Üç Ayda Nə Qədər İngilis Dili Öyrənə bilərsiniz?


Online ingilis dili tədrisində Azərbaycanın ən effektli təhsil sistemi Azəringiliscə'dən ödənişsiz sınaq dərsi almaq üçün klikləyin!

Azəringislicə'nin ödənişsiz sınaq dərsinə qatılın!

Xarici bir ölkədə xəyalınızdakı işi tapmısınız və oraya müraciət etmək istəyirsiniz, lakin ingilis dili bilmə şərti sizə əngəl törədir? Onda nə etməlisiniz? Buyurun, bu işin professionallarından sizə bəzi məsləhətlər: mümkün olmayan bir iş kimi görünsə də dil mütəxəssislərinə görə bir neçə həftə ərzində bir dildə bəsit əlaqə qurma cümlələrini, bir neçə ayda isə o dili daha dəqiqliklə öyrənməyi bacara bilərsiniz. Lakin, bu dildəki ədəbi əsərləri oxuyub anlayacaq qədər öyrənmək üçün daha uzun bir müddət lazımdır. Lakin, istər diplomatik xidmətdə, istərsə də kompyuter proqramlaşdırılmasında, öz ehtiyaclarınıza uyğun söz və aforizmləri və ya terminləri sürətli şəkildə öyrənmək mümkündür. Bəzən tez-tez iş səyahətləri etmək və ya gündəlik danışıq üçün bir neçə xarici dil öyrənmək məcburiyyətində qala bilərsiniz. Məsələn, Benny Lewis adlı bir mühəndis bu səbəbdən ispan, fransız, alman və hətta Çin dili daxil olmaqla 7 dili axıcı bir şəkildə danışmağa başlamışdı. Lewis, ana dili olan ingilis dilindən sonra öyrəndiyi ilk xarici dil olan ispan dilini bir ildən uzun müddətə öyrənsə də, sonrakı dilləri daha sürətlə öyrənmişdi. Ondan bu işin sirrini soruşduqda isə belə açıqlayıb: Dil öyrənərkən ilk olaraq işinizə yarayacaq danışıqları və sizdən soruşula biləcək cavabları öyrənmək əhəmiyyətlidir. Bu birinci mərhələdə, ən çox istifadə edilən sözlər, söz birləşmələri və qəliblərdən ibarət olan kitablar və internet üzərindən alınan dərslər faydalı ola bilər. Beləliklə, o dildə bəsit danışıqları idarə edə biləcək söz və cümlələrlə təmin olunacaqsınız. Lewis, “Başlanğıcda ən böyük sədd özünə inamsızlıq olsa da, danışdıqca daha yaxşı bir səviyyəyə gəldiyinizi görəcəksiniz və güvəniniz artacaq”. Dil mütəxəssisləri xarici dildə irəliləyiş edə bilməniz üçün o dildə danışma cəsarətini göstərməyin vacib olduğunu vurğulayırlar: “Ağzınızı açmasanız heç bir irəliləyiş əldə edə bilməzsiniz”. Bu isə səhv etməkdən qorxmamaq mənasına gəlir.

ABŞ-da məktəb direktoru olan Michael Geisler xarici dil öyrənmək üçün özünüzü tamamilə o dilə həsr etməniz lazım olduğunu vurğulayıb. O dildə nə qədər çox oxuyub dinləsəniz və danışmağa çalışsanız o qədər də sürətli irəliləyiş əldə edə bilərsiniz. Lakin ilk mərhələdə danışarkən qrammatika qaydalarına bir o qədər fikir verməsəniz daha yaxşı olacaq.

Həm dil öyrənmək, həm də danışıq vasitəsilə praktika qazana biləcəcəyiniz Azərİngiliscə proqramı sizə qısa müddətdə ingilis dilini öyrənib danışmağı vəd edir. Nizamlı birşəkildə danışmaqla, səhvlərinizi düzəltdirməklə daha sürətlə məqsədinizə çata bilərsiniz.

3, 6 və 9 aylıq kurs paketlərində endirimə girən Azərİngiliscə sizə ən qısa müddətdə və istədiyiniz səviyyədə ingilis dili öyrənməyə yardım edəcək! Azərİngiliscə ən təsirli və ən yüksək nəticə verən ingilis dili tədris sisteminə sahibdir. Azərİngiliscə proqramı ilə ana dili ingilis dili olan amerikan müəllimlərlə danışaraq ingilis dilinizi inkişaf etditrin! Məlumat almaq istəyirsinizsə saytımızı incələyin!

Azəringiliscə proqramı ilə ingilis dilinizi inkişaf etdirin.

Recent Content

İngilizcenizi Geliştirin

Türkiye'nin %100 başarı garantili tek online İngilizce kursunu ücretsiz deneyin.