Must / Mustn’t İzahı və Nümunələr


ingilis dilinde must must not izahi

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində önəmli modal fellərdən (köməkçi fellərdən) biri də “must / must not” felləridir. Bu fellərin tərcüməsi “-malı / -məli” olaraq keçir. Cümlədə istifadə qaydaları cümlə növlərinə görə fərqliliklər göstərməkdədir. Lakin, digər mövzular kimi standartlıq təşkil edir. Yəni, narahat olunacaq və ya çətinlik çəkiləcəki bir tərəfi yoxdur. Sadəcə, məna olaraq tələbələr tərəfindən “should” köməkçi feli ilə çox qarışdırılır. Növbəti paraqraflarda “must / must not” köməkçi feli ilə cümlələr necə qurulur və “should” arasındaki fərq nədir, ətraflı izah edəcəyik.

Must İstifadəsi və Cümlə Quruluşu

  • Mübtəda + must + Xəbər + İkinci Dərəcəli Üzvlər

“Must” köməkçi felinin saf halında istifadəsi “-malı / -məli” mənasını verməkdədir və nəqli / təsdiq cümlələrində istifadə olunur. Yəni, biz təsdiq cümləsində, əgər, birşey olunması gərəkdiyindən bəhs ediriksə, bu zaman “must” istifadə edirik. Əlbəttə ki, “must” köməkçi felinin istifadəsi, edilməsi qəti şəkildə lazım və məcburi olan, qaydalar və məcburiyyətlər üçün keçərlidir. Gəlin, nümunələrə nəzər yetirək:

  • You must follow the procedures. – Prosedurlara əməl etməlisiniz.
  • Students must obey the school rules. – Şagirdlər məktəb qaydalarına əməl etməlidirlər.
  • You must pay your taxes. – Vergilərinizi ödəməlisiniz.
  • We must stop global warming. – Qlobal istiləşməni dayandırmalıyıq.
  • We must fasten our seatbelts. – Təhlükəsizlik kəmərlərimizi bağlamalıyıq.
  • You must attend your classes on time. – Dərslərinizə vaxtında gəlməlisiniz.
  • Students must submit their homeworks on Friday. – Tələbələr ev işlərini cümə günü təqdim etməlidirlər.
  • You must show your passport to the officers. – Pasportunuzu məmurlara göstərməlisiniz.
  • People must stop when traffic lights are red. – Svetoforlar qırmızı olduqda insanlar dayanmalıdırlar.
  • You must raise your hand to speak in the classroom. – Sinifdə danışmaq üçün əlini qaldırmalısan.

Mustn’t İstifadəsi və Cümlə Quruluşu

  • Mübtəda + must not + Xəbər + İkinci Dərəcəli Üzvlər

“Must” ilə qurulan təsdiq cümlələrin tam əksinə burada istifadə olunan köməkçi felin tərcüməsi “-mamalı / -məməli” olaraq keçir. Yəni bir hərəkət edilməməlidir, bunun qətiyyətlə bildirilməsi üçün “must not” istifadə olunur. Əksər hallarda “mustn’t” – yəni, qısaldılmış şəkildə istifadə olunsa belə, rəsmi məqamlarda, çox vaxt ərizə və oxşar rəsmi yazılarda sözlərdə qısaltma istifadə edilməsi etik sayılmadığından “must not” olaraq yazılır. Gəlin, nümunələrə baxaq:

  • People mustn’t cut down trees. – İnsanlar ağac kəsməməlidirlər.
  • Pharmaceutical companies mustn’t test products on animals. – Əczaçılıq şirkətləri məhsulları heyvanlarda sınamamalıdırlar.
  • People mustn’t use chemical pesticides. – İnsanlar kimyəvi pestisidlərdən istifadə etməməlidirlər.
  • We mustn’t smoke indoor places. – Bağlı yerlərdə siqaret çəkməməliyik.
  • You must not park here. – Burada park etməməlisən.
  • We mustn’t feed animals at the zoo. – Heyvanları zooparkda bəsləməməliyik.
  • If you have a heart condition, you must not ride the rollercoaster. – Ürəyiniz varsa, diyircəkli maşına minməməlisiniz.
  • You must not leave home without your ID card. – Şəxsiyyət vəsiqəniz olmadan evdən çıxmamalısınız.
  • Students mustn’t leave the classroom during the exam. – Tələbələr imtahan zamanı sinifdən çıxmamalıdırlar.

Must və Should Arasındaki Fərq Nədir?

“Must” daha çox qətiyyətlilik və məcburiyyəti göstərsə də, “should” daha yumuşaq səslənir. Qaydalar üçün, qəti şəkil edilməməsi gərəkən hərəkətlər və xüsusilə qaydalar üçün “must” istifadə olunarkən, “should” daha çox məsləhət və tövsiyyələr üçün istifadə olunur. Qısası, “must” modal feli daha sərt, “should” modal feli isə daha yumuşaqdır. Bunu daha yaxşı anlamaq üçün, “must” modal felindən savayı, “should” modal felinin də istifadə qaydasını ətraflı şəkildə bilməlisiniz. Odur ki, İngilis Dilində Should / Shouldn’t İstifadəsi linkinə klikləyərək məlumat əldə etməyiniz mümkündür.

Must ilə Sual Cümlələri və Nümunələr

  • Must + Mübtəda + Xəbər + İkinci Dərəcəli Üzvlər

Digər cümlə növlərindən heç bir fərqi olmadan məzmunca eyni qalıb, sadəcə, sual vermək istədiyimizdə “must” köməkçi feli ən başa gəlməkdədir. Nümunələrdən bariz bir şəkildə görməyiniz mümkündür.

  • What must students do during their classes? – Dərslər zamanı tələbələr nə etməlidirlər?
  • Where must workers go? – İşçilər hara getməlidir?
  • Must I do this? – Bunu etməliyəm?
  • Must people tell white lies? – İnsanlar ağ yalan danışmalıdırlar?
  • When must I call the center? – Nə vaxt mərkəzə zəng etməliyəm?
  • What time must we go there? – Oraya nə vaxt getməliyik?
  • Must my dog be vaccinated? – Köpəyim peyvənd olmalıdır?
  • Must we do our homework? – Ev tapşırıqlarımızı etməliyik?
  • Must they come for dinner? – Yemək üçün gəlməlidirlər?
  • Must I chair the meeting? – İclasa sədrlik etməliyəm?

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Günay Akhund-zada

Beynəlxalq Şöbələr üzrə Mətn Yazarı / Məzmun Redaktoru mütəxəssisi.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.