Simple Present Tense ilə Əlaqəli Cümlələr


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Simple Present ən çox istifadə olunan və zaman dilimlərinin ən başlıcası olaraq qəbul edilər. Çünki çox sadə qrammatik qaydaları var və buna rəğmən ən çox istifadə olunan zamandır. Müxtəlif növ situasiayalara uyğunluq göstərərək bir çox cümlə növləri içərisində istifadə etmək mümkündür. İndi isə, bir-bir hansı hallarda necə istifadə olunduğuna nəzər yetirək.

Simple Present Harada İstifadə Olunur?

1. Simple Present Tense mütəmadi təkrarlanan bir hərəkət və ya hadisələr üçün istifadə olunur..

  • I go by bus to the office. – Mən ofisə avtobusla gedirəm.
  • Mike sleeps eight hours every night during the week. – Mike bütün həftə hər gecə saat 8-də yatar.
  • The train to Manchester leaves every hour. – Manchester hər saat Qatar gedər.

2. Simple Present Tense bilinən reallıqlar, faktlar üçün istifadə olunar.

  • A rabbit has four legs. – Dovşanın dörd ayağı var.
  • The President of The USA lives in The White House. – Amerikanın prezidenti Ağ Sarayda yaşayar.
  • They come from Argentina. – Onlar Argentinadan gəlirlər. (Onlar argentinalıdırlar.)

3. Simple Present Tense hər zaman təkrarlanan hərkətlər üçün istifadə olunur.

  • Mary brushes her teeth twice a day. – Mary gündə iki dəfə dişlərini fırçalayır.
  • They go to their country every summer. – Onlar hər yay ölkələrinə gedirlər.
  • She gets up early every day. – O hər gün tez durur.

4. Simple Present Tense bəzən hərkəsin həmfikir olduğu mövzular üçün də istifadə olunur.

They speak German in Germany. – Onlar Almanyada alman dilində danışırlar.

The Queen of England lives in Buckingham Palace. – İngiltərə kraliçası Buckingham Sarayında yaşıyır.

It snows a lot in winter in Norway. – Norvergiyada qışda çox qar yağır.

Simple Present Tense Təsdiq Cümlələr

Simple Present Tense olumlu cümleler, önce özne, sonra fiil eklenerek oluşturulur.

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Simple Present Tense cümlələrin təsdiq şəkillərini tabellərdə görməyimiz mümkündür.

  • Mübtəda + Xəbər (fel, lazım gələrsə “s” şəkilçisi) + İkinic dərəcəli üzvlər

Özne                Fiil                  İkinci Dərəcəli Üzvlər            Tərcüməsi

I                       eat                   an apple.                                  Mən alma yeyirəm.

You                 eat                   an apple.                                  Sən alma yeyirsən.

He                   eats                  an apple.                                  O, alma yeyir.

She                  eats                  an apple.                                  O, alma yeyir.

It                     eats                  an apple.                                  O, alma yeyir.

We                   eat                   an apple.                                  Biz alma yeyirik.

You                 eat                   an apple.                                  Siz alma yeyirsiniz.

They                eat                   an apple.                                  Onlar, alma yeyirlər.

ÖNƏMLİ QEYD:

Simple Present Tense-də belə bir xüsusiyyət vardır;

Quracağınız cümlədə mübtəda 3-cü şəxsin təkini bildirirsə, o zaman, fellərin sonuna “s” şəkilçisi gətirilir. 3-cü şəxsin cəmində və digər şəxs əvəzliklərində fel olduğu kimi qalır.

Lakin, iki istisnası vardır;

1. Sonu “-o, -ch, -sh, -ss, -x, -z” olan fellərdə “-es” şəkilçisi əlavə olunur.

go – goes          catch – catches          wash – washes          kiss – kisses          fix – fixes          buzz – buzzes

2. “-y” ile bitən fellərdə, “y”den öncə samitdirsə, “y” hərfi düşür, “-ies” şəkilçisi əlavə edilir.

marry – marries          study – studies      carry – carries       worry – worries

Not: Eğer “-y”den əvvəl saitdirsə, o zaman, “s” əlavə edilir.

play – plays          enjoy– enjoys          say – says

Simple Present Tense Təsdiq Cümlələrinə Nümunələr

  • I like to drink coffee. – Mən qəhvə içməyi sevirəm.
  • Our nextdoor neighbours go fishing at the weekend. – Yan qonşularımız həftə sonu balıq tutmağa gedirlər.
  • I visit my grandparents every week. – Mən hər həftə nənə, babamı ziyarətə gedirəm.
  • I always study hard for exams. – Mən hər zaman imtahanlar üçün çox çalışıram.
  • John goes to football practice every Tuesday. – John hər Çərşənbə axşamı futbol məşqinə gedir.
  • In general, I believe that all people can live in peace. – Ümumiyyətlə, mən hər insanın sülh içində yaşayacağına inanaram.
  • They make print out all their emails. – Onlar bütün poçtlarının çaplarını alırlar.
  • Sezen Aksu writes very good lyrics. – Sezen Aksu çox gözəl mahnı sözləri yazır. 
  • She looks like an angel. – O, mələyə bənzəyir.
  • I play tennis. – Tenis oynayıram.
  • She does not play tennis. – O, tenis oynamır.
  • The train leaves every morning at 8 am. – Qatar hər səhər saat 8-də hərəkətə keçir.
  • The train does not leave at 9am. – Qatar saat 9-da hərəkətə keçmir.
  • She always forgets her purse. – O, həmişə cüzdanını unudur.
  • He never forgets his wallet. – O, heç vaxt cüzdanını unutmaz.

Simple Present Tense İnkar Cümlələr

Simple Present Tense inkar cümlələrində ilk öncə mübtəda istifadə olunar, ondan sonra isə “to do” felinin inkar forması gətirilər və cümlə olduğu kimi davam edər.

Simple Present Tense inkar cümləsini qurarkən üçüncü şəxslərin təkinə əlavə etdiyimiz “s” şəkilçisi əlavə olunmaz, fel olduğu kimi yazılar.

  • Mübtəda + “do not” + Xəbər (fel olduğu kimi qalır) + İkinci dərəcəli üzvlər

İndi isə, bir neçə nümunələrə nəzər yetirək;

  • We don’t have dinner at five o’clock in Azerbaijan. – Azərbaycanda şam yeməyi saat 5-də yemirik.
  • John and his friends don’t go out when it is cold. – Hava soyuq olanda John və dostları çölə çıxmırlar.
  • Kind neighbours don’t listen music loudly at night. – Yaxşı qonşular gecə yüksək səslə musiqi dinləmirlər.
  • They don’t watch TV in the evenings. – Onlar, televizor izləmirlər.
  • I don’t believe you. – Sənə inanmıram.

Simple Present Tense Sual Cümlələri

Simple Present Tense sual cümlələrində isə “to do” feli cümlənin başına keçir və digər cümlə üzvləri olduğu kimi sıraya düzülür.

Simple Present Tense təsdiq cümlələrində felə əlavə etdiyimiz “s” şəkilçisi sual cümlələrində “to do” felinə əlavə edilir. Nümunələrlə bu qaydanı daha aydın hala gətirək;

  • Köməkçi fel (“to do” lazım gələrsə “s” şəkilçisi) + Mübtəda + Xəbər + İkinci dərəcəli üzvlər

Köməkçi fel          Mübtəda          Fel                          Tərcüməsi

Do                           I                     like swimming?           Mən üzməyi sevirəm?

Do                          you              like swimming?           Sən üzməyi sevirsən?

Does                       he                   like swimming?           O, üzməyi sevir?

Does                       she             like swimming?           O, üzməyi sevir?

Does                        it                like swimming?           O, üzməyi sevir?

Do                          we                  like swimming?           Biz üzməyi sevirik?

Do                          you                 like swimming?           Siz üzməyi sevirsiniz?

Do                          they               like swimming?           Onlar, üzməyi sevirlər?

Simple Present Tense ilə Sual Əvəzlikləri

Simple Present Tense-də istifadə olunan sual əvəzlikləri və onların cümlələrdə necə istidadə olunduğuna baxaq.

  • What
  • Where
  • When
  • Why
  • How
  • Who

Sual əvəzlikləri ən actual istifadə olunanlardır. Bu sual əvəzlikləri istifadə olunarkən cümlədəki mübtəda üçüncü şəxsin təkini əlamətini bildirirsə, bu zaman, cümlədə xəbər yerində istifadə olunan fel “s” şəkilçisi alır. Və yaxud, sualda “to do” köməkçi feli də varsa, bu zaman “to do” köməkçi feli “s” şəkilçisini qəbul edir və fel olduğu kimi qalır.

Gəlin nümunələrə nəzər yetirək;

  • Who makes bread? – Kim çörək bişirir?
  • What does a monkey like to eat? – Bir meymun nə yeməyi sevir?
  • Where do the kangaroos live? – Kenqrular harada yaşayır?
  • When do the babies cry? – Körpələr nə zaman ağlayır?
  • Why does she happy like that? – O, niyə belə xoşbəxtdir?
  • How do you keep their secrets from others? – Onların sirrlərini digərlərindən necə saxlayırsan?

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.