Past Continuous Tense ilə Əlaqəli Cümlələr


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

İngilis dilində azərbaycan dili ilə müqayisədə zaman dilimləri daha mürəkkəb hala sahibdir. Belə ki, azərbaycan dilində üç zaman dilimi və onun alt başlıqları mövcud ikən ingilis dilində bu belə deyildir. İngilis dilində 16 zaman mövcuddur və hər bir zaman dilimlərinin müxtəlif situasiya və hallara görə istifadə olunma qaydaları vardır. Azərbaycan dilindəki kimi ingilis dilində zamanları sadəcə keçmiş, indiki, gələcək kimi ayıra bilmərik. Əlbəttə ki, hər bir dildə hamımız üçün keçərli olan keçmiş, indiki və gələcək zaman olaraq bölünür lakin onları hal və vəziyyətlərinə görə fərqlilik göstərməsi və müxtəlif qaydalardan təşkil olunmasıdır əsas məsələ.

İngilis dilində də ümumi dillər üçün keçərli olan keçmiş, indiki və gələcək zaman vardır, lakin onlar situasiyalarına görə bir çox fərqliliklər göstərir. Bu dəyişkənliklər öz qaydalarına, formullarına görə fərqlənir. Amma, bircə onu bilmək lazımdır ki, ingilis dilində 16 zaman dilimi mövcud olsa belə, onların sadəcə 12-si aktiv istifadə olunur. Yəni, geriyə qalan dörd zaman dilimi bədii kitablarda, ədəbiyyatlarda, elmi məqalələrdə rastlaşa biləcəyimiz tərzdə olan zaman dilimləridir. Gündəlik istifadə olunan zaman dilimi 12-dən ibatərdir.

Past Continouns Tense Nədir və Necə İstifadə Olunur?

İngilis dilində keçmiş davamedicinin nə olduğunu anlamaq üçün azərbaycan dilindən nümumə verək. Məsələn, azərbaycan dilində, “dünən bir alma yeyirdim” və ya “keçən həftə yağış yağmırdı” kimi cümlələri ingilis dilində yazarkən keçmiş davamedicidən  istifadə edirik. Başqa sözlə, keçmiş barəsində danışarkən indiki zamandaymış kimi təsvir ediriksə, “yağırdı, gedirdi, gəlirdi, və s.” o zaman, keçmiş davamedici zaman dilimindən istifadə olunur.

 İndi keçmişin davam edicinin nə ilə əlaqəli olduğuna dair sualımızı cavablandırdıqdan sonra bu zaman dilimini cümlələrdə necə istifadə etməyimizlə bağlı qaydaları öyrənib, tətbiq etməyə keçə bilərik.

Keçmiş Davamedici Zaman Qrammatik Qaydaları

Müəyyən qrammatik qaydaları və formulları mövcuddur. Nəqli cümlə, inkar cümləsi, sual cümləsi və sual cümlələrinə verilən təsdiq, inkar cavablarına görə müxtəlif qaydalar və cümlə düzülüş formullarından təşkil olunub. Hər birini müəyyən alt başlıqlarla izah edəcək, sizə müxtəlif nümunələrlə aydın bir şəkildə başa salacağıq.

Keçmiş Davamedici Zamanda Nəqli Cümlə

İngilis dilində keçmiş davamedici zamanın nəqli cümlədə istifadə olunma qaydası belədir;

  1. Mübtəda + was + Verb + ing
  2. Mübtəda + were + Verb + ing

Yəni, cümlədə mübtəda “I, he, she, It”-dirsə, o zaman,was”, “you, we, they”dirsə, o zaman “were” istifadə olunur.

Keçmiş Davamedici Zamanda Olan Nəqli Cümlələrə Aid Nümunələr

  • Lilly was wearing her coat while he was preparing breakfast. – O, səhər yeməyini hazırlayarkən Lilly paltosunu geyirdi.
  • The man was carrying the boxes when I parked the car. – Mən avtomobili park edəndə, adam qutuları daşıyırdı.
  • The dog was running after the frisbee while I was playing tennis. – Mən tennis oynayarkən it frizbinin arxasıyca qaçırdı.
  • My father was cutting a watermelon while I was washing the dishes. Mən qabları yuyarkən atam qarpuz kəsirdi.
  • My mother was telling a  story when you arrived home. – Sən evə çatanda anam hekayə danışırdı.
  • I was waiting for the bus while you were walking home. – Sən evə yeriyərkən mən avtobus gözləyirdim.
  • She was doing homework while you were sleeping. – Sən yatanda o tapşırıqlarını edirdi.
  • She was looking for her keys when you left home. – Sən evdən çıxanda o açarları axtarırdı.
  • I was taking a picture when you called me. – Sən mənə zəng edəndə mən şəkil çəkirdim.
  • He was painting the walls while you were washing your hands. – Sən əllərini yuyarkən o divarları boyayırdı.

Keçmiş Davamedici Zamanda İnkarlıq Bildirən Cümlələr

İngilis dilində Keçmiş Bitmiş Zamanda inkar cümləsi qurmağın formulu aşağıdaki kimidir;

  1. I/He/She/It (mübtəda) + was + not +  Verb + ing
  2. You/We/They (mübtəda) + were + not + Verb + ing

Keçmiş Davamedici Zamanda İnkarlıq Bildirən Cümlələrə Aid Nümunələr

  • Lilly was not wearing her coat while he was preparing breakfast. – O, səhər yeməyini hazırlayarkən Lilly paltosunu geymirdi.
  • The man was not carrying the boxes when I parked the car. – Mən avtomobili park edəndə, adam qutuları daşımırdı.
  • The dog was not running after the frisbee while I was playing tennis. – Mən tennis oynayarkən it frizbinin arxasıyca qaçmırdı.
  • My father was not cutting a watermelon while I was washing the dishes. Mən qabları yuyarkən atam qarpuz kəsmirdi.
  • My mother was not telling a  story when you arrived home. – Sən evə çatanda anam hekayə danışmırdı.
  • I was not waiting for the bus while you were walking home. – Sən evə yeriyərkən mən avtobus gözləmirdim.
  • She was not doing homework while you were sleeping. – Sən yatanda o tapşırıqlarını etmirdi.
  • She was not looking for her keys when you left home. – Sən evdən çıxanda o açarları axtarmırdı.
  • I was not taking a picture when you called me. – Sən mənə zəng edəndə mən şəkil çəkmirdim.
  • He was not painting the walls while you were washing your hands. – Sən əllərini yuyarkən o divarları boyamırdı.

Keçmiş Davamedici Zamanda Sual Cümlələri

Aşağıda verilən formul ilə tətbiq olunur;

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

  1. Was + I/He/She/It (mübtəda) + Verb + ing
  2. Were + You/We/They (mübtəda) + Verb + ing

Keçmiş Davamedici Zamanda Sual Cümlələrinə Aid Nümunələr

  • Was Lilly wearing her coat while he was preparing breakfast. – O, səhər yeməyini hazırlayarkən Lilly paltosunu geyirdi?
  • Was the man not carrying the boxes when I parked the car. – Mən avtomobili park edəndə, adam qutuları daşıyırdı?
  • Was the dog not running after the frisbee while I was playing tennis. – Mən tennis oynayarkən it frizbinin arxasıyca qaçırdı?
  • Was my father cutting a watermelon while I was washing the dishes. Mən qabları yuyarkən atam qarpuz kəsirdi?
  • Was my mother telling a  story when you arrived home. – Sən evə çatanda anam hekayə danışırdı?
  • Was I waiting for the bus while you were walking home. – Sən evə yeriyərkən mən avtobus gözləyirdim?
  • Was she doing homework while you were sleeping. – Sən yatanda o tapşırıqlarını edirdi?
  • Was she looking for her keys when you left home. – Sən evdən çıxanda o açarları axtarırdı?
  • Was I taking a picture when you called me. – Sən mənə zəng edəndə mən şəkil çəkirdim?
  • Was he painting the walls while you were washing your hands. – Sən əllərini yuyarkən o divarları boyayırdı?

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.