Saturdays. – Şənbə günləri hər zaman gəzməyə çıxıram.
  6. I can’t go swimming before Sunday. – Bazar günündən əvvəl üzməyə gələ bilmərəm.

Qeyd: Fikir verdinizsə, 5-ci cümlədə Saturday+s yazılıb. Bu, əgər bir işi müntəzəm olaraq həftənin həmin günləri edirsinizsə, o zaman cəm şəkilçisi əlavə edə biləcəyinizi göstərir. Tərcümə olaraq da, eyni qarşılığı verir; şənbə gün+ləri. Bundan savayı, bir fəaliyyətin və ya bir hadisənin həmin günü olduğunu qeyd etmək istəyirsinizsə, gündən əvvəl hər zaman “on” istifadə olunur. Yəni, həftənin günlərini deyərkən “on” ilə birlikdə deyirik. Bundan əlavə, həftənin günləri heç bir zaman şəkilçisi, başqa şəkilçilər qəbul etmir.

 

Aylar

İngilis dilində ayların adlandırılmasına diqqət etsəniz bizimkilərlə bənzərliklərini görəcəksiniz, gözəl bir təsadüfdür! Əmin olun, sizin üçün öyrənmək daha asan olacaq. Eynilə, həftənin günləri kimi aylar da böyük hərflə başlayır yazılmağa.

  • Month(s) – Ay(lar)
  1. January (Jan): yanvar
  2. February (Feb): fevral
  3. March (Mar): mart
  4. April (Apr): aprel
  5. May (-): may
  6. June (-): iyun
  7. July (-): iyul
  8. August (Aug): avqust
  9. September (Sep): sentyabr
  10. October (Oct): oktyabr
  11. November (Nov): noyabr
  12. December (Dec): dekabr

Qeyd: Ayların da ixtisarları mövcuddur, lakin may, iyun, iyul ayları onsuzda qısa olduğu üçün onların qısaltmaları yoxdur.

 

Aylarla Bağlı Cümlələr

  • What does mean month in English? – İngilis dilində aylar nə deməkdir?
  • Each of the twelve named periods into which a year is divided. – Bir ilin bölündüyü 12 dönəmdən hər biri.
  1. I went to visit my grandmother last January. – Keçən yanvar nənəmi ziyarətə getmişdim.
  2. February is the shortest month. – Fevral ən qısa aydır. (28, 4 ildən bir 29 gün)
  3. Every March, we have a scientific camp for two weeks at school. – Hır mart ayında məktəbimizdə iki həftəlik elmi düşərgəmiz olur.
  4. I love to feel the breeze on my face on a warm April evening. – İlıq bir aprel axşamında üzümə vuran mehi hiss etməyi sevirəm.
  5. After the film had been released in May, 10.000 people watched it. – Film mayda buraxılışa verildikdən sonra 10.000 insan izlədi.
  6. I am going to have a holiday at the end of June. – İyun sonu tətil edəcəm.
  7. Every July, they meet and have a one-week holiday together. – Onlar, hər iyul görüşər və 1 həftəlik tətil edərlər.
  8. I remember meeting her in a cafe last year in August. – Keçən il avqustda onunla bir kafedə görüşdüyümü xatırlayıram.
  9. September is my favourite month to have walks in the park. – Sentyabr, parka gəzmək üçün ən sevdiyim aydır.
  10. October was the saddest month for me because I had to leave my country in October. – Oktyabr mənim üçün ən hüznlü ay idi çünki oktyabrda ölkəmi tərk etmək məcburiyyətində qalmışdım.
  11. They had been working for a big company before they established their own company in November, 1999. – Onlar 1999 noyabrda öz şirkətlərini qurana qədər böyük bir şirkətdə fəaliyyət göstərirdilər.
  12. The company was in an economic crisis and trying to sell their properties to get out of it in December. – Şirkət dekabr ayında iqtisadi böhranda idi və onlar böhrandan çəxmaq üçün müəyyən xassələrini satmağa çalışırdılar.

Qeyd: Cümlələrdə ayları yazarkən əvvəlinə “in” əlavə etməliyik. Aylar “in” ilə yazılır.

Bəs heç düşündünüzmü, xüsusi günlər necə deyilir? Məsələn, ad gününüz 19 noyabrdısa, bunu cümlə içində necə deyəcəyinizi heç təxmin edə bildiniz? Əgər, çətinlik çəkirsinizsə, bunun üçün də bir neçə nümunə qoymağımız daha məqsədə uyğundur.

  1. I was born on November 19th. – 19 noyabrda dünyaya gəldim.
  2. I’m getting married on February 27th. – 27 fevral evlənirəm.
  3. On September 1st, we will celebrate our first year. – 1 sentyabr ilk ilimizi qeyd edəcəyik.
  4. We can meet on January 12th. – 12 yanvar görüşə bilərik.

Qeyd: İndi, burada öyrənməniz gərəkən önəmli iki nüans var. Birincisi, xüsusi ayın tarixi demək istəyirsinizsə, sıra saylarını bilməsiniz ki, rəqəmin sonuna sıra sayı şəkilçisini əlavə edə biləsiniz. İkincisi isə, sadəcə ayları yazarkən “in” ilə yazırdıq, amma dəqiq ayın tarixi varsa əlimizdə, “on” ilə yazmalıyıq. Cümlələri bir daha gözdən keçirin, o zaman anlayacaqsınız.

 

Fəsillər (Mövsümlər)

İndi isə, mövzunun daha rəngli, heyrətamiz məqamına gəldik. Sizlərə bir-bir fəsilləri ingilis dilində deyəcək və onları cümlələr içərisində təsvirini canlandıracayıq. Həftənin günləri və ayların əksinə fəsillər kiçik hərflə yazılır.

  • Fəsil(lər), Mövsüm(lər) – Season(s)
  1. Spring: Yaz, bahar (March,April, May)
  2. Summer: Yay (June, July, August)
  3. Autumn (Fall): Payız (September, October, November)
  4. Winter: Qış (December, January, February)

 

Fəsillərlə Bağlı Cümlələr

  • What does mean season in English? – İngilis dilində fəsl nə deməkdir?
  • Each of the four divisions of the year (spring, summer, autumn, and winter) marked by particular weather patterns and daylight hours, resulting from the earth’s changing position with regard to the sun. – İlin dörd bölməsinin hər birində (yaz, yaz, payız və qış) yerin günəşlə bağlı mövqeyinin dəyişməsi nəticəsində müəyyən hava nümunələri və gündüz saatları ilə qeyd olunan anlayış.
  1. What does mean spring in English? – İngilis dilində yaz nə deməkdir?

The season after winter and before summer, in which vegetation begins to appear, in the northern hemisphere from March to May and in the southern hemisphere from September to November. – Qışdan sonrakı və yazdan əvvəl, bitki örtüyünün meydana gəlməyə başladığı dövr, şimal yarımkürəsində martdan maya qədər cənub yarım kürəsində sentyabrdan noyabra qədərdir.

  1. What does mean summer in English? – İngilis dilində yay nə deməkdir?

The warmest season of the year, in the northern hemisphere from June to August and in the southern hemisphere from December to February. – İlin ən isti mövsümüdür, şimal yarımkürəsində iyun-avqust ayları və cənub yarımkürəsində dekabr-fevral ayları arasında olur.

  1. What does mean autumn in English? – İngilis dilində payız nə deməkdir?

The season after summer and before winter, in the northern hemisphere from September to November and in the southern hemisphere from March to May. – Yaydan sonrakı mövsüm və qışdan əvvəl, şimal yarımkürəsində sentyabrdan noyabr ayına və cənub yarımkürəsində martdan maya qədər olan dövr.

  1. What does mean winter in English? – İngilis dilində qış nə deməkdir?

The coldest season of the year, in the northern hemisphere from December to February and in the southern hemisphere from June to August. – Ilin ən soyuq mövsümü, şimal yarımkürəsində dekabr-fevral ayları və cənub yarımkürəsində iyundan avqusta qədərdir.

Qeyd: Mütləq şəkildə, fəsilləri cümlə içərisində istifadə edərkən hər hansısa bir hadisənin və ya fəaliyyətin bir fəsldə olduğunu qeyd etmək istəyirsinizsə, əvvəlinə “in” əlavə etməlisiniz. Fəsllər, “in” ilə istifadə olunur.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Ad-Soyadınızı daxil edin!

Zəhmət olmasa düzgün e-poçt ünvanı daxil edin!

Xahiş edirik mövcud mobil nömrə yığasınız!

Parolunuz ən azı 4 simvoldan ibarət olmalıdır!

Məlumatı tam doldurun!

Recent Content

İngilis dilinizi təkmilləşdirin

Azərbaycanın 100% müvəffəqiyyət zəmanətli yeganə onlayn ingilis dili kursunu ödənişsiz sınaqdan keçirin.

Ad və Soyadınızı daxil edin!

Hatalı e-posta adresi girdiniz!

Yanlış telefon nömrəsi daxil etmisiniz!

Şifrəniz ən azı 4 simvoldan ibarət olmalıdır!

Zəhmət olmasa tələb olunan sahələri doldurun

Məlumat Mesajı