Noun Clause Mövzu İzahı


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Noun Clause Mövzu İzahı

İngilis dilini öyrənərkən əvvəlində qısa və sadə cümlələr qurmaq kifayətdir. Ancaq zaman keçdikcə bu sadə cümlələr demək istədikləriniz üçün kifayət etmir və daha əhatəli cümlələr qurmaq istəyirsiniz. Bu məzmunda ehtiyac duyacağınız cümlə növlərindən biri də isim cümlələridir.

Noun Clause Nədir?

Isim  yerinə işlənən  cümlələrə isim cümlələri deyilir. Ümumiyyətlə, əvəzlikdən sonra (that, what etc.) cümlə gəlir. Cümlənin obyektini və ya subyektini təşkil edirlər. Aşağıdakı nümunələrə baxaq

  • I want to learn the time.
  • I want to learn what the time is.

Birinci cümlədə the time sözü bir isimdir və cümlənin obyektinə çevrilmişdir. İkinci cümlədə what the time is ifadəsi də isimdir, ancaq cümlələrdən ibarətdir. İçərisində is istifadə olunur, yəni bir zamana görə birləşdirilmiş bir fel var.

Noun Clause Və Relative Clause Arasındakı Fərq Nədədir?

Noun Clause’lar ismin yerinə istifadə edilirkən, Relative Clause’lar ismi izah etmek üçün istifadə edilir. Bir Noun Clause cümləsi əsas cümlədən çıxarılırsa, bu əsas cümlənin mövzusu və ya obyekti çıxarılır. Ancaq bir əsas cümlədən Relative Clause  cümləsi çıxarılsa, bu əsas cümlənin hər hansı bir elementi əskik olmaz. Noun Clause-da istifadə edilən “that” Relative clause-da istifadə edilən that ilə qarışdırılmamalıdır. Relative clause-dakı thathəmişə isimdən sonra gəlir.

  • It is not the doctor that I visited. [relative clause]
  • David doesn’t know that I’ve visited a doctor. [noun clause]

Relative Clause məqaləsinə buradan keçid edə bilərsiniz.

Noun Clause Və Adjective Clause Arasındakı Fərq Nədədir?

Relative Clause-larda istifadə edilən who, whom, which, when, where, why, whose və that kimi Relative Pronoun-lar Noun Clause-larda da istifadə edildiyi üçün bu iki quruluş bir-biri ilə olduqca oxşardır. Ancaq  Noun Clause-lar ismi əvəz edə bildiyi halda, Relative Clause-lar ismi izah etmək üçün istifadə edilir. Əgər əsas cümlədən isim budaq cümləsini çıxarsaq, o zaman əsas cümlənin mübtəda və ya tamamlığı da çıxardılmış olur. Buna görə də o cümlənin əsas üzvlərindən  biri azalmış olur.

  • That David talks to his wife rarely is horrible.

Subject (Noun Clause)

  • David prophesied that one day man would travel to Moon.

Object (Noun Clause)

Amma əgər bir cümlədən Relative Clause cümləsi çıxarılarsa, o zaman əsas, yəni baş cümlənin heç bir üzvü əskilməz. Sadəcə daha əvvəl izah edilmiş mübtəda və ya tamamlıq izah edilməyəcəkdir.

The fans will congratulate the voleyballer who scored three balls.

Subject            Verb                     Object                  Relative Clause

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Adjective Clause məqaləsinə buradan keçid edə bilərsiniz.

Noun Clause-n Hansı Növləri Var?

İngilis dilində Noun Clause cümlələri 3 ayrı qrupa bölünür:

Sual cümləsi ilə yaranan isim budaq cümləsi (what, why, who, when, etc.)

whether or not/if… or not ilə yaranan isim budaq cümləsi

with that ilə başlayan isim budaq cümləsi

  1. Interrogative clauses:

Sual budaq cümlələri haqqında məlumatı Noun Clause ilə sual cümləsi nümunələri başlığı altında tanış ola bilərsiniz.

Why David is coming tomorrow is a secret -Davidin sabah gəldiyi niyə sirrdir.

Where Jennifer going on holiday isn’t certain yet -Jenniferin tətildə haraya gedəcəyi hələ bəlli deyil.

I can’t remember when Jennifer bought this jacket -mən Jenniferin bu jaketi nə vaxt aldığını xatırlamıram.

Əgər bir sual sözü cümlənin mübtədasını haqqında sual verirsə, o sual cümləsində mübtəda rolunda başqa bir söz olmadığı üçün cümləni adi cümlə formasına gətirə bilmərik. Buna görə də sual cümləsi ilə noun clause-n söz sırası eyni olur.

Who is coming tomorrow? -sabah kim gəlir?

Jennifer doesn’t know who is coming tomorrow -Jennifer sabah kimin gəldiyini bilmir.

What is happening in that village? -bu qəsəbədə nə olur?

What is happening in that country doesn’t concern me -bu qəsəbədə nə olduğu məni maraqlandırmır.

Simple Present Tense və Simple Past Tense ilə mübtədaya sual verərkən “do, does” və ya “did” köməkçi feillərindən istifadə edilmir.

Who comes to the laboratory first? -laboratoriyaya kim birinci gəlir?

I don’t know who comes to the laboratory first -laboratoriyaya kimin birinci gəldiyini bilmirəm.

Cümlədə tamamlıq vəzifəsini yerinə yetirən insan haqqında danışarkən “who” əvəzinə “whom” da istifadə edilə bilər.

Jennifer doesn’t know who/whom he visited yesterday -Jennifer dünən onu kimin ziyarət etdiyini bilmir.

Jennifer doesn’t know who/whom he visits every day -Jennifer onun hər gün kimi ziyarət etdiyini bilmir.

 

  1. “WHETHER OR NOT” və “IF…OR NOT ilə yaranan budaq cümlələr

 

Köməkçi feil ilə naşlayan bir sualı noun clause-a çevirərkən, noun clause-n əvvəlinə “whether” və ya “If” gətirilir və sual cümləsi, düz cümləyə çevrilir.  “Or not” birbaşa olaraq “whether”-dan sonra gələ bilər (whether or not) və ya isim budaq cümləsinin sonunda yerləşə bilər (whether … or not). Ancaq “or not” birbaşa olaraq “if”-dən sonra istifadə edilməz. Sadəcə isim budaq cümləsinin sonunda yer ala bilər  (if…or not). Hər iki cümlədə də “or not” istifadə etməyə bilərik və bu halda məna dəyişməz.

Is she coming to the party? -Jennifer partiyə gəlir?

I wonder whether Jennifer is coming to the party or not -mən Jenniferin partiyə gəlib-gəlməməsi ilə bağlı narahatam.

Whether Jennifer is coming to the party or not isn’t certain yet -Jenniferin partiyə gəlib-gəlməyəcəyi hələ məlum deyil.

Whether the pupils will be happy (or not) depends on the school -şagirdlərin xoşbəxt olub-olmayacaqları məktəblərindən asılıdır.

Whether (or not) the famous artist was the spy is still unknown -məşhur rəssamın cəsus olub-olmadığı hələ də bilinmir.

Whether or not, şərt cümləsində əlavə cümləni, isim budaq cümləsində isə cümlənin mübtədasını və ya tamamlığını əmələ gətirir. Şərt cümlələrində “or not” atıla bilməz; “noun clause”-larda “or not” istifadə etmək məcburi deyil.

I don’t know whether David will come to the opera with me -mən Davidin mənimlə operaya gəlib-gəlməyəcəyini bilmirəm.

“Whether or not” şərt budaq cümləsində istifadə edildiyində zamanlarla bağlı bəzi limitlər ortaya çıxır. Buna misal olaraq, gələcək zamanın istifadə edilə bilməməsini göstərmək olar. “Whether or not” noun clause-da istifadə edildiyi zaman tense limiti olmur.

I don’t know whether David was right -mən Davidin haqlı olub-olmadığını bilmirəm.

The result will be the same whether we attend todays’s exam or not -biz bugünki imtahana qatılsaq da, qatılmasaq da nəticə eyni olacaq.

  1. THAT ilə İsim budaq cümlələri

Adi cümlələri noun clause formasında istifadə edərkən, noun clause-n əvvəlinə “that” əlavə edilir: We know that Jennifer likes rap music -biz Jenniferin rap mahnılarını xoşldığını bilirik.

Əgər noun clause cümlədə mübtəda rolundadırsa, o zaman noun clause-n əvvəlindəki “that” atıla bilməz: That David committed the crime is obvious -cinayəti Davidin etdiyi aydındır.

That ilə yaranan isim budaq cümlələri adətən aşağıdakılar ilə birlikdə işlənir:

Bəzi sifətlərdən sonra

Bəzi isimlərdən sonra

Bəzi feillərdən sonra

“The fact” ilə birlikdə.

  1. Sifətlər

Sorry, glad, happy, afraid, surprised, disappointed, pleased, sure və s. kimi hiss və davranış bildirən sifətlərdən sonra “that clause” istifadə edilə bilər.

 

I’m glad (that) Jennifer passed the exam -mən Jenniferin imtahanı keçməsinə sevindim.

I’m sorry (that) I hurt David’s feelings -mən Davidin hisslərini incitdiyim üçün təəssüflənirəm.

Sonu -ing və -ed ilə bitən bəzi sifətlərdən sonra “that clause” istifadəsi olduqca geniş yayılıb. Surprised, amazed, pleased gibi sonu -ed ilə bitənlər, ancaq bir canlının hisslərini ifadə edə biləcəyini kimi “/, You, We, They, Peter, My mother” kimi mübtədalarla istifadə edilir. Surprising, amazing, pleasing kimi sonu -ing ilə bitənlər isə hadisələrin vəziyyətini ifadə etdikləri üçün mübtəda olaraq “it”-ə ehtiyac duyur.

It is very surprising (that) Jennifer was dismissed from her job -Jenniferin işdən çıxarılması çox təəccüblüdür.

I’m very surprised (that) Jennifer was dismissed from her job -mən Jenniferin işdən çıxarılmasına çox təəccübləndim.

True, strange, fair, unfair, unfortunate, obvious, apparent, too bad, likely, unlikely kimi sifətlərlə də “that clause” daimi olaraq istifadə edilir.

It’s likely (that) there will be another rise in prices tomorrow -böyük ehtimalla sabah qiymətlərdə başqa bir artım olacaq.

It’s unfair (that) women still don’t have the same rights as men -qadınların hələ də kişilərlə eyni haqlara sahib olmaması böyük haqsızlıqdır.

  1. İsimlər

Miracle, pity, shame, wonder, relief, a good thing, fact, belief, theory, impression kimi isimlərdən sonra “that clause” istifadə edə bilərik.

It’s my opinion (that) mobile phones reduces interest in reading -mənim fikrim odur ki, mobil telefonlar oxumağa olan marağı azaldır.

It’s a wonder (that) Jennifer survived the accident -Jenniferin qurtulduğu qəza bir möcüzədir.

  1. Bəzi feillər özlərində sonra noun clause qəbul edə bilirlər.

I will prove that David is innocent -mən Davidin günahsız olduğunu sübut edəcəyəm.

I know (that) David will try anything to attain his ambition -mən bilirəm ki, David ambisiyasına çatmaq üçün hər şeyi yoxlayacaq.

The teacher claims (that) David cheated during the exam -müəllim Davidin imtahanda hiylə işlətdiyini iddia edir.

Appear, seem, happen, occur və turn out feilləri ilə birlikdə mübtəda olaraq “It” işlənməlidir.

It seems to me (that) Jennifer will be an artist when she grows up -mənə elə gəlir ki, Jennifer böyüyəndə rəssam olacaq.

It occurs to Jennifer (that) his action was deliberate -onun Jenniferə qarşı olan hərəkəti qəsdən idi.

Söz vermək mənasına gələn “promise” və təxmin etmək mənasına gələn “predict” feilləri ilə birlikdə noun clause-da gələcək zaman işlənməlidir: Jennifer promises that she will be more careful next time -Jennifer növbəti dəfə daha diqqətli olacağına söz verir.

Əsas cümlənin xəbəri keçmiş zamandadırsa, o zaman noun clause-da “will”-in keçmiş zaman forması “would” istifadə edilir: Jennifer promised that she would be more careful next time -Jennifer növbəti dəfə daha çox diqqətli olacağına söz verdi.

  1. “that clause” adətən “the fact that” formasında istifadə edilə bilir.

The fact that Jennifer couldn’t pass the exam disappointed us -Jenniferin imtahandan keçə bilməməsi bizi məyus etdi.

Yesterday in class they discussed the fact that the War of Independence was won with great difficulty -onlar dünən Qurtuluş Savaşının böyük çətinliklərlə qazanıldığını müzakirə etdi.

Əgər “that clause”, söz önünün obyekti vəziyyətindədirsə, o zaman bu noun clause “that” ilə başlaya bilməz.  Bu halda “noun clause” “the fact that” ilə birlikdə istifadə edilməlidir.

We are not worried about the fact that Jennifer comes home late from work -biz Jenniferin işdən evə gec gəlməsinə görə narahat deyilik.

I’m not responsible for the fact that we lost the contract -Jenniferin işi itirməsinə görə mən məsuliyyət daşımıram.

İngilis dilində Noun Clause Cümlə Nümunələri

He claims that his son is good at singing.-Oğlunun mahnı oxumaqda yaxşı olduğunu iddia edir.

It is estimated that the temperature of the earth is increasing slightly.-Torpağın istiliyinin bir az artdığı təxmin edilir.

It is not a good idea that you eat a lot of bread at meals.-Yemək zamanı çox çörək yeməyiniz yaxşı bir fikir deyil.

That the teacher often gives homework worries the parents.-Müəllimin tez-tez ev tapşırığı verməsi valideynləri narahat edir.

That life is too short makes people feel depressed.-Həyatın çox qısa olması insanları depressiyaya salır.

That you do a lot of sport makes you healthy.-Bir çox idmanla məşğul olmağınız sizi sağlam edir.

İngilis Dilində  Noun Clause  İle Sual Cümləsi Nümunələri

İngilis dilində isim budaq cümləsinə aid olan sual cümlələrinin qurulması iki yerə ayrılır. Cavabı yes və ya no olan sualların qurulması və wh questions deyilən where, how, when, why kimi sual sözləri ilə düzəldilən sualların qurulması.

Aşağıdakı iki cümlə vasitəsi ilə mövzunu izah edək: I want to learn it. Are you a student? Burada etməli olduğumuz ilk şey Are you a student? sualını nəqli cümləyə çevirməkdir. Diqqət etmək lazımdır ki, biz burada suala cavab vermir, onu sadəcə nəqli cümləyə çeviririk. O zaman cümlə You are a student formasında olacaqdır. İndi isə etməli olduğumuz bu cümləni digər cümləyə əlavə etməkdir. Nəqli cümlələrdə bunun üçün “that” istifadə edilsə də, bu cümlədə whether və ya if sözü istifadə edilir. Beləliklə;

I want to learn whether you are a student -mən onun tələbə olub olmadığını öyrənmək istəyirəm..

Where is Jennifer going on holiday? -Jennifer tətildə hara getməyi planlaşdırır?

Do you know how we can go to Cyprus?-Kiprə necə gedə biləcəyimizi bilirsinizmi?

What did the government decide about the incident?-Hökumət hadisə ilə bağlı nə qərar verdi?

Why is David coming tomorrow? -David niyə sabah gəlir?

İngilis Dilində Noun Clause Təsdiq Cümlələri

Bu başlıq altında İngilis dilində təsdiq formada olan isim budaq cümlələri ilə bağlı nümunələrlə tanış olacaqsınız:

It is clear that he will confess to his guilt.-Günahını etiraf edəcəyi aydındır.

David knows all about art, but he doesn’t know what he likes -David sənət haqqında hər şeyi bilir, ancaq nə sevdiyini bilmir.

He recommends(that)I should see the doctor.-Həkimə müraciət etməyimi tövsiyə edir.

What David loves most about reading mysteries is how the authors leave clues for careful readers -Davidin sirlərini oxumaqda ən çox sevdiyi şey müəlliflərin diqqətli oxucular üçün verdiyi ipuclarıdır.

Whether he’s passed exam is still unknown.-İmtahandan keçib-keçmədiyi hələ məlum deyil.

Her dog will eat whatever food Jennifer gives him -Jenniferin iti Jenniferin ona verdiyi yeməyi yeyəcək.

The girl with the green shirt is who I want on my team -mənim öz komandamda istədiyim insan yaşıl köynəkli qızdır.

İngilis Dilində Noun Clause İnkar Cümlələri

It is remarkable that David doesn’t believe his own story -Davidin öz hekayəsinə inanmaması diqqət çəkicidir.

Morning time is when Jennifer doesn’t feel most energetic -səhər vaxtı Jenniferin özünü ən enerjili hiss etdiyi vaxt deyil.

Isn’t it important that David loves you? -Davidin səni sevməsi önəmli deyil?

I demand that your daughter not be so disobedient at high school -mən qızınızın orta məktəbdə bu qədər tərs olmamasını tələb edirəm.

Jennifer doesn’t know that patience has its limits -Jennifer səbrin bir limitinin olduğunu bilmir.

Her dog will not eat whatever food Jennifer gives him -Jenniferin iti Jenniferin ona verdiyi yeməyi yeməyəcək.

Noun Clause İlə Reported Speech Nümunələri

Tamamlıq vəzifəsində olan bəzi isim budaq cümlələri, şəxsin ifadə etdiyi cümlələri nəqli cümlələrdə say, tell, etc., sual cümlələrində isə ask, inquire, wonder, want to learn, want to know, etc. Kimi feillərlə dolayı yolla çatdırdığı üçün Reported Speech olaraq da izah edilir. Birinin dediklərini iki şəkildə izah edə bilərik. Bunlardan biri danışanın və ya yazıçının dəqiq sözlərindən istifadə etməkdir. İngilis dilində buna reported speech deyilir.

Reported speech – əvəzliklər

“I don’t like your attitude,” Joanna said to Jill -“Sənin münasibətini bəyənmirəm” dedi Joanna Jillə.

Birinin dediyi barədə danışmağın başqa bir yolu sitatı isim ifadəsinə çevirməkdir. Buna bildirilən nitq deyilir. Misal üçün: David said that it wasn’t his fault -David bunun günahının olmadığını söylədi.

Hesabatlı Çıxış – Bəyanatlar

Bəyanatları bildirmək üçün istifadə olunan ən çox yayılmış fellər say və tell-dir. Report hesabat nitqində istifadə edildikdə, həmişə bir isim və ya danışılan şəxsi göstərən əvəzlik izləyir. Misal üçün:

David said that we were going to the beach on the weekend -David həftə sonu çimərliyə getdiyimizi bildirdi.

David told us that we were going to the beach on the weekend -David bizə həftə sonu çimərliyə gedəcəyimizi söylədi.

Hesabatlı çıxış – suallar

Reported speech-dəki yes/no formalı suallar, if və ya whether sözləri ilə başlayır. Reported speech-dəki məlumat sualları (who, what) Sual sözü ilə başlayır və həmçinin söz sırası istifadə olunur. Sualları bildirmək üçün ən çox görülən fel ask-dır. Misal üçün:

“Is the fire under control?” (David to Jennifer) -“Yanğın nəzarət altındadırmı?” (David Jenniferə)

David asked Jennifer if the fire was under control -David, yanğının nəzarət altında olub olmadığını Jenniferdən soruşdu.

“How did you pass the test?” Jennifer to David -“Testi necə keçdin?” Jennifer David-ə dedi.

Jennifer asked David how he had past the test -Jennifer David-dən testi necə keçdiyini soruşdu.

Hesabatlı İmperativlər

Sifarişlər, təkliflər və ya istəklər barədə məlumat verdiyimiz zaman söylə, sifariş et, xahiş et, soruş, xəbərdar et, çağırış kimi bir feldən əlavə bir isim və ya əvəzlik, sonra bir infinitiv istifadə edə bilərik. Misal üçün:

“Drive carefully,” the man said to David -“Diqqətlə sür” dedi adam David-ə.

The man told David to drive carefully -kişi David-ə ehtiyatla sürməsini söylədi.

“Don’t touch the art works,” the teacher warned the student -“Sənət əsərlərinə toxunmayın” deyə müəllim tələbələrə xəbərdarlıq etdi.

The teacher warned the tələbələrə not to touch the art works -müəllim tələbələrə sənət əsərlərinə toxunmamaq barədə xəbərdarlıq etdi.

Noun Clause İmtahan Sualları

Bu başlıq altında İngilis dili imtahanlarında Noun Clause ilə bağlı qarşımıza ən çox çıxan 5 sual növü ilə tanış olacağıq.

  1. let

    + nesne + V = izin vermek

As a teacher, I never let my students ….. mother tongue in the classroom.

having used

  1. to have used
  2. to use
  3. use
  4. using
  5. Əmr, istək cümlələri

Before the start of the final test, we told the students ….. dictionaries or grammar books.

didn’t use

  1. don’t use
  2. not to have used
  3. not to use
  4. not using

3.Reported speech

Before the start of the final test, we told the students ….. dictionaries or grammar books.

didn’t use

  1. don’t use
  2. not to have used
  3. not to use
  4. not using

 

  1. WH CLAUSE

Who(m/se), which, where, when, why, how (much / many / far / tall / .. ) gibi yapıların kullanıldığı tümcelerdir.

….. how they can expect to make any profit at all.

We were puzzled

  1. They didn’t assume
  2. I don’t see
  3. It has already been
  4. They had been denied

 

  1. Yes no clause

….. whether estimating future manpower requirements is definitely desirable.

From the ongoing discussion, it is not obvious

  1. We were extremely concerned
  2. The manager wondered
  3. It had been under discussion for a long time
  4. The committee was asked

Noun Clause YDS-də Çıxmış Suallar Və Cavabları

  1. The manager will be in his office all afternoon. cümləsinin dolaylı (indirect) biçimini əldə etmək üçün, The   secretary   told   me   that   the manager  …………   in  his  office  all afternoon. ifadəsində hansı olmalıdır

 

A) will have been B)  would have been

 

C) would be D)  will have

 

E) would have had

 

  1. Why are you so late? What is your excuse? cümləsinin dolaylı (indirect) biçimini əldə etmək üçün, The officer wanted to know ………. .  ifadəsində hansı olmalıdır

 

A) why I am so late and what the excuse, is

 

B) why I was so late and what my excuse was

 

C) if I was so late and had an excuse

 

D) that I was so late but had an excuse

 

E) how late I was and if I had an excuse

 

  1. Surely the children were told ……… near the lake.

 

A) not to play B)   to have played                 C)  playing

 

D) to have to play E)  to have been playing

 

  1. James was disappointed when they didn’t win, and ………… was I.

 

A) neither     B)   too                   C)  either

D) also E)   so

 

  1. The new secretary hasn’t used this type of computer before, so they are showing her ……. to use it.

 

A) how          B)  why      C)  what         D) which       E)  who

 

  1. The high value of the pound at the moment explains ……. manufacturers and exporters are suffering.

 

A) when

B) where

C) why –

D) who

E) how long

 

  1. It wasn’t until he refused to help his mother organise his aunt’s funeral that I realised ….. selfish Mike is.

 

A) how

B) what

C) why

D) which

E) when

 

  1. The professor asked me ……. .

 

A) why no objection has been shown to anybody leaving early

B) if the results obtained from the study are significant

C) that I can pass onto the next item on the agenda

D) whether I am awarded a prize for my new discovery

E) to help the  newly recruited  research assistant with the

 

  1. I’m afraid I can’t remember ………. .

 

A) it he would refuse to give any details

B) unless they worked late yesterday

C) until we got to the nearest station

D) that I should finish it by lunch time

E) where Peter said he had put the files

 

  1. ……… I  meet  John  he complains about the neighbours.

 

A) Whenever B)   Whatever         C)  Whereas

 

D) Whichever E) While

 

İngilis dilində Noun Clause Exercises və Test

  1. Have you heard …….. Filiz has recently set up a new business in the city center on online data transfer?

 

a) that

b) where

  1. c) whom
  2. d) when
  3. e) what

 

  1. Necdet, our newly-recruited system administrator, knows for sure ……. and …… he should check the system against malicious software.

 

  1. a) why / what
  2. b) whom / when
  3. c) how / why
  4. d) when / how
  5. e) what / when
  6. It is a must that Nicholson ……. a promotion to form stronger relationships with all the workers.

a) gets

b) is getting

c) has gotten

d) could get

e) get

  1. I’m not certain …….. our guests will arrive before I am informed by Özlem.

a) how many

b) what time

c) why then

d) by which

e) how far

  1. It is a matter of fact that …… you exercise and …… diets you follow, you cannot lose even a bit of a gram.

A) however / whichever

B) wherever / whomever

C) however much / whatever

D) whatever type / however

E) whenever / wherever

  1. Do you think it is really important ….. kind of people they are …… we do business honestly?

A) whichever / as far as

B) what / provided

C) how / so that

D) which / unless

E) whatever / not only

  1. Orhan told me that he ………. Necla since two days ago.

A) has not seen

B) would not see

C) had not seen

D) did not see

E) were not seeing

  1. I am not curious about …… any of my students has failed.

A) why

B) that

C) where

D) if

E) whether

  1. When I saw the doctor, I …… ….. I could visit her.

A) requested / when

B) ordered / how

C) asked / if

D) wanted / whether

E) insisted / where

10 The department head insisted that he ……. absolute authority to regulate office works.

A) gives

B) is given

C) would give

D) be given

E) would be given

İngilis dilində Noun Clause Exercises PDF

Bu yazımızda Noun Clause ilə bağlı tanış olduğunuz testlərin hamısını toplu formada Noun Clause PDF-də tapa bilərsiniz.

İngilis dilində Noun Clause Exercises

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Sahil Dadashov

İngilis dili üzrə təlimçi. Sakarya Universitetinin İctimaiyyətlə Əlaqələr və Reklam bölümü tələbəsiyəm.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.