Past Perfect Tense ilə Əlaqəli Cümlələr


Past Perfect Tense

Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Bu gün bəhs edəcəyimiz mövzu “Past Perfect Tense” olacaqdır və bu mövzu daxilində Past Perfect zamanında istifadə edilmiş təsdiq, inkar və sual cümlələrinin hər birinə aid 15 nümunə ilə tanış olacağıq. Eyni zamanda hər bir cümlənin altında onların Azərbaycan dilində olan qarşılıqları ilə də tanış ola bilərsiniz.
Keçmişdə başlayan və keçmişdəki müəyyən bir zaman nöqtəsinə qədər davam edən hadisələrdən bəhs etmək üçün Azərbaycan dilinə Keçmiş Bitmiş zaman olaraq tərcümə edilən Past Perfect zamanından istifadə edilir. Bu zamanın istifadə edildiyi ümumi formul belədir: subject + had + past participle = past perfect tense.

past perfect tense

Past Perfect zamanının istifadə edildiyi bir neçə hal vardır.

Past Perfect zamana aid olan TƏSDİQ cümlələri

Keçmişdə baş verən iki hadisədən birinin digərindən daha əvvəl baş verdiyini göstərmək üçün:
She stayed up all night because she had received bad news.
Pis xəbər aldığı üçün bütün gecə ayaq üstə qaldı.

Anthony had met Ryan before you introduced him to us at the party.
Anthony, partidə Ryanı bizimlə tanış etməzdən əvvəl onunla görüşmüşdü (tanış olmuşdu).

You had studied Italian before you moved to Rome.
Romaya köçməmişdən əvvəl İtalyan dilini öyrənmisən.

Keçmişdəki məmnuniyyətsizliyi bildirmək üçün istifadə edilir:
We wished we had purchased the winning ticket.
Biz qazanan bileti satın almış olmağı istərdik.

The boy wished he had asked another question.
Oğlan başqa bir sual vermiş olmağı dilədi.

Başqa birinin nitqi ifadə edildiyi zaman istifadə edilir:
The teacher asked if we had studied for the exam.
Müəllim imtahana hazırlaşıb – hazırlaşmadığımızı soruşdu.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

The usher asked if we had purchased our tickets.
Satıcı biletlərimizi alıb – almayacağımızı soruşdu.

Past perfect zaman “just” sözü ilə birlikdə istifadə edilə bilər. İkisi birlikdə istifadə edildiyi zaman hadisənin çox qısa müddət əvvəl baş verdiyini göstərir:
She had just left the scene when the ambulance arrived.
O, təcili yardım gələn zaman hadisə yerini yenicə tərk etmişdi.

He had just put the dog on the leash when we got there.
Biz oraya çatdığımız zaman o, iti yenicə kəmsikləmişdi.

Past Perfect zamana aid olan digər təsdiq cümlələri:
The cat had chased the bird before it flew out of the yard.
Quş həyətdən uçmazdan əvvəl pişik onu tutdu.

Marc knew Philadelphia so well because he had lived there for five years.
Mark Philadelphianı çox yaxşı tanıyırdı, çünki beş il idi ki, orada yaşayırdı.

He understood the math test because he had been tutored all week.
Riyaziyyat testini bütün həftə özəl dərs aldığı üçün başa düşdü.

I had never seen such a beautiful sunset before I went to the island.
Adaya getməzdən əvvəl heç bu qədərgözəl bir gün batımı görməmişdim.

She had visited several doctors before she found out what the problem was with her hand.
O, əlindəki problemin nə olduğunu öyrənməzdən əvvəl bir neçə həkimə baş çəkdi.

If we had called ahead, we would not have needed to wait so long for a table.
Əgər biz əvvəlcədən zəng etsəydik, bir masa üçün bu qədər gözləməli olmazdıq.

Past Perfect zamana aid olan İNKAR cümlələri

Past Perfect zamanın inkar formasının düzəldilməsinin ümumi formulu: Subject + had + not + Past participle (V3)

The hero had not fought with cannibals.
Qəhrəman kanniballarla döyüşməmişdi.

Fred answered my question although I had not asked him.
Mən ondan soruşmamış olsam da, Fred sualımı cavablandırdı.

In the shopping centre, I met a friend who I had not seen for ages.
İllərdir görmədiyim bir dostlar ticarət mərkəzində görüşdüm.

You had not studied English before you moved to New York.
Sən Nyu-Yorka köçməmişdən əvvəl ingilis dilini öyrənməmisən.

Chris had not completed the assignment before he went to school.
Chris məktəbə getməmişdən əvvəl tapşırığı bitirməmişdi.

We lost the match because we had not practised the days before.
Oyunu qazanmadıq, çünki əvvəlki günlərdə məşq etməmişdik.

We were not able to get a hotel room because we had not booked in advance.
Əvvəlcədən rezervasiya etmədiyimiz üçün otel otağını ala bilmədik.

The thief could walk right into the house because you had not locked the door.
Evə oğru girə bilərdi, çünki sən qapını açarla bağlamamışdın.

At school, Jim quickly copied the homework that he had not done .
Jim, etmədiyi ev tapşırıqlarını sürətlə köçürtdü.

We ate at a restaurant last night because I had not bought anything for dinner.
Axşam yeməyinə heç nə almadığım üçün biz dünən gecə restoranda yedik.

When we came back, it was cold in the house because Alice had not closed the windows.
Geri qayıtdığımız zaman ev soyuq idi, çünki Alice pəncərələri bağlamamışdı.

All day long, Phil was angry with me just because I had not greeted him first.
Phil əvvəlcə onunla salamlaşmadığım üçün bütün gün mənə əsəbi idi.

When I met Jane at eleven o’clock, she had not had breakfast yet.
Saat on birdə Jane ilə görüşdüyümüz zaman o hələ səhər yeməyini yeməmişdi.

Nick hadn’t attended our meeting, so we discussed everything without him.
Nick bizim görüşümüzdə iştirak etməmişdi, ona görə də biz hər şeyi onsuz müzakirə etdik.

I couldn’t go to the cinema with my friends last night because I had not finished my homework yet.
Dünən axşam dostlarımla birlikdə kinoya gedə bilmədim, çünki ev tapşırığımı hələ bitirməmişdim.

Past Perfect zamana aid olan SUAL cümlələri

Past Perfect zamanın sual formasının düzəldilməsinin ümumi formulu:
Had + subject + Past participle (V3) + ?

Had you studied English before you moved to New York?
Nyu-Yorka köçməzdən əvvəl İngilis dili oxumusunuzmu?

How much had she studied before the exam?
İmtahandan əvvəl nə qədər dərs oxuyub?

Had Chris completed the assignment before he went to school?
Chris tapşırığı məktəbə getməzdən əvvəl bitirmişdimi?

What had Bob done that he was kept in after school?
Ben məktəbdən sonra orada saxlanılmaq üçün nə etmişdi?

Had you eaten anything before you went to the theatre?
Teatra getməzdən əvvəl bir şey yemişdiniz?

Had he lived in London before he moved to Glasgow?
Glasgow-a köçməzdən əvvəl Londonda yaşamışdı?

Had she found a new job by that time?
O, həmin zamana qədər yeni bir iş tapmışdı?

Had they booked a room before they went to Dublin?
Dublinə getməzdən əvvəl orada otaq rezervasiyası etmişdilər?

How often had you rung the bell before he answered the door?
Qapıya cavab verməzdən əvvəl nə qədər vaxt zili basdın?

Why had they had dinner before they came to the party?
Niyə partiyə gəlməzdən əvvəl axşam yeməyini yedilər?

Had Carly washed the dishes when her mum came home?
Carly-nin anası evə gəldiyi zaman Carly qabları yumuşdu?

Had you read the contract before you signed it?
Sözleşmeyi imzalamadan önce okudunuz mu?

Who had lived in the house before we moved in?
Biz taşınmadan önce kim evde yaşıyordu?

You looked pale. Had anybody scared you?
Solğun görünürdün. Səni kimsə qorxutmuşdu?

How many cups of coffee had he drunk before the interview?
O, müsahibədən əvvəl neçə stəkan kofe içdi?

Əgər Past Perfect Tense necə istifadə edildiyini başa düşməyinizə baxmayaraq, hələ də gündəlik danışıq lüğətinizə əlavə edə bilmirsinizsə, o zaman https://www.azeringilisce.com/ saytını sizin üçün tövsiyə edirik. Burada siz, özünüzə uyğun olan 10, 20, 30 dəqiqəlik danışıq paketlərindən özünüzə uyğun olan birini seçməklə danışıq təcrübəsi qazanacaqsınız ki, bu zaman yeni öyrəndiyiniz qrammatik qaydaları da danışığınıza yerləşdirmək olduqca asan olacaqdır.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.