Simple Past Tense ilə Əlaqəli Cümlələr


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Simple past, yəni, azərbaycan dilində qarşılığı ilə Sadə Keçmiş Zaman ingilis dilində istifadə olunan ən aktual zaman dilimidir. Gündəlik danışıqlarda digər aktiv istifadə olunan 11 zaman dilimi ilə müqayisədə gündəlik həyatda ən çox istifadə edilən və əksər cümlələrdə rastlaşdığımız zaman dilimidir. Sadə keçmiş zamanın digər zaman dilimlərindən fərqləndirən və daha asan anlamağa vəsilə olan xüsusiyyəti ondadır ki, sadə keçmiş zamanda dəqiq zaman dilimi maraqlandırmır. Yəni, biz bir cümləni və ya bir fikri söyləyərkən söyləmək istədiyimiz hadisənin yaxın və ya uzaq keçmiş olması fərq etmir. Əsas odu ki, hadisə baş verib və bitib, keçmiş zamanda qalıb. Sadə bir dillə olub bitmiş hadisəni Simpe Past zamanı ilə söyləyirik.

Simple Past Tense İstifadəsi

Simple Past Tense keçmişdə dəqiq bir zaman dilimində başlayan və olub, bitən hadisələr üçün istifadə olunur. Hadisənin çox uzaq keçmişdə və ya çox yaxın keçmişdə olması önəmli deyil, bu cümlə tərzlərində əsas olan zamanın dəqiq olmasıdır. Bu bir il əvvəl də ola bilər, bir həftə əvvəl də.

Bir digər nüansı isə hadisənin vaxtı dəqiq varsa belə, onu cümlədə qeyd etməsək də olar.

  • I saw a movie last week. – Keçən həftə bir film gördüm.

Simple Past Tense cümlə içində keçmişdə tamamlanmış birdən çox hərəkəti bildirmək üçün də istifadə oluna bilər.

  • I finished work, walked to the beach and found my friends. – İşimi bitirdim, sahildə gəzdim və dostlarımı tapdım.

Simple Past Tense keçmişdə başlayıb və bitmiş hadisələr üçün istifadə olunur. Digər ola biləcək xüsusiyyətlərindən isə buu hadisənin müddəti uzun sürə bilər. Yəni, uzun müddətli keçmişdə olmuş, bitmiş bir hadisə üçün də simple past istifadə olunur.

  • I lived in Italy for five years. – İtalyada 5 il yaşadım.

Simple Past Tense keçmişdə var olan alışqanlıqlar üçün də istifadə olunur və bu zaman, “used to” mənasını verir bizə. Keçmişdə olan, lakin hal-hazırda olmayan, bitmiş bir alışqanlıq üçün “used to” yerinə istifadə etməyimiz mümkündür. Bu cümlələrdə mənanı gücləndirmək üçün ‘’always’’, ‘’often’’, ‘’usually’’, ‘’never’’ kimi zaman ifadələri də istifadə olunur.

  • I played football when I was a young man. – Cavanlıqda futbol oynayırdım.

Köməkçi Fellərin Simple Past Halları

İngilis dilində əsaslı olan fellər vardır və cümlənin təməlini təşkil edər. Bu fellər zamana görə fərqlilik göstərdiyi üçün simple past zaman dilimində necə dəyişdiyinə fikir verək;

Mübtəda          Fel – Be          Fel – Have      Fel – Do

I                       was                  had                  did

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

You                 were                had                  did

He/She/It         was                  had                  did

We                   were                had                  did

You                 were                had                  did

They                were                had                  did

Simple Past Tense Nəqli (Təsdiq) Cümlələr

Simple Past zaman dilimində cümlə istifadə etmək üçün aşağıdaki formulu tətbiq etmək lazımdır, bu cümlələrdə fellərin ikinci halı olduqca önəmlidir.

  1. Mübtəda + Felin ikinci halı + Digər cümlə üzvləri

Simple Past Tense Təsdiq Cümlələrinə Dair Nümunələr

  • I was ill yesterday morning. – Dünən səhər xəstə idim.
  • I was a naughty boy. – Dəcəl uşaq idim.
  • I flew to London last week. – Keçən həftə Londona təyyarə ilə getdim.
  • I brought you a present. –Sənə bir hədiyyə aldım.
  • You were a dancer five years age. – Beş il öncə rəqqas idin.
  • You were on TV last night. – Dünən gecə televiziyada idin.
  • You climbed that tree over there. – Oradaki ağaca dırmaşdın.
  • You talked about her yesterday. – Dünən onun haqqında danışdın.
  • He was very old. – Çox yaşlı idi.
  • He was sorry for his mistakes. – Xətalarına görə məyus idi.

Simple Past Tense İnkar Cümlələri

İngilis dilində inkarda olan simple past zamanına aid cümlə quracayıqsa, təsdiqdə istifadə olunan felin ikinci halı burada birinci hala keçir və inkarlıq bildirən “not” kəliməsi köməkçi felə əlavə olunur. Formul aşağıdaki kimidir;

  • Mübtəda + did not + Felin birinci halı + Digər cümlər üzvləri

Simple Past Tense İnkar Cümlələrinə Nümunələr

  • I was not sad at all before her death. – Ölümündən əvvəl çox da məyus deyildi.
  • I wasn’t a hardworking student at school. – Məktəb vaxtları çalışqan şagird deyildim.
  • I did not talk to him for a while. – Onunla bir müddət danışmadım.
  • I didn’t expect this to happen. – Bunun olmasını gözləmirdim.
  • You were not on the list. – Siyahıda deyildiniz.
  • You weren’t ready to drive on your own yet. – Öz başına sürməyə hələ hazır deyildi.
  • You didn’t step out into the street yesterday. – Dünən küçəyə çıxmadın.
  • You didn’t recognise your best friend’s mother. – Ən yaxın dostunun anasını tanımadın.
  • He was not a reckless driver. – Diqqətsiz sürücü deyildi.
  • He wasn’t a lazy man. – Tənbəl biri deyildi.

Simple Past Tense Sual Cümlələri

İngilis dilində simple past sual şəklində istifadə olunacaqsa köməkçi fel ikinci halı ilə başa gəlir və əsas fel isə birinci halı ilə olduğu kimi qalır;

  • Did + Mübtəda + Felin birinci halı + Digər cümlə üzvləri

Simple Past Sual Cümlələrinə Nümunələr

  • Did you study English for exam? – İmtahan üçün ingilis dilini oxudun?
  • Did he swim in the swimming pool? – O, hovuzda üzdü?
  • Did you washes the dishes? – Qabları yudun?
  • Did they go to the doctor? – Həkimə getdilər?
  • Did I renovate this house for my grandparents? – Bu evi nənəm və babam üçün təmir etdin?
  • Did Mustafa Kemal found modern Turkish Republic? – Mustafa Kemal modern Türk Cümhuriyyətini qurdu?
  • Did my mom sew it for your birthday? – Anam onu sənin doğum günün üçün tikdi?
  • Did this building serve as a factory 50 years ago? – Bu fabrik 50 il əvvəl fabrik kimi xidmət verirdi?
  • Did Apple announce their new iPhone today? – Apple yeni iPhone-nu xəbər verdi?
  • Did Netflix become the most popular streaming service? – Netflix ən populyar axın xidməti oldu?

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.