Present Continuous Tense ilə Əlaqəli Cümlələr


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Present Continuous Tense yəni, azərbaycan dilində qarşılığı ilə indiki davamedici zaman ingilis dilində gündəlik danışıqda istifadə olunan aktiv zaman növlərindən biridir. Bu zaman növu nəinki gündəlik danışıqda, kitablarda rəsmi nitqlərdə görə biləcəyimiz zaman növüdür. Ona görə də, mütləq şəkildə öyrənməliyik ki, cümlələrimizdə rahat bir şəkildə istifadə edə bilək.

Present Continuous Tense Harada İstifadə Olunur?

● Danışıq ərəfəsində olan hadisələr və hərəkətlər üçün istifadə olunar.

I am reading a book. – Kitab oxuyuram.

She is having dinner now. – O, indi nahar yeməyini yeyir.

● Keçmişdə başlayıb, hələ də davam edən hərəkətlər və hadisələr üçün istifadə olunar. Burada diqqət edilməsi gərəkən nüans, həmin hərəkətin danışılan an reallaşması vacib deyil.

They are not working with us. – Onlar, bizimlə işləmir.

She is studying in college. – O, kollecdə oxuyur.

● Əvvəlcədən planlanan və ya daha sonra gerçəkləşəcək hərəkət və ya hadisələr üçün istifadə olunar.

We have a meeting next Monday. – Bizim Bazar ertəsi görüşümüz var.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

He is not working next week. – O, gələn həftə işləməyəcək.

● Davamlı gerçəkləşən situasiyalar üçün istifadə olunar. Burada “always”, “constantly” açar sözlərdir.

My sister is very chatty.  – Mənim bacım çox danışqandır.

He is always talking too much. – O, həmişə çox danışır.

Look! She is constantly drinking coffee. – Bax! O, elə qəhvə içir.

● Dəyişən hal və vəziyətlərdə istifadə olunur.

She is getting fatter and fatter because of this sickness. – O, xəstəliyinə görə davamlı kökəlir.

The weather is getting warmer. – Hava getdikcə istiləşir.

Present Continuous Tense Quruluşu

I am …                        I am not …                Am I … ?

You are …                  You aren’t …             Are you …?

He is …                       He isn’t …                  Is he …?

She is …                     She isn’t …                 Is she …?

It is …                         It isn’t …                     Is it ..?

We are …                   We aren’t …               Are we …?

They are …                They aren’t …            Are they …?

Burada verilən şəxs əvəzliklərindən sonra gələcək olan fellər hər zaman “ing” şəkilçisi qəbul edir.

Present Continuous Tense Təsdiq Cümlələr

İngilis dilində indiki davamedici zamanda köməkçi fel və əsas felə əlavə edilən “ing” şəkilçisi olduqca önəmlidir.

  • Mübtəda + Köməkçi fel (am, is, are) + Xəbər (fel-ing) + İkinci dərəcəli üzvlər

Bir neçə nümunələri sizə təqdim edək;

  • I am writing down notes now. – İndi qeyd alıram.
  • I’m thinking of my future at the moment. – Hal-hazırda gələcəyimi düşünürəm.
  • You are taking care of the baby tonight. – Uşağa bu gecə sən baxacaqsan.
  • You are looking gorgeous. – Möhtəşəm görsənirsən.
  • He is playing with boys right now. – İndi uşaqlarla oynayır.

Present Continuous Tense İnkar Cümlələr

İnkar cümlələrini quranda isə tətbiq edəcəyimiz önəmli qaydalardan biri xəbəri təşkil edən və “ing” şəkilçisini qəbul etmiş fel ilə köməkçi fel arasına əlavə olunacaq inkarllıq bildirən qəlibdir.

  • Mübtəda + Köməkçi fel(am, is are) + not + Xəbər (fel-ing) + İkinic dərəcəli üzvlər

Present Continuous Tense İnkarlıq Bildirən Cümlə Nümunələri

  • I am not learning Maths. – Riyaziyyat öyrənmirəm.
  • He is not sitting. – O, oturmayıb.
  • You are not riding a bike. – Velosiped sürmürsən.
  • I’m not taking any responsibility for him. – Onunla bağlı heç bir məsuliyyət daşımıram.
  • I am not letting you go again. – Təkrar getməyinə izin vermirəm.
  • You’re not going to the concert alone. – Konsertə tək getmirsən.
  • You aren’t leaving the dog behind. – İti arxanda buraxmırsan.
  • He isn’t planning anything at the moment. – Hal-hazırda bir şey planlamır.
  • He is not taking good care of them. – Onlara yaxşı baxmır.
  • She’s not taking a shower now. – İndi çimir.
  • She isn’t speaking the truth. – O, doğrunu danışmır.
  • It’s not paying much but it’s ok. – Çox deyil, amma idarə eliyər.
  • It is not getting any better. – Daha yaxşıya getmir.
  • We are not letting you down this time. – Bu saatdan sonra səni üz üstə buraxmayacağıq.
  • We aren’t leaving without you. – Sənsiz getmirik.

Present Continuous Tense Sual Cümlələri

İngilis dilində indiki davamedici zamanda sual cümləsi qurarkən qaydanın əsasını təşkil edən və şəxs əvəzliklərinə görə dəyişən köməkçi felləri cümlənin başına gətiririk və digər cümlə üzvlərini olduğu kimi yazırıq. “ing” şəkilçisi yenə olduğu kimi qalır.

  • Köməkçi fel (am, is are) + Mübtəda + Xəbər (fel-ing) + İkinci dərəcəli üzvlər

Nümunələr üzərində göstərsək;

  • Is she taking a picture of the scene? – Mənzərənin şəklini çəkdi?
  • Are you coming to outside with us? – Çölə bizimlə gəlirsən?
  • Are we saving some money? – Biz pul yığırıq?
  • Is he riding a bike right now? – O, indi velosiped sürür?
  • Am I driving on the highway? – Mən indi şosedə sürürəm?

Present Continuous Tense Qaydası ilə İstifadə Olunmayan Fellər

State Verbs olaraq adlandırılan bu fellər indiki davamedici zaman cümlələrində istifadə olunarkən o zamanın qaydalarına tabe olmur. Yəni, bir xəbərdə istifadə etdiyimiz fellərin axırına “ing” şəkilçisi əlavə edirdiksə, bu state verb-lər “ing” şəkilçisini qəbul etmir.

Məsələn;

I am hating you. (Yanlış) I hate you. (Doğru) – Sənə nifrət edirəm.

He is loving cake (Yanlış) He loves cake. (Doğru) – O, keks sevir.

Emosional halları əks etdirən fellər;

● to love – sevmək

● to like – bəyənmək

● to hate – nifrət etmək

● to dislike – bəyənməmək

● to mind – ağıl etmək

● to want – istəmək

● to care – diqqət etmək

● to fear – qorxmaq

● to wish – arzulamaq

● to prefer – üstünlük vermək

● to appreciate – qiymətləndirmək

● to surprise – surpriz etmək

Mental durumları yansdan fellər;

● to notice – fərqinə varmaq

● to know – bilmək

● to remember – xatırlamaq

● to imagine – təsəvvür etmək

● to understand – anlamaq

● to recognise – tanımaq

● to forget – unutmaq

Beş hissiyat orqanlarımıza aid fellər;

● to feel – hiss etmək

● to hear – eşitmək

● to see – görmək

● to smell – qoxlamaq

● to taste – dadmaq

Fikir bəyan edən fellər;

● to feel – hiss etmək

● to find – tapmaq

● to think – düşünmək

● to suppose – güman etmək

● to consider – düşünmək

● to believe – inanmaq

● to doubt – şübhə etmək

● to assume – fərz etmək

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.