Present Perfect Tense ilə Əlaqəli Cümlələr


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Present Perfect Tense zamanının azərbaycan dilində qarşılığı yoxdur. Buna görə də, bu zaman növünü öyrənmək tələbələrə müxtəlif çətinliklər yarada bilir. Qrammatik qaydalar əzbərlənsə də, onu yazıda və danışıqda tətbiq etmək çoxlu praktika tələb edir. Ona görə də bu zaman növünü öyrənərkən qaydalara yaxşıca diqqət etmək və o qaydaları danışığınıza, yazınıza əks etdirməkdir. Çünki, yüksək səviyyəyə malik nitqlər bu tərz zaman növlərini tələb edə bilir.

Present Perfect Tense-in azərbaycan dilində dəqiq qarşılığı olmadığı üçün cümlədə anladılmaq istənilənə görə və mənaya görə tərcümə olunur. Hansı situasiyalarda hansı mənanı vermək üçün istifadə edəcəyinizi bir sonraki paraqraflarda öyrənəcəksiniz.

Present Perfect Tense Harada İstifadə Olunur?

1. Keçmişdə başlayıb hələ də davam edən hərəkət və ya hadisə:

Nümunə hadisələr üzərindən gedək; bu il bir filmi iki dəfə izləmisənsə və bunu söyləmək istəyirsənsə “I have seen this movie twice this year.” deməlisən. Çünki, filmi bu il artıq iki dəfə izləmisən və üçüncü dəfə də izləmə şansın olduğu üçün və iki dəfə izləyib bunun təsirindən qaynaqlanaraq dilə gətirirsənsə bu zaman Present Perfect Tense istifadə olunar. Cümlədə vermək istədiyin məna ilə olduqca bir-birinə bağlıdır.

Əgər keçən il sadəcə bu filmi gördüyündən danışmaq istəyirsənsə, o zaman, “I saw this movie twice last year.” deyilir, burada isə verilmək istənən məna filmi gördün, bitdi və getdi. Bitib və təkrarlanma şansı olmayan bir hərəkət növüdür yəni. Present Perfect Tense-də isə təkrarlanma imkanı var.

Əgər zaman qeyd etmək istəmirsənsə, o zaman, yenə “I have seen this movie twice this year.” deyilməlidir, çünki Simple Past ilə müqayisədə ən bəlirgin xüsusiyyəti cümlədə zamanın dəqiq bəlli olmamasıdır.

2. Bitməsini gözlədiyin, lakin davam edən hərəkət və ya hadisə:

Məsələn, yağış yağırsa və yağışın dayanmasını gözləyirsənsə bunu dostuna söyləyərkən “The rain has not stopped.” deməlisən. Çünki hadisə keçmişdə başlayıb, hələ də davam edir.

3. Həyatında bir dəfə belə olsun yaşanılıb və ya yaşanılmadığını soruşulan hərəkət və ya hadisə növü:

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Dialoq və ya danışıq içərisində qarşınızdaki şəxsdən həyatında bir hərəkət və bir hadisəni ümumiyyətlə eliyib eləmədiyini, yaşayıb yaşamadığını soruşmaq üçün istifadə olunur. Məsələn qarşımızdaki şəxsdən heç Fransada olub, olmadığını soruşmaq istəyiriksə, bu zaman “Have you ever been to France?” deyə soruşmağımız lazımdır. “ever” qəlibi burada cümləni tamamlayan açar kəliməmizdir.

Present Perfect Tense Quruluş Qaydası

“He, she, it” şəxs əvəzlikləri ilə “has”, “I, you, we, they” şəxs əvəzlikləri ilə “have” istifadə olunur. Xəbər olaraq işlədiyimiz fel isə felin üçüncü halında olmalıdır. Bəzi fellər kökdən dəyişərkən, bəziləri sadəcə “ed” şəkilçisi alır. Qaydalı, qaydasız felləri burada bilməyimiz vacibdir.

Present Perfect Tense Nəqli (Təsdiq) Cümlələr

Formul; Mübtəda + have/has + Xəbər (V3 (felin üçüncü halı)) + İkinci dərəcəli üzvlər

  • They have helped me a lot recently. – Son zamanlarda mənə çox kömək etdilər.
  • You have carried the bags home. Thanks. – Çantaları evə daşıdın. Çox sağol.
  • She has only written two letters. – Hələ iki məktub yazmışam.
  • You have lost my keys. – Sən mənim açarımı itirdin.
  • I have never been to New York. – Əvvəl heç Nyu Yorkda olmamışam.

Present Perfect Tense İnkar Cümlələr

Formul; Mübtəda + have/has + not + Xəbər (V3 (felin üçüncü halı)) + İkinci dərəcəli üzvlər

  • She hasn’t visited me for a log time. – Uzun müddətdir bizi ziyarət etmir.
  • They haven’t bought the tickets yet. – Hələ biletləri almayıblar.
  • I haven’t finished the plate yet. – Hələ qabımdakini bitirmədim.
  • It hasn’t rained since last winter. – Keçən qışdan bəri yağış yağmır.
  • We haven’t seen any good films so far this year. – Bu il indiyə kimi yaxşı bir film görmədik.

Present Perfect Sual Cümlələri

Formul; Have/has + Mübtəda + Xəbər (V3 (felin üçüncü halı)) + İkinci dərəcəli üzvlər

Present Perfect Sual Cümlələrinə Nümunələr

  • Have you done your homework? – Ev tapşırığını elədin?
  • Has the secretary written the email yet? – Katibə məktubu hələ yazmadı?
  • Have you been to the cinema this month? – Bu ay kinoya getdin?
  • Have they heard the noise this morning? – Səhər səsi eşidiblər?
  • Has she completed her task? – Tapşırığını tamalayıb?
  • Have you ever been to Rome? – Heç Romaya getmisən?
  • Have you ever heard of him again? – Ondan yenidən xəbər aldın?
  • Have you seen my dog? – İtimi görmüsən?
  • Has he found his keys? – Açarlarını tapdı?
  • Has he washed his car? – Maşınını yudu?
  • Has he paid the bills? – Vekselləri ödədi?
  • Has she read only ten pages so far? – İndiyə kimi hələ 10 səhifə oxuyub?
  • Has she planted the roses? – Gülləri əkdi?
  • Has she already packed her bag? – Artıq çantasını hazırlayıb?
  • Has it stopped working? – Fəaliyyəti dayandırdı?

Present Perfect sual cümlələrinə verilə biləcək cavablar isə;

  1. Yes + Mübtəda + have/has + Xəbər (V3 (felin üçüncü halı))
  2. No + Mübtəda + have/has + not + Xəbər (V3 (felin üçüncü halı))
  3. Yes + Mübtəda + have/has
  4. No + Mübtəda + have/has + not

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.