Past Perfect Continuous Tense ilə Əlaqəli Cümlələr


Past Perfect Continuous

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu gün bəhs edəcəyimiz mövzu “Past Perfect Continuous Tense” olacaqdır və bu mövzu daxilində Past Perfect Continuous zamanında istifadə edilmiş hər bir başlıq altında 15 olmaqla təsdiq, inkar və sual cümlələri ilə tanış olacağıq. Eyni zamanda hər bir cümlənin altında onların Azərbaycan dilində olan qarşılıqları ilə də tanış ola bilərsiniz.
Bu zaman formasının Azərbaycan dilində qarşılığı olmasa da, qısaca olaraq belə izah edilə bilər: Keçmişdə başlayan və keçmişdəki müəyyən bir nöqtəyə qədər davam etməkdə olan hadisələrdən bəhs etmək üçün Past Perfect Continuous zamanından istifadə edilir. Məsələn, dünən səhər 9-da evdən çıxdım və evdən çıxmazdan əvvəl də yarım saat idi ki, səhər yeməyini yeyirdim.

Past Perfect Continuous zamanına aid olan TƏSDİQ cümlələri

Bu zamanın istifadə edildiyi ümumi formul belədir: subject + had + been + Verb + ing = Past Perfect Continuous tense.

They had been talking for over an hour before Tony arrived.
Tony gəlməmişdən əvvəl bir saatdan çox idi ki, söhbət edirdilər.

She had been working at that company for three years when it went out of business.
O, işdən çıxdığı zaman üç ildir həmin şirkətdə işləyirdi.

He had been drinking milk out the carton when Mom walked into the kitchen.
Anam mətbəxə girdiyi zaman o, kartondan süd içirdi.

I had been working at the company for five years when I got the promotion.
Yüksəliş aldığım zaman beş ildir şirkətdə işləməkdə idim.

I had been shopping with my elder brother in the fair since morning.
Mən səhərdən bəri yarmarkada böyük qardaşımla alış-veriş edirdim.

Tom had been traveling around the world since the month of December.
Tom dekabr ayından bəri bütün dünyanı gəzirdi.

The lyricist had been writing realistic songs since the beginning of his career.
Söz yazarı karyerasının başlanğıcından etibarən real mahnılar yazırdı.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Chef Jones had been preparing the restaurant’s fantastic dinners for two years before he moved to Paris.
Şef Jones Parisə köçməzdən əvvəl iki il ərzində restoranın möhtəşəm şam yeməyini hazırlamışdı.

Our teacher had been showing us an historical documentary today.
Müəllimimiz bu gün bizə tarixi film göstərməkdə idi.

Martha had been walking three miles a day before she broke her leg.
Martha ayağını sındırmazdan əvvəl hər gün üç mil gəzirdi.

The program that was terminated had been working well since 1945.
Xitam verilmiş proqram 1945-ci ildən bəri yaxşı işləyirdi.

Cathy had been playing the piano for 35 years when she was finally asked to do a solo with the local orchestra.
Cathydən yerli orkestrda solo etməsi istənildiyi zaman 35 il idi ki, pianino çalırdı.

Mike wanted to sit down because he had been standing all day at work.
Mike bütün gün işdə ayaqüstə dayandığı üçün oturmaq istədi.

James had been teaching at the university for more than a year before he left for Asia.
Asiyaya getməzdən əvvəl bir ildən artıq idi ki, James universitetdə dərs deyirdi.

He had been throwing rocks at her window for five minutes before she finally came out on the balcony and said, “Hey, Romeo.”
O (qız) nəhayət ki, balkona çıxıb “Hey, Romeo” deməzdən əvvəl o (oğlan) beş dəqiqə idi ki, onun (qızın) pəncərəsinə daş atmaqda idi.

Past Perfect Continuous zamanına aid olan İNKAR cümlələri

Past Perfect Continuous zamanın inkar formasının düzəldilməsinin ümumi formulu: subject + had + not + been + V + ing

She had not been planting for three hours.
Üç saat idi ki, (bitki) əkmirdi.

I hadn’t been studying English for two hours.
Mən iki saat idi ki, İngilis dili oxuyurdum.

Kid had not been drinking milk for five months.
Uşaq beş aydır süd içmirdi.

It had not been running well for a long time.
Uzun müddət idi ki, yaxşı getmirdi (işlər).

They had not been doing their work since 2003.
Onlar 2003-cü ildən bəri işlərini görməmişdilər.

He had not been eating vegetables for three years.
O, üç il idi ki, tərəvəz yemirdi.

He had not been reading this book for ten months.
On ay idi ki, bu kitabı oxumurdu.

They hadn’t been sitting in the room since morning.
Onlar səhərdən bəri otaqda oturmamaqda idilər.

The mechanic had not been fixing my bike since morning.
Təmirçi səhərdən bəri velosipedimi düzəltməmişdi.

The boys had not been watching television for three weeks.
Oğlanlar üç həftə idi ki, televizora baxmırdılar.

She had not been cleaning her home since January 2013.
O, 2013-cü ilin yanvar ayından bəri evini təmizləməmişdi.

My mother hadn’t been cooking the meal when I phoned her.
Mən anama zəng etdiyim zaman anam yemək bişirmirdi.

Betty failed the final test because she had not been attending class.
Betty dərsə gəlmədiyi üçün son imtahandan keçə bilmədi.

I had not been watching the cricket match on television for two hours.
İki saat idi ki, televizorda kriket matçı izləmirdim.

You had not been waiting there for more than two hours when she finally arrived.
Nəhayət ki, o gəlib çatanda sən orada iki saatdan çox gözləmirdin.

Past Perfect Continuous zamanına aid olan SUAL cümlələri

Past Perfect Continuous zamanın sual formasının düzəldilməsinin ümumi formulu: Had + subject + been + V + ing ?

Had he been studying books since morning?
O səhərdən bəri kitab oxuyurdu?

Had she been planting for two hours?
O iki saat əkinçiliklə məşğul idi?

What had you been doing for two hours?
Sən iki saatdır nə edirdin?

What had they been doing here for five hours?
Beş saatdır ki, onlar burada nə edirdilər?

Had you been studying English for six o’clock?
Sən saat altından bəri İngilis dili oxuyurdun?

Had you been cleaning the house before they came?
Onlar gəlməzdən əvvəl evi təmizləməkdə idin?

Has she been waiting for her husband for one year?
O, bir il idi ki, həyat yoldaşını gözləyirdi?

Had your been helped your parent for two years?
İki ildir ki, valideyninə yardım edirdin?

Had he been using the same car since 2004?
O, 2004-cü ildən bəri eyni maşını istifadə edirdi?

Had the kid been watching a cartoon for 3 hours?
Uşaq 3 saatdır ki, cizgi filmi izləyirdi?

Had they been working on their project since 2005?
Onlar 2005-ci ildən bəri proyektlərinin üzərində işləyirdi?

Had you been waiting long before the taxi arrived?
Taksi gəlməzdən əvvəl çox müddət idi ki gözləyirdin?

How long had you been studying Turkish before you moved to Ankara?
Ankaraya köçməmişdən əvvəl nə qədər müddət idi türkcə öyrənirdin?

Had you only been waiting there for a few minutes when she arrived?
O çatdığı zaman sən orada bir neçə dəqiqə idi ki gözləyirdin?

Had you been waiting there for more than two hours when she finally arrived?
Nəhayət ki, o gəlib çatdığında sən orada iki saatdan çox idi ki gözləyirdin?

Əgər Past Perfect Continuous Tense mövzusunun necə istifadə edildiyini başa düşməyinizə baxmayaraq, hələ də gündəlik danışıq lüğətinizə əlavə edə bilmirsinizsə, o zaman https://www.azeringilisce.com/ saytını sizin üçün tövsiyə edirik. Burada siz, özünüzə uyğun olan 10, 20, 30 dəqiqəlik danışıq paketlərindən özünüzə uyğun olan birini seçməklə danışıq təcrübəsi qazanacaqsınız ki, bu zaman yeni öyrəndiyiniz qrammatik qaydaları da danışığınıza yerləşdirmək olduqca asan olacaqdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.